Məhkəmə qərarları › İş №2-1(102)-3222/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3222/2019

26.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3222/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 52 yaşdangüzəştli şərtlərlə yaşa görə əmək pensiyası, təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi, qazanılmış hüquq. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X1, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil işt irakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsitələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1669/2019 saylı iş üzrə 02 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin 28 fevral 2019-cu il tarixli, **********8 saylı məktubu ilə İddiaçı güzəştli şərtlər lə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, «Əmək pensiyalar haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hikamiyyəti orqanı tərəfindnə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar; kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış penisya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 60-yaşı tamam olmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək onun 1977-ci ildən 1983-cü ilə kimi M.Əzizbəyov adına X3 Ordenli Azərbaycan neft və kimya institutunda təhsil aldığı illər ümumi iş stajına daxil edilməklə 24 mart 2012-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddiaçının 60 yaşının tamam olmadığını nəzərə almaqla iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1814/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı (hakim – Z.M.Tağıyev) ilə iddia tələbi təmin edilmiş, İddiaçı 1977-ci ildən 1983-cü ilə kimi M.Əzizbəyov adına X3 Ordenli Azərbaycan neft və kimya institutunda təhsil aldığı illər ümumi iş stajına daxil edilməklə 24 mart 2012-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1699/2019 saylı, 02 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1814/2019 saylı, 14 may 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə görə təhsil müddətinin sığorta stajı kimi hesablanması nəzərdə tutulmamışdır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən isə iddiaçının 60 yaşı tamam olmadığına görə ona güzəştli şərtlərlə pensiya təyin olunması mümkün deyildir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLA NDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətənd aşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq kollegiya qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qəra rı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordin aturada təhsil müddəti iş stajına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş X5 Ordenli M.Əzizbəyov adına Azərbaycan neft və kimya institutu tərəfindən verilmiş JB seriyalı 026064 saylı diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1977-cü ildə daxil olmaqla 1983-cü il tarixdə "Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus olmaqla tərtib edilmiş ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, əsasən İddiaçı 28.11.1983-cü il tarixli, 72/k saylı əmrlə “Azneft” birliyinin Carlı KQİ-də gənc mütəxəssis kimi neft və qazda quyuların istismarı və kəşfiyyat qazması üzrə 6 dərəcəli qazmaçı vəzifəsinə qəbul edilmiş, 01.07.1984-cü il tarixli, 36/k saylı əmrlə qazma ustası vəzifəsinə keçirilmiş, 08.12.1987-ci il tarixli, 52/k saylı əmrlə RMTM №1 növbə rəisi vəzifəsinə keçirilmiş, 20.08.1988-ci il tarixli, 78/K saylı əmrlə MMTX-yə növbə rəisi vəzifəsinə keçirilmiş, 16.01.1990-cı il tarixli, 7k saylı əmrlə RMTM-ə rəis müavini vəzifəsinə keçirilmiş, 17.11.1993-cü il tarixli, 458k saylı əmrlə X4 İdarəsində köçürmə yolu ilə mərkəzi-mühəndis Texnoloji xidmət sahəsinə 1-ci kateqoriyalı texnoloq vəzifəsinə qəbul edilmiş, 05.04.1994-cü il tarixli, 18/k saylı əmrlə mərkəzi-mühəndis texnoloji xidməti sahəsinə növbə rəisi vəzifəsinə keçirilmiş, 01.07.1994-cü il tarixli, 92 saylı əmrlə 13-cü dərəcəli növbə rəisi vəzifəsinə keçirilmiş, 02.01.1996-cı il tarixli, 1k saylı əmrlə mərkəzi mühəndis texnoloji xidməti rəisinin müavini vəzifəsinə keçirilmiş, 26.02.1997-ci il tarixi, 29/k saylı əmrlə istehsalat xidəməti bazasına rəis müavini vəzifəsinə keçirilmiş və 10.05.2006-cı il tarixli, 40/k saylı əmrlə işdən azad edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının güzəştli şərtlərlə iş stajı 13 il 02 ay 28 gün təşkil edir. Belə ki, SOCAR "Azneft” İstehsalat Birliyi "Neft Daşları” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş 07 yanvar 2019-cu il tarixli güzəştli arxiv arayışdan görünür ki, İddiaçı 28.11.1983-cü ildən 30.06.1984-cü ilə kimi neft və qaz üzrə kəşfiyyat və istismar quyularının qazılmasında qazmaçı (1100000a11297), 01.07.1984-cü ildən 07.12.1987-ci ilə kimi qazma ustası (1100000-23187), 08.12.1987ci ildən 15.01.1990-cı ilədək rayon mühəndis texnoloji xidmətində və mərkəzi mühəndis texnkoloji xidmətində növbə rəisi (1100 000b-24125), 16.01.1990-cı ildən 29.10.1993-cü ilədəkrayon mühəndis texnoloji xidmətinin texnoloji xidmətinin rəis müavini, “Qum adası” X6 İdarəsində 17.11.1993-cü ildən 04.04.1994-cü ilədək mərkəzi mühəndis texnoloji xidmətində mühəndis-texnoloq (1100000b22247), 05.04.1994-cü ildən 01.01.1996-cı ilədək MMTX sahəsinin növbə rəisi (1100000b-24125), 01.01.1996-cı ildən 25.02.1997-ci ilədək MMTX-nin rəis müavini (1100000b-24125), 26.02.1997-ci ildən 09.05.2006-cı ilədək istehsalat xidməti bazasının rəis müavini (1100000b-24125,) “Abşeron” Qazma İşləri İdarəsində 10.05.2006-cı ildən 10.04.2007-ci ilədək maddi-texniki təchizat və nəqliyyat işləri üzrə idarənin rəis müavini, 11.04.2007-ci ildən 12.02.2014-cü ilədək idarə rəisi, “Komplek qazma işləri” trestində 13.02.2014-cü ildən hal-hazıı vaxta kimi “Kompleks qazma işləri” trestində Abşeron İstehsalat bölümünün rəisi vəzifəsində işləyir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” nın (X. Qazma 1100000a-11287, 1100000-23187, 1100000b-24125, 1100000b-22247) nömrəsi ilə güzəştli peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan İ nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 01 yan var 2006-cı il tarixədək 20 ildən artıq əmək stajına, o cümlədən 10 ildən çox zərərli əmək sahəsində iş stajına malik olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanununu nəzərə aldıqda apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 52 yaşdan, yəni 24 mart 2012-ci il tarixdə yaranmış olur. Cavabdeh kassasiya şikayətində istinad etdiyi dəlil ondan ibarət olmuşdur ki, “Əmək pensiyaları haqqında”Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının 60 yaşı tamam olmadığına görə ona güzəştli şərtlərlə pensiya təyin olunması mümkün deyildir. Bu dəlil dolayısıyla “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci mad dəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqini istisna edir. Kollegiya sözügedən dəlili aşağıdakılara görə əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi qanunverici yaş və stajla bağlı əvvəlki qanunvericiliklə müəyyən edilmiş tələblərin əsas alınacağını təsbit etmişdir. Yuxarıda da şərh olunduğu kimi əvvəlki qanunvericilik (“Vətəndaşların pensiya təminatı haqqında’' Qanun) yaşla bağlı tələb k imi iddiaçının halına münasibətdə 52 yaş olaraq müəyyən etmişdir. Kassasiya şikayətində göstərilən “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə görə təhsil müddətinin sığorta stajı kimi hesablanmasının nəzərdə tutulmadığına dair dəlil də əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1977-1983-cü illərdə əyani təhsil aldığı müddə tin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınması ilə bağlı olduğundan qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qaz anılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1669/2019 saylı iş üzrə 02 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar