Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-324/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müddətsiz təyin olunması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və R eabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(104)-564/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Alt sistemdən TSEK müayinələri ilə bağlı çıxarışlara əsasən, İddiaçı “Sol baldır sümüklərinin qeyri düzgün bitişmiş sınığı və varus defarmasiyası. Sol baldır-ayaq oynağının kontrakturası. Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi. yerişin əhəmiyyətli dərəcədə pozulması.” diaqnozu ilə xx.xx.2007-ci il tarixdə ilkin 1 il müddətinə 2-ci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə 1 il müd dətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir.
2. Alt sistemdən TSEK müayinələri ilə bağlı çıxarışlara əsasən, İddiaçı xx.xx.2021ci il tarixli, 0232003AAW7S Forma 88 üzrə - Göndərişin natamam doldurulması - səbəb: Funksional ağırlaşmalar müayinələrlə əsaslandırılmaqla dəqiqləşdirilsin; xx.xx.2022-ci il tarixli, 0232003AAY3G Forma 88 üzrə - Göndərişin natamam doldurulması - səbəb: əsas diaqnozun və ağırlaşmaların təsdiq edəninstrumental müayinələrin nəticələri. Status localis, mütəxəssis rəyləri, anamnestik məlumatları və TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin, xx.xx.2022-ci il tarixli, 100029201LPB Forma 88 üzrə - Göndərişin natamam doldurulması - səbəb: ağırlaşmanı təsdiq edən rentgen müayinəsinin nəticə si ətraflı qeyd edilsin, xx.xx.2022-ci il tarixli Forma 88 üzrə 100043823CAU üzrə - Göndərişin natamam doldurulması - səbəb: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var qeyd edilməklə əlillik təyinatından imtina olunmuşdur. 3. 0232003AAW7S Forma 88 üzrə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda İddiaçı S82.2. Qamış sümüyü cisminin (diafizinin) sınığı sol qamış sümüyünün aşağı 1/3 qeyri-düzgün bitişmiş sınığı, valqus deformasiya. Sol aşıq baldır oynağının artrozu, valqus deformasiya xəstəliyi diaqnozu qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017 -ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi xəstəliklərdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona İİ qrup əlillik təyin edilmiş və pensiya verilmişdir. 2007-ci ilin noyabr ayından xəstəliyi ilə əlaqədar aldığı pensiya 2021-ci ilin noyabr ayından dayandırılmışdır. Pensiyasının dayandırılması ilə bağlı DSMF-yə müraciət etdikdə isə bildirirlər ki, ona sosial müavinat verilməkdən imtina edilmişdir. Səbəb də onu göstərirlər ki, cərrahi əməliyyatından uzun müddət keçib, hal-hazırkı vəziyyəti ilə əlaqədar ətraflı müayinələr yoxdur, qeyd olunan diaqnoz əlillik təyin etməyə əsas vermir və ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhət görülür. Lakin iddiaçı yenidən həkim komissiyasından keçsə də, ona İİ qrup əlillik dərəcəsi üzrə təyin edilmiş pensiyanı bərpa edilməmişdir. Halbuki onun sağalması mümkün deyil, 15 ildən çoxdur ki, bu xəstəliyə düçar olmuşdur.
6. Gəncə İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2-1(114)-1614/2023 nömrəli qərarı (hakim F.C.Hüseynov) ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 2007-ci ildən 2022-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olara q, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına, habelə 413 nömrəli Qərarın 2.2.3-cü bəndinə əsasən əlillik təyinatına əsas verməsinə baxmayaraq ona verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya xx.xx.2017-ci il tarixədək artıq 10 il müddətinə fasiləsiz əlillik dərəcəsi təyin edildiyindən növbəti müayinə zamanı ona həmin tarixdən müddətsiz (ömürlük) təyin edilməli idi.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(104)-564/2023 nömrəli qərarı (hakimlər A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və Ə.İ.Məmmədov) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2-1(114)-1614/2023 nömrəli qərarı dəyişdirilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəl i Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə ilkin 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. TSEK müayinələri ilə bağlı çıxarışlardan isə görünür ki, iddiaçıya xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli göndərişlərdə qeyd olunmuş diaqnozlara “Göndərişin natamam doldurulması” səbəbilə əlillik təyinatından imtina edilmiş dir. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da, qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən əlilliyin təyin edilməsi tarixinin xx.xx.2017-ci il tarixdən müəyyən edilməsinə dair səhv nəticəyə gəlinmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 0232003AAW7S nömrəli Forma 88 üzrə verilmiş imtina mübahisələndirilərək əllilliyin təyin edilməsi xahiş olunmuşdur. Buna görə də, iddiaçıya xx.xx.2022-ci il tarixdən mü ddətsiz ikinci dərəcə əlillik təyin edilməlidir.
11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçıya əlilliyin təyin edilməsi fasilələrlə olmuş, xx.xx.2007-ci il tarixində 1 il müddətinə ikinci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərində 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Ümumilikdə iddiaçıya təyin edilmiş əlilliyin müddəti fasilələrlə 7 il təşkil edir. Göründüyü kimi, iddiaçıya heç bir zaman cavabdeh Agentlik tərəfindən fasiləsiz olaraq 10 (on) il müddətinə əlillik təyin edilməmişdir. İ kinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi üçün onun son göndəriş əsasında əlillk müəyyən edilməlidir. Yalnız şəxs barəsində əlillik mövcud olduğu halda həmin əlillik müddətsiz təyin olunur. Mövcud qanunvericilik ikinci qrup əlilliyin müddətsiz təyin edilməsini o şərtlə məqbul hesab edir ki, bunun üçün şəxs yenidən əlillik təyin etmək üçün lazımı göstəricilərə malik olsun. Beləliklə, əlilliyin yenidən təyin edilməsi üçün iddiaçının göndərişlər üzrə lazımi göstəricilərə malik olduğu müəyyən edilmədiyindən cavabdeh inzibati orqan əlilliyin təyinatından imtina etmişdir. Buna baxmayaraq məhkəmə qərar qəbul edən zaman bu kimi halları və qanunvericiliyin normalarını obyektiv qiymətləndirməyərək iddiaçı barəsində əsassız olaraq əlillik təyin edilməsinə səbəb olmuşdur. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri:
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini gö stərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (xx.xx.2022-ci il tarixədən qüvvədən düşmüşdür): 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edili r. 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübah isə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edi r. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab ed ir ki, kassasiya şikayəti qismən əsaslıdır, apellyasiya instansiya məhkəməsi tərəfindən işin baxılması zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyi üçün qərar ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
21. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına görə tibbi göstəriş olan xüsusi hallarda, eləcə də ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilməlidir. Yenə qanunvericiliyin istinad olunan normalarına görə, şəxsin əlil statusu qazanması bu barədə inzibati orqan tərəfindən müvafiq qərarın (inzibati aktın) qəbul edilməsi nəticəsində baş verir. Bundan başqa, əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda, şəxsə 10 il müddətin bitməsindən sonra müddətsiz əllilik tə yin edilə bilməsi üçün tibbi müəssisəsi tərəfindən müvafiq göndərişin verilməsi və qiymətləndirmə nəticəsində əlillik təyin etməyə əsas verən diaqnozun mövcudluğu da təsdiq olunmalıdır.
22. Hazırki işin hallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən iddiaçıya ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halından çıxış etmişdir. Bunun üçün məhkəmə həm xx.xx.2007-ci il tarixdə 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilməsini, həm də xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli göndərişlər verilməsini iddiaçının fasiləsiz olaraq 10 il əlil olduğunu təsdiq edən məcmu dövr kimi əsas götürmüşdür.
23. Kollegiya məhkəmənin həmin mövqeyini maddi hüquq normalarına uyğun hesab etmir. Belə ki, əlillik statusu yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində yaranır. Göndərişlərin verilməsi şəxsə həmin statusu qazandırmır, onun əsasında əlavə olaraq status müəyyən edən qərarın da qəbul edilməsi tələb olunur. Bu mənada, iş materiallarında iddiaçıya fasiləsiz olaraq 10 il müddətinə əlillik təyin edilməsini təsdiq edən qərarlar yoxdur. Cavabdeh də kassasiya şikayətində ümumilikdə iddiaçıya təyin edilmiş əlilliyin müddətinin fasilələrlə 7 il təşkil etdiyini bildirir. Odur ki, işin qeyd olunan halları təkrar baxışda yoxlanılmaqla qiymətləndirilməlidir.
24. Digər tərəfdən, iddiaçı tərəfindən kassasiya məhkəməsinə təqdim olunmuş sənəddə ona 2007-2014-cü illərdə ikinci dərəcə əlilliyə görə sosial müavinətin ödənildiyi göstərilmişdir. Bununla bağlı olaraq isə kollegiya qeyd edir ki, əlilliyə görə sosial müavinətin ödənilməsi özü-özlüyündə iddiaçının əlil hesab olunması nəticəsini doğurmur. Prinsipcə, həmin ödənişlər əlilliyin təyin edilməsinə dair qərar əsasında aparılmalıdır. Lakin sözügedən ödənişlərin hər hansı hüquqi əsas olmadan və ya digər başqa əsaslara görə edilməsi də istisna olunmur. Ona görə də təkrar baxışda həmin ödənişlərin edilməsi əsasları araşdırılmaqla müvafiq qaydada qiymətləndirilməlidir. Hər bir halda, hazırkı mübahisə üzrə həlledici olan müavinətin ödənilməsi deyil, əlilliyin təyin olunmasına dair qərarların mövcudluğunun müəyyən olunmasıdır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(104)-564/2023 saylı qərarı ləğv olunsun. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.