Məhkəmə qərarları › İş №2-1(102)-322/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-322/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-322/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: imtiyazlı əsaslarla mənzil sahəsi ilə təmin olunmaqdan imtina). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzillə təmin edilmə tələbinə dair inzibati iş üzrə B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6.10.2022-ci il tarixli 2-1(103)-1750/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 saylı ZTSEK tərəfindən verilmiş 150611 №-li, xx.xx.2000-ci il tarixli arayışa əsasən Əliyev Fizuli Yüzbaşı oğluna müddətsiz Azərbaycan Respublikasının müdafiəsində yaralanması səbəbi ilə ikinci qrup əlillik təyin edilmişdir.

2. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 yanvar 2010cu il tarixli, AZ-İ 399920 №-li ölüm haqqında şəhadətnaməyə əsasən Əliyev Fizüli Yüzbaşı oğlu xx.xx.2009-cü ildə ölmüşdür.

3. Bakı şəhəri, Cavabdeh1 başçısının 16 mart 2017- ci il tarixli, 1-1/43 nömrəli, “İddiaçı mənzil növbəsinə qəbul edilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İİ qrup əlil olmuş mərhum Əliyev Fizuli Yüzbaşı oğlunun arvadı İddiaçı yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində 5 nəfər ailə tərkibi ilə mənzil növbəsinə qəbul edilməsi barədə Cavabdeh1nə müraciət etmişdir. İddiaçı 1997-ci ildən Çobanzadə küçəsi, 73 №-li binanın şəxsi mülkiyyət hüququ ilə özünə məxsus 1 otaqlı (15,99 kvm.) 3-cü mənzilində 6 nəfər ailə tərkibi ilə daimi qeydiyyatdadır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İİ qrup əlil olmuş mərhum Əliyev Fizuli Yüzbaşı oğlunun ailəsinin “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlam lıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqsut 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu nəzərə alaraq İddiaçı 5 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi qərara alınmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ******* №-li çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31,79 kv.m. olan daşınmaz əmlak xüsusi mülkiyyət kimi İddiaçı adına qeydə alınmışdır.

5. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir.

6. Cavabdehin 14 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra təd birlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, eyni zamanda yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respubli kasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-i illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Sərəncamlarla əhatə olunan imtiyazlı şəxslər kateqoriyasından hesab edilmədiyindən iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsi ilə müəyyən olunan fəaliyyət istiqamətinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Bakı şəhəri Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun imtiyazlı əsaslarla ailə üzvləri i lə birlikdə xx.xx.2017-ci il tarixdən başlayaraq müvafiq mənzil sahəsi ilə təmin olunmağından ötrü 22-ci sırada olan ev növbəsinin real icra edilməsi vəzifəsinin cavabdehlər ƏƏSMN-nin və Cavabdeh1 üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bundan sonra, iddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bakı şəhəri Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmişdir.

9. Daha sonra, iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh kimi yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin, üçüncü şəxs qismində isə Bakı şəhəri Cavabdeh1 qəbul etməklə İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq ailə üzvləri ilə birlikd ə 22-ci sırada olan ev növbəsinə əsasən imtiyazlı əsaslarla müvafiq mənzil sahəsi ilə təmin olunmağı vəzifəsinin Cavabdeh2 üzərinə öhdəlik kimi qoyulmasını xahiş etmişdir. iddiaçının əsaslandırması

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xx.xx.1988-ci ildə rəsmi evlənərək ailə qurduğu həyat yoldaşı Əliyev Fizuli Yüzbaşı oğlu 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, dövlət quruculuğunun və suverenliyinin qorunması uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə könüllü döyüşçü kimi iştirak etmiş, yaralanaraq bir neçə ay müalicə olunduqdan sonra nisbətən sağalmış və İİ (ikinci) qrup ömürlük əlil olmuşdur. Həyat yoldaşı müalicəsini davam etdirərkən 2000-ci illərin əvvəllərində Azərbaycan Respublikasının Qanunlarına müvafiq olaraq güzəştli şərtlərlə mənzil ilə təmin olunmağından ötrü dəfələrlə həm yazılı, həm də şifahi olaraq Bakı şəhəri Cavabdeh1nə müraciət etmiş və qanuni qaydada imtiyazlı əsaslarla mənzil şəraitini yaxşılaşdırmaq hüququ olan şəxs kimi növbəyə götürülməsini xahiş etmişdir. Həmin İcra Hakimiyyətində bu məsələ ilə əlaqədar onu aldatdıqlarına, yaxşı münasibət göstərmədiklərinə görə bədəninin müəyyən mahiyyələrini kəsib doğramış və xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İİ qrup əlil olmuş mərhum Əliyev Füzuli Yüzbaşı oğlunun ailəsinin “Əlilliyinin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu nəzərə alaraq Cavabdeh1 başçısının xx.xx.2017-ci il tarixli, 1-1/43 №-li sərəncamına əsasən mərhumun dul qalmış arvadı İddiaçı 5 nəfər ailə tərkibi ilə (özü, 2 oğlu, nəvəsi) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Hazırda İddiaçı, yəni o yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin siyahısı üzrə 22-ci sıradadır. Belə ki, hazırda 10 nəfərdən ibarət ailə üzvü ümumi sahəsi 31,79 kv.m. olan bir otaqdan iki otağa böyük çətinliklə-borc-xərclə təmir etdirib məcburən yığışaraq-sıxışıb yaşadığı ünvan 2 ünvanındakı mənzildə sıxıntı içərisində çətinliklə ağır yaşayış şəraitində yaşamağa məhkumdurlar. Bu isə gərgin mənəvi-psixoloji gərginlik, çətinlik yaradır və haqlı olaraq narazılığa, naharatçılığa səbəb olur. Bunları onun ərizəsi əlavə etdiyi sənədlər, arayışlar, məktublar da təsdiq edir. Ona görə də hesab etmişdir ki, onun imtiyazlı əsaslarla ailə üzvləri ilə birgə xx.xx.2017-ci il tarixdən başlayaraq müvafiq mənzil sahəsi ilə təmin olunmağından ötrü 22-ci sırada olan ev növbəsinin real icra edilməsi vəzifəsinin cavabdehlər Azərbaycan Respublikası ƏƏSMN-nin və Bakı şəhəri Cavabdeh1 üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsi qanuni və ədalətli olardı. Lakin Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin xx.xx.2021-ci il tarixli, **********7 Ng-li məktubu ilə ona imtina cavabı verilmiş və onun ailənin mənzil məişət şərai tini imtiyazlı şərtlərlə yaxşılaşdırmaq hüququna malik olmadığı qeyd olunur. Sözügedən imtina cavabını xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə almışdır, lakin onu qanunsuz hesab etmişdir. cavabdehin etirazları

11. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi ol an şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan SSR - Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının 20-ci maddəsinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Müvafiq Qərarı qüvvədən salan və ya dəyişdirən hər hansı qanunvericilik aktı qəbul edilməmişdir. Yuxarıda qeyd olunan qa nunvericilik aktlarından görünür ki, mənzil növbəsi ailə üzvlərinə yalnız imtiyazlı şəxs növbəyə durduğu halda keçə bilər. Lakin mərhumun vəfat etməsindən 8 il keçdikdən sonra onun ailə üzvləri heç bir qanuni əsası olmadan qeydiyyata alınmışdılar.

12. Bakı İnzibati Məhkəmənin 2-1(112)-7286/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Cavabdeh1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

13. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1204/2022 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Nizami Rayon İcra Hakimiyyətı başçısının xx.xx.2017-ci il tarixli, 1-1/43 №-li sərəncamında istinad olunan və xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş “Əlilli yin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərın və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində əlillərin mənzil təminatından bəhs edilir. Həmin maddəyə əsasən əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiy acı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

15. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının mərhum əri Əliyev Fizuli Yüzbaşı oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əlilliyi olan şəxs olsa da yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmamış əlilliyi ona şəxsin vəfatından sonra onun ailə üzvü kimi güzəştli əsaslarla mənzil növbəsinə alınması qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmamışdır. Ona görə də İddiaçı imtiyazlı əsaslarla mənzil təminatı barədə müraciətinin təmin edilməməsi barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli 2-1(103)-1750/2022 nömrəli qərarı ilə (hakimlər A.Hüseyn – sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) birinci instansiya məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkə məsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində qeyd edilir ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" 31 may 2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olan şəxs kimi onun ailə üzvlərinin hazırda ağır yaşayış şəraitində və son dərəcə gərgin mənəvi-psixoloji durumda olduğunu nəzərə alaraq onun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasını qanuni, ədalətli və əsaslı hesab edir.

21. Belə ki, hazırda 10 nəfərdən ibarət ailə üzvü (özü, oğlanları, gəlinləri və nəvələri ilə birgə) ümumi sahəsi 31,79 kv.m olan bir otaqdan iki otağa böyük çətinliklə borc xərclə təmir etdirib məcburən yığışaraq sıxışıb yaşadıqları ünvan 3 ünvanındakı mənzildə sıxıntı içərisində çətinliklə ağır yaşayış şəraitində yaşamağa məhkumdur. Bu isə gərgin mənəvi psixoloji gərginlik, çətinlik yaradır və haqlı olaraq narazılığına səbəb olur. Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı İİ qrup əlil olmuş mərhum Əliyev Füzuli Yüzbaşı oğlunun ailəsinin onun "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə et mək hüququna malik olduğuna görə də imtiyazlı şərtlərlə mənzil şəraitini yaxşılaşdırmaq, mənzil və ya fərdi evlə təmin edilmək hüququ vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılm ış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunl a eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının əsaslandığı Cavabdeh1 başçısının xx.xx.2017-ci il tarixli, 1-1/43 №-li sərəncamı qüvvədədir və həmin sərəncam əsasında o, siyahı üzrə 22-ci sırada qeydiyyatdadır. Məhkəmələr həmin sərəncam əsasında iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındığını əsassız hesab etsələr də, bu, həmin sərəncamın qüvvəsinə və iddiaçının həmin sərəncamdan irəli gələn hüquqlarına təsir etmir.

29. Bununla yanaşı, cavab deh düzgün olaraq hesab etmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20142028-ci illər ərzində və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şə raitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, eyni zamanda, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparı lan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-i illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı həmin Sərəncamlarla əhatə olunan imtiyazlı şəxslər kateqoriyasına aid deyil.

30. Apellyasiya instansiyası məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğlvinə əsas vermir.

31. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1750/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar