Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3224/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili X2, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(103)-1594/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ "Bağ sahəsinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda” bağ məsələləri üzrə komissiya yığıncağının 02.08.1993-cü il tarixli, 52 nömrəli protokoluna və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 04.08.1993- cü il tarixli, 1496 nömrəli sərəncamına əsasən Ünvan1 0.12 ha-dan ibarət bağ sahəsi İddiaçı icarəsinə verilmişdir. 10.08.1993-cü il tarixdə keçmiş X1 və İstismarı Birliyi ilə iddiaçı arasında sözügedən bağ sahəsinə dair “Bağın icarəyə verilməsi haqqında” 10 il müddətinə müqavilə bağlanmışdır. Müqavilənin müddəti 2003-cü ildə bitdiyindən X1 və İstismarı Birliyi ilə İddiaçı arasında sözügedən bağ sahəsinə dair 17.10.2003-cü tarixli, 25218 saylı müqavilə bağlanmış, müqavilənin müddəti 10 il müəyyən edilmiş, İddiaçı istifadəsində və sahibliyində olan bağ sahəsi səhvən 768 "b" saylı kimi göstərilmişdir. İddiaçı faktiki olaraq istifadəsində olan, Ünvan1 bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdehin 13 aprel 2018-ci il tarixli, **********05 saylı cavab məktubu ilə imtina edilmiş və qeyd edilmişdir ki, bağ sahəsinə dair təqdim edilmiş sənədlər arasında uyğunsuzluq vardır. Belə ki, müqavilədə bağ sahəsinin nömrəsi 768b, arxiv arayışında isə 762b kimi göstərilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ nömrəsi və göstərilən ərazi sxematik xəritədə öz əksini tapmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır. Bundan sonra, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ünvan1 bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsinə dair cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-113/2019 saylı, 28 fevral 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Ünvan1 bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-113/2019 saylı, 28 fevral 2 019-cu il tarixli qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(103)-1594/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-113/2019 saylı, 28 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, müqavilədə hər hansı yanlışlığın olması, qanuni əsaslarla əldə edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsas sayılmır. Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 762 “b” nömrəli bağ sahəsinin iddiaçıya verilməsi barədə DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən məhkəməyə təqdim e dilmiş bağ sahəsinə dair arxiv qovluğunda kifayət qədər sübutlar vardır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(103)-1594/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə ərizəyə əlavə edilmiş sənədlər surətdir və sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Bundan başqa, ərizəyə əlavə edilmiş sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, ərizəyə əlavə edilmiş 25218 saylı müqavilədə bağ sahəsinin nömrəsi “768b”, arxiv arayışında isə bağ nömrəsi “762b” qeyd olunmuşdur. Lakin idarənin arxiv məlumatlarına əsasən arxiv qovluğunda mövcud olan müqavilədə bağ nömrəsi “762b" kimi qeyd olunmuşdur. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatları na əsasən qeyd olunan bağ nömrəsi və göstərilən ərazi sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin, bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28.1, 90-96-cı maddələrinə, Torpaq Məcəlləsinin 55, 67, 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 21(103)-1594/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(105)-1594/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili X3 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(103)-1594/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(103)-1594/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, bağın icarəyə verilməsi barədə İddiaçı ilə X1 və İstismarı Birliyi arasında bağlanmış, 10.08.1993-cü il tarixli 25218 nömrəli müqavilədə Ünvan1 yerləşən, sahəsi 0,12 ha torpaq sahəsinin nömrəsi 762 “b” göstərilmişdir. 762 “b” saylı bağın icarəyə verilməsi barədə 10.08.1993-cü il tarixli 25218 nömrəli müqavilənin müddəti 2003-cü ildə qurtardığına görə, İddiaçı X1 və İstismarı Birliyinin rəisinin adına yazdığı və qeydiyyata alındığı 08.10.2003-cü il tarixli ərizəsində 762 “b” saylı bağın icarəyə verilməsi barədə müqavilənin müddətinin uzadılması xahiş edilmişdir. X1 və İstismarı Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 17.10.2003-cü il tarixli aktda İddiaçı istifadəyə götürdüyü bağın müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq bağ vəziyyəti yoxlanılmış, bağda 40 ədəd üzüm tənəklərinin, 2 ədəd nar, 2 ədəd tut ağacının mövcud olduğu müəyyən edilmiş və bağın becərildiyi barədə rəy verilmişdir. Aktda 10.08.1993-cü il tarixdə bağlanmış müqavilənin nömrəsi düzgün olaraq 25218 göstərildiyi halda, bağın nömrəsi 768b kimi qeyd edilmişdir. İddiaçı ilə X1 və İstismarı Birliyi arasında bağlanmış 17 oktyabr 2003-cü il tarixli yeni müqavilədə bundan əvvəlki müqavilənin nömrəsi (25218) olduğu kimi saxlanıldığı halda, bağın nömrəsi 768 “b” göstərilmişdir. Buna əsaslanan cavabdeh iddiaçının hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətənda şlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəs inə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İddiaçı ilə bağlanmış müqavilədə bağ sahəsinin nömrəsinin səhv olaraq 768b kimi göstərilməsi, yəni müqavilədə hər hansı yanlışlı ğın olması, qanuni əsaslarla əldə edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmaması üçün əsas sayıla bilməz. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; qanunvericilikdə nəzərdə tutulan digər əsaslar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına ke çməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər; dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kim cavabdeh inzibati orqan tərəfindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hallara dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh kassasiya şikayətində qeyd olunan bağ nömrəsi və göstərilən ərazinin sxematik xəritədə öz əksini tapmadığını göstərsə də, həmin dəlili təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tə ləblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2-1(105)-1594/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3224/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3224/2019
20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver