Məhkəmə qərarları › İş №2-1(102)-323/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-323/2019

30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-323/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1181/2018 saylı 10 may 2018-ci il tarix li qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi üzrə 2016-cı ilin 3-cü rübünün 1-ci ayı üzrə cəmi 437 manat məbləğ dövriyyə, 2-ci ayı üzrə cəmi 260 manat dövriyyə, 3-cü ayı üzrə cəmi 781 manat dövriyyə müəyyən edilmişdir. Cavabdeh tərəfindən 2016-cı ilin 3-cü rübü üçün sadələşdirilmiş vergi üzrə və 2016-cı ilin noyabr ayı üçün ƏDV üzrə kameral vergi yoxlaması aparılmış, kameral yoxlamanın başa çatdırılması üçün 18.10.2016-cı il tarixli və 27.01.2017-ci il tarixli məktublarla zəruri sənədlər tələb edilmiş, lakin iddiaçı tərəfindən zəruri sənədlər cavabdehə təqdim edilməmişdir. Kam eral vergi yoxlamasının nəticəsi olaraq Bakı Vergilər Departamenti Bəyannamələr İdarəsinin 25.10.2016-cı il tarixli ****** nömrəli qərarı ilə 2016-cı ilin 3-cü rübü üçün son xronometraj müşahidələrinin nəticəsi əsasında 6583.28 manat sadələşdirilmiş vergi hesablanmışdır. Bakı Vergilər Departamenti Bəyannamələr İdarəsinin 03.02.2017-ci il tarixli ****** nömrəli qərarı ilə 2016-cı ilin noyabr ayı üçün 8260.17 manat ƏDV hesablanmışdır. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Bakı Vergilər Departamenti Bəyannamələr İdarəsinin 25.10.2016-cı il tarixli ****** nömrəli qərarının və cavabdehin 03.02.2017-ci il tarixli ****** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.07.2017-ci il tarixli 2-1(82)2238/17 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2428/2017 nömrəli iş üzrə 10.11.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 12.07.2017-ci il tarixli 2-1(82)2238/17 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-494/2018 nömrəli iş üzrə 14.03.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10.11.2017-ci il tarixli qərarı qismən - cavabdehin 25.10.2016-cı il tarixli ****** nömrəli qərarının ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmış hissədə ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1181/2018 saylı 10 may 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.07.2017-ci il tarixli 2-1(82)2238/17 saylı qərarı yoxlanılan- Iddiaçı barəsində tərtib edilmiş Bakı Vergilər Departamenti Bəyannamələr İdarəsi nin 25.10.2016-cı il tarixli ****** nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, eyni hissədə iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin 25.10.2016-cı il tarixli qərarı qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının, o cümlədən VM-in 37 və 67-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Belə ki,, iddiaçının sadələşdirilmiş vergi üzrə 2016-cı ilin 3-cü rübü üçün təqdim edilmiş bəyannamələrə əsasən göstərilmiş dövriyyənin onun təsərrüfat subyektində keçirilmiş xronometraj nəticələrinə əsasən müəyyən edilmiş dövriyyədən az olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi üzrə 2016-cı ilin 3-cü rübünün 1-ci ayı üzrə cəmi 437 manat məbləğ dövriyyə (rəsmiləşdirilmiş son xrono metraja əsasən dövriyyə 55.955), 2-ci ayı üzrə cəmi 260 manat dövriyyə (rəsmiləşdirilmiş son xronometraja əsasən dövriyyə 55.955), 3-cü ayı üzrə cəmi 781 manat dövriyyə (rəsmiləşdirilmiş son xronometraja əsasən dövriyyə 54.150) müəyyən edilmişdir. Yaranmış uyğunsuzluqlar nəticəsində aparılmış kameral yoxlama zamanı iddiaçıya sadələşdirilmiş vergi üzrə 2016-cı ilin 3-cü rübü üçün 6.583,28 manat (55.955+55.955+54.150)x4% - 59,12) əlavə vergi məbləği hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1181/2018 saylı 10 may 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə xronometraj müşahidələrinin nəticələri əsasında vergi hesablanması qanunauyğun olmamış, xronometraj müşahidəsinin aparılmasının əsası olmamış, müşahidələrin nəticələri barədə yekun aktlar məhkəməyə təqdim edilməmiş, nəticədə iddiaçının təqdim etdiyi bəyannamə məlumatları ilə vergi orqanının hesabladığı vergi məbləğləri arasında ziddiyyət yaranmış, lakin aşağı instansiya məhkəmələri buna hüquqi qiymət verməmişdir. Kassator Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3, 175-ci maddələrinə, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 2.0.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3, 429.0.3-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)1181/2018 saylı 10 may 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. T ərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi və vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1181/2018 saylı 10 may 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1181/2018 saylı 10 may 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın iş üzrə 14.03.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.11.2017-ci il tarixli qərarı qismən - cavabdehin 25.10.2016-cı il tarixli ****** nömrəli qərarının ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmış hissədə ləğv edildiyi və qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanıldığı üçün, apellyasiya instansiya məhkəməsinin qərarı yalnız 25.10.2016-cı il tarixli qərarın ləğv edilməsi hissəsində yoxlanılır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının sadələşdirilmiş vergi üzrə 2016-cı ilin 3-cü rübü üçün təqdim edilmiş bəyannamələrə əsasən göstərilmiş dövr iyyənin onun təsərrüfat subyektində keçirilmiş xronometraj nəticələrinə əsasən müəyyən edilmiş dövriyyədən az olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi üzrə 2016-cı ilin 3-cü rübünün 1-ci ayı üzrə cəmi 437 manat məbləğ dövriyyə (rəsmiləşdirilmiş son xronometraja əsasən dövriyyə 55.955), 2-ci ayı üzrə cəmi 260 manat dövriyyə (rəsmiləşdirilmiş son xronometraja əsasən dövriyyə 55.955), 3-cü ayı üzrə cəmi 781 manat dövriyyə (rəsmiləşdirilmiş son xronometraja əsasən dövriyyə 54.150) müəyyən edilmişdir. Yaranmış uyğunsuzluqlar nəticəsində kameral vergi yoxlaması aparılmış, kameral yoxlamanın başa çatdırılması üçün 18.10.2016-cı il tarixli və 27.01.2017-ci il tarixli məktublarla zəruri sənədlər tələb edilmiş, lakin iddiaçı tərəfindən zəruri sənədl ər cavabdehə təqdim edilməmiş, nəticədə kameral vergi yoxlamasının nəticəsi olaraq 2016-cı ilin 3-cü rübü üçün son xronometraj müşahidələrinin nəticəsi əsasında sadələşdirilmiş vergi hesablanmışdır. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 15.1.13-cü maddəsinə əsasən, vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ vardır. Həmin Məcəllənin 50-1.2-ci maddəsinə görə, bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. İddiaçıya məxsus obyektdə sonuncu dəfə 02.09.2014-04.09.2014-cü il tarixləri arasında xronometraj metodu ilə müşahidə aparılmış, xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi olaraq 08.09.2014-cü il tarixli ***/** seriyalı ****** saylı akt qəbul edilmiş, həmin aktla orta günlük satış dövriyyəsi 1805 manat müəyyən edilmiş, akt iddiaçı tərəfindən imzalanmış və nə inzibati, nə də məhkəmə qaydasında mübahisələndirilməmişdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə görə, kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Vergilər Nazirliyinin) müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən, Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadı qda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfındən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, vergi ödəyicisinin fəaliyyətinə analoci fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatları, VM-in 83.9-cü maddəsində nəzərdə tutulduğu kimi müvafıq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilmiş qaydaları istifadə etməklə hesablamaq hüquq u vardır. Qeyd edilənlərə uyğun olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) tələb edilən müddətədək iddiaçı tərəfindən təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini yenidən hesablamaq hüququ olmuşdur. Məhkəmə kollegiyası iddiaçının “xronometraj müşahidələrinin nəticələri əsasında vergi hesablanması qanunauyğun olmaması, xronometraj müşahidəsinin aparılmasının əsası olmamış, müşahidələrin nəticələri barədə yekun aktların məhkəməyə təqdim edilməsi, nəticədə iddiaçının təqdim etdiyi bəyannamə məlumatları ilə vergi orqanının hesabladığı vergi məbləğləri arasında ziddiyyət yaranması” ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, xronometraj müşahidə sinin nəticələri barədə yekun akt iş materiallarında mövcuddur (iş v. 38). Bundan əlavə, xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi olaraq 08.09.2014-cü il tarixli ***/* seriyalı ****** saylı akt qəbul edilmiş, həmin aktla orta günlük satış dövriyyəsi 1805 manat müəyyən edilmiş, akt iddiaçı tərəfindən imzalanmış və nə inzibati nə də məhkəmə qaydasında mübahisələndirilmədiyindən kassatorun yuxarıda qeyd edilən dəlilləri əsassızdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıl dıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8ci mad dəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1181/2018 saylı 10 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar