Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-324/2017 07.02.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinincavabdehlər Cavabdeh3nə və Cavabdeh1 qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-324/2017) Bakı şəhəri 07 fevral 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, X1 ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Age ntliyinin (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh3nə və Cavabdeh1 (bundan sonra cavabdehlər) qarşı Cavabdeh3 başçısının 12 noyabr 2013-cü il tarixli, 85 saylı sərəncamının ləğv edilməsi, Göyçay rayonu Potu kəndi ərazisində Cavabdeh1 tərəfindən mülkiyyətində olan torpaq sahəsində özbaşına inşa olunan çörək sexinin sökülməsitələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-284/2016 saylı, 28 sentyabr 2016-cı il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 07 fevral 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh3 başçısının 12 noyabr 2013-cü il tarixli, 85 nömrəli sərəncamı ilə ünvan 1 ünvanda yaşayan Cavabdeh1 sahibkarlıq fəaliyyəti il ə məşğul olmaq üçün rayonun Potu kəndində (Natəvan küçəsi ilə M.Hüseynzadə küçəsinin kəsişən hissəsinin cənub-şərq tərəfində) yerləşən mülkiyyətində olan 0,1 ha torpaq sahəsində verilmiş sxem üzrə 48.0 m x 18.0 m ölçüdə (tərtib olunmuş layihə əsasında) bir mərtəbəli çörəkbişirmə sexinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,1 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində N.Mayılovanın adına qeydiyyata alınmışdır. İddiaçı tərəfindən müvafiq tikintiyə nəzarət həyata keçirilən zaman verilmiş 18.12.2013-cü il tarixli 1524 nömrəli “Göstəriş”də ərazinin tikintiyə icazə sənədinin olmadığı, tikinti işləri aparan Cavabdeh1 tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və ya özbaşına tikilinin sökülməsi qeyd edilmişdir. Lakin sonuncu Göstərişi qəbul etməkdən imtina etmiş və bu barədə 24 dekabr 2013-cü il tarixli akt tərtib olunmuşdur. İddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş 25 may 2016-cı il tarixli aktda binada köhnə yığma dəmir beton və metal elementlərinin istifadə olunması, birləşmə düyünlərin inşaat norma və qaydalarına cavab verməməsi, örtük konstruksiyaların ümumi konstruktiv sxeminin seysmik tələblərə cavab verməməsi və dayanıqlığının təmin olunmaması, bünövrələrinin inşaat norma və qaydalarına uyğun yerinə yetirilməməsi nəticəsində binanın mövcud vəziyyətdə istismarının təhlükəli olduğu göstərilmişdir. İddiaçı 05 iyul 2016-cı il tarixdə cavabdehlərə qarşı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh3 başçısının 12 noyabr 2013-cü il tarixli, 85 saylı sərəncamının ləğv edilməsi, Göyçay rayonu Potu kəndi ərazisində Cavabdeh1 tərəfindən mülkiyyətində olan torpaq sahəsində özbaşına inşa olunan çörək sexinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman 25 dekabr 2013-cü il tarixdə Cavabdeh3 başçısının 12 noyabr 2013-cü il tarixli sərəncamı əsasında Göyçay rayonu Potu kəndi ərazisində Cavabdeh1 tərəfindən mülkiyyətində olan torpaq sahəsində layihə sənədləri ekspertizadan keçirilmədən çörək sexinin tikintisinin aparılması aşkar edilmişdir. Bununla bağlı müvafiq araşdırma aparılmış, müəyyən edilmişdir k i, Göyçay rayon İH tərəfindən sərəncam verilərkən Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq yerli icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir və müvafiq sənədləri əlavə edir, sənədlərin tamlığı icra edildikdən sonra müvafiq yerli icra hakimiyyəti orqanı tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertiza müəssisəsinə göndərir. Yalnız bundan sonra müvafiq yerli icra hakimiyyəti orqanı ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərzi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Tikintiyə icazə verən müvafiq yerli icra hakimiyyəti o rqanı icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Lakin Göyçay rayon İH bunların heç birinə əməl etmədən Cavabdeh1 çörək sexinin tikintisinə icazə vermişdir. Bununla bağlı Agentlik tərəfindən 18 dekabr 2013-cü il tarixli, 1524 nömrəli Göstəriş tərtib olunmuş və tikinti işləri aparan Cavabdeh1 tikintini dayandırması və sökülməsi barədə göstəriş verilmişdir. Lakin o bundan imtina etmiş və bu səbəbdən 24 dekabr 2013-cü il tarixli akt tərtib edilmiş və mövcud vəziyyətdə istismarın təhlükəli olduğu bildirilmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəll əsinin 180-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının 3.1.6-cı bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli Fermanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci bəndinə istinad edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(84)-688/2016 saylı iş) 08 avqust 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçı 12 noyabr 2013-cü il tarixli sərəncamdan 25 dekabr 2013-cü il tarixdə tikintiyə dövlət nəzarətini həyata keçirən vaxtdan məlumatlı olmuşdur. Lakin iddiaçı hazırkı tələblə bağlı məhkəməyə 05.0 7.2016-cı il tarixdə müraciət etmişdir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş 30 gün müddət ərzində məhkəməyə müraciət etmədiyindən sərəncamı mübahisələndirmək imkanını itirmişdir. İddia tələbinin özbaşına inşa olunan çörək sexinin sökülməsinə aid hissəsi birinci tələbdən asılıdır. Belə ki, mübahisəli tikili 12 noyabr 2013cü il tarixli sərəncamın əsasında tikilmişdir. Nə qədər ki, həmin sərəncam qüvvədədir sərəncamın nəticələrini əks etdirən hərəkətlər mübahisə doğurmur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2016-cı il tarixli qərardadı ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X4 və X6, 2-1(107)-284/2016 saylı iş) 28 sentyabr 2016-cı il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərardadı dəyişdirməd ən saxlamışdır. İddiaçı 18 oktyabr 2016-cı il tarixdə qərardadın surətini almış, 28 oktyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəməni qərarı əsasında sökülə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. Həmin qərarın 10.2-ci bən dinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Şəki Apellyasiya Məhkəməsi iddianın mümkünlük şərtlərini yoxlayarkən özbaşına inşa olunan çörək sexinin sökülməsi barədə qaldırılmış iddia tələbi hissəsinə hüquqi münasibət bildirməmiş və iddianın həmin hissəsinə mahiyyəti üzrə baxılmasını mümkün saymamışdır. Şəki İnzibat-İqtisadi Məhkəməsinin çıxardığı qərardaddan şikayət verilərkən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin iddiasını, Cavabdeh3 başçısının 12 noyabr 2013-cü il tarixli, 85 saylı Sərəncamının ləğv edilməsi hissəsind ə baxılmamış saxlayaraq, iddianın qismən təmin edilməsi, Göyçay rayonu, Potu kəndi ərazisində Cavabdeh1 tərəfindən mülkiyyətində olan torpaq sahəsində özbaşına inşa olunan çörək sexinin sökülməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verərək Mülki Məcəllənin 180, Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddələrinə əsasən, özbaşına inşa olunmuş və tikintisi başa çatmış tikinti obyektinin hər bir halda məhkəmə qaydasında sökülməsini nəzərə almamış, eyni zamanda İPM-in 87.6-cı maddəsinə də bir tərəfli istinad etmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsiməhkəmə kollegiyasının icl asında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsasl ar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı bir mərtəbəli çörəkbişirmə sexinin üçüncü şəxs tərəfindən tikilməsinə icazə verilməsi barədə cavabdehin 12 noyabr 2013-cü il tarixli qərarını mübahisələndirərək çörəkbişirmə sexinin sökülməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilə r. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci madd əsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəаlаrınа görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (298-ci mаddə). İşin hallarından görünür ki, iddiaçı mübahisə açdığı qərardan 2013-cü ilin dekabrında məlumatlı olmuşdur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışd ırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İddiaçı mübahisə açdığı qərar bаrədə onа məlum olаn gündən sonra 1 ay müddətində məhkəmədə iddia qaldırmadığından, iddia müddəti buraxıldığına görə iddianın mümkün sayılmamasına dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə doğrudur. İddiaçı həmçinin iddiasında özbaşına inşa edilən tikilinin sökülməsini xahiş etmiş, iddianın bu hissəsinin faktiki əsasını cavabdehin qərarının qanunsuz olması ilə əsaslandırmışdır. İPM-in 32.1-ci maddəsinin tələbinə görə də mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbi də mübahisələndirmə haqqında iddiadır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, iddiaçı 2013-cü ilin dekabr ayında mübahisə açdığı tikilinin mövcud olmasından məlumatlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı qərarın ləğvi barədə iddia müddətini buraxdığından, tikilinin sökülməsi inzibati aktın qanunsuz olması ilə əsaslandırıldığından və hazırkı vəziyyətdə ikinci tələb birinci tələbdən asılı olduğundan, mübahisələndirmə haqqında iddia müddəti buraxıldığına görə iddia haqlı olaraq mümkün sayılmamışdır. İddia mümkünlük şərtləri nə cavab vermədiyindən iddianın əsaslılığının yoxlanılması istisna olunur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz və təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-284/2016 saylı, 28 sentyabr 2016-cı il tarixli qərardadı dəyişdiri lmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-324/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-324/2017
07.02.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver