Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-324/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: (şikayət üzrə kassasiya mümkünsüz, müddətə görə, ambulator müalicə) GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1907/2019 saylı, xx xxxxxx 2019-cu il tari xli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə) Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı (bundan sonra - cavabdeh) məhkəmədə iddia qaldıraraq, xx xxxxxx 2013-cü il tarixdə X2 Universitetinin Dövlət Attastasiya Komissiyası tərəfindən verilmiş “Məktəbəqədər pedaqogika və psixologiya” ixtisası üzrə KB xxxx nömrəli qeydiyyat xxxx olan ali təhsil haqqında diplomun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1123 /2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim: E.Ç.Mustafayev) iddia təmin edilməmişdir. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1907/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1123/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin həmin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaç ının vəkili kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında nümayəndəsinin iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi əsassız olduğundan təmin edilməməli, kassasiya mümkünsüz sayılmalı və şikayətin qəbulundan imtina edilməlidir. B elə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən xx xxxxxx 2019-cu il tarixli qərarının surəti xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçıya poçt vasitəsi ilə göndərilmiş, SS60805581AZ saylı poçt xəbərnaməsinə əsasən həmin qərar xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçıya təqdim olunmuşdur. Lakin həmin qərardan verilən kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra, yəni xx xxxxxxx 2019-cu il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Beləliklə, iddiaçı tərəfindən kassasiya şikayəti veri lməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddətin ötürülməsi mübahisəsizdir.Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. İddiaçı müddəti ötürməsini özü də etiraf etmiş, müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini bildirmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, uzun illərdir anemiya xəstəliyi vardır və bununla bağlı yaz - payız aylarında səhhətində müəyyən problemlər yaranır. Ona görə də mütləq qaydada müalicə kursu keçir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həmin xəstəliklə bağlı ambulator qaydada müalicə aldığından qanunla müəyyən edilmiş müddətdə qərardan kassasiya şikayəti verə bilməmişdir. Ərizənin hüququ əsası kimi Azərbaycan Respublikası MPM-in 24.1-ci maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikasının İPM-nin 24.1 və 24.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvə yə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Avropa İnsan Hüquqları Məhkəməsi də bir sıra qərarlarında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi müəyyənliyin təmin edilməsində prosessual müddətlərin əhəmiyyətini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsin i nəzərə almalıdırlar. Avropa Məhkəməsi "Staqno Belçikaya qarşı" iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında isə qeyd etmişdir ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ambulator müalicədə olması onun qanunla müəyyən edilmiş müddətdə şikayət verməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Bütün bu hallar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti üzrlü səbəb olmadan ötürmüşdür. Qeyd edilənlərə əs asən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İPM-nin 96.2, 96.3-cü Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1907/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə İddiaçı vəsatəti təmin edilməsin. İddiaçı şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-324/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-324/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver