Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-322/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xxx qızının Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 30.04.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, cavabdeh Nazirliyin nümayəndəsi X6 və vəkili X5 iştirakı ilə İddiaçı xxx qızının Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərə findən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı xxx qızı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının müəllimlərin diaqnostik qiymətləndirilmə imtahanına buraxılmağı vəzifəsinin cavabdeh Nazirliyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 may 2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş № 2-1(82)-1882/2018) iddia tələbinin təmin edilməsi; iddiaçının müəllimlərin diaqnostik qiymətləndirilmə imtahanına buraxılması vəzifəsinin cavabdeh Nazirliyyə həvaəl edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının 03 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər C.Yusifov və R.Nəcəfquliyev; iş № 21(103)-1757/2018) cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 may 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları nın tələbləri pozulmaqla iş üzrə əsassız və qanunsuz yekun qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Nazirlyin vəkili H.Cəlilov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Nazirlyin nümayəndəsi R.Hüseynov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlum at vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1975-cü il tarixdə doğulmuşdur, 1993-cü ildə X2 daxil olmuş və 1995-ci ildə ibtidai sinif müəlliməsi ixtisası üzrə tam kurs bitirmişdir. İmtahan Komissiyasının 29.06.1995-ci il tarixli qərarı ilə iddiaçıya ibtidai sinif müəlliməsi rütbəsinin verilməsi haqqında MPK-027 saylı diplom verilmişdir, hazırda ixtisası üzrə Xalatala kənd tam orta məktəbində fəaliyyət göstərir. Bundan başqa, iddiaçı İKT-nin təhsilə tətbiqi üzrə intel “Gələcək üçün Təhsil” təlim kursunun müvəffəqiyyətlə bitirməsi haqqında “xxxx” MMC tərəfindən verilmiş sertifikata, yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi proqramı üzrə 3-cü dərəcənin alınması haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfi ndən verilmiş ixtisasartırma təhsilinə dair 21.08.2010-cu il tarixli 1703/10 nömrəli sertifikata malikdir. Həmçinin işin materiallarında olana Xalatala kənd tam orta məktəbi tərəfindən iddiaçıya verilmiş 02.03.2018-ci il tarixli xasiyyətnaməyə əsasən müəllim İddiaçı 01.09.1995-ci il tarixdən Xalatala kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir, işlədiyi müddətdə özünü bacarıqlı və savadlı müəllim kimi göstərmişdir; Təhsil Nazirliyinin 2010-cu il 16-21 avqust tarixində təşkil etdiyi ixtisasartırma və Azərbaycan Respublikası Təhsil Nazirliyi və “xxxx “MMC tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə İntel “Gələcək üçün Təhsil” təlim kurslarında iştirak etmiş, həmin kursları müvəffəqiyyətlə bitirməyinə görə sertifikat almışdır. İddiaçı verilən tapşırıqları vaxtında icra edir, tapşırıqların icrasına məsuliyyətlə yanaşır. Özünə və şagirdlərə qarşı tələbkardır. Onun dərs dediyi şagirdlər arasında bir neçəsi ali təhsil almış və hal-hazırda əmək fəaliyyəti ilə məşğuldur. Müəllim və şagird kollektivinin, valideynlərin hörmətini qazanmışdır, işlədiyi müddətdə məktəb rəhbərliyi tərəfindən heç bır töhmət və xəbərdarlıq almamışdır. İddiaçı müəllim kimi fəaliyyətinin davam etdirilməsi üçün ümumi təhsil müəssisələrində işlyəyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi üzrə cavabdeh Nazirlik tərəfindən keçirilən imtahanlarda iştirak etmək istədikdə, müvafiq siyahıda onun adı aşkar edilməmişdir. Bunun səbəbini öyrənmək və sözügedən imtahanlara cəlb olunmaq üçün iddiaçı cavabedeh Nazirliyə müvafiq ərizələrlə müraciət etsə də, həmin inzibati orqan ın ona göndərilmiş 25.05.2017-ci ıl tarixli S-318/10-24 nömrəli və 04 aprel 2018-ci il tarixli, S3429/05-24 nömrəli cavab məktublarda iddiaçının diplomu dövlət nümunəli sənəd olmadığından, onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının təhsil aldığı X3 tərəfindən məzunlara müvafiq diplomlar verilərkən, həmin dövrdə qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əməl olunmamışdır və bununla da məzunların hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, həmin Qanunun 8-ci maddəsinə görə, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisa s və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankım təhsil müəssisəsini bitirmiş məzunların sayma müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. Yuxarıda sözügedən Qanunun 13-cü maddəsinə əsasən, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən s onra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01702.1993-cü il tarixli 060 nömrəli Qərarı ilə təsdiq edilmiş “X10 Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edlir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. İş üzrə müəyyən edilir ki, X4 dövlət reyestrinə daxil edilməmişdir və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Qeyd olunmaladar ki, təhsil müəssisələri hüquqi şəxslər kimi, ədliyyə orqanlarında dövlət qeydiyyatına alınırlar. Digər tərəfdən 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və X7 reyestrində qeydə alınmışdır. “X7 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, X7 qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların,habelə xaric hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) X7 reystrinə daxil edilməsidir. Müvafiq məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı 18.09.2018-ci il tarixli **********166000 saylı məktubunda idarədə olan reyestra əsasən X4 barədə məlumatın aşkar olunmadığı bildirilmişd ir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29.07.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, X4 fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına rəayyət etməmiş və bunun nəticəsi olaraq orada apapılan təhsilin hüquqi əsası olmamışdır. Göründüyü kimi, yuxarıda qeyd edilən təhsil müəssisəsinin dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Belə olan halda cavabdeh Nazirliyin iddiaçının müraciətinin təmin edilməsindən imtinası onun qanunla qorunan hüquqlarını pozmamışdır, ona görə də, əsaslı və qanuni olmuşdur. Eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xususi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Kassasiya şikayətində iddiaçı X1 dövlət qeydiyyatından keçməməsinin onun təqsirinin olmamasını qeyd etsə də, son nəticədə aldığı diplom dövlət tərəfindən tanınan diplomlara aid edilm ədiyindən, iddiaçının təqsirinin olmaması sözügedən diplomun tanınmasına səbəb ola bilməz. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazı rkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmirlər. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-322/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-322/2019
30.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver