Məhkəmə qərarları › İş №2-1(102)-3240/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3240/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3240/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinin mərhum atasına məxsus olması barədə arayışın (çıxarışın) verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 s aylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “torpaq sahəsinə dair arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1867/2019 saylı, 1 avqust 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhər XDS İK-nin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının mərhum atası X7 arasında 26 oktyabr 1973-cü il tarixdə bağlanmış 14594 №-li i müqaviləyə əsasən Bakı şə həri, Zirə qəsəbəsində 0,20 ha 447 saylı bağ sahəsi onun icarəsinə ayrılmışdır. İddiaçının atası 1979-cu ildə vəfat etmişdir. 33 saylı notariat kontorunun 24.10.2014-cü il tarixli məktubuna əsasən, iddiaçının atasının vəfatı ilə əlaqədar 33 saylı notariat kontorunda vərəsəlik işi açılmış və vərəsələrin ərizəsi əsasında iddiaçı vərəsə kimi tanınmışdır. İddiaçı torpaq sahəsinin mərhum atasının adına olması barədə arayış (çıxarış) verilməsi ilə əlaqədar cavabdehə məktub ünvanlamış, cavabdeh 16.04.2016-cı il tarixli məktubla bağ sahəsinin mübahisəli olduğunu (digər fiziki şəxs tərəfindən hasarlanmışdır) və bağ sahəsinin yerləşməsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyini bildirərək, ərizənin icrasından imtina etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 de kabr 2018-ci il tarixli 2(102)-8335/2018 saylı qərarı ilə müəyyən edilən hallardan görünür ki, X8 X5 qarşı məhkəmədə qaldırılan “zəbt edilmiş torpaq sahəsinin qaytarılması və torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia tələbi Xəzər rayon Məhkəməsinin 21 aprel 2017- ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26.07.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, həmin qətnamə də öz növbəsində Ali Məhkəmənin qeyd olunan qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddianın rədd edilməsinin əsası kimi torpaq sahəsinin X9 məxsus olmaması və icarə müqaviləsi əsasında X5 verilməsi olmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər i, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 26 oktyabr 1973-cü il tarixli, 14594 №-li müqaviləyə əsasən sahəsi 0,20 ha olan 447 №-li torpaq sahəsinin X19 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İK-nin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının mərhum atası X7 arasında 26 oktyabr 1973-cü il tarixdə bağlanmış 14594 №-li i müqaviləyə əsasən Bakı şəhəri, Zirə qəsəbəsində 0,20 ha 447 saylı bağ sahəsi sonuncunun icarəsinə ayrılmışdır. Həmin torpaq sahəsi verildiyi vaxtdan halhazıradək onların istifadəsindədir. Atası 1979-cu ildə vəfat etmişdir. Onun müraciəti əsasında 33 saylı notariat kontorunda vərəsəlik işi açılmış, notariat kont oru 24.10.2014-cü il tarixdə torpaq sahəsinin mərhum atasının adına olması barədə arayış (çıxarış) verilməsi ilə əlaqədar cavabdehə məktub ünvanlamış, sonradan iddiaçı da cavabdehə müraciət etmiş, lakin sonuncu bağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlandığını və sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini bildirərək, onun ərizəsinin icrasından imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(82)-7/2019 saylı iş) 05 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçı atasının vəfatından sonra Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi 447 saylı sahədə yerləşən 0.20 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Bakı şəhəri 33 saylı dövlət notariat kontoruna müraciət etmiş, notariat kontoru öz növbəsində cavabdehə 24.10.2014-cü il tarixli məktubla müraciət etmiş və iddiaçının X3 vərəsəsi olması barədə məlumat vermiş, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi 447 saylı sahədə yerləşən 0.20 ha torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmiş, həmçinin iddiaçı da çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu isə bağ sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamasını, elektron-baza məlumatlarına əsasən bağ sahəsinin bir hissəsinə məhkəmə qərarına əsasən digər fiziki şəxsin adına plan-sxem tərtib edilərək verilməsini əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir. Lakin cavabdeh inzibati orqanının imtinası əsassızdır və sonuncunun hüquqlarının pozulması ilə nəticələnmişd ir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X11məruzəçi, X1 Afaq Bayram qızı, 2-1(103)-1867/2019 saylı iş) 1 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi şikayəti rədd etməsini onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin qərarından görünür ki, 254 saylı və 447 saylı bağ sahələri bir-birindən 700- 800 m aralı məsafədə yerləşir. 254 saylı bağ sahəsi 2270-ci keçiddə, 447 saylı bağ sahəsi isə 2267-ci keçidə yerləşmişdir. Plan sxemlə bağlı məsələyə isə həmin qərarda belə aydınlıq gətirilmişdir ki, 254 saylı bağ sahəsinin iddiaçıya icarə verilməsi barədə 28.04.1970-ci il tarixdən ica rə müqavilələri olsa da, həmin bağın sahibinə onun icarəsinə verilmiş yer məlum olmamış, 2005-ci ildə Bağlar İdarəsinin mühəndislərindən biri ona 254 saylı bağ sahəsinin yerləşdiyi yerdə deyil, 447 saylı bağ sahəsinin yerləşdiyi bağ sahəsinə dair cizgi planı çəkərək vermişdir. İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, cavabdehin şikayətinin iddiaçının mərhum atasına məxsus 447 saylı mübahisəli bağ sahəsinin başqa şəxsə məxsus olması və sonuncunun adına plan cizgi verilməsi ilə bağlı dəlilləri təkzib olunur. Cavabdehin şikayətinin iddiaçı tərəfindən 2000 kv.m ( 0,20 ha) əlavə torpaq sahəsinin zəbt olunduğuna gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlilərin hazırkı iddia tələbinə heç bir aidiyyəti yoxdur. Çünki iddiaçının hazırkı iddiası zəbt olunmuş sahəyə aid deyil, məhz, mərhum atasının icarəsinə verilmiş 0,20 ha bağ sahəsinin sonuncuya məxsus olması barədə arayışın ona təqdim edilməsi tələbindən ibarətdir. Arayışın verilməsi barədə hazırkı iddia tələbinin qanuni əsasını isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi təşkil edir. Cavabdeh 24 sentyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı bağ sahəsinə dair arayışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, ara şdırma nəticəsində məlum olmuşdur ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritədə qeyd olunan 447 saylı bağ sahəsi göstərilən bağ sahəsindən 180 metr aralı məsafədə yerləşir. Bundan əlavə bağ mübahisəlidir və digər şəxs tərəfindən hasarlanmışdır. Belə ki, 14594 №-li müqavilə əsasında X2 istifadəsinə verilmiş 447 №-li bağ sahəsinin ərazisi kimi göstərilən sahəyə X14 tərəfindən istifadəsində olan 254 №-li bağ sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. 254 №-li bağ sahəsi keçmiş X4 və İstismarı Birliyi ilə bağlanmış 19.04.2005-ci il tarixli 17805 №-li müqavilə əsasında X8 istifadəsinə verilmişdir. Sözügedən bağ sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı arxiv qovluğunda aşkar olunmamışdır. Müvafiq bağ sahəsi ilə bağlı digər məhkəmənin icraatında mülki qaydada baxılan məhkəmə mübahisəsi vardır, yekunlaşması barədə hər hansı məlumat idarəyə daxil olmamışdır. Bundan əlavə sənədlə torpaq sahəsi 2000 kv.m təşkil edir. Lakin iddiaçı tərəfindən əlavə 1045,5 kv m torpaq sahəsi zəbt edilmişdir. Həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bağ sahəsinin 1580 kv.m hissəsinə məhkəmə qərarı əsasında digər fizik şəxsin adına plan və ölçü tərtib edilmişdir. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Kassasiya şikayəti əsaslandırılarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinə, Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandıma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmiş dir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 26 oktyabr 1973-cü il tarixli, 14594 №-li müqaviləyə əsasən sahəsi 0,20 ha olan 447 №-li torpaq sahəsinin mərhum atasına məxsus olması haqqında arayışın (çıxarışın) verilməsini xahiş etmişdir. Cavabdeh hesab edir ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən bağ s ahəsinin yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritədə qeyd olunan 447 saylı bağ sahəsi göstərilən bağ sahəsindən 180 metr aralı məsafədə yerləşir. Bundan əlavə bağ mübahisəlidir və digər şəxs tərəfindən hasarlanmışdır. İddiaçının mərhum atasına məxsus 447 saylı bağ sahəsinə 254 №-li bağ sahəsinin sahibi X8 adına plan-sxem verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2018-ci il tarixli 2(102)-8335/2018 saylı qərarı ilə müəyyən edilən hallardan görünür ki, X8 X5 qarşı məhkəmədə qaldırılan “zəbt edilmiş torpaq sahəsinin qaytarılması və torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia tələbi Xəzər rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 26.07.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, həmin qətnamə də öz növbəsində Ali Məhkəmənin qeyd olunan qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarından görünür ki, birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, 254 saylı və 447 saylı bağ sahələri bir-birindən 700800 m aralı məsafədə yerləşir. 254 saylı bağ sahəsi 2270-ci keçiddə, 447 saylı bağ sahəsi isə 2267-ci keçidə yerləşmişdir. Məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi 19 aprel 2005-ci il tarixli müqavilə əsasında V.A.Əliyevin icarəsinə verilmiş 0,20 ha torpaq sahəsi olan 254 saylı bağ sahəsi deyildir. 254 saylı bağ sahəsinin V.A.Əliyevə icarəyə verilməsi barədə 28 aprel 1970-ci il tarixdən icarə müqavi lələri olsa da, həmin bağ sahəsinin yeri məlum olmamış, 2005-ci ildə isə Bağlar Təsərrüfatı İdarəsinin mühəndislərindən biri iddiaçıya 254 saylı bağ sahəsinin yerləşdiyi yerdə deyil, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsinə dair cizgi çəkərək vermişdir. V.A.Əliyevin İddiaçı ona qaytarılmasını tələb etdiyi bağ sahəsinin onun icarəsinə verilmiş 254 saylı bağ sahəsi olmadığı məhkəmə araşdırmaları zamanı təsdiqini tapmadığından qüvvədə olan məhkəmə qətnaməsi ilə V.A.Əliyevin iddiası təmin edilməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdehin şikayətinin iddiaçının mərhum atasına məxsus 447 saylı mübahisəli bağ sahəsinin başqa şəxsə məxsus olması ilə bağlı dəlilləri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təkzib olunur. İPM-in 1.2-ci maddəsinə istinadən Mülki Prosessual Məcəl lənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi işdə olan mülki mübahisə üzrə məhkəmə qərarlarından görünür ki, bu işdə olan cavabdeh həmin işdə məhkəmə icraatının tərəfi kimi iştirak etməmişdir. Bundan başqa, hazırkı iş üzrə proses iştirakçılarının iştirakı ilə mübahisə predmeti ilə bağlı əvvəllər baxılmış qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması da müəyyən edilməmişdir. İPM-in 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Cavabdeh iddiaçının mərhum atasına məxsus 447 saylı bağ sahəsinə 254 №-li bağ sahəsinin sahibi X8 adına plan-sxem verildiyini bildirmiş, bununla bağlı m əhkəmə tərəfindən V.A.Əliyevin üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsinin mümkünlüyü müzakirə edilməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəm əsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməli, iddianın rədd edilməsi hissəsində isə şikayət təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reye str Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1867/2019 saylı, 1 avqust 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar