Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-324/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanlarının məhdudluğunun yaranma tarixinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslim oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1991-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Gəncə şəhər 2 saylı Poliklinika) “əlilliyinin yaranma tarixinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1879/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Yusifzadə Məryəm Elçin qızı xx.xx.2019-cu ildə doğulmuşdur.
2. Əlillik altsistemdən çıxarışdan görünür ki, Yusifzadə Məryəm Elçin qızı xx.xx.2019cu il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda alınmaqla nəzarətə götürülmüş, əlillik vəziyyəti ilkin olaraq Abşeron Rayon Mərkəzi Xəstəxanası nın xx.xx.2020-ci il tarixli 0215003AABU4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi xx.xx.2019-cu il göstərilməklə X2: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.0 - Eşitmənin konduktiv tipli ikitər...; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnozu təsdiq edən müayinələr sonadək aparılmayıb, bera testinin nəticələri dəqiqləşdirilsin;” səbəbi ilə TSEK tərəfindən imtina verilmişdir.
3. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 021500 3AACF4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi xx.xx.2019- cu il göstərilməklə X2: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki..; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu=> 3.1.26. anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (lll-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9.H90- H90.5);’’ səbəbi ilə 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu TSEK tərəfindən müəyyən edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda göstər ilmişdir ki, Yusifzadə Məryəm Elçin qızının sağlamlıq imkanları məhdudluğunun təyinat tarixi ilə bağlı müraciətinə baxılarkən müəyyən olunmuşdur ki, Məryəm Yusifzadənin sağlamlıq imkanlarının məhdudluğu “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və onun 18 yaşınadək müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.7. bəndində müvafiq olaraq “Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birin ci instansiya məhkəməsində icraat
5. İddiaçı 28 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qızı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızına əlilliyinə görə təyin olunmuş pensiyanın və ona baxmağa görə təyin olunmuş təqaüdün qızı dünyaya gəldiyi xx.xx.2019-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi üçün cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbinin “İddiaçı övladı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızının Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilməsi barədə qərarda sağlamlıq imkanlarının mə hdudluğunun yaranma tarixinin uşağın anadan oldugu xx.xx.2019-cu il tarix kimi göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 hüquqi şəxsin üzərinə qoyulması” məzmunda icraata qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailənin dördüncü və sonbeşiyi olan qızı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızı dünyaya qüsurlu halda gəlmişdir. Belə ki, qızında “Eşitmənin neyrosensor 4-cü dərəcə (çox ağır dərəcə) iki tərəfli itirilməsi və Nitq inkişafının pozuntusu, gözündə daxili çəpgözlük” müşahidə edilir. Məryəm Yusifzadəyə əlillik dərəcəsinin müəyyən edilərək pensiya təyin edilməsi üçün və ona qulluğa görə təqaüd verilməsi üçün övladı dünyaya gəldikdən sonra müraciətlər etmiş, lakin qeyd olunan müraciəti müsbət həll olunmamışdır. Belə ki, qızına pensiya verilməsi və eyni zamanda onu saxladığına görə iddiaçıya təqaüdün verilməsi xx.xx.2021-ci il tarixdən hesablanmağa başlamışdır. Qızına əlilliyinə görə təyin olunmuş pensiyanın və ona baxmağa görə təyin olunmuş təqaüdün qızı dünyaya gəldiyi xx.xx.2019-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış müraciəti cavabdeh tərəfindən baxılaraq müsbət həll olunmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab etmişdir ki, qeyd olunan müraciətə cavabdeh tərəfindən ədalətsiz cavab verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi övladı anada ngəlmə qüsurludur və ona əlillik dərəcəsinin təyin olunması dünyaya gəldiyindən təxminən 2 (iki) ildən sonra təyin olunması iddiaçının məsuliyyətsizliyi deyildir. Buna görə iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2799/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, iddiaçıya övladı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızının Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilməsi barədə qərarda sağlamlıq imkanlarının yaranma tarixinin uşağın an adan oldugu xx.xx.2019-cu il tarix kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial və X1”nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq maddə və bəndlərinə istinad edərək hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ca vabdeh orqan diskresion səlahiyyətlər çərçivəsində iddiaçının övladının sağlamlıq imkanlarının məhdudluğu həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən, yəni anadangəlmə xx.xx.2019-cu il tarixindən müəyyən edilməli idi. Lakin cavabdeh əsassız olaraq sağlamlıq imkanlarının məhdudluğunun dəyişdirilməsi tarixini həmin səbəbin müəyyən edildiyi anadan olduğu tarixindən deyil, sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi barədə qərar qəbul etdiyi xx.xx.2021ci il tarixdən hesab etmişdir. Buna görə də iddiaçı hazırda haqlı olaraq övladının sağlamlıq imkanlarının məhdudluğu tarixinin dəyişdirilərək uşagın anadangəlmə xx.xx.2019-cu il tarixindən təyin edilməli olduğunu tələb edir.
11. Cavabadeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin təmin olunmama sı barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1879/2022 nömrəli, 27 sentyabr 2022-ci il qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2799/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayəti nin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə uyğunluq təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: -1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; -1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; -1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə
3. Əlilliyin müəyyən edilməsi -3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdə n əlilliyi olan şəxs hesab edilir. -3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfi ndən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert kom issiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi s əbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkə mədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkü n hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. İşdə olan sənədlərə əsasən iddiaçının qızı xx.xx.2019-cu ildə anadan olmuş Yusifzadə Məryəm Elçin qızı “eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi” diaqnozu ilə xəstədir. Xəstəlik səbəbi ilə əlaqədar ilkin olaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020ci il tarixli 0215003AABU4 saylı göndərişi (xəstəliyin başlanma tarixi xx.xx.2019-cu il göstərilməklə) cavabdeh tərəfindən qiymətləndirilmiş və göndərişin natamam doldurulması əsası ilə sağlamlıq imkanlarının məh dudluğunun müəyyən edilməsindən imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir.
23. Bundan sonra, Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0215003AACF4 saylı təkrar göndərişi (xəstəliyin başlanma tarixi xx.xx.2019-cu il göstərilməklə) cavabdeh tərəfindən qiymətləndirilərək M.Yusifzadənin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir.
24. İddiaçı məhkəməyə müraciət edərək “övladı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızının Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilməsi barədə qərarda sağlamlıq imkanlarının məhdudluğunun yaranma tarixinin uşağın anadan oldugu xx.xx.2019-cu il tari x kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
26. Od ur ki, cavabdehin yuxarıda göstərilən xx.xx.2020-ci il tarixli imtina qərarı hazıradək qüvvədə olduğundan və həmin qərar məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, M.Yusifzadənin sağlamlıq imkanlarının məhdudluğunun imtina qərarının qəbul edildiyi tarixdən əvvəlki dövrə yəni, xx.xx.2019-cu il tarixdən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
27. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə görə şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
28. Qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
29. İddiaçının tələbi isə övladının sağlamlıq imkanlarının məhdudluğunun onun anadan olduğu tarixdən hesablanması ilə bağlıdır.
30. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, iddiaçının qızı M.Yusifzadə TSEK qərarı ilə xx.xx.2021-ci il tarixdə sağlamlıq imkanlarının məhdudluğu olan şəxs olaraq müəyyən edildiyindən, həmin təyinatın xx.xx.2019-cu il tarixdən hesablanması barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir.
31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayət i təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 27 sentyabr 2022-ci il qərarı ləğv edilməli və iddia rədd edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1879/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “övladı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızının Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 0215003AA CF4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilməsi barədə qərarda sağlamlıq imkanlarının məhdudluğunun yaranma tarixinin uşağın anadan oldugu xx.xx.2019-cu il tarix kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.