Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3239/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusunun verilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 26.11.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1983/2019 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 noyabr 2019cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 yanvar 2019-cu il tarixli, İQ-13/6 saylı qərarına əsasən Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı və ailə üzvlərinə (arvadı, iki oğlu, qızı və atasına) qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərar aşağıdakı qaydada əsaslandırılmışdır: “İddiaçı 1973-cü ildə Əfqanıstanın paytaxtı Kabil şəhərində anadan olan Əfqanıstan vətəndaşıdır. O, qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstanın Kabil şəhərini 1-ci nahiyyəsində doğulduğunu, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 9 illik təhsili aldığını, maddi çətinliklər və Əfqanıstanda olan qeyri-stabil vəziyyətə görə təhsilini davam etdirmədiyini bildirmişdir. O, atasının elektrik avadanlıqlarının təmiri ilə məşğul olduğunu, təxminən 15-16 yaşlarından bu işdə atasına köməklik etdiyini, bu peşəni öyrəndiyini, atasının işini davam etdirərək dükanda işlədiyini, Əfqanıstanda taliblərin hakimiyyəti zamanı vəziyyət pis olduğu, habelə müharibə getdiyi üçün 2000-ci ildə valideynləri və ailə üzvləri ilə birlikdə Əfqanıstanı tərk edərək Pakistanın İslamabad şəhərinə getdiklərini, orada təxminən bir il topdan satış meyvə-tərəvəz dükanında, sonralar isə təxminən 15 il taksi sürücüsü işlədiyini, 2016-cı ildə Əfqanıstana qayıtdıqlarını qeyd etmişdir. Ailə üzvlər i barədə məlumat verən ərizəçi təxminən 1997-ci ildə əmisi qızı X1 ilə ailə qurduğunu, bu nikahdan 3 övladı (2 oğlan, 1 qız) olduğunu, anasının təxminən 2 il əvvəl aşura mərasimi zamanı baş verən partlayış zamanı həlak olduğunu, atasının bu hadisədən sonra ruhi sarsıntı keçirərək xəstəliyə tutulduğunu, X2 adlı bir bacısı olduğunu, onun hazırda ailə üzvləri ilə birlikdə Kabilin Xacə Rəvaş qəsəbəsində yaşadığını söyləmişdir. Ərizəçi Əfqanıstanda vəziyyətin qeyristabil olduğunu, hər gün partlayışlar baş verdiyini, bununla yanaşı atasının əmisi X3 miras qalmış ev üstündə atasının əmisi oğlu X4 ilə aralarında narazılıq yarandığını, bu narazılığın sonralar düşmənçiliyə çevrildiyini, nəticədə X4 və onun kürəkəni tərəfindən döyüldüyünü və təhdid olunduğunu, bu səbəbdən də Əfqanıstanı tərk edərək 2018-ci ilin sentyabr ayında atası, arvadı və 3 uşağı ilə birlikdə Azərbaycana gəldiklərini bildirmişdir. Bundan başqa ərizəçinin arvadı X2 və oğlu X5 ilə keçirilmiş müsahibə zamanı onlar İddiaçı dediklərini təsdiq edərək evin bölüşdürülməsi üstündə qohumları ilə aralarında narazılıq yarandığını, bu səbəbdən də Əfqanıstanı tərk etdiklərini bildirmişlər. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportunu təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, onun özü və ailə üzvləri vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Beləliklə, ərizəçi ilə aparılmış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusunun verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir”. Qərarla razılaşmayan iddiaçı inzibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08 aprel 2019-cu il tarixli, 116 saylı qərarı ilə şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra i ddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin sözügedən qərarlarının qanunsuz hesab edilməsi, qaçqın statusunun verilməsi barədə vəsatətin təmin edilərək ona və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2379/2019 saylı, 12 iyun 2019-cu il tarixli qərarı (hakim – E.Q.Məmmədov) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1983/2019 saylı, 28 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.Ə.Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2379/2019 saylı, 12 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi kassatorun vətəndaşı olduğu ölkədə özü və ailə üzvlərinin dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı ilə bağlı səhv nəticəyə gəlmişdir. Kassatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, o, dini mənsubiyyətinə (şiə) və müəyyən sosial qrupa mənsubiyyətinə görə vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir, eyni zamanda qohumlarının və digər şəxslərin təqibinə məruz qalır. Belə ki, qohumları ilə mülkün bölüşdürülməsi üstündə güclü münaqişələri vardır, hazırda qohumları onu öldürmək üçün axtarırlar. Özünün həyatı və sağlamlığına real təhlükə olduğu üçün vətəndaşı olduğu ölkəni tərk edərək Azərbaycana gəlməyə məcbur qalmışdır. Bundan başqa, kassatorun müsahibə zamanı göstərdiyi hallar və dəlillər bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatları ilə təsdiq olunsada, işə baxan məhkəmələr bunu nəzərə almamışdırlar. Beləliklə, cavabdeh iddiaçı ilə bağlı əsaslı təqib qorxusunun və real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış, öz növbəsində məhkəmələr də bu hallara düzgün qiymət verməmişlər. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanu nla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı o lmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərard an şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatdan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Kollegiya inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Belə ki, onun dediklərinə əsasən, o, vətəndaşı olduğu və daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. İddiaçının izahatlarından bəlli olur ki, o, özünün və ailə üzvlərinin fərdi təqib qorxusu ilə bağlı hər hansı əsaslı iddia irəli sürmür, ölkədəki ümumi təhlükəsizlik mühiti ilə bağlı səbəblərə görə ölkəsinə geri qayıtmaq istəmir. Göründüyü kimi iddiaçı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusundan ehtiyat etmir. İddiaçının istinad etdiyi ümumi narahatçılıq isə özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsub luğuna və ya siyasi əqidəsinə görə mövcud olan əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut da təqdim etməmişdir. Bundan başqa, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdır. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün v erdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. İddiaçının bildirdiyi mülk üstündə güclü münaqişə ilə bağlı qohumları tərəfindən öldürüləcəyindən qorxduğu üçün vətəndaşı olduğu ölkəyə qayıtmaq istəmədiyi ilə bağ lı dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, hər şeydən əvvəl bu dəlil konkret hallara söykənməyən ümumi bir narahatçılıqla bağlıdır. Belə ümumi narahatçılıq isə yuxarıda da qeyd edildiyi kimi özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut (bununla bağlı polis və digər dövlət orqanlarına müraciət edilməsi və s.) da təqdim etməmişdir. Digər tərəfdən hətta mövcuddursa belə bu hal adi kriminogen vəziyyətin mövcudluğuna işarə edir, qaçqın statusu verilməsi üçün tələb olunan irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu halı yaratmır. Yuxarıda göst ərilənlərə əsasən isə kollegiya hesab edir ki, iddiaçının və onun ailəsinin barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apell yasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1983/2019 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3239/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3239/2019
26.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver