Məhkəmə qərarları › İş №2-1(102)-323/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-323/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-323/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçılar İddiaçı1, X8 və İddiaçı3 qızının cavabdeh Bakı şəhəri Cavabdehnə kompensasiyanın, vurulmuş ziyanın ödənilməsi barədə iddia tələbi, Cavabdeh İddiaçı1, X9 və İddiaçı3 qızına qarşı iş üzrə QƏRAR (açar sözlər:paylı mülkiyyət hüququ ilə vətəndaşlara məxsus daşınmaz əmlakın bir hissəsinə görə hər kv.m üçün 1500 manat, digər hissəsi üçün isə 800 manatdan kompensasiyanın təklif edilməsi həm Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, həm də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələblərinə ziddir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, N.Əhmədovun katibliyi ilə, iddiaçılar İddiaçı1, X11 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə kompensasiyanın, vurulmuş ziyanın ödənilməsi barədə iddia tələbi, Cavabdeh İddiaçı1, X9 və İddiaçı3 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1887/2019 saylı qərarından iddiaçılar İddiaçı1, X11 və İddiaçı3 və onların vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə icla sında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçıların hər birinin 1/10 payı üzrə mülkiyyətində olan ünvan 2 evə dair; paylı mülkiyyətdə olan tikili üzrə hər birinə 25.200 AZN; torpağa istifadə və mülkiyyət hüququ üzrə 30.000 AZN; Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ümumi ödənilməli olan kompensasiya məbləğinin 20 faizinin tutulması; çətinliyə görə ümumi kompensasiya məbləğinin 10%-nin tutulması, köçürülmə ilə əlaqədar ödənilən 1000 manat kompensasiyanın tutulması, sonradan isə iddia tələbinin həcmini artıraraq, «Bakı şəhəri Cavabdehndən iddiaçıların hər birinin 1/10 payı üzrə mülkiyyətində olan ünvan 2 evə dair; paylı mülkiyyətdə olan tikili üzrə hər birinə 25.200 AZN; torpağa istifadə və mülkiyyət hüququ üzrə 30.000 AZN; Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ümumi ödənilməli olan kompensasiya məbləğinin 20 faizinin tutulması; köçürülmə ilə əlaqədar ödənilən 1000 AZN kompensasiyanın tutulması»barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün yaşadıqları ünvan 1 ünvan da həmin söküntü zonasında yerləşdiyindən cavabdehin təşkil etdiyi Komisiya tərəfindən onların hər birinə 1/10 hissəsi xüsusi mülkiyyət hüququ üz rə mülkiyyətlərində olan əmlakın dəyəri olaraq 5000 azn kompensasiya təklif edilmiş, xüsusi mülkiyyət hüquqlarını təsdiq edən DƏMDRX-i tərəfindən verilmiş çıxarışa əsasən ünvan 2 evin ümumi sahəsi 168 kv.m təşkil edir və hər birinin 1/10 payı üzrə hüququ Dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarışdan da göründüyü kimi alınmaya məruz qalmış ünvan 2 ünvanda yerləşən torpaq sahəsi üzərində istifadə hüququ Dövlət tərəfindən tanınmış və bununla bağlı qeydiyyat aparılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10-cu maddələrinin, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 7.3.1-ci maddələrinin tələblərinə əsasən mövcud olan və qorunan hüquqları cavabdeh tərəfindən pozulmuşdur. 0,02009 ha torpaq sahəsinin hər birinin 1/10 hi ssəsi qanuni əsaslarla faktiki xüsusi mülkiyyətlərində və istifadələrində olduğundan hər 1 (bir) kv.m sahənin 1500 AZN alınmaya məruz qaldıqları nəzərə alaraq toprağa ödənilməli olan kompensasiya məbləğinin hər birinə 30.000 AZN vəsaitin cavabdehdən tutulması barədə qətnamə çıxardılmalıdır. Bundan əlavə onlar həmin evdə doğulduqları andan yaşamış və həmin yaşayış yeri üzrə qeydiyyatdadırlar. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4.4-cü maddəsinə əsasən çətinliklərlə bağlı ödəniş 10 ildən artıq müddət üçün kompensasiyanın ümumi məbləğinin 10 faizi miqdarında müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyənl əşdirilir. Daşınar əmlakların cavabdehin qanunazidd hərəkətləri nəticəsində razılıqları olmadan söküldüyündən və nəticədə əşyaları məhv olduğundan iddiaçıların hər birinə 5000 AZN ziyan dəymişdir. Cavabdeh ona verilmiş səlahiyyətləri aşaraq xüsusi mülkiyyətdə olan evi razılıqları olmadan və öncədən kompensasiya ödənilmədən sökmüşdür. Digər paylı mülkiyyətçilərə əsas və köməkçi sahə üzrə hər bir kv.m dair 1500 azn kompensasiya ödədiyini nəzərə alaraq, iddiaçılara isə dəfələrlə az vəsait təklif etdiyindən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan or qan Cavabdeh tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 evin hər biri 1/10 hissəsində paya malik olduqlarına görə İddiaçı1 13.504 manat, İddiaçı2 13.504 manat və İddiaçı3 13.504 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin istifadə hüququna xitam verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 saylı qərarına əsasən ünvan 4 küçəsi, dalan 2, 6 saylı ev ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. ünvan 5 küçəsi, dalan 2, 6 saylı ev ünvanında yerləşən həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri alıtna düşür. Bununla əlaqədar, İddiaçı1, X11 və İddiaçı3 dəfələrlə Yasamal Rayonu İcra Hakimiyyətinə dəvət olunsa da, onlara Komissiya tərəfindən təklif olunmuş kompensasiya məbləği ilə razılaşmamışlar. “Daşınmaz əmlakın alınması Qru pu” və Komissiya tərəfindən mülkiyyətçilərin daşınmaz əmlakına baxış keçirilmiş və məlum olmuşdur ki, hazırkı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, seriya nömrəsi ******* olan Çıxarışa əsasən ümumi sahəsi 168,8 kv.m olan əmlakın 1/10 hissəsində payına malik olmasına baxmayaraq, onlara daşınmaz əmlak torpaqların dövlət ehtiyacları üçün alınması zamanı və həmin ərəfədə mübahisəli sahədə yaşamamışlar. Həmin yaşayış sahəsində yaşayan digər mülkiyyətçilərə isə onların orada yaşaması, çəkdiyi xərclər, ödədikləri kommunal xərclər və digər amillər nəzərə alınmaqla müvafiq qaydada kompensasiya ödəmişlər. Ümumiyyətlə, kompensasiya ödənilərkən şəxsin yaşayış sahəsində faktiki yaşaması, ona yaşadığı müddətdə çəkdiyi xərclər, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı faktiki yaşadığı evindən mərhum olması amilləri nəzərə alınır. Cavabdehlərin hər biri 168,8 kv.m daşınmaz əmlakın 1/10 hissəsinə malik olduğundan onların hər birinə naturada çatası pay 16,88 kv.m təşkil edir. Buna görə də hazırda cavabdehlərin orada yaşamaması və digər amillər, habelə söküntü ərazisində yaşayış sahəsində yaşamayan şəxslərə ödənilən kompensasiya məbləğlərinin dəyəri, analoji qaydada digər mülkiyyətçilərə alqısatqı müqavilələri əsasında ödənilmiş məbləğlər nəzərə alınmaqla, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsind ə müəyyən edilən mövcud bazar qiyməti, habelə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehlərə 16,88 kv.m-ə görə 800 manatdan olmaqla, 13.504 manat (16,88 kv.m x 800 manat = 13.504 manat) məbləğində kompensasiya hesablanmışdır. Hesablanmış həmin kompensasiya məbləği cavabdehlərə təklif olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)946/2019 saylıqərarı ilə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, ünvan 4 küçəsi, dalan 2, 6 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alı nması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 4 küçəsi, dalan 2, 6 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı hər biri 1/10 hissəsində paya malik olduqlarına görə İddiaçı1 13.504 manat, İddiaçı2 13.504 manat və İddiaçı3 Murtuz qızına 13.504 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin istifadə hüququna xitam verilmişdir (hakim – E.Ə.Əliyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1887/2019 saylı qərarı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçılar İddiaçı1, X8 və İddiaçı3 Murtuz qızının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019 -cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, ünvan 2 evin iddiaçıların hər birinin paylı mülkiyyətində olan hissəsinə görə (əsas sahə 16,88 kv.m) cavabdehdən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə ilə birlikdə bir kv.m-i 1500 manatdan olmaqla 25.320 manat məbləğində kompensasiya tutulmuş, qalan hissədə iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, ünvan 4 küçəsi, dalan 2, 6 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ilkin iddia tələbinə uyğun olaraq, iddiaçıla ra ödənilən 25.320 manat məbləğində kompensasiyanın müqabilində qarşılıqlı iddia üzrə cavabdehlərin (ilkin iddiaçıların) istifadə hüququna xitam verilmiş, qalan hissədə qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından iddiaçılar İddiaçı1, X11, İddiaçı3 və onların vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarında qismən ilkin iddianın təmin edilməmiş hissəsində qismən ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Həmin qərardan Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri İddiaçılar İddiaçı1, X11, İddiaçı 3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, çıxarışa əsasən ünvan 2 ev iddiaçıların hər birinin 1/10 payı üzrə xüsusi mülkiyyətlərindədir, tikilinin həyətyani sahəsi olduğundan, torpaq sahəsi üzərində hüququn növü istifadə qeyd edilməklə dövlət tərəfindən hüquqlar qeydə alınmış, həmçinin Çıxarışa əsasən torpaq sahəsinin ölçüsü 0,02009 ha qeydə alınmış, qanunvericiliyə görə sözügedən torpağa dair Dövlət tərəfindən iddiaçıların istifadə hüququ mülkiyyət hüququ ilə də;tanınmış, digər tərəfdən iddiaçılara kompensasiya ödənilmədən xüsusi mülkiyyətlərində olan evlərinin sökülərək, digər payçılara ödənilən imtiyazlardan məhrum edilməsi müəyyən edilir, köçürül mə ilə hər bir payçıya 1000 manat kompensasiya ödənişi edilmiş, çətinliyə görə kompensasiya növünün alqı-satqı müaqvilələrində hər-hansı bir qeyd aparılmamış, iddiaçılar həmin evdə doğulduqları andan yaşamaqla və həmin ev üzrə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçılar X2. X11 və X11 ümumi paylı mülkiyyətdə olan 1/10 hissədə paylarının harada olması və ümumiyyətlə mövcud olub-olmamasını təsdiq etməmiş və komissiyaya təqdim etməmiş, yəni ünvan 7 ünvanında yerləşən daşınmaz əmlak olan fərdi yaşayış evinə müstəqil qiymətləndirlcilərin və komissiya üzvlərinin iştirakı ilə baxış keçirilərək, ölçmə iş ləri aparılarkən X2, X11 və X8 mülkiyyətində qeydə alınmış sahələr müəyyən edilməmiş, bu barədə iddiaçıların özlərinə izah verilmiş, bütün bunlara baxmayaraq, mülkiyyət hüququ ilə adına qeydə alınmış əmlakı faktiki olaraq alan orqanın sahibliyinə təqdim etməmişlər. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kolleg iyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Murtuz qızının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayə tinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 21(103)-1887/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus X1, X2, X3 və X4 küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nər imanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Cavabdeh müəyyən edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən ünvan 4 küçəsi, dalan 2, 6 ünvanda yerləşən fərdi yaşayış evinin 1/10 hissəsi üzərində İddiaçı1, X11 və İddiaçı3 Murtuz qızının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, id diaçılara məxsus yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşdüyündən, Cavabdeh tərəfindən alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmiş, "xxxx" MMC-nin “Qiymətləndirmə Aktı”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarına uyğun olaraq, Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınan, ünvan 4 küçəsi, dalan 2, 6 ünvanında yerləşən paylı mülkiyyətdə olan (N-64-260A şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin ünvanda evin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçıların hər birinin xüsusi mülkiyyətində olan əsas sahənin 16,88 kv.m olması müəyyən edilmiş, hər kv.m sahəsi üçün 416,67 manat, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə olunmaqla hər kv.m üçün 500 manatdan 8.440 manat kompensasiya hesablanmış, iddiaçılar yaşayış evinin digər paylı mülkiyyətçilərinə yaşayış sahəsinin hər kv.m-i üçün 1500 manat olmaqla, kompensasiya ödənilməsinə istinadla hazırki iddia ilə məhkəməyə müraciət etmişlər, dövlət ehtiyacları üçün alan orqan Cavabdeh qarşılıqlı iddiasında cavabdehlərə (ilkin iddiaçılara) 16,88 kv.m-ə görə hər kv.m-in dəyəri 800 manat olmaqla, 13.504 manat məbləğində kompensasiyanın müqabilində daşınmaz əmlakın əldə olunmasının təsdiq edilməsini və istifadə hüququna xitam verilməsini xahi ş etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, hazırki iş üzrə iddiaçılar istisna olmaqla, həmin ünvanda yerləşən daşınmaz əmlakın digər paylı mülkiyyətçilərinə, o cümlədən 10/48 hissəsinin mülkiyyətçisi X1, 3/48 hissənin mülkiyyətçisi X7, 3/48 hissənin mülkiyyətçisi X4, 3/48 hissənin mülkiyyətçisi X3, əsas və köməkçi sahələr üçün hər kv.m-in dəyəri (Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə olunmaqla) 1500 manatdan kompensasiya hesablanaraq ödənilmiş, cavabdeh inzibati orqan digər paylı mülkiyyətçilərdən fərqli olaraq iddiaçılara daha az miqdarda, daşınmaz əmlakın hər kv.m-i üçün 800 manat (bütün əlavələrlə birlkdə) ödənilməli olması ilə bağlı mövqeyini onunla əsaslandı rmışdır ki, iddiaçılar ümumi sahəsi 168,88 kv.m olan əmlakın 1/10 hissəsində payına malik olmasına baxmayaraq, həmin yaşayış sahəsində yaşamamışlar, həmin yaşayış sahəsində yaşayan digər mülkiyyətçilərə isə orada yaşaması, çəkdiyi xərclər nəzərə alınmaqla kompensasiya ödənilmiş, halbuki, qanunvericilikdə mülkiyyətçinin ona məxsus daşınmaz əmlakda yaşamaması özgəninkiləşdirmə zamanı onun dəyərinin ədalətli ödənilməsini istisna edən hal kimi nəzərdə tutulmamış, həmin daşınmaz əmlakın paylı mülkiyyətçiləri olmalarına dair daşınmaz əmlakın dövlət reyestrindəki qeyd ləğv edilməmiş və hazırda qüvvədədir, digər tərəfindən işin materiallarına ünvan 4 küçəsi dalan 2, ev 6 ünvanında yerləşən yaşayış sahəsinin paylı mülkiyyətçilər arasında real bölgüsünə aid hər hansı sübut əlavə edilməmiş, belə olan halda daşınmaz əmlakın hansı hissəsinin naturada iddiaçılara məxsus olmasının müəyyən edilməsi mümkün deyildir, paylı mülkiyyət hüququ ilə vətəndaşlara məxsus daşınmaz əmlakın bir hissəsinə görə hər kv.m-i üçün 1500 manat, digər hissəsi üçün isə 800 manatdan kompensasiyanın təklif edilməsi həm Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, həm də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələblərinə ziddir, həmçinin Cavabdeh ünvan 4 küçəsi, dalan 2, 6 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı hər biri 1/10 hissəsində paya malik olduqlarına görə İddiaçı1 13.504 manat, İddiaçı2 13.504 manat və İddiaçı3 13.504 manat məbləğində kompensasiya ödənilməsi tələbi əsassızdır, təmin oluna bilməz, iddiaçıların hər birinin malik olduqları 16,88 kv.m paya müvafiq olaraq, hər kv.m üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə ilə birlikdə 1500 manatdan olmaqla 25.320 manat kompensasiya ödənilməsi həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 248.2 və 248.2.3-cü maddələrinə, həm də ədalətli kompensiyası olmaqla, digər paylı mülkiyyətçilərə ödənilmiş kompensasiya məbləğinə uyğundur (16,88x1500=25320 manat), həmçinin naturada real bölgüsü aparılmamış daşınmaz əmlakla bağlı iddiaçıların istifadəsində nə qədər torpaq sahəsinin olmasını, eləcə də sökülmə nəticəsində iddiaçılara məxsus 5.000 manat dəyərində daşınar əmlakın məhv olmasını, köçürülmə ilə bağlı iddiaçıların xərclərini təsdiq edən hər hansı sübut işə əlavə olunmamı şdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. «Torpaqların dövlət ehtiyacla rı üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafıq müddəaları tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin və qarşılıqlıiddianınqisməntəminedilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası mülkiyyətçinin ona məxsus daşınmaz əmlakda yaşamaması halının özgəninkiləşdirmə zamanı onun dəyərinin ədalətli ödənilməsini istisna edən hal kimi qanunvericilikdə nəzərdə tut ulmadığını, iddiaçıların həmin daşınmaz əmlakın paylı mülkiyyətçiləri olmalarına dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilmədiyini və hazırda qüvvədə olduğunu, iş materiallarına ünvan 4 küçəsi dalan 2, ev 6 ünvanında yerləşən yaşayış sahəsinin paylı mülkiyyətçilər arasında real bölgüsü aparılmadığından daşınmaz əmlakın hansı hissəsinin naturada iddiaçılara məxsus olmasının müəyyən edilməsinin mümkün olmadığını, paylı mülkiyyət hüququ ilə vətəndaşlara məxsus daşınmaz əmlakın bir hissəsinə görə hər kv.m-i üçün 1500 manat, digər hissəsi üçün isə 800 manatdan kompensasiyanın təklif edilməsinin həm Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, həm də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələblərinə zidd olduğunu, iddia çıların hər birinin malik olduqları paya müvafiq olaraq, hər kv.m üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə ilə birlikdə 1500 manatdan olmaqla, 25.320 manat kompensasiya ödənilməsinin həm qeyd olunan maddi hüquq normalarının tələblərinə, həm də ədalətli kompensiya olmaqla, digər paylı mülkiyyətçilərə ödənilmiş kompensasiya məbləğinə uyğun olduğunu, həmçinin sökülmə nəticəsində iddiaçılara məxsus 5.000 manat dəyərində daşınar əmlakın məhv olmasını, köçürülmə ilə bağlı iddiaçıların real xərclərini təsdiq edən hər hansı sübutun işə əlavə olunmadığını nəzərə alaraq kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)1887/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(1 03)-1887/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar