Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3229/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3229/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər:inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçı iştirakı, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında “3-cü dərəcəli əlillik” ifadəsinin “2-ci dərəcəli əlillik” ifadəsi ilə, səbəb qrafasında “ümumi xəstəlik” ifadəsinin “hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-446/2019 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabde h Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinəqarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3-cü dərəcəli əlillik" ifadəsinin "2-ci dərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xxxx 2019-cu il tаrixli, 2-1(84)-71/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı "Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3-cü dərəcəli əlillik" ifadəsinin "2-ci d ərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (hаkim - İ.Cabbarov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-446/2019 saylı qərardadı ilə (sədrlik edən V.İ.Məlikov, E.Ş.Hüseynov və A.A.Mahmudov) İddiaçı şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, inzibati icraat qaydasında, iddianın mübahisələndirmə və ya məcburetmə formasında baxılmalı olan iddiaların birinin digərindən fərqləndirilməsi özünü İPM-nin 70-ci və 73-cü maddələrində daha aydın və bariz şəkildə büruzə verir, hazırkı halda iddiaçının tələbi cavabdeh tərəfindən qəbul edilmiş və iddiaçının mənafeyinə zidd olan inzibati aktın mübahisələndirilməsindən (mübahisələndirmə haqqında iddia) və dəyişdirilməsindən, həmçinin iddiaçının tələb etdiyi öhdəliyin (vəzifənin) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul etməsi ndən ibarətdir, bu da tam olaraq İPM-nin 70.3-cü maddəsinin müddəalarına uyğundur, belə ki, həmin maddənin dispozisiyası özündə 2 ünsürü ehtiva edir, birinci, inzibati akt mövcud olmalı və onun ləğv edilməsi və ya dəyişdirilməsi tələb edilməlidir ki, bu da iddiaçının iddiasında var, ikinci-iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsi tələb etməyə haqlı olduğu hal olsun ki, bu hal da mövcuddur, beləliklə, iddiaçının hazırkı iddiası İPM-nin 70.3-cü maddəsi ilə müəyyən edilmiş və maddənin tələblərinə tam şəkildə cavab verən klassik mübahisələndirmə haqqında iddiadır, bundan başqa İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə müvafiq olaraq mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır, Cavabdeh yurisdiksiyası təkcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin deyil, Azərbaycan Respublikasının bütün ərazisini, başqa sözlə birdən çox məhkəmənin yurisdiksiyasını əhatə edir, iddiaçı Şəki rayonunda passport qeydiyyatında olmaqla yaşayır, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xxxx 2017-ci il tarixli, 2 saylı qərarına əsasən “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisad məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edil məsi’’ barədə qərarına əsasən Şəki rayonu, Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-446/2019 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxı lması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlayarkən ona istinad etmişdir ki, iddiaçının iddia tələbi inzibati orqan kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdehnə qarşı yönəlmişdir və iddia məcburetmə haqqında iddiadır, hazırkı halda iddiaçının tələbi cavabdeh tərəfindən qəbul edilmiş və iddiaçının mənafeyinə zidd olan inzibati aktın mübahisələndirilməsindən (mübahisələndirmə haqqında iddia) və dəyişdirilməsindən, həmçinin iddiaçının tələb etdiyi öhdəliyin (vəzifənin) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul etməsindən ibarətdir, “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati- iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının xxxx 2017-ci il tarixli, 02 nömrəli qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu; Bakı şəhəri Qaradağ rayonu; Bakı şəhəri Nəsimi rayonu; Bakı şəhəri Səbail rayonu; Bakı şəhəri Yasamal rayonu ərazi vahidləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edilmiş, beləliklə, birinci instansiya məhkəməsi ərizənin aidiyyət üzrə göndərilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirm ə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xxxx 2017-ci il tarixli 2 saylı qərarına əsasən “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibatiiqtisad məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi’’ barədə qərarına əsasən Şəki rayonu Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh yurisdiksiyası təkcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin deyil, Azərbaycan Respublikasının bütün ərazisini, başqa sözlə birdən çox məhkəmənin yurisdiksiyasını əhatə edir, **** seriyalı şəxsiyyət vəsiqəsinə görə İddiaçı Şəki rayonu, Turan qəsəbəsi ünvanında passport qeydiyyatında olmaqla yaşayır və onun iddia tələbi "Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3-cü dərəcəli əlillik" ifadəsinin "2-ci dərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" barədə qərar qəbul edilməsindən ibarətdir. Apellyasiya məhkəməsi isə 2-ci dərəcəli əlil olan iddiaçının Şəki rayonu, Turan qəsəbəsi ünvanında passport qeydiyyatında olmaqla yaşadığını, hazırkı iddianın mübahisələndirmə haqqında iddialara aid olduğunu nəzərə almadan, mübahisənin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edilməsinə istinad etməklə, hazırki tələbə baxılmasının ərazi aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin səlahiyyətinə aid olmadığı nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-c i maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd olunanlara əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-446/2019 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-446/2019 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Şək i İnzibati-İqtisadi Məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(102)-3229/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3229/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver