Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-322/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi ü zərində mülkiyyət hüququnun qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1511/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 11-546 saylı qərarına əsasən ona verilmiş ərazisi 12 sot olan 8 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməs i vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Şabandağ” bağçılıqbostançılıq kollektivinin üzvü olmuşdur və ona Şabandağ sahəsində sahəsi 12 sot olan 8 saylı bağ ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun təmin edilməsi üçün cavabdehə müraciət etsə də, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-569/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qə rarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıqbostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 1200 kv metr olan 8 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0, 12.1, 15.11-ci maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 15.2, 19.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.3, 34.1, 68.1, 68.2-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1511/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-569/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi qənaətinə gələrkən birinci instansiya məhkəməsinin də tətbiq etdiyi maddi hüquq normalarına istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Kasasiya şikayətinin dəlilləri:
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq ünvanda yerləşən bağ sahəsinə dair çıxarış verilməsi ilə bağlı İdarəyə xx xxxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarəyə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
9. Bundan başqa, təqdim edilmiş sənədlərdə iddiaçıya ayrılmış bağ sahəsinin ölçüsü 1200,0 kvadrat metr qeyd olunsa da, faktiki göstərilən ərazinin sahəsi 1424,0 kv.m metrdir və sənəddə göstərilən ölçüdən 242,0 kvadrat metr artıqdır.
10. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazi bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazinin hüdudlarından kənarda yerləşir və iddiaçıya ayrılmış bağ sahəsinə aidiyyəti yoxdur. Belə ki, göstərilən ərazi X5 ayrılmış ərazinin hüdudları daxilində yerləşir və həmin əraziyə dair X4 adına planölçü verilmişdir.
11. Beləliklə, yuxarıda qeyd olunan hallar əsassız olaraq apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş material larında qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.
12. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)1511/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
14. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzə çi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
17. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin apelyasiya şikayətindəki yazılmış 3 dəlil, yuxarıda göstərilmiş kasasiya şikayətində də eyni ilə təkrar olunmuşdur.
18. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər əsassız olmaqla, onlar apelyasiya instansiyası məhkəməsində tam və hərtərəfli araşdırılmış və hər 3 dəlilə düzgün hüquqi qiymət verilmişdir.
19. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən ed ilmişdir ki, «Bağçının üzvlük kitabçası»na əsasən iddiaçı 1991-ci ildə «Şabandağ» bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmişdir, bağçılıq cəmiyyətinin xx xxxx 1990-cı il tarixli, 10 nömrəli protokoluna əsasən iddiaçının istifadəsinə sahəsi 1200 kvadrat metr olan 8 nömrəli bağ sahəsi verilmişdir.
20. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx xxxxxx 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişini nəzərə alaraq Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıqbostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır.
21. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X3 rayon sovetinin İcraiyyə Komitəsinin sədrinin təsdiq etdiyi siyahıya əsasən iddiaçı «26 Bakı Komissarı» a dına NQÇİ işçilərinin bağçılıq-bostançılıq yoldaşlığının üzvlərinin siyahısında sıra nömrəsi ilə 2-ci olaraq göstərilmişdir.
22. Eyni zamanda «26 Bakı Komissarı» adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən iddiaçı «Şabandağ» bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşdur və «26 Bakı Komissarı» adına Həmkarlar Təşkilatının xx xxxx 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən iddiaçıya Şabandağ sahəsində «Şabandağ» bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən sahəsi 1200 kvadrat metr olmaqla 8 saylı sahə ayrılmışdır.
23. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu ild ə tərtib edilmiş «Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı»na əsasən Şabandağ 8 saylı bağ sahəsinin sərhədləri mişar daşları ilə hasarlanmışdır, bağ sahəsində bir mərtəbəli bir otaqlı tikili və talvar, hovuz vardır. Bağ sahəsinin daxilindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir.
24. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı inzibati mübahisəni həll edərkən maddi-hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan b ağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.
25. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni is tifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
26. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiy yəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
27. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada et ibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
28. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının məlum xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur.
29. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının qeyd edilən bağ sahəsinə aid üzvlük kitabçası mövcuddur, iddiaçının adı bağçılıq-bostançılıq yoldaşlığının üzvlərinin siyahısında vardır və qeyd edi lən bağın iddiaçıya ayrılması barədə bağçılıq-bostançılıq yoldaşlığının üzvlərinin iclasının protokolundan çıxarış da iş materiallarına əlavə edilib. İddiaçı hazırkı iddia ərizəsi ilə 1424,0 kvadrat metr deyil, ona verilən ərazisi 12 kvadrat metr olan 8 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsini xahiş edir. Bundan başqa, «göstərilən ərazinin X5 ayrılmış ərazinin hüdudları daxilində yerləşməsi və həmin əraziyə dair X4 adına plan-ölçü verilməsi» barədə dəlilinə münasibətdə isə doğru olaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən həmin dəlili təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, ape lyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 21(103)-1511/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.