Məhkəmə qərarları › İş №2-1(102)-3238/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3238/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3238/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: apelyasiya şikayətinin mümkünlüyü Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2-1(103)1692/2 019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 oktyabr 2019-cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 08 dekabr 2017-ci il tarixli iş № 2-1(82)-5366/2017, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qəra rının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 08 avqust 2019-cu il tarixli iş № 2-1(103)-1692/19(hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və İ.Əhməədov) qərardadı iləcavabdehin apelyasiya şikayətinin mümkün sayılmaması və şikayətinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müddət ötürülmüşdür, lakin inzibati orqan tərəfindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə hə min müddət bərpa edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh apelyasiya instansiyası məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsini, apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsas ən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını araşdıraraq və q üvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 08 avqust 2019-cu il tarixli, 2-1(103)-1692/19 saylı qərardadla cavabdehin apelyasiya şikayətinin mümkün sayılmaması və şikayətinin qəbul edilməsindən imtina edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 22.1, 85.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, birinci instansiya məhkəməsinin 08 dekabr 2017-ci il tarixli iş № 2-1(82)-5366/2017 qərarın surəti 25 dekabr 2017-ci il tarixdə poçt vasitəsilə cavabdeh orqana rəsmi qaydada çatdırılmışdır. İş m ateriallarından görünür ki, cavabdehin məhkəməyə ünvanlandığı 14.02.2018-ci il tarixli məktubla 2-1(102)-5366/2017 nömrəli qərarı icra etdiyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh həmin qərardan, qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti pozaraq, yalnız 24 may 2019-cu il tarixdə apelyasiya şikayəti vermişdir, bununla da İPMnin 85.1-ci maddəsi ilə müəyyən edilən şikayətvermə müddətini 1 il 4 ay ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə görə şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamı şdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən ş əxsə qaytarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, cavabdehin birinci instansiya məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinin prosessual qanunvericiliklə müəyyən olunan mümkünlük şərtləri yerinə yetirilmir. Belə olan halda isə şikayət üzrə apelyasiya icraatı mümkün sayıla bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli, 21(103)-1692/19 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar