Məhkəmə qərarları › İş №2-1(102)-323/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-323/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-323/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillərin fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ç ıxarışlara əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına sahəsi 35.90 kv.m olmaqla mənzil kimi qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən mənzilin və sahəsi 26.30 kv.m olmaqla mənzil kimi qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən mənzilin fərdi yaşayış evi kimi xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi, həmin mənzillərin altında olan torpaq sahələrinin isə texniki pasportda əks etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2759/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı q ərarı qəbul etdi. İŞİN HALLARİ

1. X2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 35.9 kv.m olan 1 otaqlı mənzili iddiaçıya satmış və tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. İddiaçının satın aldığı mənzil üzərində mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

3. X1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 26.3 kv.m olan mənzili iddiacıya satmış və tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

4. İddiaçının satın aldığı mənzil üzərində mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

5. İddiaçının sifarişi əsasında “X4” tərəfindən tərtib olunmuş 61 nömrəli, xx.xx.2023cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddiacıya məxsus Bakı şəhəri, Xətai rayonu, Firidun Ramazanov küçəsində yerləşən (6-cı Dairəvi) ev 8 və ev 8/1 nömrəli mənzillər təyinatı üzrə ayrıca giriş-çıxış qapısından, həyətyanı sahədən, yaşayış və köməkçi tikililərdən ibarət olmaqla, fərdi müəyyən edilmiş ev kimi istifadə olunur. Mənzillər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əssasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olub fərdi müəyyən edilmiş yaşayış evi hesab edilir.

6. İddiaçı mülkiyyətində olan mənzillərin fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin sökülmədiyi aşkar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına sahəsi 35.90 kv.m olmaqla mənzil kimi qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən mənzilin və sahəsi 26.30 kv.m olmaqla mənzil kimi qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən mənzilin fərdi yaşayış evi kimi xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi, həmin mənzillərin altında olan torpaq sahələrinin isə texniki pasportda əks etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini əsaslandırarkən işin hallarında göstərilən xüsusatlara istinad etmiş və cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 04 may 2023- cü il tarixli 21(112)-7118/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat və **********83-05101-093001 reyestr nömrəsi ilə sahəsi 35.90 kvadrat metrdən ibarət olmaqla, mənzil kimi qeydiyyata alınmış ünvan 4 ünvanında yerləşən mənzilin və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat və **********59-05101-093002 reyestr nömrəsi ilə sahəsi 26.30 kvadrat metrdən ibarət olmaqla, mənzil kimi qeydiyyata alınmış ünvan 2 ünvanında y erləşən mənzilin fərdi yaşayış evi kimi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi, həmin mənzillərin altında olan torpaq sahələrinin isə texniki pasportda əks etdirilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mənzillər üzərində mövcud mülkiyyət hüququnu təsdiq edən sənədləri, həmin mənzillərin “fərdi yaşayış evi” kimi qeydiyyata alınması məqsədilə cavabdehə təqdim etmişdir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evlərinin altında olan torpaq sahəsi isə iddiaçının qanuni istifadəsindədir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sözügedən daşınmaz əmlaklar üzərində hüququnun qeydiyya tı ilə bağlı cavabdeh inzibati orqanın ona verdiyi reyestrdən çıxarışlar qüvvədədir, qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, həmin çıxarışlar hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdehin imtinasında istinad etdiyi mənzillərin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla, mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə bağlı hansı sənədlərin cavabdeh inzibati orqana təqdim edilməli olması hər hansı qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh inzibati orqanın iş üzrə iddiaçının müraciəti ilə bağlı əlavə hüquqmüəyyənedici sənəd (bu sənədlərin adı cavabdeh tərəfindən çəkilmir) tələb etməsi ilə bağlı hərəkətləri qanuni sayıla bilməz. Bu müddəa həm də “İnzibati icraat haqqında” Qanunda da öz əksini tapmışdır. İddiaçı hazırkı işdə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış mənzillərin fərdi yaşayış evi kimi qeydiyyatının aparılmasını tələb edir. İddiaçı adına qeydiyyatı aparılmış daşınmaz əmlakın əslində “mənzil” deyil, “fərdi yaşayış evi” olduğunu bildirir və hüquqlarının qeydinin məhz fərdi yaşayış evi üzərində aparılmasını tələb edir. Cava bdeh isə bunun üçün mənzilin fərdi yaşayış evinə keçirilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmadığına istinad edərək tələbin təmin olunmasından imtina edir. İddiaçının “mənzil”lə bağlı olsa da, mülkiyyət hüququnun mövcud olduğu müəyyən olunur. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslana n hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Belə olan halda, iddiaçının adına reyestrdə qeydi aparılmış mənzillərin fərdi yaşayış evi kimi qeydiyyata alınması tələbinin təmin olunma imkanının yoxlanılması üçün sözügedən “mənzil”lərin “fərdi yaşayış evi” anlayışına cavab-verib-verməməsi araşdırılmalıdır. “X4” tərəfindən tərtib olunmuş 61 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, aparılmış tədqiqat nəticəsində, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Firidun Ramazanov küçəsində yerləşən (6-Dairəvi) ev 8 və ev 8/1 nömrəli mənzillər təyinatı üzrə ayrıca giriş-çıxış qapısından, həyətyanı sahədən, yaşayış və köməkçi tikililərdən ibarət olmaqla, fərdi müəyyən edilmiş ev kimi istifadə olunur. Bu mənzillər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olub fərdi müəyyən edilmiş yaşayış evi hesab edilir. Belə olan halda, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış "mənzil” məlumatlara əsasən və qanunla yuxarıda göstərilən "fərdi yaşayış evi” şərtlərinə cavab verdiyinə görə onların “fərdi yaşayış evi” kimi qeydiyyata alınması təmin olunmalıdır.

12. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2759/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(112)-7118/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən mənzillərin fərdi yaşayış evi kimi qeydiyyata alınmasının mümkün olub-olmaması ilə bağlı mütəxəssis rəyi alınmamış, ekspertiza təyin ed ilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman dövlət qeydiyyatına alınmış mənzilin sökülmədiyi və hər iki mənzilin ayrı tikili deyil, ümumi binanın bir hissəsi olduğu aşkar edilmişdir. İddia olunan daşınmaz əmlaklar fərdi yaşayış evi deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə

13. Yaşayış sahələrinin növləri 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nə zərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir.... 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üç ün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəm ədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisəl ərə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə: Bənd 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, unvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Bənd

3. Xidmətin vəzifələri aşağıdakılardır: … 3.0.6. Daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək; … 3.0.11. Hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; … 3.0.24. İnventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək; … KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qa rşı” işi üzrə qərarı).

26. Bununla belə, məhkəmə kollegiyası iddianın mahiyyəti və kassasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla onu qeyd edir ki, ünvan 3 ünvanında yerləşməklə, ümumi sahəsi 35.9 kv.m olan və ünvan 2 ünvanında yerləşməklə, ümumi sahəsi 26.3 kv.m olan daşınmaz əmlakların iddiaçının mülkiyyətində olması cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilmir və bu işin mübahisəsiz halıdır.

27. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, cavabdeh inzibati orqan hesab edir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaklar fərdi yaşayış evi deyil, mənzildir və bu səbəbdən fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alına bilməz.

28. Apellyasiya instansiyası məhkəməsi (o cümlədən, birinci instansiya məhkəməsi) cavabdehin inzibati orqanın imtinasını əsassız sayar aq qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakların qanunvericiliyin tələbinə əsasən fərdi yaşayış evi hesab olunması, həmçinin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılmış və işin faktiki hallarına, mütəxəssis rəyinə və işdə olan digər sübutlara hüquqi qiymət verilərək belə nəticəyə gəlinmişdir ki, iddiaçının adına mənzil kimi qeydiyyata alınmış sözügedən yaşayış sahələri Mənzil Məcəlləsinin 13.2-ci maddəsinin tələblərinə cavab verdiyindən əslində fərdi yaşayış evidir. Odur ki, həmin mənzillər iddiaçının adına fərdi yaşayış evləri kimi dövlət qeydiyyatına alınmalıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisə ilə bağlı araşdırmalar ı yetərli olmaqla, gəldiyi nəticə qanuni və əsaslıdır.

30. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sifarişi əsasında “X4” tərəfindən mütəxəssis rəyi alınmış və həmin mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Firidun Ramazanov küçəsində yerləşən (6-cı Dairəvi) ev 8 və ev 8/1 nömrəli mənzillər təyinatı üzrə ayrıca girişçıxış qapısından, həyətyanı sahədən, yaşayış və köməkçi tikililərdən ibarət olmaqla, fərdi müəyyən edilmiş ev kimi istifadə olunur. Mənzillər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olub fərdi müəyyən edilmiş yaşayış evi hesab ed ilir.

31. Məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis rəyində qeyd olunan halları təkzib edən heç bir sübut təqdim edilmədiyindən və həmin rəyi şübhə altına almağa əsas olmadığından, aşağı instansiya məhkəmələri bu mütəxəssis rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşlar. Belə olan halda isə, əlavə mütəxəssis rəyinin alınması və ekspetiza təyin edilməsinə lüzum yoxdur.

32. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 20 23-cü il tarixli, 2-1(103)-2759/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar