Məhkəmə qərarları › İş №2-1(102)-3235/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3235/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3235/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: işə bərpa, şəxsin ərizəsi əsasında dövlət qulluğuna xitam giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Camalov Şahin Vəkilağa oğlu, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublika sının Diasporla İş üzrə Dövlət Komitəsinə (bundan sonra cavabdeh) qarşı “əmrin ləğv olunması”tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1856/2019 saylı, 1 avqust 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə İddiaçı 25.08.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, 10.07.2006-cı ildən 11.01.2007-ci ilə qədər cavabdeh komitədə aparıcı mütəxəssis, 11.01.2007-ci ildən 08.10.2007-ci ilə qədər baş mütəxəssis, 08.10.2007-ci ildən 17.10.2013-cü ilə qədər baş məsləhətçi, 17.10.2013-cü ildən 16.02.2017-ci ilə qədər şöbə müdirinin müavini, 16.02.2017-ci ildən hüquq təminatı, ümumi və k adrlar şöbəsinin müdiri vəzifəsində işləmişdir. İddiaçı ərizə ilə komitənin sədrinə müraciət edərək öz xahişi ilə işdən azad olunmasını xahiş etmiş, həmin ərizəyə 30.04.2018-ci il tarixdə X tərəfindən “Etiraz etmirəm” qeydi qoyulmuş, 30.05.2018-ci il tarixdə isə komitə sədrinin “Xahiş edirəm 01.06.2018-ci il tarixindən müvafiq qaydada əmrləşdirilsin” dərkənarı qoyulmuşdur. Cavabdehin 30.05.2018-ci il tarixli 065/1k №-li əmri ilə iddiaçının 01.06.2018-ci il tarixdən öz arzusu ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. İddiaçı 13.06.2018-ci il tarixdə teleqramla cavabdehə müraciət edərək 30.05.2018-ci il tarixli əmrin Əmək Məcəlləsinin 69.5-ci maddəsinə zidd olduğu səbəbindən öz ərizəsini geri götürməklə etibarsız saydığını bildirmişd ir. İddiaçı 13 avqust 2018-ci il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 065/1k №-li, 30.05.2018-ci il tarixli əmrinin ləğv edilməsi, əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə 23.04.2018-ci il tarixdə Prezidentin sərəncamı ilə X10 sədr təyin edildikdən sonra, bütün şöbə müdirlərindən işdən öz ərizələri ilə azad olunmaları barədə ərizələr alınmağa başlanmış, o da ərizə yazmış, lakin bir il sonra pensiya yaşının tamamlanacağı nəzərə alınaraq başqa işdə işləməyə razı olduğunu bildirməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Daha sonra isə səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlik vərəqəsi əsasında işə getməmiş, həmin müddət ər zində poçt vasitəsilə cavabdehdən ona işdən azad olunması barədə əmr göndərilmişdir. Cavabdehə teleqram göndərərək öz xahişi ilə işdən azad olunması barədə ərizəsinin etibarsız sayılmasını xahiş etsə də, müraciəti nəzərə alınmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-3811/2019 saylı iş) 3 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X9 və X7, 2-1(103)-3083/2018 saylı iş) 26 dekabr 2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 oktyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-1671/2019 saylı iş) 16 aprel 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı öz xahişi ilə dövlət qulluğuna xitam verilməsini xahiş etmiş, cavabdeh isə öz növbəsində qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddətdən sonra ərizə əsasında onun dövlət qulluğuna xitam verilməsi barədə əmr vermişdir. İddiaçı tərəfindən tərtib edilmiş işdən çıxma barədə ərizəyə “Etiraz etmirəm” qeydi 30.04.2018-ci il tarixdə qoyulduğundan və bunun əksini sübut edəcək hər hansı sənəd təqdim olunmadığından, adıçəkilən ərizənin 30.04.2018-ci il tarixdən sonra tərtib edilməsi sübuta yetirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 aprel 2019-cu il tarixl i qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X8 və X4, 2-1(103)-1856/2019 saylı iş) 1 avqust 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 26 sentyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı 30.04.2018-ci il tarixdə ərizə verməmiş və həmin ərizəyə sədrin birinci müavini X 30.04.2018-ci ildə dərkənar qoymamışdır. Ərizələr hüquq təminatı, ümumi və kadrlar şöbəsinin müdiri iddiaçı olduğu halda Daşqın Rəcəbli tərəfindən may ayının ortalarında toplanmağa başlanılıb, iddiaçıdan də istəyəndə iddiaçı sədrlə danışmış, 1 il dən sonra təqaüdə çıxmağı ilə bağlı əmək müqaviləsinə xitam verilməməsini xahiş etmiş, hətta öz vəzifəsindən çıxıb başqa bir vəzifəyə keçirilməsinə də razı olduğunu bildirmişdir. Komitədə vakant vəzifələr də var idi. Sədrlə söhbət zamanı o, heç kəsi işdən çıxarmaq fikri olmadığını bildirmiş, daha sonra iddiaçıdan Daşqın Rəcəbli yenə də ərizə yazmağı tələb edəndə iddiaçı konfliktə getməmək üçün mətndə və imza altında tarix qoymadan ərizəsini təqribən may ayının 21-də yazmışdır. Əsas məsələ sədrin birinci müavini Xin dərkənar qoymaq səlahiyyətinin olmamasıdır. Bütün yollardan istifadə edilərək məhkəmə proseslərinə müdaxilə edilir, səhv, saxta sübutlar təqdim edilərək yanlış qərar çıxarılmasına çalışılır. Elektron imza ilə bağlı iddia da əsassızdır. Kartın şöbə müdiri kimi iddiaçının adına ve rildiyinə baxmayaraq elektron sənəd dövriyyəsi informasiya sistemi ilə şöbə müdirinin müavini Şəfəq Binnətova işlədiyi üçün kart onda olub. İddiaçı ərizəni 30.04.2018-ci il tarixdə deyil, may ayının təqribən 21-də yazmışdır. İddiaçı səhhətilə bağlı 01.06.2018-ci il tarixdən bülletenə çıxandan sonra 31 may-01 iyun tarixlərində komitə sədri Rusiya Federasiyasının Həştərxan vilayətində ezamiyyətdə olduğuüçün 04.06.2018-ci il tarixdə Dövlət Komitəsi sədrinin köməkçisi Zaur Ağayevə zəng etmiş, telefonla xəstə olmağı barədə ona məlumat verərkən o iddiaçıya işdən azad olunmağı barədə əmr hazırlandığını demişdir. Əmri əsaslandırmaq üçün köhnə tarixlə 30.05.2018-ci ildən veriblər. İddiaçı 1 ay qabaqdan işdən çıxmaq üçün ərizə vermiş olsaydı və bunu rəhbərlik bilsəydi, komitə tərəfindən müvafiq tədb irlər görülərdi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.2 və 73.2-ci maddələrinə əsasən iddiaçıya 01.06.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsiilə bağlı bildiriş, son haqq-hesab verilməli idi, bildiriş iddiaçıya 07.06.2018-ci il tarixdə göndərilmiş, son haqqhesab 05.07.2018-ci il tarixdə ödənilmişdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İ PM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı 16.02.2017-ci il tarixdən cavabdeh komitənin hüquq təminatı, ümumi və kadrlar şöbəsinin müdiri vəzifəsində işləmiş, 30 may 2018-ci il tarixli əmrlə dövlət qulluğuna xitam verilmişdir. İddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin 30 may 2018-ci il tarixli əmrinin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməklə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə id diaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi nəzərə alınaraq cavabdeh tərəfindən əmr imzalandığından iddia əsaslı olmamışdır. İşdə olan sənədlərdən görünür ki: -iddiaçı ərizə ilə cavabdeh komitənin sədrinə müraciət edərək tutduğu vəzifəsindən azad edilməsini xahiş etmişdir. Ərizənin üzərində aşağıdakı dərkənarlar edilmişdir. Aşağı hissədə “Etiraz etmirəm. imza X. 30.04.2018”, yuxarıda isə “X.e. 01.06.2018-ci il tarixdən müvafiq qaydada əmrləşdirin. İmza 30.05.2018” (səh 86). -cavabdeh iddiaçının 1 iyun 2018-ci il tarixdən öz arzusu ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən iddiaçının dövlət qulluğuna xitam verilməsinə dair 30.05.2018-ci il tarixli əmr imzalamışdır (səh. 101). -iddiaçı cavabdehə 13 iyun 2018-ci il tarixdə teleqram göndərərək tarix göstərilm ədən təkidlə alınan ərizəsi əsasında xəbərdarlıq müddəti bitmədən verilmiş 30 may 2018-ci il tarixli əmrin Əmək Məcəlləsinin 69.5-ci maddəsinə zidd olduğunu, hüquqlarının pozulması səbəbindən ərizəni geri götürməsini və etibarsız saymasını bildirmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun 34-cü maddəsində qeyd edilir ki, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi qaydası “Dövlət qulluğu haqqında” Qanunda tənzimlənmədiyindən mübahisəyə əmək müqaviləsinin işçi tərəfində n ləğv edilməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun hüquqi qiymət verilməlidir. Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini ger i götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məcəllənin 69.5-ci maddəsinin məzmununa görə ərizədə işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək ərizəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Xəbərdarlıq müddəti göstərildiyi halda, xəbərdarlıq müddəti bitənədək ərizəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə yol verilir. Qanunvericiliyin tələbinə görə işçinin işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək üçün xə bərdarlıq müddəti bir aydır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı 30 aprel 2018-ci il tarixdə cavabdehə ərizə ünvanlayaraq tutduğu vəzifədən azad olunmasını xahiş etmiş, ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmiş, cavabdeh bir aylıq xəbərdarlıq müddətini gözləmiş, daha sonra 30 may 2018-ci il tarixli əmri ilə iddiaçının ərizəsinə əsasən dövlət qulluğuna xitam vermişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinin tələbinə görəəmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş iddiaçının bir aylıq xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə cavabdehə yeni ərizə verdikdə, əmək müqaviləsi ləğv oluna bilməz. Cavabdeh iddiaçının işlədiyi vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə iddiaçıya rəsmi qay dada yazılı xəbərdarlıq etmədiyi halda da, əmək müqaviləsi ləğv edilə bilməz. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşdə olan teleqramdan görünür ki, iddiaçı onun dövlət qulluğuna fəaliyyətinə xitam verilməsinə dair cavabdehin əmrindən 13 gün sonra ərizəsini geri götürməsini və etibarsız saymasını bildirmişdir. İddiaçı hətta teleqramda cavabdehin 30 may 2018-ci il tarixli əmrinə də istinad etmişdir. İddiaçının dövlət qulluğunda fəaliyyətinə xitamı ilə bağlı Əmək Məcəlləsinin 69.4-cü maddəsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra onun əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi olmamışdır. İddiaçı kassasiya şikayətində tutduğu vəzifədən azad edilməsi barədə ərizəni 30 aprel 2018-ci il tarixdə deyil, təxminən may ayının 21-də yazıb təqdim etdiyini bildirmiş, lakin ərizənin 30 aprel 2018-ci il tarixdən sonra, o cümlədən 21 may 2018-ci il tarixdə yazılıb cavabdehə təqdim edilməsi işdə olan sübutlarla təsdiqini tapmamışdır. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1856/2019 saylı, 1 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar