Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-322/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar söz:məharət dərəcəsinin endirilməsinin mübahisələndirilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili, cavabdehin nümayəndəsi və vəkili iştirakı ilə Iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli 2-1(103)1376/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsa sən işə Ali Məhkəmənin binasında 22.01.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 dekabr 2013-cü il tarixli, **** saylı əmri ilə «Usta» məharət dərəcəsi verilmişdir. 2015-ci tədris ilində Silahlı Qüvvələrin rəhbər heyətinin öz vəzifə borclarını yerinə yetirmələrinin nəticələrinə, əməliyyat hazırlığına və ixtisasına yiyələnmə səviyyəsinə, həmçinin sınaq imtahanlarının nəticələrinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 dekabr 2015-ci il tarixli, **** saylı əmri ilə tibb xidməti polkovnik-leytenantı Iddiaçı “usta” məharət dərəcəsi tibb və əczaçılıq ixtisasları üzrə «I» (birinci) məharət dərəcəsinə endirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 fevral 2016-cı il t arixli **** saylı əmri ilə iddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «b» bəndinə (yaşa görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı rəisinin 02.03.2016-cı il tarixli 52 №-li əmrindən çıxarış), ona 31.05.2016-cı ildən ömürlük əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi və tələbinin dəyişdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 25 dekabr 2015-ci il tarixli **** saylı əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ****-cü ildən * ***-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi X cərrahiyyə bölməsinin baş ordinatoru, ****-ci ildən ****-cı ilədək həmin bölmənin rəisi vəzifəsində qüsursuz xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində yeganə X cərrah mütəxəssisi olmuş, ****-cü ildə Müdafiə Nazirinin əmri ilə «Usta» məharət dərəcəsinə layiq görülmüşdür. ****-ci ilin noyabr ayında onun yaşa görə ordu sıralarından tərxis olunması üçün təqdimat getdikdən sonra kateqoriya imtahanlarına cəlb olunmuş, Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən «Usta» məharət dərəcəsi «birinci» dərəcəyə endirilmişdir. Iddiaçı hesab edir ki, kateqoriya imtahanlarına cəlb olunması məhz ordu sıralarından tərxis olunarkən ona təyin olunacaq pensiyanın aşağı hesablanması üçün düşünülmüş qanunsuz bir hərəkətdir. İddiaç ı Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 fevral 2016-cı il tarixli, *** saylı əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «b» bəndinə (yaşa görə) əsasən ordu sıralarından tərxis olunmuşdur. Ona qarşı edilmiş bu qanunsuzluğun aradan qaldırılması üçün Müdafiə Nazirinə ərizə ilə müraciət etmiş, müraciəti baxılması üçün Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə göndərilmişdir. Həmin İdarədən ona ünvanlanmış məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 21.05.2016-cı il tarixli 02 №-li qərarı ilə təsdiq edilmiş müvafiq Əsasnamənin 37.4-cü bəndinə əsasən «Hərbi qulluqçunun məharət dərəcəsindən məhrum edilməsi və ya onun aşağı endirilməsi müvafiq vəzifəli şəxsin əmri ilə elan edilir. O, 02.06.2017-ci il tarixdə yenidən Müdafiə Nazirinə müraciət e tmiş, lakin, onun müraciətinə cavab verilməmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2-1(81)41/2019 saylı qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 dekabr 2015-ci il tarixli, **** saylı əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli 2-1(103)-1376/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2-1(81)41/2019 saylı qərarı dəyişdirilmədən saxla nılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı usta məharət dərəcəsini ** dekabr ****-cü ildə aldığı üçün, növbəti attestasiya 19 dekabr ****-ci il tarixdən tez keçirilə bilməzdi, lakin növbəti attestasiya iki ildə sonra ****-ci ilin dekabr ayında keçirilmişdir. Göründüyü kimi, cavabdehin mübahisələndirilən əmri (iddiaçıya aid hissəsi) qəbul edilərkən, Azərbaycan Respublikası Müdafiə nazirinin 28 fevral ****-cü il tarixli *** saylı əmrinin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli 2-1(103)-1376/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı cavabdehə müraciət etməmiş, həmçinin iddia qaldırılması üçün prosessual müddəti ötürmüşdür.Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının məharət dərəcəsi endirilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Kassator “İnzibati icraat haqqında” Qanunun 2.0.2, 2.0.7, 14.1-ci maddələrinə, İPMnin 14.3, 90, 96-cı maddələrinə isitnad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli 2-1(103)-1376/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdilər. ƏSASL ANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyul 2019-cu il tarixli 2-1(103)-1376/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 dekabr ****-cü il tarixli, **** saylı əmri ilə «Usta» məharət dərəcəsi verilmişdir.****-ci tədris ilində Silahlı Qüvvələrin rəhbər heyətinin öz vəzifə borclarını yerinə yetirmələrinin nəticələrinə, əməliyyat hazırlığına və ixtisasına yiyələnmə səviyyəsinə, həmçinin sınaq imtahanlarının nəticələrinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 dekabr ****-ci il tarixli, **** saylı əmri ilə tibb x idməti polkovnik-leytenantı Iddiaçı“usta” məharət dərəcəsi tibb və əczaçılıq ixtisasları üzrə «I» (birinci) məharət dərəcəsinə endirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 fevral 2016-cı il tarixli **** saylı əmri ilə iddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «b» bəndinə (yaşa görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı rəisinin **.**.**-cı il tarixli ** №-li əmrindən çıxarış), ona **.**.**-cı ildən ömürlük əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırki iddiasında cavabdehin ** dekabr ****-ci il tarixli, **** saylı əmri ilə onun məharət dərəcəsinin endirilməsini mübahisələndirir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 28 fevral 2014-cü il tarixli 045 nömrəli əm rinin 49-cu maddəsinə əsasən məharət dərəcəsi verilmiş hərbi həkimlər, provizorlar, ekoloqlar və orta tibb heyətindən olan hərbi qulluqçular məharət dərəcələrini təsdiq etdirmək üçün hər beş ildən bir növbəti attestasiyadan keçirlər. Üzrsüz səbəbə görə məharət dərəcəsini təsdiq etdirmək üçün növbəti attestasiyadan imtina edən hərbi qulluqçunun məharət dərəcəsi, attestasiya komissiyasının qərarı ilə, bu hərbi qulluqçunun xidmət etdiyi hərbi tibb müəssisəsi rəisinin (hərbi hissə komandirinin) təqdimatına əsasən məhrum olunaraq, həmin hərbi tibb müəssisənin rəisinə (hərbi hissə komandirinə) məlumat verilir. Məharət dərəcələri attestasiya zamanı azaldıla, artırıla, təsdiq və ya məhrum edilə bilər. Hazırkı iş üzrə iddiaçı usta məharət dərəcəsini 19 dekabr ****-cü ildə alması, ****-ci ildə isə o nun məharət dərəcəsinin endirilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Lakin apellyasiya instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçıya usta məharət dərəcəsi ** dekabr **-cü il tarixdə verildiyindən, növbəti attestasiya ** dekabr ****-ci il tarixdən tez keçirilə bilməzdi, lakin növbəti attestasiya iki ildə sonra ****-ci ilin dekabr ayında keçirilmişdir. Göründüyü kimi, cavabdehin mübahisələndirilən əmri (iddiaçıya aid hissəsi) qəbul edilərkən, Azərbaycan Respublikası Müdafiə nazirinin ** fevral 2014-cü il tarixli *** saylı əmrinin tələbləri pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Bundan əlavə, cavabdeh kassasiya şikayətində iddianın vaxtında qaldırılmamasına və əmrin ləğvi ilə bağlı iddiaçının cavabdehə müraciət etməməsinə istinad etmişdir. Bu dəlillərlə bağlı məhkəmə kolegiyası qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4707/17 saylı, 24.10.2017-ci il tarixli qərardadla iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddia mümkün sayılmamış, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli 2-1(103)-2917/2017 saylı qərardadı ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhk əməsinə qaytarılmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2-1(102)-859/2018 saylı, 04.04.2018-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Beləliklə, hazırki iddianın mümkünlük şərtlərinə apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-2917/17 saylı, 05 dekabr 2017-ci il tarixli qərardadı ilə artıq hüquqi qiymət verilmişdir. Bundan əlavə, hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğu üçün onun ləğvi ilə bağlı cavabdehə müraciət edilməli olmasına dair tələb inzibati qanunvericilikdə nəzərdə tutulmamışdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutla rla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli 2-1(103)-1376/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-322/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-322/2020
22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver