Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3220/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Sumqayıt Bələdiyyəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər:(Torpaq sahəsinə Bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması, çıxarış verilməsi.) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə Sumqayıt Bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDR X-nin 2 saylı Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 07 fevral 2017-ci il tarixli **********44 saylı məktubu əsasında xxx küçəsində yerləşən 300 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətlərinin icrasının cavabdeh tərəfindən təmin edilməməsinin qanunsuz sayılması və Sumqayıt Bələdiyyəsinin 02 oktyabr 2014-cü il tarixli 11 saylı iclas protokolunun 7-ci qərarı ilə sahibkarlıq məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş xxx küçəsində yerləşən 300 kv.metr torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-422/2019 saylı, 29 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 18 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Sumqayıt Bələdiyyəsi (bundan sonra - iddiaçı) vətəndaşların müraciətini nəzərə alaraq, Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində Çerkassı küçəsində 300 kv.metr torpaq sahəsinin hərracda satılmasını təşkil etmək üçün hüquqi prosedurlara başlamış, Bələdiyyənin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İc ra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 20.06.2014-cü il tarixli 236 saylı rəy verilərək torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi öz növbəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin adına “Torpaq sahəsinin planı və ölçüsü”nü hazırlanmış və həmin sənəd 25.11.2014-cü il tarixdə 7682 nömrə ilə X3 kitabında uçota alınmışdır. Daha sonra, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi və bunu təsdiq edən sənədlərin verilməsi üçün müraciət etmiş, cavabdehin **********44 saylı, 07 fevral 2017-ci il tarixli məktubu ilə iddiaçının müraciəti təmin olunmamışdır. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 07 fevral 2017-ci il tarixli **********44 saylı məktubu əsasında xxx küçəsində yerləşən 300 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətlərinin icrasının cavabdeh tərəfindən təmin edilməməsinin qanunsuz sayılması və Sumqayıt Bələdiyyəsinin 02 oktyabr 2014-cü il tarixli 11 saylı iclas protokolunun 7-ci qərarı ilə sahibkarlıq məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş xxx küçəsində yerləşən 300 kv.metr torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, vətəndaş X2 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək, xxx küçəsində sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə 300 kv. metr torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə sənədləşdirilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, Sumqayıt Bələdiyyəsi 02.10.2014-cü il tarixli 11 saylı iclas protokolunun 7-ci qərarı ilə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi ü zərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab etmişdir. Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 20.06.2014-cü il tarixli 236 saylı, Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə 05.09.2014-cü il tarixli, 02/734 saylı rəylər verilərək torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi öz növbəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin adına “Torpaq sahəsinin planı və ölçüsü”nü hazırlamış və həmin sənəd 25.11.2014-cü il tarixdə 7682 nömrə ilə X3 kitabında uçota alınmışdır. Həmin sənədlər də əlavə edilməklə Sumqayıt Bələdiyyəsi tərəfindən bir neçə dəfə, o cümlədən sonuncu dəfə 27 yanvar 2017-ci il tarixli, 229 saylı məktubla ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edilmiş və göstərilmiş torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi və bunu təsdiq edən müvafiq sənədlərin verilməsi xahiş edilmişdir. Lakin qeyd olunan sənədlər tərəflərindən Cavabdehnə göndərilərək, torpaq sahəsinə dair hərracın (müsabiqənin) keçirilməsi üçün həmin torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilsə də, cava bdeh inzibati orqan bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirməmişdir. Sumqayıt Bələdiyyəsinin yuxarıda qeyd olunan sonuncu müraciətinə cavabdeh tərəfindən 07 fevral 2017-ci il tarixli, **********44 saylı məktubla imtina cavabı verilmişdir. Cavabdeh imtinanı Sumqayıt Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xəritənin guya tam hazır olmaması ilə əsaslandırmağa çalışmışdır. Bu zaman cavabdeh müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahəsi də 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş pr otokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və X3nda dövlət qeydiyyatından keçmişdir. Həmin sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzində saxlanılır. Cavabdehin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması və bələdiyyənin xəritəsinin guya hazır olmaması barədə fikirləri əsassızdır. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmişdir və hal- hazırda da bələdiyyə mülkiyyətindədir. Sual oluna bilər ki, Sumqayıt Bələdiyyəsinin torpaqlarının xəritəsi hazır olmadığı halda, cavabdeh tərəfindən bu günədək yüzlərlə torpaq sahələri üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində hansı plan-cizgi, xəritə, kadastr və sair göstəricilərə istinad edilməklə qeydə alınmış və olmayan xəritədə necə əks etdirilmişdir. Bu günədək cavabdehin Sumqayıt Bələdiyyəsinin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair yüzlərlə çıxarışın verilməsinin mövcudluğu özü-özlüyündə bələdiyyə to rpaqlarının hüdudlarını göstərən müvafiq plan-cizgi materiallarının və xəritələrin mövcud olmamasını istisna edir. Göründüyü kimi, cavabdeh hər hansı hüquqi əsasa söykənmədən Sumqayıt Bələdiyyəsinin müraciətlərini təmin etməmişdir. Bu zaman cavabdeh qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericiliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının müddəalarını da nəzərə almamışdır. Bu səbəbdən cavabdehin Sumqayıt Bələdiyyəsinin tələb etdiyi sənədləri verməkdən imtinası ilə əlaqədar iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək mübahisələndirilən torpaq sahəsinin də daxil olduğu beş torpaq sahəsi ilə bağlı cavabdehin üzərinə torpaq sahələri üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət q eydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışlarının təqdim edilməsi öhdəliyinin qoyulması tələb edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin, 2-1(85)-3098/2017 saylı, 21 noyabr 2017-ci il tarixli qərarı ilə iddia tələbimiz təmin edilməsə də, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2018-ci il tarixli, 2-1(105)-245/2018 saylı qərarı ilə Sumqayıt Bələdiyyəsinin apelyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələblərinin təmin edilməsi barədə yeni qərar çıxarılmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2-1 (102)1659/2018 saylı qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmuş və iddia mümkünsüz sayılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında apellyasiya instansiyası məhkəməsinin qərarında şərh olunan mübahisələndirilən torpaq sahələrinin bələdiyyə mülkiyyətində olması fikri ilə razılaşsa da, bir-biri ilə əlaqəli olmayan torpaqlarla bağlı bir iddia ərizəsində tələblərin birləşdirilərək qoyulmasını düzgün hesab etməmiş və hər bir torpaq sahəsi ilə bağlı ayrı-ayrılıqda iddia tələbləri ilə məhkəməyə müraciət edilməli olması göstərilmişdir. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsi ilə bağlı yenidən məhkəməyə müraciət edərək Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməyi lazım bilir. Sumqayıt İnzibati-İqti sadi Məhkəməsinin 13 mart 2019-cu il tarixli 2-1(85)-252/2019 saylı qərarı ilə (hakim: İ.R.Quliyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-422/2019 saylı, 29 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: T.O.Quliyev və G.F.Tağızadə) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 mart 2019-cu il tarixli 2-1(85)-252/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cav abdeh kassasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı Sumqayıt Bələdiyyəsi 02 oktyabr 2014-cü il tarixli 11 saylı iclas protokolunun 7-ci qərarı ilə sahibkarlıq məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində, Çerkassi küçəsində yerləşən 300 kv. metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar 27 yanvar 2017-ci il tarixli 229 nömrəli məktubla Cavabdehnə müraciət etmiş və onun müraciəti ********** nömrə ilə qeydi yyata alınmışdır. Həmin müraciətlə əlaqədar Sumqayıt Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xəritənin hazırlanması tam başa çatdırılmadığı üçün müraciətin icrasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən təmin edilə bilmədiyi iddiaçıya bildirilmiş və bu barədə, Sumqayıt Bələdiyyəsinə 07 fevral 2017-ci il tarixli **********44 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Lakin birinci instansiya məhkəməsi İdarənin imtinasının əsaslı olduğunu sübut edə bilmədiyini bildirərək iddianın təmin edilməli olduğu barədə tamamilə başqa nəticəyə gəlmişdir.Apellyasiya instansiya məhkəməsi də eyni mövqedən çıxış edərək birinci instansiya məhkəməsinin qərarının bu cür “əsaslandırmasını” haqlı hesab etmiş və nəticəd ə sözügedən anlaşılmaz qərarı qəbul etmişdir. Halbuki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 2-ci maddələrinə əsasən, bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 3-cü maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı (bu Qanunun tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 237 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəç əkmə Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirdilər, hal-hazırda qüvvədə olan redaksiyasına əsasən isə Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər) lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. Həmin Qanunun tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 237 saylı Fərmanının 3-cü bəndinə əsasən “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2ci hissəsinə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara aid müvafiq sənədlərin h azırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay müddətində başa çatdırılmalı idi. Beləliklə, göstərilən normativ-hüquqi aktların tələblərinə əsasən, yerli icra hakimiyyəti orqanı olan Sumqayıt Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara aid müvafiq sənədlərin hazırlanmasını və torpaqların bələdiyyələrə təhvil verilməsini iki ay müddətində başa çatdırılmalı idilər. Yəni, həmin zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən təhvil-təslim aktına əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilən torpaqlar üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfində n verilməli olan müvafiq dövlət aktı (dövlət aktları) ilə rəsmiləşdirilməli idi. Lakin nədənsə bu baş verməmiş və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilməli olan torpaq sahələri müəyyənləşdirilməmişdir və ona verilməli olan torpaq sahələri üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ müvafiq dövlət aktı (dövlət aktları) ilə qeydiyyata alınmamışdır. Şikayətdə həmçinin qeyd edilir ki, nə işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi hazırki işin düzgün həlli üçün mübahisəli torpaq sahəsinə dair sənədlərin bələdiyyə tərəfindən qeydiyyat orqanına tam formada təqdim edilməməsini və İdarənin haqlı olaraq onun ərizəsinin icrasını təmin etməməsini nəzərə almamış, ümumiyyət lə, həmin torpaq sahəsinin ərazinin inkişaf planına uyğun ayrılıb-ayrılmamasını, iddianın mümkünlük məsələsini araşdırmadan, həmin torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının mümkünlüyü qənaətinə gələrək, iş üzrə qanunsuz və əsassız qərar çıxarmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab e dilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün ərizəyə torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər d aşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, «X3, torpaqların monitorinqi və yerquruluşu haqqında» Qanunun: 6-cı maddəsinə əsasən, X3na torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən X3na daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafi zəsinin planlaşdırılmasmda, zonalaşdırılmasmda və torpaq münasibətlərinin tənzimlənməsində X3nın məlumatları tətbiq olunur. X3nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. 7-ci maddəsinin ikinci hissəsinə əsasən, X3 məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. 12-ci maddəsinin ikinci hissəsində isə təsbit edilmişdir ki, X3 fondu müvafiq icra hakimiyyəti orqanlarının sərəncamında olur. «X3, torpaqların monitorinqi və yerquruluşu haqqında» Qanunun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 12.03.1999-cu il tarixli, 113 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikin ci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini DTXK həyata keçirir. Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin adına “Torpaq sahəsinin planı və ölçüsü”nü hazırlanmış və həmin sənəd 25.11.2014-cü il tarixdə 7682 nömrə ilə X3 kitabında uçota alınmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, yuxarıda qeyd olunan normaların tələbləri nəzərə alındığında dövlət kadastr fondu sərəncamında olan icra hakimiyyəti orqanı kimi DTXK-nın iş üzrə mübahisəli torpaq sahələrinin bələdiyyə mülkiyyətində olması barədə rəsmi mövqeyi olduğundan cavabdeh tərəfindən iddiaçının mülkiyyətini təsdiq edən xəritənin hazırlanmasının tam başa çatdırılmaması səbəb kimi göstərilməklə hüququn dövlət qeydiyyatının aparılmasından imtina etməsi əsassız olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı, cavabdeh inzibati orqan tərəfindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hallara dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasınd an imtina olunması üçün xəritənin hazırlanmasının başa çatmaması kimi əsas həmin maddədə qeyd olunan əsasların heç birində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsa sən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dö vlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Qaldırılmış iddianın mümkünsüzlüyü ilə bağlı kassasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş materialları ilə sübuta yetirilir ki, mübahisəsi gedən torpaq sahəsi yerquruluşu sənədləri tərtib edilməklə qanunla nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə təhvil verilmiş, cavabdehin imtinası ilə iddiaçının hüquqları pozulmuşdur. Odur ki, Bələdiyyə hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki hall arı ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandı rılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 422/2019 saylı, 29 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir. 2-1(105)-
Məhkəmə qərarları › İş №2-1(102)-3220/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3220/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver