Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-324/2019 29.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə cavabdehin vəkili oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103) -2040/2018 saylı iş üzrə 03 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* saylı, 19 aprel 2013-cü il tarixli çıxarışa əsasən ünvan mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək həmin mənzilin ölçülərinin dəqiqləşdirilməsini və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiyanın üzvləri tə rəfindən mübahisəli mənzilə yerində baxış keçirilərkən mənzildə yenidənqurma işlərinin aparılması, küçədən müstəqil giriş qapısının açılması, mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılması və nəticədə mənzilin faktiki ümumi sahəsinin 64,70 kv. olması müəyyən edilmiş, komissiya mənzilin mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün hesab edərək 21.11.2017-ci il tarixli texniki rəy vermişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıya məxsus mübahisəli mənzildə aparılmış yenidənqurma işləri və qapının açılması nəzərə alınaraq, mövcud ölçülərdə ümumi sahəsi 64,70 kv.m olmaqla sənədləşdirilməsi və mənzilin həmin ölçüdə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 22.11.2017-ci il tarixli, *** saylı sərəncam verilmişdir. Bunu nla bağlı olaraq Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya 22.11.2017-ci il tarixli, C-74-162 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş göndərilərək bu bildirişin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün əsas təşkil etdiyi göstərilmişdir. 22.11.2017-ci il tarixli, C-74-162 №-li tikinti obyektinin istismarına icazədən isə müəyyən olunur ki, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq həmin tarixdən İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. İddiaçı mənzilin qeyri-yaşayış sahəsi kimi daşın maz əmlakın reyestri xidmətində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, cavabdeh isə 16.01.2018-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, obyektin istismarına icazə sənədi qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmamışdır. Bundan sonra isə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2-1(81)1408/2018 saylı qərarı (hakim - T.Ə.Əsədova) ilə iddia tələbi təmin edilərək, ünvan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməklə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin in yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2040/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə 21(81)-1408/2018 saylı, 23 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri A pellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı təqdim edilmiş istismara icazə sənədi qanunvericiliyin tələblərinə uyğun formada hazırlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.11. 2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim etdiyiniz sənədlər toplusuna əlavə olunmalıdır. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Bundan başqa, müvafiq işin tam və ətraflı araşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edi lməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilm ədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. - 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində o lan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında) həyata keçirir). - 21.9-cu maddəsinə əsasən bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiql əyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. İşin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı qanunvericiliyin sadalanan tələblərinə uyğun olaraq zəruri hərəkətləri həyata keçirmiş və keçirilməni həyata keçirən səlahiyyətli orqanın qərarı əsasında yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir. Belə ki, iddiaçının müvafiq müraciətindən sonra Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiyanın üzvləri tərəfindən mübahisəli mənzilə yerində baxış keçirilərkən mənzildə yenidənqurma işlərinin aparılması, küçədən müstəqil giriş qapısının açılması, mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılması və nəticədə mənzilin faktiki ümumi sahəsinin 64,70 k v. olması müəyyən edilmiş, komissiya mənzilin mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün hesab edərək 21.11.2017-ci il tarixli texniki rəy vermişdir. Həmin rəyə əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıya məxsus mübahisəli mənzildə aparılmış yenidənqurma işləri və qapının açılması nəzərə alınaraq, mövcud ölçülərdə ümumi sahəsi 64,70 kv.m olmaqla sənədləşdirilməsi və mənzilin həmin ölçüdə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 22.11.2017-ci il tarixli, 334 saylı sərəncam verilmişdir. Daha sonra isə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 22 noyabr 2017-ci il tarixli, C-74-162 №-li tikinti obyektinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar is tisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Mübahisə üzrə işin hallarından həmçinin müəyyən olunur ki, iş üzrə Mənzil Məcəlləsinin 20.2-ci maddəsində sadalanmış yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilməyən hallar hazırkı iş üzrə mövcud deyildir. Cavabdehin dəlillərindən biri ondan ibarətdir ki,müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı təqdim edilmiş istismara icazə sənədi qanunvericiliyin tələblərinə uyğun formada hazırlanmamışdır. Bununla bağlı olaraq isə qeyd edilməlidir ki, yuxarıda da göstərildiyi kimi həmin hüquq müəyyənedici sənədlər mövcuddurlar və onlar qanunvericiliyin tələblərinə uyğundurlar. Azərbaycan Respublikası Prezidentinin 17.11. 2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq e dilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na riayət edilmədiyinə dair kassasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, həmin Qaydaların müddəaları hazırkı mübahisənin həllinə tətbiq edilməli normalar deyildirlər. Kollegiya cavabdehin sonuncu dəlil kimi istinad etdiyi işin düzgün və ədalətli araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin inzibati iş üzrə üçüncü şəxs qismində işdə iştiraka cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin edilməli olduğu ilə bağlı bildirilənləri də əsassız hesab edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin q anunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində işdə iştiraka cəlb edilməsinə zərurət olmamışdır. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hüquq müəyyənedici sənədlər hazırkı mübahisənin həlli üçün yetərli olmuşdur. Öz növbəsində cavabdeh də məhz hansı konkret əsaslara görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icraata cəlb edilməli, eləcə də nəyə g örə iş üzrə ekspertizanın keçirilməli olduğunu əsaslandırmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2040/2018 saylı iş üzrə 03 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-324/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-324/2019
29.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver