Məhkəmə qərarları › İş №2-1(102)-323/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-323/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-323/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Orxan” firması) “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-1905/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 2175 nömrəli Sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmış, xx.xx.2004-cü i tarixdə həmin sahəyə dair yerləşmə cizgisi tərtib edilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli Sərəncamı ilə “Orxan” firmasına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nefçilər küçəsi, 6018ci məhəllədə ofis tikintisi üçün 0.07 ha torpaq sahəsi ayrılmışdır.

3. İddiaçı cavabdehə müraciət edərək həmin to rpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, sərəncam və yerləşmə cizgisi icra hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bundan əlavə, cizgi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmin sərəncamla müxtəlif ərazilərə də müraciət daxil olmuşdur. Həmin sahə digər şəxs tərəfindən hasarlanmış və qanuni əsaslarla istifadə edilməkdədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpaq sahəsi üzrə mülkiyyət hüququna çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ona torpaq sahəsi ayrılmış, həmin sahəyə dair yerləşmə cizgisi də tərtib edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur ki, bununla bağlı cavabdehə müraciət edilərək sahəyə çıxarışın verilməsi xahiş edilmiş, müraicətin təminindən əsassız olaraq imtina edilmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Cavabdeh tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2023-cü il tarixli “mübahisəli torpaq sahəsinə dair məlumat və sənəd surətlərinin məhkəməyə göndərilməsi barədə” məktubda qeyd edilmişdir ki, yerləşmə cizgisi miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən üst-üstə düşmə faktını tam dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İşarələnmiş sahə yerləşmə cizgisinə uyğun gəlmir. İstinad məlumatları və hər hansı miqyas olmadığından cizginin “Orxan” firmasına aid şəhadətnamə ilə üst-üstə düşmə halını araşdırmaq mümkün olmamışdır. Faktiki göstərilən ərazi “Bəyoğlu” şadlıq sarayının istifadəsində olan sahənin bir hissəsini təşkil edir. İddiaçı tərəfindən sərəncama istinad edilərək 2100 metr məsafə aralığında olan fərqli-fərqli sahələrə müraciət daxil olmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2-1(112)-159/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Səbail RİH başçısının sərəncamının qəbul edilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilmədiyindən, habelə, iddiaçının bu sə rəncamla əldə etdiyi fərz olunan əmlak hüquqları qüvvəyə minmədiyindən, onun mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları yaranmamışdır. Eyni zamanda adıçəkilən sərəncam əsasında tərtib edilmiş yerləşmə cizgisi miqyassız, koordinatsız və istinad məsafələri göstərilmədən tərtib edilmiş, eləcə də adıçəkilən sərəncam əsasında yüzlərlə metr məsafələrdə olan ayrı-ayrı torpaq sahələrinə dair də müraciətlər edilmişdir. Həmçinin iddia olunan torpaq sahəsi sərəncam, müqavilə və şəhadətnamə əsasında “Orxan” firmasının adından “Bəyoğlu” şadlıq sarayının istifadəsində olan əraziyə düşür. İş materiallarından görünür ki, həmin sərəncam, müqavilə və şəhadətnamə ləğv edilməmiş, hal-hazırda da qüvvədə olmaqla iddia ərizəsində yazıldığı kimi torpaq sahəsi iddiaçının yox, məhz üçüncü şəxsin faktik i istifadəsindədir. Daşınmaz əmlakın dövlət qeydiyyatını tənzimləyən qanunvericiliyin birmənalı tələbi isə ondan ibarətdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına təqdim olunmalıdır. Lakin iddiaçı həmin maddədə müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmiş, onun təqdim etdiyi sənədlər yuxarıda göstərilən səbəblərdən qanuna uyğun hüquqmüəyyənedici və texniki sənəd xüsusiyyətinə malik olmamışdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-1905/202 4 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, S.Səlimova və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. hazırkı iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuş dur.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi Səbail RİH başçısının sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsinin hansı tərəfində fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrıldığının aydın olmadığı qeyd etmişdir. İş materiallarından görünür ki, Səbail rayon icra hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 2175 saylı sərəncamı ilə iddiaçıya fərdi evin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Yerləşmə cizgisində torpaq sahəsinin ünvanı göstərilmişdir. Həmçinin qeyd edilmişdir ki, həmin vaxtdan etibarən sözügedən torpaq sahəsi daimi olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Bugünədək heç bir fiziki və hüquqi şəxsin torpaqdan istifadəsi ilə bağlı etirazı olmamışdır. Həmçinin, heç kim indiyədək torpaqla bağlı iddia irəli sürməmişdir.

16. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin, Mülki Məcəllənin 139.1, 139.3-cü maddələrinin, eləcə də Daşınmaz Əmlakın X1 23-cü maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar q əbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməs indən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, mübahisənin inzibati hüquq mübahisəsi olmasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosess ual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər qismən, məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli, iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

23. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun y oxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

24. Qeyd olunmalıdır ki, iddia qaldırmaq səlahiyyəti iddianın mümkünlük şərtlərinə aiddir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə i nzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddianı qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).

26. Bu baxımdan işin hallarına nəzər salınanda görünür ki, iddiaçının hüquqi marağı Səbail RİH başçısı nın xx.xx.1994-cü il tarixli, 2175 nömrəli sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsində ayrılmış 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına yönəlmişdir.

27. İş materiallarında olan cavabdehin imtinası və mütəxəssis rəylərindən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi “Bəyoğlu” şadlıq sarayının istifadəsində olan sahənin bir hissəsidir. 28. “Bəyoğlu” şadlıq sarayının faktiki istifadəsində olan sahə ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi barədə sorğuya cavab məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı və müqavilə əsasında torpaq sahəsi “Orxan” firmasına ayrılmış, buna dair torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir.

29. Göründüyü kimi, iddiaçının faktiki göstərdiyi torpaq sahəsi üçüncü şəxsə məxsus torpaq sahəsinin tərkib hissəsi olduğundan və həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan, hazırkı halda iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması mümkün deyil.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq səlahiyyətinə malik olması üçün, ilk öncə üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədi mübahisələndirilməli və bunun nəticəsində həmin hüquqmüəyyənedici sənəd ləğv edilməlidir. Başqa sözlə, iddiaçı əvvəlcə üçüncü şəxsin adına olan hüquqmüəyyənedici sənədin ləğvinə nail olmalı və yalnız bundan sonra həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi üz ərində hüququnun qeydə alınmasını və bu barədə müvafiq sənədlərin verilməsini tələb edə bilər.

31. Beləliklə, hazırkı qərarın 18-ci bəndində qeyd olunan prosessual hüquq normalarının və Ali Məhkəmənin Plenum qərarının tələbləri baxımından iddia tələbi mümkün sayılmamalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 21(103)-1905/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar