Məhkəmə qərarları › İş №2-1(102)-3230/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3230/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3230/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər X5 və "xxxx"MMC) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv olunması; üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə və icraatın davam etdirilməsi (təsisçi kimi hüquqi şəxsin məhkəmə mübahisəsindən məlumatsız olması əsası ilə); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqu b oğlundan ibarət tərkibdə, İddiaçı-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər X5 və "xxxx" MMC) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2024-cü il tarixli 2-1(103)1198/2024 nömrəli qərardadından X1 və Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 nömrəli sərəncamına əsasən, "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, 02 nömrəli müraciəti və İddiaçı-nın xx.xx.2015-ci il tarixli, 72 nömrəli razılıq məktubu nəzərə alınaraq, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 nömrəli sərəncamının 1-ci bəndi ilə İddiaçı-ya ayrılmış 0.73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0.4984 ha hissəsi eyni məqsədlə "xxxx" MMC-nin istifadəsinə verilmiş, İddiaçı-ya dair razılaşdırılmış layihə sənədləri "xxxx" MMC-yə ayrılan torpaq sahəsinə düşən hissədə həmin cəmiyyətə aid edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 267 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamının 1-ci bəndi ilə İddiaçı-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək 0.2316 ha müəyyən edilmişdir.

2. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs X5) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2015-ci il tarixli 443 nömrəli sərəncamının etib arsız hesab edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli 2-1(82)-185/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

3. Cavabdeh və üçüncü şəxs X5 ayrı-ayrılıqda həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-1198/2018 nömrəli qərarı ilə şikayətlər təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.

4. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, daha sonra ərizə ilə kassasiya instansiya məhkəməsinə müraciət edərək, kassasiya şikayətini geri götürdüyünü bildirmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-1956/2018 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin ol unmuş, apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçının verdiyi kassasiya şikayəti üzrə icraata xitam verilmişdir.

6. X1 və Maraqlı şəxs ayrı-ayrılıqda vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, inzibati iş üzrə icraatın təzələnməsi və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalarını xahiş etmişlər.

7. Ərizəçilərin vəsatəti onunla əsaslandırılmışdır ki, onlar MTK-nın həmtəsisçiləri olduqları halda, baxmayaraq ki, qəbul edilən məhkəmə aktı onların qanunla qorunan maraqlarına toxunub, lakin məhkəmə icraatı zamanı onlar üçüncü şəxs qismində işə cəlb edilməmiş, yalnız MTK-nın sədri olan həmtəsisçilərdən Hikmət Yigitdölün məhkəmə iclasında iştirakı zəruri hesab edilməklə, onların hüquqlarının pozulmas ı ilə nəticələnən məhkəmə aktı qəbul edilmişdir. Bu iş üzrə üçüncü şəxs qismində işə cəlb olunmuş X5 heç bir zaman həmtəsisçisi olduqları MTK-da təmsil olunmamış, həmin MTK-nın sədr əvəzi vəzifəsində çalışmamışdır. Məhkəmə çəkişmələri bitəndən sonra əldə etdikləri məlumata görə, MTK-nın sədri öz şəxsi işlərinin görülməsi üçün Qabil Əliyevə etibarnamə verməklə Türkiyəyə getmiş, bu zaman həmçinin, MTK-nın möhürünü də inanaraq ona təqdim etmişdir. Bütün bu proseslərdən MTK-nın qanuni həmtəsisçiləri olaraq onların məlumatı olmamış və onlara bu haqda məlumat verilməmişdir. Sonradan əldə etdikləri məlumatlara görə, Qabil Əliyev qanun yol vermədiyi halda həmin etibarnamədən öz xeyrinə istifadə edərək, Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib, onların həmtəsisçisi olduqları MTK-nın 267 nömrəl i, 12 oktyabr 2005-ci il tarixli sərəncamının özünün sahibi olduğu "xxxx" MMC-nin adına dəyişdirilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti də heç bir araşdırma aparmadan həmin etibarnaməyə əsaslanaraq 443 nömrəli, 23 oktyabr 2015-ci il tarixli sərəncamla MTKya məxsus olan 0.73 ha torpaq sahəsini "xxxx" MMC-yə vermiş və həmin sahədə sonuncunun tikinti aparmasına da icazə vermişdir. Bundan başqa, onların sonradan əldə etdikləri məlumata görə, Qabil Əliyev həmin etibarnamə ilə MTK-nın adına olan Texniki şərt əsasında "xxxx" MMC-yə məxsus binaları enerji ilə təchiz etmişdir. Bütün bu proseslərdən onlar xəbərdar edilməmiş və bu işlər onlardan xəbərsiz həyata keçirilmişdir. Həmçinin, səbəbini bilməsələr də, MTK-nın adından sədr olaraq Hikmət Yiğitdöl məhkəmədə iddia qaldırarkən və məhk əmə çəkişmələri dönəmində onlara məlumat verilməmişdir. Qabil Əliyev hazırda həmin sahədə inşaat işlərini davam etdirir. Hesab edirlər ki, onlar İddiaçı-nın Nizamnamə kapitalı 240 payı olan həmtəsisçiləridirlər, MTK-nın iş fəaliyyətinə təsir edə biləcək hər hansı bir hüquqi hərəkət onların qanunla qorunan maraqlarına toxunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (keçmiş Vergilər Nazirliyi) xx.xx.2018-ci il tarixli Dövlət Reyestrindən Çıxarışından görünür ki, təsisçi olaraq onların Nizamnamə ilə 240 payları müəyyən edilmişdir. Hikmət Yiğitdölün isə 696 payı müəyyən edilmişdir. Belə ki, Nizamnaməyə uyğun olaraq Hikmət Yigitdöl yalnız öz payına uyğun hissəni onların məlumatı və razılığı olmaqla başqa şəxslərə verə bilərdi. Lakin göründüyü kimi, onları xəbərdar etmədən, razılıqlarını almadan Hikmət Yiğitdölün etibarnaməsi əsasında Qabil Əliyev etibarnamədən öz xeyrinə istifadə etməklə, onlara aid olan 40% hissəni də mənimsəmiş, bununla da onların hüquqları pozulmuşdur. Həmçinin, məhkəmə icraatı zamanı da işə cəlb olunmamaqla hüquqları pozulmuşdur.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər M.C.Qarayeva /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 01 avqust 2024-cü il tarixli 2-1(103)-1198/2018 nömrəli qərardadı ilə ərizəçilərin vəsatəti təmin edilməmişdir.

9. X1 və Maraqlı şəxs həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və vəsatətlərinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab e dir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqeyə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-c i maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübə sinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui -istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

14. Belə ki, kassasiya instansiyası məhkəm əsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (xx.xx.2021-ci il tarixli 2-1(102)1021/2021 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-270/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)23/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hüquqi şəxslər məhkəmə icraatında müstəqil iddiaçı və cavabdeh kimi çıxış edirlər, hüquqi şəxslə digər şəxslər arasında olan hüquqi münasibətlərdə məhz hüquqi şəxsin özü iştirak edir, belə konteksdə təsisçilərlə digər şəxslər arasında heç bir müstəqil hüquqi münasibət yaranmır. Başqa sözlə, təsisçilər hüquqi şəxsin adından və onun maraqlarının qorunması məqsədi ilə iddia qaldıra bilərlər (təmsilçilik səlahiyyəti ötürüldüyü halda).

15. Hazırkı iş üzrə isə iddiaçı müəssisə məhkəmə icraatında müstəqil tərəf kimi çıxış etmiş və hüquqi, o cümlədən qanuni mənafelərini hüquqi müstəvidə müdafiə etmişdir. Eyni zamanda, mübahisə predmeti olan inzibati akt da üçüncü şəxslərə münasibətdə qəbul edilməmişdir. Digər tərəfdən, hazırkı iş üzrə ərizəçilərdən biri – X2 Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamının qismən (40% nisbətində) ləğv olunmasını xahiş etmiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1060/2023 saylı qərarı ilə iddia mümkün sayılmamışdır (cavabdehin hərəkətləri nəticəsində hüququn pozulması sübuta yetirilmədiyindən - subyektiv hüququn olmaması əsası ilə). Göründüyü kimi, ərizəçilərdən birinin subyektiv hüququnun olmaması, yəni Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamını n ərizəçinin hüquqlarına toxunmaması halı qüvvədə olan məhkəmə qərarı ilə təsdiqlənmişdir. Sözügedən məhkəmə qərarı bir ərizəçi barədə olsa da, digər ərizəçi də həmin işdə mövcud olan hüquqi və faktiki əsaslara istinad edərək, qəbul edilən qərarın onun qanunla qorunan marağına toxunması halından çıxış edir ki, belə bir marağın mövcudluğu iş üzrə təsdiq edilmir.

16. Odur ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı təsisçilərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından, başa çatmış məhkəmə icraatı ilə bağlı onların (təsisçilərin) əlavə olaraq üçüncü şəxs qismində cəlb edilməsinə zərurət yoxdur.

17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tə tbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən ərizəçilər üçün əlçatan və bəlli olmuşdur.

18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə vəsatətlərin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də vəsatətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğ v olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2024-cü il tarixli 21(103)-1198/2024 nömrəli qərardadından X1 və Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar