Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-324/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi; işin hallarının araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2-1(103)-1932/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 316 saylı qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” Az ərbaycan Respublikası qanunlarına, Səbail Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 38 saylı və xx.xx.2005-ci tarixli iclasının 29 saylı protokoluna əsaslanaraq, Səbail rayonu, 3-cü massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Bundan sonra, tərəflər arasında alqı-satqı aktı bağlanmışdır.
2. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********77 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bundan başqa, təqdim edilm iş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, S əbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsi 1991-ci ildən onun sahibliyində və istifadəsindədir. İstifadəsində olan həmin torpaq sahəsinin adına sənədləşdirilməsi üçün 2005-ci ilin dekabr ayında Bakı şəhəri Səbail Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə müsbət cavab verilərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Bununla bağlı, Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli qərarı əsasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və tərəfindən Səbail Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə 200 (iki yüz) manat, xx.xx.2007-ci il tarixdə 2296 (iki min iki yüz dox san altı) manat pul ödənilmişdir. 1991-ci il tarixdən faktiki olaraq, xx.xx.2005-ci il tarixdən isə həm faktiki, həm də ilkin hüquqmüəyyənedici sənədlərlə qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsinə plan və ölçü sənədi tərtib edilməsi və hüququ qeydiyyatdan keçirilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi məqsədilə rəsmi olaraq cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinə imtina verilmiş və imtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bundan başqa, təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri mövcuddur.
6. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bundan başqa, təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri (X3) mövcuddur. Həmçinin, İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən sahə qəbiristanlıq ərazisi qeyd edilmişdir.
7. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla, uqodiyası “Qəbiristanlıqlar” kimi qeyd edilmişdir
8. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə ekspert rəyinin verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspe rtiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5569 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600,0 kv.m. təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən torpaq sahəsi dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə DTXK tərəfindən verilmiş **********0015 nömrəli kadastr planı əsasında 0.12 ha torpaq sahəsi **********11 reyestr nömrəsi ilə X2 adına 1429A saylı bağ kimi qeydiyyata alınmışdır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 21 dekabr 2023-cü il tarixli, 21(112)-3844/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5569 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətidir, sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Bundan əlavə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında yerləşən və faktiki iddia olunan torpaq sahəsinin qonşuluğunda, onunla həmsərhəd olan və qeydiyyatdan keçmiş torpaq sahələrinin qeydiyyatına əsas olmuş sənədlər cavabdehdən tələb edilərək araşdırılmış və müəyyən edilmişdir ki, həmin torpaq sahələrindən biri Səbail Bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli 233 saylı qərarına əsasən qeydiyyata alınsa da, digəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 nömrəli sərəncamı əsasında qeydiyyata alınmışdır. Göründüyü kimi, həmin ərazinin bələdiyyə ərazisi olması və yalnız bələdiyyə aktları əsasında torpaq sahələrinin qeydiyyata alınması müəyyən edilmir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və M.C.Qarayeva) 14 avqust 2 024-cü il tarixli, 21(103)-1932/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(112)-3844/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
16. İddiaçı əlavə olaraq göstərir ki, onun qonşuluğunda yerləşən torpaq sahələri ilə bağlı təqdim olunan sənədləri nəzərdən keçirən məhkəmə əsassız nəticəy ə gəlmişdir. Məhkəmənin yanlış müqayisə apararaq yanlış nəticəyə gədiyi dövlət torpağının ayrıldığı vaxt nəinki bələdiyyə torpaqları, heç bələdiyyələr mövcud deyildi. Həmin vaxt (1995-ci ildə) ayrılan torpaq sahəsi təbii ki, dövlət torpağı olacaqdı, bələdiyyə torpağı yox. Buradan o nəticəyə gəlmək olar ki, bələdiyyə qərarı ilə ona satılmış torpağın sahəsinin qonşuluğunda və həmsərhəd olan torpaqların həmin vaxt (2001-ci ildən sonra) dövlət mülkiyyətinə aid olmasını təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş iki sənəddən biri 2006-cı ilə aiddir və bələdiyyə mülkiyyətində olmuş torpaq sahəsi bələdiyyə qərarı ilə X1. Digər torpaq sahəsi isə bələdiyyələr yaranmamışdan xeyli əvvəl, 1995-ci il tarixdə dövlət mülkiyyəti kimi icra ha kimiyyətinin sərəncamı əsasında X4 ayrılmışdır. Bu situasiyadan belə bir nəticə də hasil olur ki, qonşuluqdakı torpaq sahələri üzərində qeydiyyat üçün əsas olmuş digər nümunələr (2-dən artıq) cavabdeh tərəfindən məhkəməyə məhz ona görə təqdim edilməmişdir ki, həmin ərazidə bütün torpaqlar bələdiyyə mülkiyyətində olmuş və hüquqların qeydiyyatı üçün məhz bələdiyyə qərarları əsas olmuşdur. Yəni, sözügedən ərazidə torpaq sahələrinin həmin dövrdə dövlət mülkiyyətində olduğunu təsdiq edən nümunələr olmadığından, bələdiyyə torpaqları olması ilə bağlı əlavə nümunələr təqdim etmək isə iddia tələbinin əsaslılığını, cavabdehin imtinasının əsassızlığını daha əhatəli şəkildə təsdiq edəcəyindən, bu nümunələr məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən bələdiyyə torpağına dair həmin bir nümunə də (X5 aid çıxarış) ona görə məhkəməyə təqdim edilmişdir ki, sözügedən nümunəni o, özü cavabdehə sorğu göndərilməsi barədə qərar qəbul olunan məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Başqa sözlə, bu nümunəni artıq gizlətmək mümkün deyildi. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlar a xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiy yəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlə t qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandı rılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağ lı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, A li Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdır ılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
23. Hazırkı iş üzrə iddiaçının tələbi Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 316 saylı qərarına və alqı-satqı aktına əsasən onun adına sənədləşdirilmiş torpaq sahəsi üzər ində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır.
24. Cavabdehin iddiaçının müraciətinə verdiyi imtinanın dəlilləri elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsinin bələdiyyə deyil, dövlət mülkiyyəti olması və təqdim edilmiş alqı-satqı aktının Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi olmuş, cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda isə göstərilmişdir ki, qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri (X3) mövcuddur və İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən sahə qəbiristanlıq ərazisidir.
25. İşə baxan aşağı instansiya məhkəmələri iddia tələbinin rədd edərkən hes ab etmişlər ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsinə sərəncam vermək hüququ olmadığından, bələdiyyənin həmin qərarı iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz
26. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
27. İlk növbədə, torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmaması iddiaçının məsuliyyət sferasına aid edilə və bu hal onun ziyanına şərh edilə bilməz. Çünki, müvafiq aktı qeydə almaq iddiaçının öhdəliyi deyil, səlahiyyətli dövlət orqanlarının vəzifəsidir. Həmçinin, təqdim edilmiş cizgidə istinad məsafələri, dəqiq is tinadlar, perimetrik ölçülər qeyd edilməməsi də iddiaçının ziyanına olan hal kimi şərh edilməməklə, tələblərə cavab verən cizginin tərtib edilməsi müvafiq dövlət orqanının səlahiyyət sferasına aiddir.
28. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin torpağın dövlət mülkiyyətində olması ilə bağlı dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir.
29. İddiaçının torpağının dövlət və bələdiyyə mülkiyyətində olması istiqamətində aşağı instansiya məhkəmələri tərəfindən müəyyən qədər araşdırma aparılsa da, bu hal hərtərəfli araşdırılmamışdır. Belə ki, aşağı instansiya məhkəmələri torpağın dövlət torpağı olması nəticəsinə gələrkən iş materiallarındakı mütəxəssis və ekspert rəylərinə istinad etmişlər. Lakin həmin rəylərin məzmununda mübahisəli ərazinin vahid elektron kadastr baza məlumatlarına dövl ət mülkiyyətində olduğu qeyd olunsa da, aşağı instansiya məhkəmələri mübahisəli ərazinin Səbail bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsi istiqamətində hər hansı araşdırma aparmamış, bununla da İPM-in 12-ci maddəsinin tələbləri pozulmuşdur.
30. Bundan əlavə, iş materiallarında olan ekspert rəyində qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə DTXK tərəfindən verilmiş **********0015 nömrəli kadastr planı əsasında 0.12 ha torpaq sahəsi **********11 reyestr nömrəsi ilə X2 adına 1429 A saylı bağ kimi qeydiyyata alınmışdır. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, X2 mübahisəli əraziyə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması, onun hüququnun reyestrdə qeydiyyata alını b-alınmaması ilə bağlı məlumatlar əldə edilməmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən edilmədən və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
32. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsi ilə bağlı hərtərəfli araşdır ma aparmalı (cavabdehə, bələdiyyəyə və Bakı şəhər İcra Hakimiyyətinə müvafiq sorğular verməli), eyni zamanda bələdiyyə qərarının qanuniliyinin yuxarıda istinad olunan normalar baxımından qiymətləndirmək üçün bələdiyyənin iclas protokolunun mövcudluğunu araşdırmalı (başqa sözlə, qərarın kollegial qəbul edilib-edilməyini dəqiqləşdirməli) və işin hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verməlidir. Bundan əlavə, X2 mübahisəli əraziyə dair hər hansı hüququnun olub-olmaması ilə bağlı hərtərəfli araşdırma aparılmalı və araşdırmanın nəticəsindən asılı olaraq onun üçüncü şəxs kimi cəlb edilməsinə zərurət olub-olmamasına qiymət verilməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozuld uğundan apelyasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilərək, İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün hazırkı iş təkrar apellyasiya baxışına göndərilməlidir.
34. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2-1(103)-1932/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir