Məhkəmə qərarları › İş №2-1(102)-3237/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3237/2019

25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3237/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: (kassasiya icraatı mümkünsüz, müddətə görə) GİRİŞ HİSSƏ: Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı əliliyə görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 2-1(103)-1653/2019 saylı 08 avqust 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə Ali Məhkəmənin binasında, 25 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.1992-ci il tarixdən 01.11.2004-cü il tarixədək Naxçıvan Muxtar Respublikası X1 Sədərək rayon şöbəsində işlədiyi iş stajı nəzərə alınmaqla, 09.01.2017-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xa hiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1244/2017 nömrəli iş üzrə 21 fevral 2017-ci il tarixli qərarı ilə (hakim: İ.H.Bayramova) iddia təmin edilmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2-1(103)-1653/2019 saylı qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və S.F.Hacıyev) cavabdehin verdiyi apelyasiya şikayəti mümkün sayılmamış və apelyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. Məhkəmənin yuxarıda qeyd edilən qərardadından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2-1(103)-1 653/2019 saylı qərardadının ləğv edilməsi və apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Kassasiya şikayətini nəzərdən keçirərkən onun müddət ötürülməklə verildiyi müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, məhkəmə icraatının iştirakçılarına göndərilmiş məhkəmə bildirişində onların məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Hesab edirəm ki, cava bdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-in 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 08 avqust 2019-cu il tarixli qərardadının surəti 26 avqust 2019-cu il tarixdə cavabdehə poçt vasitəsi ilə göndərilmiş, SS608099855AZ saylı poçt xəbərnaməsinə əsasən həmin qərar 06 sentyabr 2019-cu il tarixdə cavabdehə təqdim olunmuşdur. Lakin həmin qərardaddan verilən kassasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük müddət ötürüldükdən sonra, yəni 20 sentyabr 2019-cu il tarixdə poçta təhvil verilmiş, 24 sentyabr 2019-cu il tarixdə isə apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi il ə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Cavabdeh tərəfindən mübahisələndirilən qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan müddətin buraxılmasına baxmayaraq, müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir. Bununla əlaqədar, cavabdehə məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmamazlıq diqqətinə çatdırılmış və kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi ona təklif olunmuş, onun dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə kassasiyanın mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyin edilmişdir. Lakin müəyyən edilmiş müddətdə qeyd edilən çatışmamazlıq cavabdeh tərəfindən aradan qaldırılma mış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir. Azərbaycan Respublikası İPM-in 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Belə olan halda, cavabdehin şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. On a görə də şikayətin qəbulundan imtina edilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1653/2019 saylı iş üzrə 08 avqust 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar