Məhkəmə qərarları › İş №2-1(102)-3231/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3231/2025

08.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3231/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin ##.##.2021-ci il tarixli qərarının dəyişdirilərək, həmin tarixdən ona II dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı ##.##.2013-cü il və ##.##.2014-cü il tarixlərdə “Şəkərli diabet II tip, ağır forma, insulin tələbi qalxanabənzər vəzin subtotal rezeksiyasından sonrakı hal hipertoniya xəstəliyi II mər tez-tez təkrarlanan krizlərlə diabetik angiopatiya haliyeyopatiya xr xripoxondrik nevroz vegetativ əlamətlərlə davamlı kəkələmə hepatit B” diaqnozu ilə, ##.##.2015-ci il tarixdə “Şəkərli diabet II tip, ağır forma, insulin tələbi. Diabetik retinopatiya. OU diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar II dərəcəli əlillik təyin edilmişdir.

2. ##.##.2016-cı il tarixdə 5 il müddətinə “Şəkərli diabet II tip, ağır forma, insulin tələbli...” diaqnozu ilə, hərbi xidmət dövrü ilə əlaqədar II dərəcəli əlillik təyin edilmişdir.

3. ##.##.2021-ci il tarixli Forma 88 haqqında məlumat qrafikinə əsasən: Əsas diaqnoz - E11.7- “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet II tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi II mərhələ, teztez təkrarlanan krizlərlə. Diabeto-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İponevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit “B”(daşıyıcı).Yanaşı xəstəliklər – F45.2 - İpoxondrix pozğunluq, İpoxondrix pozğunluq.Yanaşı xəstəliklər – F48.0 - Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə.

4. ##.##.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet II tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi II mərhələ, tez-tez təkrarlanan krizlərlə. Diabeto-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit” Diaqnozu ilə Göndərişin natamam doldurulması (Hədəf orqanlarda olan ağırlaşmalar ətraflı qeyd olunsun) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

5. İddiaçı ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixədək 5 il müddətinə, Hərbi xidmət dövrü ilə əlaqədar, “İpoxondrix pozğunluq, Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə” Diaqnozu ilə III dərəcəli əlillik təyin edilmişdir.

6. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının ##.##.2022ci il tarixli qərarı ilə qərarlardan verilmiş şikayətlərə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

7. ##.##.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet ağır forma II tip. İnsulinə tələbi olan. Xroniki virus hepatiti, Hepatit B. Qaraciyərin exinokokk invaziyası. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), OU Proliferativ diabetik retinnopatiya. VİSOU- 0.3k/etmir.” Diaqnozu ilə Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftamologiya reyestrində heç bir məlumat yoxdur) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

8. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının ##.##.2022ci il tarixli qərarı ilə qərarlardan verilmiş şikayətlərə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində ##.##.2021-ci il tarixli Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.

9. ##.##.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” Diaqnozu ilə Göndərişin natamam doldurulması (##.##.2021-ci il tarixli Qərar qüvvədə saxlanılır) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

10. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2023-cü il tarixli məktubdan görünür ki, onun əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan * nömrəli Poliklinikasının *******AAAS* nömrəli göndərişi əsasında ##.##.2022-ci il tarixdə Agentlikdə əyani müayinədə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq ##.##.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə (##.##.2026-cı ilədək) üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun əlilliyinin qiymətləndirilməsinə dair ##.##.2021-ci il tarixli III qrup əlillik təyin edilməsi barədə qərarının dəyişdirilərək, ##.##.2021-ci il tarixdən II qrup əlilliyinin bərpa edilməsi və həmin tarixdən almadığı illərin və ayların pullarının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü il tarixdən 1997-ci il tarixə kimi Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir Mühafizə şöbəsinə polis nəfəri vəzifəsinə təyin edilib, xəstəliyi ilə əlaqədar xidməti işini yerinə yetirə bilmədiyindən Daxili İşlər Nazirliyinin A.Heydərov adına Hospitalında 6 ay stasionar müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisinin ## ###### 2013-cü il tarixli ****/h saylı əmri ilə işdən azad olunmuşdur. İşdən azad olunmağının səbəbi ağır xəstəliklərinin olması olmuşdur. Bu tibbi sənədlərdən də tam təsdiq olunur. O, Azərbaycan Respublikası DİN-nin Şəmkir rayon Mühafizə Şöbəsinin göndərişinə əsasən Azərbaycan Respublikası DİN-nin Tibb Xüsusi həkim komissiyasından keçirilmişdir. Həkim komissiyasının onun barəsində verdiyi N-*** saylı xəstəlik haqqında şəhadətnamədə onun xəstəlikləri ilə bağlı diaqnoz "Şəkərli diabet II tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertaniya xəstəliyi Il mərhələ, tez-tez təkrar olunan krizislərlə. Diabetok-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastrodiodenit. Xronik hepatoxolesistit. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit "B" (daşıyıcısı)" qoymuşdur. Bu qeyd olunan xəstəliklərlə bağlı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2013-cü ilin sentyabr ayından ona II qrup əlillik dərəcəsi təyin edilmişdir. Onun xəstəlikləri ilə bağlı II qrup əlillik təyin olunduqdan sonra hər il stasionar müalicələr götürməklə TSEK-in komissiyasından keçmişdir. Ona II qrup əllilik təyin olunmamışdan əvvəl ##.##.2011-ci il tarixdən, ##.##.2011-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, ##.##.2012-ci il tarixdən, ##.##.2012-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, ##.##.2012-ci il tarixdən, ##.##.2012-ci il tarixə kimi Şəmkir rayon Mərkəzi Xəstəxanasında, ##.##.2012-ci il tarixdən, ##.##.2012ci il tarixə kimi Endokrinoloji xəstəxanada, ##.##.2013-cü il tarixdən, ##.##.2013-cü il tarixə və ##.##.2013-cü il tarixdən, ##.##.2013-cü il tarixə kimi Şəmkir rayon xəstəxanasında, ##.##.2014-cü il tarixdən, ##.##.2014-cü il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, ##.##.2015-ci il tarixdən, ##.##.2015-ci il tarixə kimi Şəmkir rayon Mərkəzi xəstəxanasında, ##.##.2016-cı il tarixdən, ##.##.2016-cı il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında stasionar müalicə olunmuşdur. 2016-cı ilin sentyabr ayının 29-da TSEK növbəti müayinə vaxtı ona 5 il müddətinə Il qrup əlillik dərəcəyi təyin etmiş və həmin müddət ##.##.2021-ci il tarixdə tamam olmuşdur. Bu müddət ərzində o, ##.##.2017-ci il tarixdən, ##.##.2017-ci il tarixə kimi Respublika Əlillərin Bərpa mərkəzində reablitasiya kursu keçmiş, ##.##.2018-ci il tarixdən, ##.##.2018-ci il tarixə kimi "xxxx" əlillər üçün pansionat müəssisəsində, ##.##.2018-ci il tarixdən, ##.##.2018-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, ##.##.2019-cu il tarixdən, ##.##.2019-cu il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, ##.##.2021-ci il tarixdən, ##.##.2021-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında stasionar müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə bilavasitə tabe olan * nömrəli poliklinikası tərəfindən 5 illik əlillik müddəti tamam olduğundan yenidən sistemə forma-88 göndərilmişdir. Həmin sənəddə onun bu müddət ərzində hansı tibb müəssisələrində stasionar müalicədə olmağı ətraflı qeyd edilmişdir. Nəticə olaraq diaqnoz: "İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla diabet II tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi II mərhələ, tez-tez təkrarlanan krizislərlə. Diabetik-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastrodiodenit. Xroniki hepetoxolesistid. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Hepatit B" AR DİN-nin XHK-nin ##.##.2013-cü il tarixli *** nömrəli XHŞyə əsasən qoyulmuşdur. Yanakı xəstəlikləri isə Ekhinococcus granulosus tərəfindən törədilən qaraciyər invaziyası, digər dəqiqləşdirilmiş hipotireozlar Tiroid vəzin subtotal rezeksiyası, xroniki səthi qastrit qastropatiya. Hiatal herniya. Qida borusunun mikozu, İpoxondriz pozğunluq. İpoxondrix pozğunluq, Delta amilsiz virus mənşəli xroniki B hepatiti, Bazu sümüyünün aşağı ucunun sınığı Sağ bazu sümüyünün yerdəyişməyən sınığı, Nevrasteniya kəskin gedişli, ipoxondrix və vegetativ əlamətlər, yüngül kəllə hipentenziyası əlamətləri ilə, Kəkələmə (hıqqana-hıqqana danışma), Miopiya, Essensial (birincili) hipentenziyadan ibarətdir. Bundan başqa gözləri 30 faiz görür. Akademik Z.Əliyeva adına Milli Ovtomologiya Mərkəzinin ## #### 2022-ci il tarixli, **** saylı tibbi rəyi ilə də tam təsdiq olunur. DİN-də KT nasaz olduğundan İstanbul Klinikasında ##.##.2021-ci il tarixdə KT müayinəsində olmuşdur. Qaraciyərdə IVa və IV senqmentlərdə 9X11 sm ölçüdə exinokox kistası müəyyən edilmişdir. II və III senqmentlərdə 12X10 sm exinokok kistası aşkar olunmuşdur. ##.##.2002-ci ildə DİN Hospitalında cərrahiyyə şöbəsində qara ciyərin qiqant ölçülü exnokok kistasından əməliyyat olunmuşdur. DİN-nin Tibb İdarəsinin ## ### 2022-ci il tarixli göndərişinə əsasən ## ### 2022-ci il tarixdə Səhiyyə Nazirliyinin Psixi-Sağlamlıq Mərkəzinin baş direktoru, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin Baş psixatrı, professor Fuad İsmayılovun müayinəsində olmuş və ona "uzunmüddətli somatikləşmiş pozuntu F-45.0, uzunmüddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi F-62.1 diaqnozu qoyulmuşdur. F.İsmayılovun tibbi rəyi əsasında DİN-in ##.##.2022-ci il tarixdə * nömrəli kliniki psixatriya xəstəxanasında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi stasionar müalicə almışdır. ElmiTədqiqat Tibbi Bərpa İnstitunda ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi ambulator müalicə almış və onun ayaqlarının keyləşməsinin EMQ müayinəsi aparılmışdır və ona G-632 dibetik polinevropatiya distal parez diaqnozu qoyulmuşdur. Bundan əlavə DİN-nin göndərişi əsasında Topçubaşov adına Xüsusi Elmi Cərrahiyyə mərkəzində Dopler və endrikonoloqun və cərrahın müayinəsindən keçmişdir. Cərrahın rəyinə görə 179.2 Aterosvlerdə hər iki tərəflərin peroferin agepoteyası III dərəcə xroniki işemiyadır. DİN-nin A.Heydərov adına Hospitalında ##.##.2022-ci il tarixdən ##.##.2022ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Hospitalda kardiolioq tərəfindən ona koronor angioqrafiya məsləhət görülmüşdür. Bunun əsasında o, ##.##.2022-ci il tarixdə sığortanın göndərişi əsasında X3 xəstəxanasında koronar angioqrafiya olunmuşdur. Orada ona bildirmişlər ki, konservativ daimi müalicə, lazım gələrsə cərrahi müalicə olunmalıdır. Onun son vaxtlar hər iki dizində və belində ağrılar əmələ gəldiyindən yeriyə bilmədiyindən X5 tam müayinə olunub, həkimlərin göndərişi əsasında hər iki dizdən və bel omadan MRT olunmuşdur. Onun sağ və sol dizlərində aşkarlanan bayır yan bağın (LCL) femura birləşmə yerində yırtıq, lojasında ödem suprapetellər bursada (ACL) biffiz mikoid degenariyası, Medial meniskasun arxa buynuzunda II dərəcəli degenerasiya, leteral meniskusun arxa buynizinda II dərəcəli degenerasiya aşkarlanmışdır. ##.##.2023cü il tarixdə isə müayinə zamanı bel nahiyyəsində L4-L5 səviyyəsində vertebral kanalın stenozu, L5-S1 interventebral diskin arxa, mərkəzi protuziyası aşkarlanmışdır. Sığortanın göndərişi əsasında ##.##.2023-cü il tarixdə Gəncə Beynəlxalq xəstəxanasında KT müayinəsindən keçmişdir. Onda aşkarlanan qara ciyərində sol pay seqment III-də ən geniş yerində 62X33 mm ölçülərdə bir-birinə birləşərək əmələ gələn 3 enokok kistası aşkar edilmişdir. O, bununla bağlı məcbur əməliyyat olunmalıdır. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi X1 Bərpa İnstitunda ayaq və bel nahiyyəsinə görə stasionar müalicə olunmuş və ona M170 birincili iki tərəfli qonortoz İ dərəcə, fəallıq II mərhələ, fC II dərəcə diaqnozu qoyulmuşdur. Yanaşı xəstəliyinin ağırlaşması C632, diabetik polinevropatiya M545 luşobboligiya iki tərəfli K76.1. E.11E.13. F.45.0 və F62.1. Ona bu qədər sağalmaz xəstəliklərin olmasına baxmayaraq Reablitasiya Agentliyinin qərarı başa düşülən deyil. Cavabdeh orqanın onun 2-ci qrup əlilliyinin dəyişdirilərək, III qrup əlillik təyin etməsini iddiaçı qanunsuz və əsassız hesab edir. Ona görə ki, polis orqanlarından ağır xəstəliyi ilə bağlı DİN-nin tibb müəssisəsinin müvafiq rəyi əsasında işdən azad olunmuşdur. 10 ildən artıqdır ki, o, Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına hospitalında hər il müayinə və müalicə olunduğunu, hazırda vizual görünüşdə də onun həqiqətən də 2-ci qrup xəstə olduğunu nəzərə almamış, tam qanunsuz və əsasız olaraq onun II qrup əlilliyini dəyişdirib, III qrup əlillik təyin edilməsi yolverilməz olmaqla, onun Konstitusiyada nəzərdə tutulmuş ədalətli pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. O, cavabdehin onun xəstəliyilə bağlı II qrup əlilliyinin dəyişdirilərək, III qrup əlillik təyin edilməsini əsassız və qanunsuz hesab edir.

13. Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin ##.##.2021-ci il tarixli qərarının dəyişdirilərək, həmin tarixdən ona II dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

15. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Daxili İşlər Nazirliyi xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış, Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur - Səbəb: ##.##.2021-ci il tarixli Qərar qüvvədə saxlanılır. İnzibati orqan tərəfindən iddiaçının əlillik vəziyətinin obyektiv müayinəsi əsasında əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Sənədlərdə göstərilən diaqnoza əsasən xəstənin son beş (5) ildə müayinə və müalicə müddəti yoxdur. Respublika Psixatriya Mərkəzində müayinə və müalicə məsləhət görülür barədə qərar verilmişdir. Eyni zamanda xəstəliyinin diaqnozu psixatriya xəstəliyi olduğunu nəzərə alaraq dövlət tərəfindən təmin edilən dərmanların alınmadığı sistem üzərindən görülür. Bu səbəbdən stasionar yatışın olması zərurəti vardır. Lakin bu tibb alt sənədlərində də öz əksini tapmamışdır.

17. Gəncə İnzibati Məhkəməsinin 2024-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmiş, İddiaçı ##.##.2021-ci il tarixdən 5 il müddətinə III dərəcə əlilliyin təyin edilməsi barədə qərarın qüvvədə saxlanılması barədə cavabdeh orqanın ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş, ona ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə II dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

18. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2 *(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

19. Gəncə İnzibati Məhkəməsinin (hakim R.N.Tağıyeva) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlilliyin təyin edilməsi barədə ##.##.2021-ci il tarixli qərarının III dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilməsi, ##.##.2021-ci il tarixdən iddiaçı İddiaçı II dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən ##.##.2021ci il tarixdə iddiaçıya əlillik təyin edilərkən əlilliyin dərəcəsi düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçının 2013-cü ildən 2021-ci ilə qədər müxtəlif xəstəlikləri ilə əlaqədar II dərəcə əlilliyi olmuşdur. Həmçinin ##.##.2021-ci il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçının əsas diaqnozu - E11.7- “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet II tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi II mərhələ, tez-tez təkrarlanan krizlərlə. Diabeto-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İponevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit “B”(daşıyıcı) müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya yanaşı xəstəliklər– “İpoxondrix pozğunluq, Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə” diaqnozu əsasında III dərəcəli əlillik təyin edilmişdir. Halbuki iddiaçıda cavabdehin ##.##.2021-ci il tarixli qərarında qeyd etdiyi yanaşı xəstəliklərdən başqa əsas diaqnoz üzrə xəstəlikləri də mövcud olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının yalnız yanaşı xəstəliklərini nəzərə almaqla ona III dərəcəli əlillik təyin etməkdə haqlı olmamışdır. Odur ki, iddiaçının əsas diaqnoz üzrə xəstəlikləri də nəzərə alınmaqla əlilliyi II dərəcə müəyyən edilməlidir.

21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat:

22. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.İsgəndərova və A.V.Bayramov) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** saylı qərarının qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, hərbi xidmət dövrü ilə əlaqədar, 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

23. Apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.2013-cü il və ##.##.2014-cü il tarixlərdə “Şəkərli diabet II tip, ağır forma, insulin tələbi qalxanabənzər vəzin subtotal rezeksiyasından sonrakı hal hipertoniya xəstəliyi II mər tez-tez təkrarlanan krizlərlə diabetik angiopatiya haliyeyopatiya xr xripoxondrik nevroz vegetativ əlamətlərlə davamlı kəkələmə hepatit B” diaqnozu ilə, ##.##.2015-ci il tarixdə “Şəkərli diabet II tip, ağır forma, insulin tələbi. Diabetik retinopatiya. OU diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar II dərəcəli əlillik təyin edilmişdir. ##.##.2016cı il tarixdə isə 5 il müddətinə “Şəkərli diabet II tip, ağır forma, insulin tələbli. Diabetik retinopatiya. OU diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə, hərbi xidmət dövrü ilə əlaqədar II dərəcəli əlillik təyin edilmişdir. Daha sonra ##.##.2021-ci il tarixdə iddiaçıya 5 il müddətinə, Hərbi xidmət dövrü ilə əlaqədar, “İpoxondrix pozğunluq, Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə” Diaqnozu ilə III dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra əlillik vəziyyəti *******0007 nömrəli göndərişə əsasən ##.##.2022-ci il tarixdə təkrar qiymətləndirilmiş “İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II tip, ağır forma, insulin tələbli. Xroniki virus hepatiti, Hepatit B. Qaraciyərin exinokokk invaziyası. Diabetikretinopiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU Proliferativ diabetik retinopiya. VİSOU-0.3k/etmir” diaqnozu üzrə “Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur)” səbəbi ilə geri qaytarılmış, əlillik vəziyyəti ##.##.2023-cü il tarixdə təkrar qiymətləndirilmiş “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” diaqnozu, “Göndərişin natamam doldurulması (##.##.2021-ci il tarixli qərar qüvvədə saxlanılır)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

24. Göründüyü kimi iddiaçının sonuncu dəfə, ##.##.2023-cü il tarixli qiymətləndirilməsi nəticəsində ona “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” diaqnozu ilə “Göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Göndərişə əsasən iddiaçıya qoyulan əsas diaqnoz – “E11.7 – İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet ağır forma II tip, İnsulinə tələbi olan” kimi müəyyən edilmişdir.

25. Həmçinin ##.##.2023-cü il tarixli forma 88 haqqında məlumat qrafikində ##.##.2023-cü il tarixli həkim müayinəsinin nəticəsində də iddiaçıya “E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla” diaqnozu qoyulmuşdur.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirildiyi zaman ##.##.2023-cü il tarixə düşdüyündən iddiaçıya əlillik “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları” əsasında təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 11.2.7. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “şəkərli diabet çoxsaylı fəsadlarla” XBT-10 kodu “E10- E14” kimi təsbit olunmuş və həmin Əlavənin 11.2.7. bəndin 11.2.7.2. yarımbəndinə əsasən “orqan və sistemlərin təzahür edən çoxsaylı pozuntuları ilə” orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz, həkim müayinəsinin nəticəsi də nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi Həkim Komissiyasının ##.##.2013-cü il tarixli *** nömrəli qərarı (şəhadətnaməsi) ilə İddiaçı "Şəkərli diabet II tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertoniya xəstəliyi II mərhələ, tez-tez təkrar olunan krizlərlə. Diabeto-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İpoxondrik nevroz, veqetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit “B” (daşıyıcı)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Həmçinin iddiaçıya əvvəllər də, ##.##.2013-cü il, ##.##.2014-cü il, ##.##.2015-ci il, ##.##.2016-cı il və ##.##.2021-ci il tarixlərdə əlillik təyin edilən zaman onun əlilliyinin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar” olması müəyyən edilmişdir.

27. Beləliklə işin hallarından görünür ki, iddiaçının əlilliyi göndəriş əsasında sonuncu dəfə ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və əlilliyin təyin olunmasından imtina olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi halda məhkəmə imtinanı qanunsuz hesab etdiyi və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdiyi halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əlilliyinin təyin edilmə tarixi sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı nəzərə alınmaqla ##.##.2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən ikinci dərəcəli əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

28. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın iddianın təmin olunmamış hissəsində dəyişdirilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) iddiaçının kassasiya şikayətinin dəlilləri

30. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2023-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbulunda olmuşdur. Orada sağlamlıq vəziyyətinin obyektiv müayinəsi ilə bağlı tibbi sənədlər təqdim etmişdir. Lakin buna baxmayaraq ##.##.2021-ci il tarixli qərar qüvvədə qalmışdır. Məhkəmə isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2021-ci il tarixli qərarını qüvvədə saxlamaqla iddiaçının hüquq və qanuni mənafelərini pozmuşdur.

b) cavabdehin kassasiya şikayətinin dəlilləri

31. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

35. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

36. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Bənd 11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları 11.2. Şəkərli diabet - E10-E14 11.2.7. şəkərli diabet çoxsaylı fəsadlarla - E10-E14 Qiymətləndirmə: 11.2.7.2. orqan və sistemlərin təzahür edən çoxsaylı pozuntuları ilə - 65-80% - 2 il

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

38. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də şikayətlər mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

44. “İnzibati icraat haqqında” Qanunun qanunda istifadə edilən anlayışların, o cümlədən diskresion səlahiyyət anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsindədiskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkünqanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir.

45. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görətətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir.

46. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək və s. Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.Əlillik “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faizgöstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

47. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi vəmüddəti göstərilmişdir.

48. Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətini müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

49. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir.

50. Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

51. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyənedilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavabverən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.

52. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirmə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.

53. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququndan düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.

54. Cavabdehin də kassasiya şikayətinin əsas dəlilini eyni məsələ, yəni diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilənin qanunsuz olması təşkil etdiyindən, yuxarıda göstərilən əsaslarla həmin dəlili məhkəmə kollegiyası əsassız hesab edir.

55. İddiaçının kassasiya şikayətinin əsas dəlili isə əlilliyin ona ##.##.2021-ci il tarixdən təyin edilməli olması ilə bağlıdır.

56. Kassasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmayan Kollegiya aşağıdakıları qeyd edir.

57. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2013-cü il və ##.##.2014-cü il tarixlərdə “Şəkərli diabet II tip, ağır forma, insulin tələbi qalxanabənzər vəzin subtotal rezeksiyasından sonrakı hal hipertoniya xəstəliyi II mər tez-tez təkrarlanan krizlərlə diabetik angiopatiya haliyeyopatiya xr xripoxondrik nevroz vegetativ əlamətlərlə davamlı kəkələmə hepatit B” diaqnozu ilə, ##.##.2015-ci il tarixdə “Şəkərli diabet II tip, ağır forma, insulin tələbi. Diabetik retinopatiya. OU diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar II dərəcəli əlillik təyin edilmişdir. ##.##.2016-cı il tarixdə isə 5 il müddətinə “Şəkərli diabet II tip, ağır forma, insulin tələbli. Diabetik retinopatiya. OU diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə, hərbi xidmət dövrü ilə əlaqədar II dərəcəli əlillik təyin edilmişdir. Daha sonra ##.##.2021-ci il tarixdə iddiaçıya 5 il müddətinə, Hərbi xidmət dövrü ilə əlaqədar, “İpoxondrix pozğunluq, Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə” Diaqnozu ilə III dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra əlillik vəziyyəti *******0007 nömrəli göndərişə əsasən ##.##.2022-ci il tarixdə təkrar qiymətləndirilmiş “İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II tip, ağır forma, insulin tələbli. Xroniki virus hepatiti, Hepatit B. Qaraciyərin exinokokk invaziyası. Diabetikretinopiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU Proliferativ diabetik retinopiya. VİSOU-0.3k/etmir” diaqnozu üzrə “Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur)” səbəbi ilə geri qaytarılmış, əlillik vəziyyəti ##.##.2023-cü il tarixdə təkrar qiymətləndirilmiş “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” diaqnozu, “Göndərişin natamam doldurulması (##.##.2021-ci il tarixli qərar qüvvədə saxlanılır)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir

58. Göründüyü kimi, iddiaçının əlilliyi göndəriş əsasında sonuncu dəfə ##.##.2023cü il tarixdə qiymətləndirilmişdir.

59. Kollegiya qeyd edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi halda əvvəlki imtinalar mübahisələndirilmədiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Odur ki, apellyasiya instansiya məhkəməsi əlilliyin təyinat tarixinin sonuncu göndəriş əsasında verilmiş imtina tarixindən təyin etməklə düzgün nəticəyə gəlmişdir.

60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayətləri təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, 2- 1(104)-306/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar