Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3232/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qanuni təmsilçi adının qeyd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qanuni təmsilçi kimi onun adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. “xxxx” Kooperativinin ümumi iclasının ##.##.1988-ci il tarixli, 1№-li protokolundan görünür ki, yığıncağın yekdil qərarı ilə İddiaçı kooperativin sədri və təsisçisi seçilmişdir.
2. “xxxx” Kooperativinin ümumi iclasında ##.##.1989-cu il tarixli, ** nömrəli protokolu ilə Vətəndaşların şəxsi təsərrüfatlarında dövlət kooperativlərinin saxladıqları kənd təsərrüfatı məhsullarının, keyfiyyətsiz və artıq sənaye mallarının alınması və ticarətinin təşkili və ictimai iaşə xidmətlərinin göstərilməsi üzrə Kirovbad çini zavodunun nəzdində “xxxx” universal kooperativinin Nizamnaməsi qəbul edilmişdir.
3. ##.##.2005-ci il tarixli tərəflərin qarşılıqlı niyyət müqaviləsindən görünür ki, İddiaçı “xxxx” kooperativin ilkin nizamnaməsinə uyğun olaraq kooperativin “Kafe” kimi səmərəli şəkildə istifadə edilməsi məqsədi ilə X2 sədri təyin etmişdir.
4. “xxxx” Kooperativinin təsisçisi İddiaçı tərəfindən verilmiş ##.##.2005-ci il tarixli, ** nömrəli əmrindən görünür ki, ##.##.2005-ci il tarixdən X2 “xxxx” Kooperativinə sədr təyin edilmişdir.
5. “xxxx” Kooperativinə ##.##.2005-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi ** saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır.
6. Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin ##.##.2019-cu il tarixli arayışından görünür ki, X2 ##.##.2013-cü il tarixdə ölmüş, bu barədə ##.##.2013-cü il tarixdə 477 nömrə ilə qeydiyyat aparılmışdır.
7. “xxxx” Kooperativinin təsisçisi İddiaçı tərəfindən verilmiş ##.##.2013-cü il tarixli, * nömrəli əmrdən görünür ki, X2 vəfat etdiyindən ##.##.2013-cü il tarixdən İddiaçı “xxxx” kooperativinə sədr təyin edilmişdir.
8. ** saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli, **************** nömrəli məktubda qeyd edilmişdir ki, hüquqi şəxsin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən “xxxx” Kooperativinin (VÖEN 2300522961) qanuni təmsilçisi X2r. Elektron məlumat bazasına və hüquqi şəxsin arxiv məlumatlarına əsasən onun kooperativin sədri olması barədə heç bir məlumat aşkar edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə ##.##.2024cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hüquqi şəxslərin dövlət reyestrində “xxxx” kooperativinin qanuni təmsilçisi kimi onun adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 zavodunda müxtəlif vəzifələrdə işləmişdir. 1988-ci ildə zavodda istehsal olunan məhsulların standartlara uyğun olmayanlarının çeşidlənərək zavod işçilərinə və kənar şəxslərə ucuz qiymətə satılmasının təşkil olunması məqsədilə “xxxx” kooperativinin yaradılması üçün onun tərəfindən layihə və biznes proyekt hazırlanaraq zavodun rəhbərliyinə təqdim olunmuşdur. Layihə müzakirə olunduqdan sonra X1 zavodunun ümumi yığıncağının ## ##### 1988-ci il tarixli qərarına əsasən “xxxx” kooperativi yaradılması qərara alınmışdır. Həmin vaxt ümumi yığıncağın qərarına əsasən iddiaçı “xxxx” kooperativinin təsisçisi seçilmişdir. Kirovabad şəhər Gəncə rayon XDS İK-nin ## ##### 1988-ci il tarixli, 552 № li qərarı ilə “xxxx” kooperativinin nizamnaməsi təsdiqlənmişdir. Bundan sonra nizamnaməyə uyğun olaraq kooperativə o, rəhbərlik etmişdir. 1990-cı ildə “xxxx” kooperativinin fəaliyyətini genişləndirmək üçün nizamnaməyə əlavə və dəyişikliklər edilmiş və Gəncə şəhər İcra Hakimiyyətinin qərarı ilə təsdiqlənmişdir. 1995-2004-cü illərdə “xxxx” kooperativi nizamnaməyə uyğun olaraq müxtəlif şəxslərə çayxana, kafe fəaliyyəti göstərmək üçün icarəyə verilmişdir. Həmin illərdə mühasib tərəfindən hesablanıb hazırlanan müəssisə balansı və bütün köçürmələr iddiaçı tərəfindən təsdiqlənib imzalanmışdır. 2005-ci ildə nizamnaməyə uyğun olaraq X2 onun tərəfindən “xxxx” kooperativinin təmsilçisi təyin olunmuş və yenə də çayxana, kafe kimi fəaliyyət göstərmişdir. İddiaçı xüsusilə qeyd edir ki, “xxxx” kooperativinin yaradılmasında X2 hər hansı bir rolu olmamışdır. İddiaçı 2006-cı ildə “xxxx” kooperativini istehsal sahəsinə çevirmək qərarına gəlmişdir. Kooperativin onun tərəfindən təyin olunmuş təmsilçisi X2 ## #### 2013-cü il tarixində vəfat etmişdir. X2 vəfat etdikdən sonra nizamnaməyə uyğun olaraq o, özünü kooperativin sədri və təmsilçisi təyin etmişdir. (əmr № *, ##.##.2013) Həmin vaxt iddiaçı dəyişikliyin qeydə alınması üçün vergi orqanına müraciət etsə də, vergi orqanı tərəfindən verilmiş şifrə və kod iddiaçıda olduğu üçün, həmçinin kooperativin təsisçisi olduğu üçün onun tərəfindən hesabatlar verilmiş və hər hansı bir çətinlik olmamışdır. Lakin hazırda kooperativin 1560 manat məbləğində vergi borcu olsa da, həmin borcu ödəyə bilmir. Belə ki, bu ilin aprel ayından şifrə, kodun ləğv edilməsi səbəbindən bunun üçün Elektron imza və ya ASAN imza olmalıdır. Lakin hüquqi şəxslərin dövlət reyestrində hələ də “xxxx” kooperativinin qanuni təmsilçisi kimi X2 adı qeyd edildiyinə görə bunu edə bilmir. Ona görə də hüquqi şəxslərin dövlət reyestrində “xxxx” kooperativinin qanuni təmsilçisi kimi onun adının qeyd edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinə ərizə müraciət etmişdir. Lakin onun ərizəsinə imtina cavabı verilmişdir. Səbəb kimi isə elekton uçot məlumat bazasına və hüquqi şəxsin arxiv məlumatlarına əsasən onun kooperativin sədri olmağı barədə hər hansı bir məlumatın aşkar edilmədiyi göstərilmişdir. Lakin iddiaçı qeyd edir ki, kooperativ onun təşəbbüsülə yaradılmış və təsisçisi odur. Uzun illərdən bəri də kooperativi o, idarə edir. X2 da məhz onun tərəfindən qanuni təmsilçi təyin edilmiş, o vəfat edəndən sonra isə özünü kooperativin sədri və təmsilçisi təyin etmişdir.
11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” Kooperativinin (VÖEN: 2300522961) nizamnaməsi X1 zavodunun X3 tərəfindən qeydiyyata alınmışdır. Kooperativin qeydiyyat qovluğunda və vergi iş qovluğunda olan nizamnamənin titul vərəqindəki tarixlərdə fərq mövcuddur. Belə ki, qeydiyyat qovluğunda olan nizamnamənin titul vərəqinin surətində qeydiyyat tarixi kimi 1990-cı il qeyd edilmişdir, kooperativin uçotu zamanı təqdim edilən nizamnamənin titul vərəqində isə qeydiyyat tarixi ##.##.1989-cu il göstərilmişdir. Lakin uçot zamanı təqdim edilən sənədlərə əsasən elektron uçot məlumat bazasında kooperativin qeydiyyat tarixi kimi ##.##.1989-cu il qeyd edilmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən Kooperativin təsisçisi və qanuni təmsilçisi X2r. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.14-ci maddəsində göstərilmişdir ki, qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. İddiaçı iddia ərizəsində X2 onun tərəfindən kooperativin təmsilçisi təyin olunduğunu qeyd etmişdir. Kooperativin arxiv məlumatlarında İddiaçı tərəfindən X2 təmsilçi təyin olunması ilə bağlı heç bir rəsmi sənəd yoxdur. Kooperativin vergi iş qovluğunda olan əmrə görə X2 özünü kooperativin sədri təyin etmişdir, imzası və kooperativin möhürü ilə təsdiq etmişdir. Kooperativin qeydiyyat qovluğunda olan sənədlərə əsasən kooperativin nizamnaməsinə edilən 1991-1992-ci illərdəki dəyişikliklərdə kooperativin sədri kimi başqa şəxslər göstərilsə də, İddiaçı kooperativin qeydiyyata alındığı tarixdən hazırki tarixədək hər hansı bir müddətdə kooperativin sədri olması barədə heç bir fakt yoxdur. İddiaçı vergi orqanına ##.##.2024-cü il tarixli, **************** nömrəli müraciəti zamanı təqdim etdiyi özünü kooperativin təsisçisi və sədri seçməsi ilə bağlı ##.##.1988-ci il tarixli protokoldan çıxarış isə əsassızdır. ##.##.2005-ci il tarixdə kooperativin vergi orqanında uçota alınması üçün müraciət edilən zamanı X2 tərəfindən müraciət edilmişdir. O cümlədən vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsinə əlavədə təsisçi fiziki şəxslər barədə məlumat bölməsində X2 məlumatları doldurulmuşdur. Əlavə olaraq ##.##.2006-cı il tarixdə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ərizəni və ##.##.2011-ci il tarixdə kooperativin fəaliyyətinin ##.##.2011-ci il tarixdən ##.##.2016-cı il tarixədək müddətə dayandırılması barədə, eyni zamanda ##.##.2012-ci il tarixdə kooperativin fəaliyyətinin ##.##.2012-ci il tarixdən ##.##.2017-cı il tarixədək müddətə dayandırılması barədə “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması haqqında arayışı da X2 hüquqi şəxsin rəhbəri qismində imzalayaraq cəmiyyətin möhürü ilə təsdiq etmişdir. İddiaçı vergi orqanına şəxsən təqdim etdiyi “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” ərizə və Kooperativin sədri X2 verdiyi ##.##.2013-cü il tarixli etibarnaməyə əsasən kooperativin bütün sənədlərinin və müqavilələrinin imzalanması səlahiyyəti İddiaçı verilmişdir. Buradan aydın olur ki, iddiaçı özü də həmin tarixdə rəhbər olmadığını bilib və faktiki rəhbərin verdiyini etibarnaməni vergi orqanına şəxsən təqdim edib. Ümumiyyətlə X2 2013-cü ildə verdiyi etibarnaməyə qədər vergi münasibətlərində özü çıxış edib. İddia ərizəsində İddiaçı tərəfindən təyin edilmiş X2 2013-cü il tarixdə vəfat etməsindən sonra özünü kooperativin sədri təyin etdiyini göstərmişdir. Lakin “xxxx” Kooperativi tərəfindən uçota alındığı tarixdən rəhbər dəyişikliyi ilə əlaqədar vergi orqanına müraciət daxil olmamışdır.
13. Gəncə İnzibati Məhkəməsinin (hakim: E.T.Axundov) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Hüquqi şəxslərin dövlət reyestrində “xxxx” kooperativin qanuni təmsilçisi kimi İddiaçı adının qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan ## ##### 1988-ci il tarixdə « xxxx » kooperativi üzvlərinin ümumi yığıncağında İddiaçı « xxxx » kooperativinin təsisçisi və sədri seçilmişdir. « xxxx » kooperativinin nizamnaməsindən görünür ki, vətəndaşların şəxsi təsərrüfatlarında dövlət kooperativlərinin saxladıqları kənd təsərrüfatı məhsullarının, keyfiyyətsiz və artıq sənaye mallarının alınması və ticarətinin təşkili və ictimai iaşə xidmətlərinin göstərilməsi üzrə Kirovobad çini zavodunun nəzdində « xxxx » kooperativi yaradılmış İddiaçı sədri seçilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı "xxxx" kooperativi ilkin nizamnaməsinə uyğun olaraq kooperativin "Kafe" kimi səmərəli şəkildə istifadə etmək məqsədi ilə X2 sədri təyin etmişdir. Tərəflər arasında imzalanmış qarşılıqlı niyyət müqaviləsindən də görünür ki, X2 əlində olan səlahiyyətindən istifadə edərək hər hansı dövlət qurumlarında İddiaçı ilə razılaşdırılmamış və onun razılıq imzası olmadan pərdə arxası sənədləşdirmə işləri apara bilməz və o cümlədən gələcəkdə "xxxx" kooperativinə qarşı heç bir iddia sürə bilməz və qəbul edilməz hesab edilmişdir. Lakin, X2 ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək özünü "xxxx" kooperativin sədri təyin etmiş, imzası və möhürü ilə təsdiq etmişdir. ##.##.2005-ci il tarixdə isə həmin səlahiyyətlərdən istifadə edərək kooperativin vergi orqanında uçota alınması üçün müraciət etmiş, vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsində təsisçi fiziki şəxslər barədə məlumat bölməsində öz məlumatlarını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 ##.##.2013-cü il tarixdə vəfat etmişdir. X2 vəfatından sonra iddiaçı İddiaçı ##.##.2013-cü il tarixli, * nömrəli əmrlə özünü yenidən « xxxx » kooperativə sədr təyin etmişdir. Lakin, vergi orqanında uçota alınan zaman müraciət edən şəxs X2 olduğu üçün, həmçinin vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsində təsisçi fizik şəxslər barədə məlumat bölməsində X2 məlumatları qeyd edildiyinə görə, İddiaçı « xxxx » kooperativin təsisçisi və qanuni təmsilçi olduğu barədə məlumatlar vergi orqanında mövcud deyildir. Bu hal isə iddiaçının sahibkar kimi fəaliyyət göstərməsinə əsaslı maeələr yaradır. Belə ki, vergi orqanı tərəfindən « xxxx » kooperativin təsisçisi və qanuni təmsilçi X2 qeydə alındığından kooperativin adına olan vergi borclarının ödənilməsini kooperativ yarandığı gündən İddiaçı təsisçisi və qanuni təmsilçi olmasına baxmayaraq həyata keçirə bilmir. İşdən görünür ki, iddiaçı yuxarıdakılara istinad edərək cavabdehə müraciət etmiş, onun « xxxx » kooperativin qanuni təmsilçisi kimi qeydə alınmasını xahiş etmiş, cavabdeh isə elektron uçot məlumat bazasına və hüquqi şəxsin arxiv məlumatlarına əsasən iddiaçının kooperativin sədri omağı barədə heç bir məlumat aşkar edilmədiyini bildirmiş, bununla da iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi iddiaçı « xxxx » kooperativi yarandığı vaxtdan kooperativin təsisçisi və sədridir. Bu hal isə ##.##.1988-ci il tarixli, * №-li protokolda öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, bu da hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan faktdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir.
15. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat:
16. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, 2-1(114)-844/2025 qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan “xxxx” Kooperativinin ümumi iclasının ##.##.1988-ci il tarixli, 1№-li protokoluna əsasən iddiaçının yığıncağın yekdil qərarı ilə kooperativin sədri və təsisçisi seçilməsi öz təsdiqini tapmışdır. Bundan əlavə qeyd edilməlidir ki, tərəflər arasında imzalanmış qarşılıqlı niyyət müqaviləsindən də görünür ki, X2 əlində olan səlahiyyətindən istifadə edərək hər hansı dövlət qurumlarında İddiaçı ilə razılaşdırılmamış və onun razılıq imzası olmadan pərdə arxası sənədləşdirmə işlərini apara bilməz və o cümlədən gələcəkdə “xxxx” kooperativinə qarşı heç bir iddia sürə bilməz və qəbul edilməz hesab edilmişdir. Lakin, X2 ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək özünü “xxxx” kooperativin sədri təyin etmiş, imzası və möhürü ilə təsdiq etmişdir. ##.##.2005-ci il tarixdə isə həmin səlahiyyətlərdən istifadə edərək kooperativin vergi orqanında uçota alınması üçün müraciət etmiş, vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsində təsisçi fiziki şəxslər barədə məlumat bölməsində öz məlumatlarını qeyd etmişdir.
18. Məhkəmə kollegiyası cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “xxxx” Kooperativinin ümumi iclasının ##.##.1988-ci il tarixli, 1№-li protokolu qüvvədə olduğu halda “xxxx” Kooperativinin vergi orqanında uçota alınması zamanı X2 təsisçi fiziki şəxslər barədə məlumat bölməsində öz məlumatlarını qeyd etməsi qanunsuz olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdə X2 üzvü olması heç bir halda öz təsdiqini tapmamışdır, bununla belə cavabdeh orqan israrla kooperativin təsisçisinin üzvlərindən seçilməli olduğunu vurğulayaraq iddiaçının təsisçi ola bilməyəcəyini bildirmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh orqanının iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin qanunsuz və əsassız olması ilə bağlı mövqeyi əsaslı hesab edilə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, X2 ##.##.2013-cü il tarixdə vəfat etmişdir. X2 vəfatından sonra iddiaçı İddiaçı ##.##.2013-cü il tarixli, * nömrəli əmrlə özünü yenidən “xxxx” kooperativinə sədr təyin etmişdir. Lakin, vergi orqanında uçota alınan zaman müraciət edən şəxs X2 olduğu üçün, həmçinin vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsində təsisçi fizik şəxslər barədə məlumat bölməsində X2 məlumatları qeyd edildiyinə görə, İddiaçı “xxxx” kooperativin təsisçisi və qanuni təmsilçi olduğu barədə məlumatlar vergi orqanında mövcud deyildir. Bu hal isə iddiaçının sahibkar kimi fəaliyyət göstərməsinə əsaslı maneələr yaradır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi iddiaçı “xxxx” kooperativi yarandığı vaxtdan kooperativin təsisçisi olmuşdur. Bu hal isə ##.##.1988-ci il tarixli, * №-li protokolda öz təsdiqini tapmışdır. Bu da hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan faktdır və qeydiyyata alınmalı olması müvafiq qanunvericiliyin tələbidir.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək kassasiya şikayətinin əsassız olduğu, apellyasiya instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş edilmişdir. Etirazın dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 15.1.5. Vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək vergi ödəyicisinin hüququdur. Maddə 34.7.2. Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Maddə 34.7.3. Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 34.7.3.1. fəaliyyətinə xitam verildikdə; 34.7.3.2. məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 34.7.3.3. vəfat etdikdə.
25. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.14. qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Maddə 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. Maddə 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. Maddə 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. Maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyrikommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Maddə 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Maddə 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109-1.1. Kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır. 109-1.3. Kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxilolma barədə qərar qəbul edir; kooperativin nizamnaməsini təsdiq edir; bu Məcəllənin 111-ci maddəsini müddəalarını nəzərə almaqla kooperativin idarəetmə orqanlarını formalaşdırır. 109-1.4. Kooperativin üzvləri öz aralarında bu Məcəllənin 45.2-ci maddəsinə uyğun olaraq təsis müqaviləsi bağlayırlar. 109-1.5. Kooperativin təsis yığıncağının qərarı protokolla rəsmiləşdirilir. Maddə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. Maddə 111.2. Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Maddə 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən hüquqi şəxslərin dövlət reyestrində « xxxx » kooperativin qanuni təmsilçisi kimi İddiaçı adının qeydə alınması üçün əsasların mövcud olub-olmaması ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq Kollegiya qeyd edir ki, iddiaçının “xxxx” Kooperativinin ümumi iclasının ##.##.1988-ci il tarixli, 1№-li protokoluna əsasən yığıncağın yekdil qərarı ilə kooperativin sədri və təsisçisi seçilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır.
26. Həmçinin tərəflər arasında imzalanmış qarşılıqlı niyyət müqaviləsindən də görünür ki, X2 əlində olan səlahiyyətindən istifadə edərək hər hansı dövlət qurumlarında İddiaçı ilə razılaşdırılmamış və onun razılıq imzası olmadan pərdə arxası sənədləşdirmə işlərini apara bilməz və o cümlədən gələcəkdə “xxxx” kooperativinə qarşı heç bir iddia sürə bilməz və qəbul edilməz hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.