Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3236/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müvafiq rəyin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı ““Müharibə veteranı” adının verilməsi üçün rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ##.##.2024-cü il tarixli məktubu ilə onun tələbinin təmin olunmasından imtina olunmuşdur.
2. İmtina onunla əsaslandırılmışdır ki, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi ilə bağlı Hərbi Prokurorluğun ##.##.2022-ci il tarixli HP-**/*** saylı və ##.##.2022-ci il tarixli HP-**/** saylı məktublarına Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının ##.##.2022-ci il tarixli iclasında baxılmış və Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda Hərbi Prokurorluğun ##.##.2022-ci il tarixli HP-**/*** saylı məktubuna Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının ##.##.2022-ci il tarixli iclasında baxılmış və Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan əlavə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi barədə müraciətinə Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının ##.##.2023-cü il tarixli iclasında təkrarən baxılmış və Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə müvafiq rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 2010-cu il tarixdən ## ##### 2023-cü il tarixədək hərbi prokurorluq orqanları sistemində işləmiş və ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək baş vermiş Vətən müharibəsi zamanı hərbi qulluqçu statusunda olmuşdur. ## ######## 2020-ci il tarixdə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində işləyərkən Hərbi prokurorun əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birbaşa döyüş əməliyyatları apardığı ərazilərdə mənəvi-psixoloji təminatı həyata keçirmək məqsədilə Füzuli hərbi prokurorluğuna ezam edilmiş və ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək olan müddətdə işğaldan azad olunan Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonları Füzuli hərbi prokurorluğunun fəaliyyət dairəsində olmuşdur. Həmçinin, Füzuli hərbi prokurorluğunun fəaliyyət dairəsindəki yuxarıda qeyd olunan ərazilərdə Müdafiə Nazirliyinin II Ordu korpusuna (*** saylı hərbi birləşmə) aid hərbi hissələr döyüş əməliyyatları aparmışlar. Buna görə də, Hərbi Prokurorluğun və Müdafiə Nazirliyinin II Ordu korpusunun (*** saylı hərbi birləşmə) rəhbərliyinin müvafiq göstərişlərinə əsasən Vətən müharibəsi zamanı bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə ## ####### 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində N nömrəli hərbi hissənin, 8-# ####### 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinin ərazisində N nömrəli hərbi hissənin, 13-## ####### 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndinin və Xocavənd rayonunun Tuğ kəndində N nömrəli hərbi hissənin bölmələrinin və ## ###### 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində N nömrəli hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirərək hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, hərbi xidmət əleyhinə olan cinayətlərə və əmrlərin, döyüş tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyətin izah olunması, döyüşdə qorxaqlıq və mənəvi dözümsüzlük hallarının qarşısının qəti alınması, o cümlədən döyüş əhval-ruhiyyəsi yüksəldilməsi, dözümlülük və digər mənəvi döyüş keyfiyyətlərinin tərbiyə olunması, habelə döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş və ya döyüş əməliyyatı aparılan əraziləri silahla birlikdə tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onları xidmətə qaytarılmasında fəal iştirak etmiş, şəhid və yaralıların təxliyəsini yerinə yetirmişdir. Habelə, ## ###### 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixə keçən gecə saat 05 radələrində Şuşa şəhərində gedərkən, Çanaqçı, Sığnaq və Daşaltı kəndlərindən keçən zaman düşmən tərəfindən atılmış ağır artilleriya silahlarından atəşə tutulmuşdur. ## ###### 2020-ci il tarixdə günorta saatlarında artıq Daşaltı kəndində olarkən, düşmən qüvvələri tərəfindən ağır artilleriya silahlarından atılmış atəşlər nəticəsində kəndin giriş və çıxış yolları vurularaq yararsız hala düşdüyü üçün ## ###### 2020-ci il tarixdə gecə saat 02 radələrində atəşkəs elan olunanadək, yəni təqribən səkkiz saat müddətində atəş altında qalmışdır. Bundan başqa, Vətən müharibəsi zamanı birbaşa döyüş əməliyyatları aparılan ərazilərə göndərilməyi ilə əlaqədar, Füzuli hərbi prokurorluğu N saylı hərbi hissədən bir neçə ədəd silah və sursatı **** saylı qaimə əsasında müvəqqəti istifadə üçün təhvil almış və onlardan 7,62 mm çaplı, AKM markalı, ****** nömrəli avtomat silah birbaşa döyüş əməliyyatları aparılan ərazilərə göndərilərkən təhvil verilmişdir. Müharibədən sonra Respublika Hərbi prokuroru tərəfindən ##.##.2022 və ##.##.2022-ci il tarixlərdə HP01/102 və HP**/*** saylı məktublarla, özü isə ## ### 2020-ci il tarixdən hal-hazıradək ərizə ilə Baş Prokurorluğa dəfələrlə müraciət edərək, ona “müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə rəy verilməsi xahiş edilmişdir. Lakin, Baş Prokurorluq bütün cavab məktublarında, eləcə də sonuncu dəfə göndərilən ##.##.2024-cü il tarixli *-*-***/*- ******/**** saylı və ##.##.2024-cü il tarixli *-*-***/*-******/**** saylı məktublarda bildirmişlər ki, həmin müraciətlərə Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının ##.##.2022ci, ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli iclaslarında baxılaraq, Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh təşkilatın “müharibə veteranı” adı verilməsindən imtina etməsi əsassız və qanunsuzdur. Belə ki, Respublika Hərbi prokurorunun əmrinə əsasən, vətən müharibəsi dövründə hərbi qulluqçu statusunda olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birbaşa döyüş əməliyyatları apardıqları ərazilərə mənəvi-psixoloji təminatı yerinə yetirmək məqsədilə ezam edilməyi aşağıda qeyd olunan rəsmi sənədlər, foto və videoçəkilişlərlə tam olaraq təsdiq edilir. Hərbi Prokurorluqdan təqdim edilmiş ##.##.2023cü il tarixli *-*-*/*-***/* saylı məktubda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Hərbi prokurorluğu üzrə verilmiş ##.##.2012-ci il tarixli əmrlə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanı olan Hərbi Prokurorluğa həqiqi hərbi xidmətə qəbul edilərək, hərbi qulluqçu statusunu əldə etmiş və Hərbi Prokurorluq üzrə verilmiş ##.##.2023-cü il tarixli əmrlə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaqla tərxis edilmişdir. O cümlədən ##.##.2020-ci il tarixdən ##.##.2020ci il tarixədək hərbi qulluqçu statusunda olmuşdur. Hərbi prokurorun ## ######## 2020ci il tarixli *** saylı əmrindən görünür ki, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Füzuli hərbi prokurorluğuna ezam edilmişdir. Hərbi Prokurorluqdan təqdim edilmiş ##.##.2020-ci il tarixli HP-**/*** saylı ezamiyyə vəsiqəsindən görünür ki, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Füzuli hərbi prokurorluğuna ezam edilmiş və ezamiyyət müddəti ##.##.2020-ci il tarixədək uzadılmışdır. Hərbi Prokurorluqdan təqdim edilmiş ##.##.2023-cü il tarixli *-*-*/*-***/* saylı məktubda göstərilmişdir ki, ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək olan müddətdə işğaldan azad olunan Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonları Füzuli hərbi prokurorluğunun fəaliyyət dairəsində olmuşdur. **** saylı qaimədən görünür ki, Füzuli hərbi prokurorluğunun məxfi hissə rəisi X1 ## ####### 2020-ci il tarixdə N saylı hərbi hissənin RAS xidməti rəisinin köməkçisi R Rafael Yolçuyevdən 7,62 mm çaplı AKM markalı, ****** nömrəli avtomatı, digər altı ədəd silah və çox sayda sursatı təhvil almışdır. Füzuli hərbi prokurorluğunun nomenklatur qeydiyyat nömrəsi 17 olan silah və sursatın verilməsi kitabından edilmiş çıxarışdan görünür ki, AKM markalı, ****** nömrəli avtomat silah, iki daraq və 30 ədəd patron İddiaçı oğuna təhvil verilmişdir. Tərtib olunmuş ## ###### 2020-ci il tarixli arayışlardan görünür ki, İddiaçı həmin gün səhər saat 05 radələrindən etibarən mənəvi psixoloji təminatı yerinə yetirilməsi məqsədilə Şuşa şəhərinə getmiş, Daşaltı kəndində olarkən N nömrəli hərbi hissənin hərbi qulluqçuları ilə mənəvi-psixoloji təminatın həyata keçirilməsi üzrə görüşlər keçirmiş və həmin gün saat 17 radələrindən ##.##.2020-ci il tarixdə gecə saat 01:40- radələrinədək atəş altında qalmışdır. Respublika Hərbi prokurorunun Baş Prokurorluğa ünvanladığı ## ##### 2020ci il tarixli HP**/*** saylı məktubda göstərilmişdir ki, Hərbi Prokurorluq əməkdaşları İddiaçı ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək həyata keçirilmiş döyüş əməliyyatları zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə mənəvi-psixoloji təminatın həyata keçirilməsi məqsədilə ezam olunması nəzərə alınaraq, Azərbaycan Respublikasının “Veteranlar haqqında” ## #### 1994-cü il tarixli *** nömrəli Qanununa və Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əməl veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 10-cu abzasına əsasən, müharibə veteranı adının verilməsi məsələsinə baxılması xahiş edilmişdir. Respublika Hərbi prokurorunun Baş Prokurorluğa ünvanladığı ##.##.2022-ci il tarixli HP**/*** saylı məktubda göstərilmişdir ki, hərbi prokurorluğun əməkdaşı İddiaçı ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bilavasitə döyüş əməliyyatlarının aparıldığı, o cümlədən işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi mənəvi-psixoloji təminatı üzrə hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirmiş, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi ilə bağlı çıxışlar etmiş, bu zaman hərbi xidmətdən, əmri icra etməkdən boyun qaçırma, döyüş meydanını özbaşına tərk etmə, əsirlərlə və düşmən hərbi qulluqçularının meyitləri ilə beynalxalq hüquq normalarına uyğun davranmama və digər hüquqa zidd əməllər törətməyə görə qanunvericilikdə nəzərdə tutulmuş cinayət məsuliyyətini izah etmiş, iradə zəifliyi və qorxaqlıq göstərərək döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş, hərbi hissələri və döyüş əməliyyatları aparılan əraziləri təhkim edilmiş silahla birlikdə özbaşına tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısını alıb onlarla ayrıca görüşlər keçirilib müvafiq söhbətlər aparmışdır. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən təqdim edilmiş ##.##.2023-cü il tarixli ** saylı arayışında göstərilmişdir ki, İddiaçı vətən müharibəsi zamanı bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə mənəvipsixoloji təminatı yerinə yetirdiyinə görə “Fəxri fərman”la təltif olunmuşdur. ## ###### 2021-ci il tarixli “Fəxri Fərman”dan görünür ki, İddiaçı vətən müharibəsi dövründə bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, iradə zəifliyi və qorxaqlıq göstərərək döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş hərbi hissələri, eləcə də döyüş əməliyyatı aparılan əraziləri təhkim edilmiş silahla birlikdə özbaşına tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onların xidmətə qaytarılmasında göstərdiyi fədakar əməyə və dəstəyə görə təltif edilmişdir. N saylı hərbi hissədən təqdim edilmiş ##.##.2023-cü il tarixli ** saylı arayışında göstərilmişdir ki, İddiaçı vətən müharibəsi zamanı bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə ## ####### 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində mövqelənmiş N nömrəli hərbi hissənin və ## ###### 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində mövqelənmiş N nömrəli hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi ilə yanaşı, hərbi xidmət əleyhinə törədilən cinayətlər və bu cinayətlərin törədilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə profilaktik tədbirlər görmüşdür. N saylı hərbi hissədən təqdim edilmiş ## ######## 2023-cü il tarixli ** saylı arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən 2020-ci ilin sentyabr ayının 27- dən noyabr ayının 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsi dövründə bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə ## ####### 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində N saylı hərbi hissənin, 8-# ####### 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinin ərazisində N saylı hərbi hissənin, 13-## ####### 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndi və Xocavənd rayonunun Tuğ kəndində N saylı hərbi hissənin bölmələrinin və ## ###### 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində N saylı hərbi hissənin təxliyə qrupunun şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi barədə profilaktik tədbirlər görmüş, şəhid və yaralıların təxliyəsini yerinə yetirmişdir. N saylı hərbi hissə komandiri tərəfindən təqdim edilmiş arayış-məlumatda göstərilmişdir ki, İddiaçı vətən müharibəsi zamanı döyüş əməliyyatlarının mənəvi-psixoloji təminatı üzrə tapşırıqları yerinə yetirmək məqsədilə ## ####### 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə, 8-# ####### 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinə, 13-## ####### 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndi və Xocavənd rayonunun Tuğ kəndinə və ## ###### 2020-ci ildə Şuşa rayonu Daşaltı kəndinə ezam edilmişdir. Bundan əlavə, təqdim edilən foto və video görüntülərdən görünür ki, İddiaçı Baş Prokurorluğun muzeyindəki müharibə iştirakçıları lövhəsində fotoşəkili və anket məlumatları yerləşdirilmiş, eləcə də özünə təhkim olunmuş silahla aktiv döyüş əməliyyatı aparılan ərazilərdə olmuşdur. Beləliklə, ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Füzuli hərbi prokurorluğuna, eləcə də həmin prokurorluğun fəaliyyət dairəsinə aid Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarına ezam edilməyi və döyüş əməliyyatlarının mənəvipsixoloji təminatı üzrə tapşırıqları icra etməyi hər iki dövlət qurumundan (Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyi) təqdim edilmiş yuxarıda sadalanan sənədlər və digər sübutlarla tam olaraq təsdiq edilir. Respublika Prokurorluğunun təqdim etdiyi cavab məktublarında əsaslandıqları qanunvericilikdə və ya əsasnamədə iddiaçıya “Müharibə veteranı” adının verilməməsinin məqsədəmüvafiq hesab edilməsi üçün heç bir qadağanedici norma, müddəa və ya tələb yoxdur. Belə ki, təqdim etdiyi sənədlər və digər sübutlarda qeyd olunan hallar, yəni onun müharibə dövründə birbaşa aktiv döyüş əməliyyatları aparılan ərazilərdə göstərdiyi fəaliyyətlər (hərbi xidmət əleyhinə olan cinayətlərə və əmrlərin, döyüş tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyətin izah olunması, döyüşdə qorxaqlıq və mənəvi dözümsüzlük hallarının qarşısının qəti alınması, o cümlədən döyüş əhval-ruhiyyəsi yüksəldilməsi, dözümlülük və digər mənəvi döyüş keyfiyyətlərinin tərbiyə olunması və yuxarıda qeyd olunan sair hallar”) inzibati aktlarda mənəvi-psixoloji təminatın tərkib hissəsi olaraq qeyd edilmiş və müvafiq Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci ilin ## ######## tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirən hərbi qulluqçulara “Müharibə veteranı” adı almaq hüququ verilmişdir. Bundan əlavə, Baş Prokurorluqdan təqdim olunmuş ## #### 2024-cü il tarixli məktubda qeyd olunur ki, hazırda hərbi prokurorluq orqanları sistemində xidmət etmədiyinə görə “müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün Respublika Prokurorluğunun Əmək Məsələləri Komissiyası tərəfindən müvafiq rəy verilməsi Əsasnamənin tələblərinə uyğun deyildir. Baş Prokurorluğun bu barədə qeyd etdikləri də qanunvericiliyin tələblərinə ziddir. Belə ki, o, vətən müharibəsində Hərbi Prokurorluğun hərbi qulluqçusu kimi iştirak etmiş, həmin vaxtda ehtiyatda olmamış və qanunvericiliyin tələbinə əsasən, bununla bağlı hüquq və vəzifələr hadisəni doğuran anda yaranmışdır. Həmçinin, “müharibə veteranı” adının verilməsinə dair Müdafiə Nazirliyinə qarşı verdiyi digər iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** saylı qərarının 49-cu bəndində göstərilmişdir ki, müharibə veteranı adı hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verildiyindən, xidmət dövrünü bitirən hərbi qulluqçuya “müharibə veteranı” adının verilməsi Müdafiə Nazirliyinə həvalə edilmədiyindən və rəydə prokurorluğun hərbi qulluqçusunun xidmət dövrünü əhatə edən məlumatlar öz əksini tapmalı olduğu üçün müvafiq əsasnamədə “xidmət edən” ifadəsinin felin indiki zamanında işlədilməsi halı cavabdehin belə rəy olmadan “müharibə veteranı” adının vermək vəzifəsinin olması qənaətinə gəlmək üçün əsas deyildir. Qeyd olunan sübutlarla iddiaçının vətən müharibəsi zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birbaşa döyüş əməliyyatları apardıqları ərazilərdə mənəvi-psixoloji təminatı yerinə yetirməyi tam olaraq təsdiq edilmiş və “müharibə veteranı” adının verilməsi qanunvericiliyin tələblərinə uyğun olduğu halda, Baş Prokurorluğun Əmək Məsələləri Komissiyası bununla bağlı Müdafiə Nazirliyinə rəy göndərmək əvəzinə, heç bir səbəb və əsas olmadan öz vəzifəsini yerinə yetirməkdən imtina etmişdir.
5. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı ##.##.1987-ci il tarixdə Salyan rayonu, Xıdırlı kəndində anadan olmuş, 2008-ci ildə Xəzər Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş, ##.##.2010-cu il tarixdən müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Füzuli hərbi prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, ##.##.2011-ci tarixdən Füzuli hərbi prokurorluğunun sınaq müddəti ilə müstəntiqi, ##.##.2011-ci il tarixdən Füzuli hərbi prokurorluğunun müstəntiqi, ##.##.2013-cü il tarixdən Füzuli hərbi prokurorluğunun prokuror-kriminalisti vəzifəsini icra edən, ##.##.2015-ci il tarixdən Füzuli hərbi prokurorluğunun prokuror-kriminalisti, ##.##.2018-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ##.##.2019-cu il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ##.##.2020-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işləmiş, ##.##.2023-cü il tarixdə xidməti və əmək intizamını kobud pozduğuna görə prokurorluq orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmişdir. İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ##.##.2023-cü il tarixli iddia ərizəsində və digər ərizələrində özü də erməni silahlı birləşmələri tərəfindən genişmiqyaslı hücum əməliyyatlarına başlanılması və digər faktlar üzrə AR CM-nin 100.1, 100.2, 116.0.7, 120.2.7, 120.2.12, 29 120.2.7, 29 120.2.12 və 186.3-cü maddələri ilə başlanılmış **/D***** nömrəli cinayət işini icraatına qəbul edib, istintaq qrupunun rəhbəri təyin edilməklə Füzuli rayonuna ezam edilməsini göstərmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında Ermənistan ordusunda 10 mindən çox fərari olmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğundan ##.##.2022-ci il tarixli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general Rı Xanlar Vəliyevin və Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisi R Kərim Vəliyevin təsdiq etdiyi Hərbi Prokurorluğun və Müdafiə Nazirliyinin birgə tərtib etdiyi ## ### 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, əvvəlki siyahıda ixtisar aparılaraq Nazirlər Kabinetinin *** saylı ##.##.1995ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq mənəvi-psixoloji təminat ilə məşğul olmuş 17 nəfər hərbi prokurorluq işçisindən ibarət siyahı müəyyən edilmiş və həmin siyahıda İddiaçı adı qeyd edilməmişdir. “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş ##.##.2022-ci il tarixli HP**/*** saylı və ##.##.2022-ci il tarixli HP-**/** saylı məktublara Əmək Məsələləri Komissiyasının ##.##.2022-ci il tarixli iclasında baxılaraq Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq döyüş əməliyyatlarının aparıldığı ərazilərdə hansı növ təminat növləri üzrə tapşırıqları icra etmələri kifayət qədər sənədlərlə əsaslandırılmadığından, yenidən ətraflı araşdırılaraq müzakirə edilməsi və ziddiyyətlər aradan qaldırılmaqla Əsasnamənin tələblərinə uyğun olan yeni siyahı müəyyən edildiyi halda qeyd edilən məsələyə Komissiyada baxılması qərara alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun ##.##.2022-ci il tarixli HP-**/*** saylı məktubuna Azərbaycan Respublikası Baş Prokurorluğunun Əmək Məsələləri Komissiyasının ##.##.2022-ci il tarixli iclasında baxılmış və Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan əlavə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi barədə müraciətinə Azərbaycan Respublikası Baş Prokurorluğunun Əmək Məsələləri Komissiyasının ##.##.2023-cü il tarixli iclasında təkrarən baxılmış və Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun ##.##.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Vətən müharibəsi zamanı İddiaçı Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən hər hansı silah təhkim olunmamışdır. “Veteranlar haqqında” Qanunun 5 və 7-ci maddələrinə və Nazirlər Kabinetinin *** saylı ##.##.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Göründüyü kimi Qaydaların tələblərinə əsasən döyüş əməliyyatları aparılan ərazilər və ya ona yaxın ərazilərdə öz xidməti vəzifələrinin icrası ilə bağlı hər hansı cinayət işinin istintaq hərəkətləri ilə əlaqədar ezamiyyə edilmə “Müharibə veteranı” verilməsi üçün əsas hesab edilmir. İddiaçı Əsasnamənin tələblərinə uyğun olaraq döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması rəsmi olaraq təsdiq edilməmişdir. Odur ki, müraciəti təmin edilməmişdir. Bundan əlavə İddiaçı ##.##.2023-cü il tarixdə xidməti və əmək intizamını kobud pozduğuna görə prokurorluq orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmişdir. Belə ki, İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ##.##.2023-cü il tarixli iddia ərizəsində “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə edilməsi barədə tələbini irəli sürməsinə baxmayaraq, sonradan həmin iddia tələbində dəqiqləşdirmə apararaq özünün ərizəsi ilə əsl cavabdehin Müdafiə Nazirliyi ilə əvəz edilməsini tələb etməsi Baş Prokurorluq tərəfindən rəy verilməməli olunduğunu etiraf etməsi kimi qəbul edilməlidir. Həmin iddia tələbinin Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ## #### 2024-cü il tarixli qərarı ilə təmin edilməməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi bir daha əsl cavabdehin Müdafiə Nazirliyi olmasını təsdiq etmişdir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq, İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə edilməsi barədə tələbi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.
6. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi səlahiyyətlərinin icrası ilə bağlı Füzuli rayonuna ezam edilsə də, o, birbaşa döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmişdir, həmçinin bilavasitə mənəvi-psixoloji təminatın aparılması üçün ezam edilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi onun hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, habelə döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş və ya döyüş əməliyyatı aparılan əraziləri silahla birlikdə tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onları xidmətə qaytarılması, hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında fəal iştirak etməsi və s. o anlama gəlmir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməlidir. Belə ki, yuxarıda qeyd edilən Əsasnaməyə əsasən döyüş əməliyyatları aparılan ərazilər və ya ona yaxın ərazilərdə öz xidməti vəzifələrinin icrası ilə bağlı hər hansı cinayət işinin istintaq hərəkətləri ilə əlaqədar ezamiyyə edilmə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsas hesab edilmir. İddiaçı yalnız vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün ezam edilmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində ikinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər X.Cəmilova – sədrlik edən, R.Səmədov və O.İsmayılov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən müharibə veteranı statusunun verilməsi üçün 2 şərt tələb olunur: şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Respublika hərbi prokurorluğu tərəfindən xidməti zərurətlə əlaqədar olaraq Füzuli rayonuna (Füzuli hərbi prokurorluğuna) ezam edilsə də, o, birbaşa döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmişdir, həmçinin bilavasitə mənəvi-psixoloji təminatın aparılması üçün də ezam olunmamışdır. Bununla yanaşı, verilmiş sorğulara cavab məktublarından aydın olmuşdu ki, iddiaçıya ezamiyyətdə olduğu müddət ərzində Füzuli hərbi prokurorluğu tərəfindən hər hansı silah da təhkim edilməmişdir. Odur ki, cavabdeh qurum iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün müvafiq rəy verilməsindən imtina etməkdə haqlı olmuşdur.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
13. Kassator əlavə olaraq göstərmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 10-cu və 11-ci bəndlərində göstərilmiş tələblər iş üzrə düzgün tətbiq edilməmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. ... Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müvafiq rəyin verilməsindən imtina edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də imperativ şəkildə qoyulmuş tələb ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edildikdə şəxsə müharibə veteranı adı və vəsiqəsi verilə bilər.
25. Bundan başqa, qeyd edilən əsasnaməyə əsasən Respublikanın hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
26. İş materiallarında olan və iddiaçının sübut kimi istinad etdiyi hallardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi səlahiyyətlərinin icrası ilə bağlı Füzuli rayonuna ezam edilsə də, o, birbaşa döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmişdir, həmçinin bilavasitə mənəvi-psixoloji təminatın aparılması üçün ezam edilməmişdir. Ona görə də, cavabdeh, Müdafiə Nazirliyi tərəfindən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün iddiaçı barəsində müvafiq rəy verilməsindən imtina etməkdə haqlı olmuşdur.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.