Məhkəmə qərarları › İş №2-1(102)-323/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-323/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-323/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3459/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3061/2021 nömrəli, 20 may 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim R.T.Kərimli) iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2156/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. birinci instansiya məhkəməsində i kinci icraat

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5949/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim R.T.Kərimli) iddia təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə (52 yaşdan) əmək pensiyası məhkəmə qərarının icrası qaydasında təyin olunmuşdur. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən və ayrıca qərar qəbul olunmadan ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, inzibati orqan tərəfindən iddiaçı münasibətdə pensiya ödənişinin dayandırılması ilə bağlı hərəkətlər aparılarkən müvafiq qərar qəbul olunmaması i lə bərabər, həm də onun (iddiaçının) məlumatlandırılması da təmin edilməmişdir. Bundan başqa, cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının «Əmək pensiyaları haqqında» Qanunun 37.8-ci maddəsinin və «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuzdur.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsin i xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3459/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya apellyasiya qaydasında mübahisələndirdiyi 26 aprel 2022-ci il tarixli qərarında verdiyini təsdiq edən mötəbər sübutların olmadığını, prosessual müddətin ötürüldüyü təqdirdə isə onun üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərlənd irmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir.

10. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və şikayətin mümkün hesab edilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən iddia tələbi üzrə müvafiq məhkəmə qərardadında qeyd olunduğu kimi apellyasiya şikayətinin verilməsinin son müddəti xx.xx.2022-ci il tarixidir. Apellyasiya şikayəti isə müvafiq poçt xidmətinə xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Deməli müddət ötürülməmişdir. Hətta apellyasiya şikayəti verilməsi üçün qa nunvericiliklə nəzərdə tutulmuş müddət apellyasiya şikayəti poçt xidmətinə təqdim edildikdən 3 gün sonra bitmişdir. Lakin, məhkəmə əsassız olaraq poçt xidmətinin müvafiq qəbzini nəzərə almamışdır. Halbuki, apellyasiya şikayətinin vaxtında verilməsi və ya müddət ötürülməklə verilməsi yalnız apellyasiya şikayətinin poçt xidmətinə təqdim edilməsi tarixi ilə müəyyən oluna bilər. Həmin tarix isə poçt xidmətinin müvafiq qəbzi ilə müəyyən edilir. Məhkəmə isə poçt xidmətinin müvafiq qəbzinə, rəsmi sənədinə etimad göstərməmiş, apellyasiya şikayətinin cavabdeh tərəfindən poçt xidmətinə təqdim edildiyi tarixi deyil, apellyasiya şikayətinin poçt xidməti tərəfindən məhkəməyə təqdim edildiyi tarixi əsas götürmüşdür. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etira z daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kol legiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gös tərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTASNİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş prosessual pozuntular səbəbindən hazırkı iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

17. Apellyasiya instansiyası məhkəməsi İPM-in 12-ci maddəsinin tələblərini pozaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsin ə görə araşdırmamışdır.

18. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, 26 aprel 2022-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdeh inzibati orqana münasibətdə son müddət məhkəmə qərarının xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilməsi nəzərə alınmaqla, xx.xx.2022-ci il tarix hesab olunur. Lakin apellyasiya şikayətinin xx.xx.2022-ci il tarixində verildiyini nəzərə alaraq müddətin ötürülməsi əsası ilə apelyasiya şikayətinin qəbulundan imtina etmişdir.

19. Həmçinin məhkəmə tərəfindən qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli məhkəmə qərarından verilmiş apellyasiya şikayətinin xx.xx.2022-ci il tarixdə sürətli poçt xidmətinə təqdim edilməsinə baxmayaraq həmin qəbzə əsasən “alanın soyadı və imzası, tarix qrafasında “ xx.xx.2022-ci il tarix” göstərilməklə ünvan sahibi (Bakı İnzibati Məhkəməsi) tərəfindən qəbul edilmişdir. Yəni, sürətli poçt xidmətini göstərən xidmət tərəfindən məhkəməyə təxminən 3 ay müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə sənədi çatdırması həqiqəti əks etdirmir və reallıqda apellyasiya şikayətinin cavabdeh inzibati orqan tərəfindən prosessual müddət ötürülməklə verildiyi anlamına gəlir.

20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən şikayət 30 gün ərzində poçta təqdim edilmiş, yəni hazırkı qərarın “16” bəndində qeyd olunan İPM-in 85.1-ci maddəsinin tələbləri baxımından prosessual müddət pozulmamışdır.

21. Lakin apellyasiya məhkəməsi bunu nəzərə almayıb ona görə ki, poçt orqanı şikayəti 3 aydan sonra məhkəməyə təqdim etmişdir.

22. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi poçt qəbzini mötəbər sübut hesab etmədiyi üçün İPM-in 12-ci maddəsinin tələbləri baxımından bu istiqamətdə araşdırma aparmalı olduğu halda bunu etməmişdir.

23. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-3459/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3459/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar