Məhkəmə qərarları › İş №2-1(102)-3241/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3241/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3241/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: ata adının dəyişdirilməsi 17.12.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə, 3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və 1 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı ata adının dəyişdirilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust.2019-cu il tarixli qəra rından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə, 3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Nəsimi rayon Polis İdarəsinə və 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şöbənin 23 noyabr 2018-ci il tarixli “İddiaçı ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə” qərarının ləğv edilməsi; iddiaçının 18.09.2018-ci il tarixli ərizəsinin təmin edilməsi və onun ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi barədə qərar qəbul etmək öhdəliynin cavabdeh Şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir 1 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin 24.04.2019-cu il tarixli qərarı ilə (hakim.Ş.Süleymanova; iş No 2-1(81)-1213/2019) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust.2019-cu il tarixli qərarı ilə (sədrlik edən S.Seyidova, hakimlər V.Məmmədov və İ.Əhmədov; iş № 21(103)-1772/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.04.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edərək, iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə gö rə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2019-cu tarixli qərarını ləğv edərək, iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş cavabdeh Şöbənin və 3-cü şəxslərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qism ən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, AA******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən, iddiaçı - İddiaçı xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikasında doğulmuş və Azərbaycan Respublikası vətəndaşıdır. İşin materiallarında olan, Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.02.1984-ci il tarixdə AZ İV 117676 №-li doğum haqqında Şəhadətnaməyə görə iddiaçının atası milliyyətçə erməni olan X3, anası milliyyətcə rus olan X2. İddiaçının iddia ərizəsində qeyd edilənlərə görə, atası R.Arzumanyan 1988-ci ildə onları tərk etmiş və birdə evə qayıtmamışdır. Bundan sonra, anası, G ürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan X6 ilə 07.12.1999-cu il tarixdə nikah bağlamışdır. Həmin şəxs iddiaçının atalığıdır, iddiaçını O, tərbiyə etmiş boya-başa çatdırmışdır. Həmçinin iddia ərizəsində qeyd olunur ki, sənədlərində atasının erməni olduğu göründüyündən, iddiaçı cəmiyyətdə sıxıntılara məruz qalır. Ona görə də, iddiaçı ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi barədə cavabdeh şöbəyə ərizə ilə müraciət etmişdir. Lakin, həmin inzibati orqan iddiaçının müraciətinin təmin edilməməsi barədə 23.11.2018-ci il tarixli qərar çıxarmış və bu haqda ona ünvanlanmış eyni tarixli məktubla iddiaçını məlumatlandırmışdır. İnzibati qərarda və məktubda qeyd olunmuşdur ki, imtinaya əsas məsələnin yoxlanılmasını aparan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin iddiaçının ata adının dəyişdirilməsinin məqsədəmüvafiq hesab edilməməsi barədə rəyin verilməsi olmuşdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, cavabdeh şöbənin imtinası ona görə əsaslı və qanunidir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müvafiq rəyinə uyğun çıxarılmışdır. Həmçinin, iddiaçı ata adı ilə əlaqədar cəmiyyətdə sıxıntılara məruz qaldığını bildirsə də, bunu təsdiq edən dəlilləri məhkəməyə təqdim edə bilməmiş, bununla da ata adının dəyişdirilməsi barədə müraciətini əsaslandıra bilməmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiy i nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlilləri əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nını 6.4-cü bəndinə əsasən, ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığ ilə həmin şəxsin adı ilə dəyişdirilir. Həmin Qaydaların 6.5-ci bəndinə müvafiq olaraq ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qayda ların 6.15-ci bəndinə görə, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16-cı bəndinə uyğun olaraq rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Həmin Qaydaların 6.17-ci bəndinə əsasən, qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə al araq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). Həmin Qaydaların 6.18-ci bəndinə müvafiq olaraq adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən normativ hüquqi aktda ata adının dəyşdirilməsi üçün müvəqqəti məhdudiyytlər müəyyən edilmişdir, bunlar: ərizəçinin cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olmasıdır. Həmin aktda həmçinin ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi tərəfindən müvafiq yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) müraciət etməsi və sonuncunun bu məsələlər barədə rəyin verilməsi nəzərdə tutulmuşdur. İş üzrə müəyyən edilir ki, cavabdeh şöbə iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən məsələ ilə əlaqədar y oxlama aparan polis idarəsinin rəyinə istinad etmiş və göstərmişdir ki, həmin idarə iddiaçının ata adının dəyişdirilməsi məsələsi ilə bağlı mənfi rəy vermiş və müraciətin təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Qeyd olunmalıdır ki, işin materiallarında polis idarəsinin yuxarıda sözügedən rəyi mövcud deyil, eyni zamanda cavabdeh şöbənin işin materiallarına əlavə edilmiş yazılı sənədlərində (mübahisələndirilən qərarında, məktublarında və s.) rəyin məzmunu açıqlanmamışdır. Yəni polis idarəsinin mənfi rəyə verməsinin əsasları iş üzrə müəyyən edilmir. Eyni zamanda işin materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəmə sorğusuna cavab olaraq verdiyi 14.03.2019-cu il tarixli məktubunda (bax i.v. 35) iddiaçını n cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxs kimi barəsində həmin İdarədə hər hansı məlumatın olmaması qeyd olunmuşdur. Bundan başqa, işin materiallarında olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin İdarəsinin məhkəmə sorğusuna cavab olaraq verdiyi 20.02.2019-cu il tarixli məktubunda (bax i.v. 38) iddiaçının Azərbaycan Respublikası hüdudlarından hərəkətinə bu Xidmət tərəfindən heç bir məhdudiyyətin tətbiq olunmadığı bildirilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməlidir ki, yuxarıda qeyd edilən məhdudiyyətlər mövcud deyilsə, Qaydalara görə, ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığ ilə həmin şəxsin adı ilə dəyişdirilir. İş üzrə müəyyən edilir ki, iddiaçının atalığı, Gürcüstan vətəndaşı olan X4r, O, iddiaçının anası ilə Bakı şəhərində 07.12.1999-cu il tarixdə nikaha daxil olmuş və həmin tarixdən iddiaçıya atalıq etmişdir. Apellyasiya instansiya məhkəməsi isə yuxarıda qeyd edilən hallara hər hansı hüquqi qiymət verməmiş, müvafiq araşdırlamalar aparmadan hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisənin ədalətli həllinə nail ola bilməmişdir. Bu əsaslarla işin yenidən apellyasiya instansiya məhkəməsində araşdırılmasına ehtiyac yaranmışdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul ed ir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust.2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçıkassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust.2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar