Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-322/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2535/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) m üraciət etmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi 19 iyun 2017-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil olan məlumat vərəqinə əsasən Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis bölməsinin baş təhqiqatçısı vəzifəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən 01 fevral 2016-cı il tarixdən vəzifə maaşı 327,00 manat, rütbə maaşı-130,00 manat, xidmət illərinə görə 50 faiz əlavəsi-228,50 manat, məharət dərəcəsinə görə 35 faiz əlavəsi-4,45 manat və ərzaq payı əvəzinə verilən pul kompensasi yası-64,00 manat olmaqla təminat xərcliyi 863,95 manat təşkil edir. İddiaçıya 40 il xidmət müddətinə görə təminat xərcliyinin 100 faizi, yəni 863,95 manat məbləğində pensiya düzgün hesablanmışdır və ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya təyin edərkən müharibə iştirakçısı kimi 32 AZN haqq, polis işçisinin hər il məzuniyyətə çıxarkən 2 aylıq məzuniyyət pulu və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində aldıqları müalicə pulu, hər təqvim ilində verilən 4 aylıq həcmində mükafatları baş təhqiqatçının aldığı 817 AZN dövlət məvacibin baza hissəsinə əlavə edib yenidən hesablanması və onun pensiya hüququnun yarandığı vaxtdan hal-hazıradək yaranan artımın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sabiq polis zabiti kimi xx.xx.2013cü il tarixdən əmək pensiyası alır. Əmək stajı 1978-ci ildən başlamış və Azərbaycan Respublikası Daxili İşlər Orqanının əməkdaşı kimi davam etmişdir. Stajı 40 ildən artıqdır. Hazırda pensiyasının yenidən hesablanmasına zərurət yaranmış və bu haqda o, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. xx.xx.2017-ci il tarixli 03/89/02-316 saylı arayışdan müəyyən olundu ki, qulluq etdiyi baş təhqiqatçının vəzifə maaşı 327 manat hesabla götürülmüş və ona pensiya təyin edilmişdir (hazırda bu vəzifəni icra edən şəxsin aylıq məvacibi 817 manat təşkil edir). Rütbə maaşı 130 manat, xidmət illərinə görə 50 % əlavə, məharət dərəcəsinə görə 35 % əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası pensiya təyin edilərkən nəzərə alınmışdır. Lakin pensiya məbləğinə əlavə edilməli olan bir neçə əlavələr nəzərə alınmadan həmin məbləğ müəyyən edilmiş və nəticədə onun əmək pensiya hüququ əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş və bu haqda rəsmi sənədi vardır. Həmin faktla bağlı ona hər ay 32 manat əlavə haqq ödənilirdi və bu məbləğ pensiya təminatı zamanı nəzərə alınmamışdır. Bundan başqa hər il ona məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı məbləğində müavinət və daha 2 aylıq əmək haqqı məbləğində müalicə xərcləri ödənilmiş, hər təqvim ilində Azərbaycan Respublikasında mövcud olan bayramlarla bağlı 3-4 dəfə mükafatlar verilmişdir. Bütün bunlar da nəzərə alınmadan pensiya məbləği müəyyən edilmişdir. Cavabdeh ona ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda etiraf edərək düzgün olaraq göstərilmişdir ki, təminat xərcliyinə vəzifə maaşından hesablanan digər əlavələr, artımlar daxil edilir. Ancaq bu tələbin əksinə olaraq yuxarıda sadaladığı əlavələrin heç biri onun pensiya məbləğinə daxil edilmədən pensiyası hesablanmışdır. Pensiya məbləği baş təhqiqatçının vəzifə maaşına uyğun olaraq götürülməli, sonrakı artımlar nəzərə alınmaqla hesablanmalıdır. Hazırda həmin vəzifəmi tutan qulluqçunun mə vacibi 817 manat təşkil edir. Bu səbəbdən onun pensiya məbləği bu məbləğdən hesablanmalıdır. Cavabdeh isə həmin məbləği əvvəllər aldığı 327 manat hesabı ilə götürmüşdür.
5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Q aydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən – “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə əsasən- “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesabla nması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən “məlumat vərəqi”nə əsasən xx.xx.2013-cü il tarixdən əmək pensiyası təyin edilmiş və tərəflərindən hal-hazırda ödənilməkdədir. Cavabdeh qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(112)-23/2023 saylı qərarı ilə (hakim X6) iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, nə qədər ki, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən yenilənmiş məlumat vərəqəsi cavabdehə təqdim edilməmişdir (yuxarıda qeyd edildiyi kimi bu hissədə məhkəmə mübahisəsi də iddiaçının xeyrinə yekunlaşmamışd ır.), qanunvericiliyin yuxarıda sadalanan normaların tələbləri nəzərə alındıqda, məlumat vərəqəsi olmadan cavabdeh inzibati orqan iddia ərizəsində qeyd edilənlərlə bağlı öz təşəbbüsü ilə araşdırma aparmaqla edə bilməzdi və bu səbəbdən cavabdehin pensiyanın yenidən hesablanmasından imtina etməsində ifadə olunan hərəkətləri qanunsuz sayıla bilməz.
8. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2535/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(112)-23/2023 saylı qərar ı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Bundan əlavə kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən öz mövqeyini iddiaçının cavabdeh Daxili İşlər Nazirliyinə qarşı olan iddiası ilə əsaslandırmışdır ki, bunun da düzgün deyildir. Ona görə ki, cavabdeh DİN-ə qarşı olan tələblərlə əlaqədar artıq qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur və iddiaçı artıq onları hallandırmır. İddiaçının hakim Həmid Ağalarovun icraatında baxılan iddiası Prezidentin Fərmanı, indeksləşmə və s. tələblə əlaqədar pensiyada olan artımların nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır. Lakin, birinci instansiya məhkəməsi iddiaçının tələbinin 2 hissədən ibarət olmasını və işin icraatının dayandırılmasından sonra baxmalı olduğu tələb hissəsinin məhz 2-ci tələb, yəni artımlar nəzərə alınmaqla yenidən hesablanması hissəsi ilə əlaqədar olduğu halda buna heç bir münasibət bildirməməsi olmuşdur. Məhz apellyasiya şikayətində də iddiaçı tərəf olaraq qeyd edilmişdir ki, məhkəmənin istinad etdiyi “yenilənmiş məlumat vəqərəsi”nin təqdim edilməməsi onun keçmiş və hazırda qüvvədə olan məlumat vərəqəsi əsasında i ddiaçıya təyin edilən pensiyanın yenidən hesablanması üçün maneəçilik törətməmişdir.
13. Daha sonra qeyd edilir ki, hər iki məhkəmə instansiyası “pensiyanın yenidən hesablanması” üçün müraciəti yeni məlumat vərəqəsinin mövcudluğu ilə şərtləndirimişdir. Lakin məhkəmələrin gəlmiş olduğu nəticə düzgün olmamışdır. Odur ki, həmin qərarlar kassasiya instansiyasında ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar. 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə
22. Sığorta stajının hesablanması qaydası... 22.4. Hərbi xidmət müddətinin və təmi nat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri... 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqla rı vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respub likasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddə sinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə baş çısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
4. Bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) d əyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil olan Məlumat vərəqinə əsasən Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis bölməsinin baş təhqiqatçısı vəzifəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırda iddiaçı müharibə iştirakçısı kimi 32 AZN haqq, polis işçisinin hər il məzuniyyətə çıxarkən 2 aylıq məzuniyyət pulu və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində aldıqları müalicə pulu, hər təqvim ilində verilən 4 aylıq həcmində mükafatları baş təhqiqatçının aldığı 817 AZN dövlət məvacibinin baza hissəsinə əlavə edib yenidən hesablanması və onun pensiya hüququnun yarandığı vaxtdan halhazıradək yaranan artımın ödənilməsi tələbini irəli sürür.
25. Göründüyü kimi, hərbi və xüsusi rütbəli şəxslərin əmək pensiyasının yenidən hesablanması üçün onların xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi sonuncu xidmət keçdikləri orqan tərəfindən pensiya təyin edən orqana göndərilməlidir. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən “məlumat vərəqi”nə əsasən xx.xx.2013-cü il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən məlumat vərəq əsini tərtib edən qurumun hərəkətləri mübahisələndirilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 96/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, iddiaçının orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımlar nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qərardan kassasiya şikayəti verilməmiş, həmin qərar qüvvəsini almışdır.
26. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqe yi ilə razılaşaraq bildirir ki, nə qədər ki, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən yenilənmiş məlumat vərəqəsi cavabdehə təqdim edilməmişdir, qanunvericiliyin yuxarıda sadalanan normaların tələbləri nəzərə alındıqda, yeni məlumat vərəqəsi olmadan cavabdeh inzibati orqan iddia ərizəsində qeyd edilənlərlə bağlı pensiyanın yenidən hesablanmasını həyata keçirə bilməz. Belə olan halda cavabdehin pensiyanın yenidən hesablanmasından imtina etməsində ifadə olunan hərəkətləri qanunsuz sayıla bilməz.
27. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2535/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.