Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-323/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X6, vəkili Vəkil1 oğlunun, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabd eh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarının vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1651/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 638 saylı, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən, Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsində yerləşən torpaq sahəsində vətəndaş İddia çı tərəfindən tikilmiş «A» tikilisi: ikimərtəbəli, dörd yaşayış otağından sahəsi 74,9 kv.m, köməkçi sahəsi 97,2 kv.m, açıq eyvan sahəsi 4,2 kv.m, «B» tikilisi: ikimərtəbəli-avtoxidmət məntəqəsi sahəsi 390,5 kv.m, həyətdə bokslar sahəsi-97,5 kv.m, üç köməkçi otaq sahəsi 26,4 kv.m, sanitar qovşağı sahəsi 6,0 kv.m, torpaq sahəsi 1000 kv.m olan fərdi yaşayış evinin və avtoxidmət məntəqəsinin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. 2. ünvan 1 ünvanında yerləşən, torpaq sahəsi 0,1 ha, ümumi sahəsi 172,5 kv.m olan fərdi yaşayış evi, eləcə də tikintialtı sahəsi 122,4 kv.m olan avtoxidmət binası, 12 kv.m, 8,6 kv.m köməkçi tikililər, 16,8 kv.m hasar, 6 kv.m sanitar qovşağı, 220,5 kv.m olan avtoxidmət binası fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) mülkiyyət hüququ ilə İddi açı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ona bu barədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» Çıxarış verilmişdir.
3. Daha sonra iddiaçı, X5 adlı şəxslə alqı-satqı müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən 172,5 kv.m-dən, 4 otaqdan ibarət fərdi yaşayış evini və 0,0234 ha torpaq sahəsini alıcının mülkiyyətinə vermiş, qalan 0,0766 ha torpaq sahəsi və üzərində yerləşən B, C, D, İ, Q, V tikililər onun mülkiyyətində qalmışdır. Həmin alqı-satqı müqaviləsinin bağlanmasından sonra cavabdeh tərəfindən iddiaçının adına Bakı şəhəri, nömr əli evin torpaq sahəsinin bir hissəsinə dair (sahəsi 0,0766 ha olmaqla) ******* saylı, xx.xx.2015-ci il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» çıxarış verilmiş, lakin iddiaçının mülkiyyətində qalan tikililər həmin çıxarışda göstərilməmişdir.
4. İddiaçı alqı-satqı müqaviləsi bağlandıqdan onun mülkiyyətində qalmış həmin tikililərin və torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, xx.xx.2019-cu il tarixli, **********85 saylı məktubla ona imtina cavabı verilmişdir. Cavabdehin imtina məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9.2, 8.0.10.1, 11.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 9.3, 22.1-ci maddələrinə istinad la qeyd olunmuşdur ki, ərizədə qeyd edilən xx.xx.2013-cü il tarixli, RX0184528 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda fərdi yaşayış evinin tərkib hissəsi olan həyətyanı tikili və qurğular həmin dövrün qanunvericiliyinə uyğun olaraq göstərilirdi. Həmin həyətyanı tikili və qurğular yaşayış evinin tərkib hissəsi olduğundan daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir və qeydiyyata alınması üçün qanunvericiliyə uyğun sənədlər təqdim edilməmişdir. Bu səbəbdən iddiaçıya verilmiş xx.xx.2015-ci il tarixli, RX-xxxx nömrəli reyestrdən çıxarışda həmin tikililər öz əksini tapmamaşdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ünvan 3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0766 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarının (avtoxidmət məntəqəsi) vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmaqla, bu barədə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi və 2 ədəd qeyri-yaşayış binası inşa etdirmişdir. Bundan sonra Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin razılıq məktubuna əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hak imiyyəti tərəfindən 638 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncam verilmiş və müvafiq fərdi yaşayış evi və qeyri-yaşayış binasının eskiz layihəsi memar tərəfindən təsdiq edilmişdir. Həmçinin, müvafiq fərdi yaşayış evinin və qeyriyaşayış binalarının istismara qəbul aktı da tərtib edilərək aidiyyəti qurumlar tərəfindən qanuna müvafiq qaydada təsdiq edilmişdir. Tərəfindən inşa edilmiş müvafiq fərdi yaşayış evinin və qeyri-yaşayış binalarının dövlət reyestrində hüquqi qeydiyyata alınması məqsədilə torpaq üzərində mülkiyyət hüququ haqqında şəhadətnamə, fərdi yaşayış evinə və qeyri-yaşayış binalarına dair Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 638 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamı, qanunamüvafiq qaydada təsdiq edilmiş eskiz layihəsi, istismara qəbul aktı və digər hüquqmüəy yənedici sənədlərin əsilləri ərizəyə əlavə edilməklə cavabdehə təqdim olunmuşdur. Lakin cavabdeh tərəfindən qanunsuz olaraq yalnız fərdi yaşayış evinə (texniki pasportda "A" tikilisi kimi qeyd olunmuşdur) dair ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarış və inventar nömrəsi 11/2239 olan xx.xx.2013-cü il tarixli texniki pasport verilmiş və qeyri-yaşayış binaları isə həyətyanı tikililər kimi "B" (avtoxidmət binası) və "V" (avtoxidmət binası) tikilisi olmaqla, "C" (Köməkçi tikili), "D" (Köməkçi tikili), "Q" (Sanitar qovşağı) və "İ" (Hasar) tikililəri ilə birgə texniki pasportda və reyestrdən çıxarışda qeyd olunmuşdur. Reyestrdən çıxarışda və texniki pasportda xüsusi mülkiyyətində olan torpaq sahəsinin ümumi sahəsi 0,10 ha qeyd olunmuşdur. Çıxarışda və texniki pasp ortda "A" tikilisi kimi qeyd olunan fərdi yaşayış evini (ümumi sahəsi 172,5 kv.m; 4 otaqlı) və 0,10 ha torpaq sahəsinin 0,0234 ha hissəsini AN-İ № ******* saylı, 17.03:2015-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən X1. X2 ümumi sahəsi 172,5 kv.m olan 4 otaqlı və texniki pasportda və çıxarışda "A" tikilisi kimi göstərilən fərdi yaşayış evi naturada ayrılmış 0,0234 ha torpaq sahəsinin üzərində yerləşir. Texniki pasportda və çıxarışda həyətyanı tikililər kimi göstərilən qeyri-yaşayış binası olan "B" (avtoxidmət binası), "V" (avtoxidmət binası), "C" (köməkçi tikili), "D"(köməkçi tikili), "Q" (sanitar qovşağı) və "İ" (hasar) tikililəri və 0,10 ha torpaq sahəsinin 0,0766 ha hissəsi isə onun mülkiyyətində qalmışdır. Tərtib edilmiş bölgü sxeminə əsasən 0,10 ha torpaq sahəsi 0,0234 ha (X3 hissə) və 0,0766 ha (onun mülkiyyətində qalan hissə) olmaqla naturada iki hissəyə bölünmüşdür və bölgü sxemi tərəflərindən imzalanmışdır. Texniki pasportda və çıxarışda həyətyanı tikililər kimi göstərilən qeyri-yaşayış binası olan "B" (avtoxidmət binası), "V" (avtoxidmət binası), "C" (köməkçi tikili), "D" (köməkçi tikili), "Q" (sanitar qovşağı) və "İ" (hasar) tikililəri 0,10 ha torpaq sahəsinin bölgü-sxeminə əsasən onun mülkiyyətində qalan 0,0766 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir və X2 0,0234 ha torpaq sahəsindən kənarda yerləşir. AN-İ № ******* saylı, xx.xx.2015-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndə qeyd olunan yerdə qalan hissənin onun adına rəsmiləşdirilməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etdikdə, onun adı na yalnız 0,0766 ha torpaq sahəsinə dair reyestr nömrəsi **********60 olan, Seriya RX, № 0631967, ********** qeydiyyat nömrəli ********** və qeydiyyat tarixi xx.xx.2015-ci il qeydiyyat tarixli reyestrdən çıxarış verilmişdir. Lakin müvafiq qeyri-yaşayış binalarına dair çıxarış və texniki pasport verilməsindən imtina edilmişdir 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilərək, ünvan 3 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan 0,0766 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binalarının (avtoxidmət məntəqəsi) vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmaqla, bu barədə, onun adına daşınmaz əmlakın dövl ət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, ünvan 3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0766 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası - "B" (avtoxidmət binası) və "V" (avtoxidmət binası) tikililəri və "C" tikilisi (köməkçi tikili), "D" tikilisi (köməkçi tikili), "Q" tikilisi (sanitar qovşağı) və "İ" tikilisi (hasar) 0,10 ha torpaq sahəsinin bölgü-sxeminə əsasən iddiaçının mülkiyyətində qalan 0,0766 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir və buna dair iddiaçının qanunla müəyyən edilmiş zəruri sənədləri mövcuddur.
9. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2- 1(103)-261/2020 nömrəli qərarı ilə (sədrlik edən:K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, sözügedən tikililər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli, 174 saylı qərarı ilə təsdiq edilmiş və 2013-cü ildə qüvvədə olmuş “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi Qaydası”nın tələblərinə uyğun olaraq fərdi yaşayış evinin tərkib hissəsi kimi i ddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından və müvafiq statusa dair qeyd qüvvədə olduğundan, həmin tikililərin qeyri-yaşayış binası kimi qeydiyyatının aparılması üçün hüquqi əsaslar mövcud deyildir.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1499/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: Z.M.Quliyev və İ.K.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-261/2 020 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlaklar 2013-cü ildə ilkin olaraq qeydiyyatdan keçmiş, bununla da həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1651/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2972/2019 nömrəli q ərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
18. Kassasiya şikayətində qeyd edilir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının ərizəsində qeyd etdiyi xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrind ən çıxarışda fərdi yaşayış evinin tərkib hissəsi olan həyətyanı tikili və qurğular həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi Qaydası”na uyğun olaraq göstərilirdi. Həmin həyətyanı tikili və qurğular yaşayış evinin tərkib hissəsi olduğundan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və qeyriyaşayış binasının qeydiyyata alınması üçün qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara icazə sənədi və s.) təqdim edilməmişdir. Bu səbəbdən də, iddiaçıya verilmiş xx.xx.201 5-ci il tarixli, RX seriyalı 063167 nömrəli reyestrdən çıxarışda həmin həyətyanı yardımçı tikililər öz əksini tapmamışdır.
19. Həmçinin, müvafiq tikililər yerləşən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və qeyri-yaşayış binasının tikintisi üçün nəzərdə tutulmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
22. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sər əncam vermək hüquqlarından ibarətdir. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyət inə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə
20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə
1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surə tdə istifadə edilir.
2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir.
3. Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir.
4. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilmə si şərtləri bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxx 2016-cı il tarixli qərarı
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının t əqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal ba xımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
31. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı ünvan 3 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan 0,0766 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarının (avtoxidmət məntəqəsi) vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmaqla, bu barədə adına daşınmaz əmlakın döv lət reyestrindən çıxarışın və texniki pasportun hazırlanaraq verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etdikdən sonra iddiaçı məhkəmədə iddia qaldırmışdır.
32. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir.
33. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq həmin qərardan kassasiya şikayəti verərək bildirmişdir ki, iddiaçının 0,76 ha torpaq sahəsində qalan tikililər yaşayış evinin tərkib hissəsidir və həmin sahələrin qeyri-yaşayış sahələri kimi qeydə alınması qanuna uyğun deyil.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, mübahisəli daşınmaz əmlaklar ilkin olaraq 2013-cü ildə cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış, həmin əmlaklar üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasına dair müvafiq çıxarış verilmişdir. İddiaçının həmin əmlaka mülkiyyət hüququ, eləcə də daşınmaz əmlakın dövlət reyestrində bu barədə aparılmış qeydiyyat hazırkı vaxtadək mübahisələndirilməmişdir və qüvvədədir.
35. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, müvafiq tikililər yerləşən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və qeyri-yaşayış binasının tikintisi üçün nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının mövqeyi əsassızdır.
36. Kassasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə ko llegiyası qeyd edir ki, yaşayış məntəqələrinin torpaqlarından istifadə qaydası Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə tənzimlənir ki, həmin Məcəllədə də yaşayış məntəqələrində qeyriyaşayış binasının tikintisi istisna edilmir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar a şağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılma sına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”
38. Apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1651/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.