Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3245/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əməliyyatın topdansatış, yaxud pərakəndə ticarət fəaliyyəti hesab edilməsi; obyektiv hallardan yaranan əsaslı şübhə; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “##.##.2024-cü il tarixli, ************** nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin ##.##.2023-cü il tarixli ************** nömrəli qərarına əsasən iddiaçının Astara rayonu, Pensər kəndində yerləşən “Anbar” adlı təsərrüfat obyektində (subyektində) (Kod: **********-37001) “575.937,9 manat dəyərində malların ticarət əlavəsi və ƏDV ilə birlikdə elektron qaimə-faktura verilmədən təqdim edilməsi hallarına və malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstəriln sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın təqdim edilməsinə nəzarət edilməsi məsələsi” üzrə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək (##.##.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarəti tədbiri keçirilmişdir.
2. Cavabdehin ##.##.2024-cü il tarixli, ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, iddiaçı Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 57.593,79 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarına əsasən iddiaçının inzibati şikayəti təmin edilməmiş, cavabdehin ##.##.2024-cü il tarixli, ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli, ************** nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin ##.##.2023-cü il tarixli ************** nömrəli qərarına əsasən ##.##.2023-cü il tarixdə İddiaçı MMC-nin (VÖEN: **********) sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq ##.##.2023-cü il tarixli DVX seriyalı ****** nömrəli akt tərtib edilmişdir. Aktda 575937,90 manat məbləğdə mallar elektron qaimə-faktura təqdim edilmədən satıldığı müəyyən olunmuşdur. ##.##.2024-cü il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi 57593,79 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunan qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Çünki 575937,90 manat məbləğində mallar NKA çeki və elektron qaimə-faktura təqdim edilməklə satılmışdır. Bu hallar vergi orqanı tərəfindən araşdırılmamışdır. Baş İdarə vergi ödəyicisi barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərar qəbul etmişdir. Hazırkı iş üzrə isə Baş İdarənin keçirdiyi operativ yoxlamanın müddəti ##.##.2023-cü ildən sonrakı müddəti əhatə etsə də, yoxlama faktiki olaraq ##.##.2023-cü il tarixdə başlamış və həmin gün də sona çatmış, lakin nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, operativ vergi nəzarəti tədbiri başlayan günə qədər olan əməliyyatlar əsasında vergi ödəyicisinə maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyildir. Məhkəmələrin iş yükünü nəzərə alaraq mübahisələndirilən qərardan ilk öncə yuxarı vergi orqanına şikayət verilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ##### 2024-cü il tarixli **************** nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli, ************** nömrəli qərar əsasında iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Astara rayonu, Pensər kəndində yerləşən mağazada ##.##.2023-cü il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 10.256,0 manat dəyərində mal qalığının olduğu faktı aşkar edilərək ##.##.2023-cü il tarixli DVX seriyalı ****** nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi, aktın Cəmiyyətin rəhbəri X2 tərəfindən imzalandığı, aktın bir nüsxəsinin qəbul edildiyi, həmçinin operativ vergi nəzarəti tədbiri zamanı ##.##.2024cü il tarixdə izahat verərək həmin ünvandan başqa yerlərdə mallarının və anbarının olmadığını, satılmış malların üzərinə 2% ticarət əlavəsi qoyulmaqla bütün malların satıldığını bildirdiyi müəyyən edilmişdir. Eyni zamanda “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərar əsasında Astara rayonu, Pensər kəndində yerləşən anbarda ##.##.2023-cü il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 575.937,9 manat dəyərində malların ticarət əlavəsi və ƏDV ilə birlikdə elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, ##.##.2023-cü il tarixli DVX seriyalı ****** nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi, aktın Cəmiyyətin rəhbəri tərəfindən imzalamaqdan imtina edildiyi, aktın bir nüsxəsinin qəbul edilmədiyi, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə ilə tanış olunduğu və imzası ilə təsdiq etdiyi müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı Cəmiyyətin rəhbəri H.Bayramova izahat verərək İran İslam Respublikasından idxal etdiyi qaz sobalarının satışı ilə məşğul olduğunu, 2023cü il ərzində alış qiyməti ilə 672.168,05 manat ƏDV-siz mal idxal etdiyini, bu mallardan elektron qaimə-faktura əsasında 38.955,8 (ƏDV-siz) və nəzarət-kassa aparatı vasitəsi ilə 140.563,57 manat (ƏDV-siz) mal satışı olduğunu, ##.##.2023-cü il tarixə olan mal qalığının 22.325,00 manat olduğunu və 475.949,68 manat (ƏDV-siz) dəyərində malları vergi ödəyicilərinə satdığını, malların üzərinə 2% ticarət əlavəsi tətbiq etdiyini bildirmişdir. Bundan əlavə araşdırma zamanı operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi məqsədi ilə vergi orqanı əməkdaşlarının ##.##.2023-cü il tarixdə saat 12 radələrində Astara rayonu, Pensər kəndində olduqları, həmin vaxt obyektlərin bağlı olduğu, qonşu obyektlərdən sorğu aparılarkən Cəmiyyətə məxsus anbarın yalnız mal gətirilərkən açıldığı, malların qısa müddət ərzində maşınlara yüklənərək digər yerlərdə satıldığını, mağaza adlı obyektin isə, ümumiyyətlə, işləmədiyinin müəyyən edildiyi, Cəmiyyətin rəhbəri H.Bayramova ilə vergi orqanında olan baza məlumatlarında qeyd edilmiş telefon nömrəsi vasitəsi ilə əlaqə saxlayarkən həmin nömrənin işləmədiyi, H.Bayramovanın qohumu, eyni zamanda Cəmiyyətin qeyri-rəsmi işçisi olduğunu bildirən Rövşən Kərimovla telefon vasitəsi ilə əlaqə saxlanılarkən sonuncunun Cəmiyyətin bütün maliyyə işlərini H.Bayramovanın oğlu Orxan tərəfindən həyata keçirildiyinin bildirildiyi, həmin gün saat 14:21-də X1 ilə telefon vasitəsi ilə əlaqə saxlanılarkən sonuncunun anası H.Bayramova ilə birlikdə Bakı şəhərində olduqlarını bildirdiyi, ##.##.2023-cü il ərzində obyekti aça bilməyəcəklərini, yalnız ##.##.2023-cü il tarixdə günün 2-ci yarısında obyektdə ola biləcəklərini, eyni zamanda onların xəbəri olmadan operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsinin düzgün olmadığı, o istədiyi vaxt gəldikdən sonra yoxlamanın keçiriləcəyini bildirdiyi, ##.##.2023-cü il tarixdə Cəmiyyətin rəhbərinin yoxlama yerinə gəlmədiyi və anbar və mağaza adlı obyektlər bağlı olduğu üçün günün sonuna qədər orada gözlədikləri müəyyən edilmişdir. Bundan əlavə ##.##.2024-cü il tarixdə yenidən Orxan Bayramovla telefonla danışarkən sonuncunun Bakı şəhərində olduqları üçün saat 14:00-dan sonra gələ biləcəklərini bildirdiyi, həmin gün Cəmiyyətin rəhbəri H.Bayramova, onun həyat yoldaşı Heydər Bayramov və yaxın qohumu Rövşən Kərimovun saat 15:27də anbar adlı obyektə gəldikləri və onların iştirakı ilə anbarda olan malların sayıldığı müəyyən edilmişdir. Göstərilən hallar ##.##.2023-cü il tarixdə vergi orqanı əməkdaşları tərəfindən sərbəst aktla rəsmiləşdirilərək operativ vergi nəzarətinin nəticələrinə dair sənədlərə əlavə edilmişdir. Tərtib edilmiş akt və akta əlavə edilmiş sənədlər ##.##.2023cü il tarixli **************** nömrəli məktubla vergi ödəyicisinin qeydiyyat sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə ##.##.2023-cü il tarixdə saat 19:35-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarı əsasında iddiaçı barəsində 57.593,79 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli məktubu ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə iddiaçının dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə ##.##.2024-cü il tarixdə saat 18:36-da oxunmuşdur. İddiaçı ##.##.2023-cü il tarixə idxal etdiyi invoys dəyəri ilə 672.168,03 manat (ƏDV- siz) təşkil etdiyi, elektron qaimə-faktura tərtib etməklə 38.955,8 manat, nəzarət-kassa aparatı vasitəsi ilə 140.563.57 manat (ƏDVsiz) dəyərində malların satıldığı, satış zamanı malların üzərinə 2% ticarət əlavəsinin tətbiq edildiyi, eyni zamanda həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı mağazada və anbarda 17.655,93 manat dəyərində (ƏDV-siz) mal qalığının mövcud olmasının aşkar edildiyi müəyyən edilmişdir. Belə ki, araşdırma zamanı Cəmiyyət tərəfindən ##.##.2023-cü il tarixə invoys dəyəri ilə idxal edilmiş 672.168,03 manat dəyərində mallardan 38.955,8 manat hissəsinin elektron qaimə-faktura tətbiq edilməklə, 140.563,57 manat hissəsinin nəzarət-kassa aparatı vasitəsi ilə satıldığı, satış zamanı 2% ticarət əlavəsinin tətbiq edildiyi və operativ vergi nəzarəti tədbiri zamanı 17.655,93 manat məbləğində malların satılmadan qaldığı (672.168,03-(38.955,8+140.563,57) /1,02- 17.655,93 = 478.512,72), eyni zamanda satış zamanı əlavə dəyər vergisinin və 2% ticarət əlavəsinin də tətbiq edildiyi nəzərə alınaraq 575.937,91 manat (478.512,72*18%=564.645,01*1.02) dəyərində malların elektron qaimə-faktura tətbiq edilmədən satılması faktı aşkar edilərək Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 57.593,79 manat maliyyə sanksiyasının tətbiq edildiyi müəyyən edilmişdir. Eləcə də vergi ödəyicisinin şikayətinə və dəlillərinə baxılmış, inzibati araşdırma üzrə toplanmış materiallar (sənədlər) öyrənilərək belə nəticəyə gəlinmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Astara rayonu, Pensər kəndində yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrinə görə tərtib olunmuş ##.##.2023cü il tarixli DVX seriyalı ****** nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt etibarlı hesab edilməli və həmin akt əsasında * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" ##.##.2024-cü il tarixli ************** nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Belə ki, iddiaçı tərəfindən operativ vergi nəzarəti tədbiri başladıqdan sonra ##.##.2023-cü il tarixdə gecə saatlarında 23:00-dan 23:58-dək və ##.##.2023-cü il tarixdə saat 09:29-dan 09:44-dək olan müddətdə 305 sayda çeklə nəzarət-kassa aparatına 684.175,0 manat məbləğin mədaxil edildiyi müəyyən edilmişdir ki, gecə saatlarında təxminən 10 saniyə interval olmaqla 1 çek üzrə orta hesabla nəzarət-kassa aparatına 2243,2 manat məbləğin mədaxil olunması, seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (nümunə: ##.##.2023-cü il tarixli saat 23:00:59-da *** nömrəli çek üzrə vahidinin qiyməti 1150,0 manat olmaqla 1 ədəd sərbəst satış, ##.##.2023-cü il tarixli saat 23:01:09-da *** nömrəli çek üzrə vahidinin qiyməti 800,0 manat olmaqla 1 ədəd sərbəst satış, ##.##.2023-cü il tarixli saat 23:01:40-da *** nömrəli çek üzrə vahidinin qiyməti 1450,0 manat olmaqla 1 ədəd sərbəst satış, ##.##.2023-cü il tarixli saat 23:02:09-da *** nömrəli çek üzrə vahidinin qiyməti 2500,0 manat olmaqla 1 ədəd sərbəst satış, ##.##.2023-cü il tarixli saat 23:04:55-də *** nömrəli çek üzrə vahidinin qiyməti 3200,0 manat olmaqla 1 ədəd sərbəst satış, ##.##.2023-cü il tarixli saat 23:10:34-də *** nömrəli çek üzrə vahidinin qiyməti 3500,0 manat olmaqla 1 ədəd sərbəst satış, ##.##.2023-cü il tarixli saat 23:16:51-də *** nömrəli çek üzrə vahidinin qiyməti 3580,0 manat olmaqla 1 ədəd sərbəst satış, ##.##.2023-cü il tarixli saat 23:39:57-də *** nömrəli çek üzrə vahidinin qiyməti 3350,0 manat olmaqla 1 ədəd sərbəst satış, ##.##.2023-cü il tarixli saat 23:43:12də *** nömrəli çek üzrə vahidinin qiyməti 3800,0 manat olmaqla 1 ədəd sərbəst satış, ##.##.2023-cü il tarixli saat 09:44:14-də *** nömrəli çek üzrə vahidinin qiyməti 900,0 manat olmaqla 1 ədəd sərbəst satış, ##.##.2023-cü il tarixli saat 09:44:52-də *** nömrəli çek üzrə vahidinin qiyməti 849,0 manat olmaqla 1 ədəd sərbəst satış) fiziki şəxs olan istehlakçıların istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması halları, həmçinin əldə edilmiş foto görüntülərdən müşahidə edilən mağaza və anbar binalarından böyük partiya malların saxlanması və satışı üçün uyğun sahənin mövcud olmaması, 1 gün ərzində gecə və gündüz saatlarında 305 sayda son istehlakçılara satışın həyata keçirilməsi mümkün deyildir. Belə ki, sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaiməfaktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Bundan əlavə Cəmiyyətin mütəmadi olaraq malları idxal etməsinə baxmayaraq elektron qaimə-fakturanı az təqdim etməsi və vergi ödənişlərinin aşağı olması səbəbindən Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumatlar) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri başladıqdan sonra vergi ödəyicisi tərəfindən ##.##.2023-cü il tarixdə gecə saatlarında 23:00-dan 23:58-dək və ##.##.2023-cü il tarixdə saat 09:29-dan 09:44dək olan müddətdə 305 sayda çeklə nəzarət-kassa aparatına 684.175,0 manat məbləğ mədaxil edilməklə malların nəzarət-kassa aparatından satışı görüntüsü yaradılmışdır. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin, İddiaçı tərəfindən vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarının ləğv olunması və satdığı malların son istehlak məqsədi satılması ilə əlaqədar araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir.
7. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim H.Nəcəfov) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinin ##.##.2024-cü il tarixli, ************** nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Hazırkı iş üzrə isə, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti ##.##.2023-cü il tarixdən ##.##.2024-cü ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbir anında olan deyil, ##.##.2023-cü ildən yoxlama başlananadək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddiaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər S.Həsənov – məruzəçi, C.Quliyev və C.Sultanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir.
14. Kassasiya şikayətində Vergi Məcəlləsinin 13.2.62, 13.2.63, 50.1.13, 50.2, 50.3, 53.1, 56.1, 58.13 və 71-1-ci maddələrinə, Nazirlər Kabinetinin 2014-cü il # ##### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarətkassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; ... Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi;
Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. ... 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.
Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.
Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit və elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit və elektron pul təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. ... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi ... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməklə, mübahisələndirilən qərar ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinin göndərilməlidir.
21. İddiaçı cavabdehin ##.##.2024-cü il tarixli, ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini tələb etmişdir.
22. İddia tələbini əsaslı hesab edən apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən keçirilmiş operativ vergi yoxlamasının müddəti ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrü əhatə etməsinə baxmayaraq, operativ vergi nəzarət tədbiri nəticəsində tədbir anında olan deyil, ##.##.2023-cü ildən yoxlama başlananadək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır.
23. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə, bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır və ilkin olaraq operativ vergi nəzarəti zamanı yoxlanılmalı dövrə münasibətdə qeyd edir ki, # ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 50.4-1-ci maddə əlavə edilmiş və həmin norma 2024-cü il ## ###### tarixdən qüvvəyə minmişdir. Həmin normaya görə, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Hazırkı iş üzrə cavabdeh tərəfindən operativ vergi nəzarətinin nəticəsi barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar yeni normanın qüvvədə olduğu ##.##.2024-cü il tarixdə qəbul edildiyindən cavabdeh yoxlamadan əvvəlki dövrlər üzrə də vergi nəzarətini həyata keçirməkdə haqlı olmuşdur. Bundan başqa, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövrləri də keçməmişdir. Müvafiq olaraq mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın bu əsasdan çıxış etməklə ləğvinə dair gəlinmiş nəticə də düzgün olmamışdır.
25. Bundan başqa, məhkəmə kollegiyası, cavabdehin iddiaçının topdansatış fəaliyyəti həyata keçirməsini iddia etməsi, lakin buna dair halların sübuta yetirilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyinə dair aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Operativ vergi nəzarətinin mahiyyəti və məqsədləri
26. Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifəsidir. Vergi nəzarəti, vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemini ehtiva edir. Vergi nəzarətinin həyata keçirilməsi formalarından biri də operativ vergi nəzarətidir və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur (Vergi Məcəlləsinin 23.1.1-ci maddəsi).
27. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrindəki məsələləri əhatə edən vergi nəzarəti formasıdır.
28. Vergi Məcəlləsinin istinad olunan normasını təhlil etdikdə belə nəticəyə gəlmək olar ki, operativ vergi nəzarəti müxtəlif məqsədlər üçün həyata keçirilə bilər: vergidən yayınmanın qarşısını almaq (məsələn, vergi orqanlarında uçota durmayan vergi ödəyicilərinin aşkar edilməsi, istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi), kölgə iqtisadiyyatını azaltmaq (məsələn, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə nəzarət etmək), şəxslərin əmək hüquqlarını, o cümlədən istehlakçı maraqlarını qorumaq (məsələn, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi), habelə maliyyə intizamını artırmaq. Sadalanan məqsədlər ölkədə vergi şəffaflığına nail olmağa, o cümlədən ədalətli rəqabət və iqtisadi sağlamlaşdırmanı təmin etməyə xidmət edir. Belə ki, vergi şəffaflığı iqtisadiyyatın sağlam inkişafının, ədalətli bazar mühitinin və dövlət büdcəsinin davamlılığının əsas şərtlərindən biridir. Şəffaflıq olmadıqda isə kölgə iqtisadiyyatı artır, investisiya mühiti zəifləyir və dövlətin maliyyə sabitliyi təhlükə altına düşür.
Topdansatış və pərakəndə satış fəaliyyətlərinin anlayışı və fərqləri
29. Vergi Məcəlləsinin 13.2.62 və 13.2.63-cü maddələri “topdansatış” və “pərakəndə satış” fəaliyyətinə hüquqi anlayış vermişdir. Belə ki, həmin normalara əsasən “pərakəndə satış” – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; “topdansatış” isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
30. Topdansatış və pərakəndə satış fəaliyyətində məqsəd ünsürü: Qeyd edilən normaların məzmunundan o nəticə hasil olur ki, topdansatış və pərakəndə satış fəaliyyəti bir-birindən malların əldə edilməsinin məqsədinə görə fərqlənir. Belə ki, topdansatışda mallar sahibkarlıq fəaliyyəti məqsədləri üçün, pərakəndə satışda isə mallar son istehlak məqsədi ilə əldə edilir.
31. Topdansatış və pərakəndə satış fəaliyyətində malın alıcısının hüquqi statusu – subyekt ünsürü: Topdansatış fəaliyyətində malın alıcısı sahibkardır (vergi ödəyicisidir həm hüquqi şəxs, həm hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər) və aldığı malı sahibkarlıq məqsədləri üçün təqdim etmək niyyəti ilə əldə edir. Pərakəndə satış fəaliyyətində malın alıcısı fiziki şəxsdir. Lakin, bu fiziki şəxs həm vergi ödəyicisi ola bilər, həm də qeyri-sahibkar. Belə ki, şübhəsizdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həm də sahibkarlıq fəaliyyətindən kənar tam fəaliyyət qabiliyyətli şəxs kimi məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdləri də bağlayırlar.
32. Əməliyyatın rəsmiləşdirilməsi forması – formal ünsür: Topdansatış fəaliyyətində tərəflər arasında baş tutan əməliyyat elektron-qaimə faktura ilə, pərakəndə satış fəaliyyətində isə qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə rəsmiləşdirilir.
Vergi ödəyicilərinin rəsmi və faktiki fəaliyyəti (məzmunun formadan üstün olması)
33. Vergi tutma obyektinin düzgün müəyyən edilməsi, vergi güzəştlərindən və qanunvericiliyin vergi ödəyicilərinə tanıdığı imkanlarından sui-istifadəyə yol verilməməsi üçün vergi ödəyiciləri tərəfindən təqdim olunan formal sənədlərə və bəyanlara deyil, əslində həyata keçirilən faktiki fəaliyyətə baxılmalıdır. Başqa sözlə, vergi qanunvericiliyinin tətbiqi zamanı vergi məsuliyyəti yaradan hadisənin gerçək mahiyyəti əsas götürülməlidir.
34. Bu, faktiki məzmunun formadan üstün olması – “Substance over form” prinsipindən irəli gəlir.
35. Əks hal, yəni formanın məzmundan üstün olması ilə vergi ödəyicilərinin formal bəyanları və uçot məlumatlarına əsasən hərəkət edilsə, bu vergi tutma obyektlərinin düzgün müəyyən olunmamasına, bununla da vergilərin düzgün hesablanmamasına, habelə faktiki eyni fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin fərqli vergi öhdəliklərinin yaranmasına, statistik göstəricilərin düzgün olmaması ilə iqtisadi siyasətin formalaşmasında təhrif edici məlumatlara əsaslanılmasına gətirib çıxarar.
36. Odur ki, uçot sənədlərində fəaliyyət növünün necə göstərmələrindən asılı olmayaraq təcrübədə bəzi hallarda vergi ödəyicilərinin həyata keçirdiyi topdansatış fəaliyyətini pərakəndə satış kimi rəsmiləşdirmələri mümkündür. Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə nəzərdə tutulmuş maliyyə sanksiyasının təbiəti və güddüyü məqsəd
37. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, həm də bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla) görə maliyyə sanksiyası tətbiq edilir.
38. Həmin sanksiya topdansatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsinin yaratdığı risklərin qarşısının alınması üçün müəyyən edilmişdir. Bu sanksiyanın hüquqi təbiəti ondan ibarətdir ki, o, maliyyə məsuliyyəti tədbiri olmaqla preventiv və çəkindirici xarakter daşıyır. Lakin, bu maliyyə sanksiyası yalnız inzibati xarakterli tədbir deyil, həm də iqtisadi şəffaflığın mühüm alətidir. Onun məqsədi fiskal intizamı təmin etmək, kölgə iqtisadiyyatını məhdudlaşdırmaq, ədalətli rəqabət mühitini qorumaq və istehlakçı maraqlarını müdafiə etməkdir. Hüquqi mahiyyətinə görə bu sanksiya dövlətin həm maliyyə, həm iqtisadi, həm də sosial siyasətini dəstəkləyən çox şaxəli bir mexanizmdir.
Əməliyyatın topdansatış, yaxud pərakəndə satış olmasının müəyyənləşdirilməsi
39. Yuxarıda qeyd edildiyi kimi, qanunvericilikdə əməliyyatın topdansatış, yaxud pərakəndə satış olmasına verilən anlayışlardan müəyyən olunur ki, həmin əməliyyatları bir-birindən ayıran əsas meyar əməliyyatın predmetini təşkil edən malın alış məqsədidir. Başqa sözlə, qanunvericilik topdan və pərakəndə satış zamanı malın sayına və həcminə, o cümlədən əməliyyatın dəyərinə münasibətdə hər hansı tənzimləyici limitlər müəyyən etməmişdir.
40. Nəzərə alınsa ki, vergi ödəyiciləri eyni malın satışını həm topdan, həm də pərakəndə qaydada həyata keçirə bilmək hüququna malik olduqlarından malın alıcısının malı alma məqsədinin (özünün bununla bağlı bəyanı olmadığı halda) satıcı tərəfindən araşdırılmasını və müəyyən edilməsini tələb etmək ağlabatan görsənmir. Belə ki, malın satıcısının malın alınma məqsədini müəyyən etməklə bağlı vergi qanunvericiliyindən irəli gələn öhdəliyi yoxdur.
41. Bu hal ilk baxışdan malın satıcısına malı alan şəxsin özünü vergi ödəyicisi kimi təqdim etmədiyi hallarda apardığı bütün əməliyyatları pərakəndə satış kimi rəsmiləşdirməyə hüquq vermiş kimi görsənir, başqa sözlə, maliyyə sanksiyasının tətbiqi üçün əsas yaratmaması təəssüratını yaradır. Lakin nəzərə alınmalıdır ki, malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsi yuxarıda qeyd edilənlərə əsasən yalnız malın alıcısına deyil, satıcısına da qanunsuz üstünlüklər yaratmaq ehtimalı olduğundan, başqa sözlə, malın satıcısı da vergi orqanları qarşısında “şübhəli” vəziyyətə düşə biləcəyindən öz sahibkarlıq fəaliyyətində vicdanlı davranmalı, “topdansatış” təəssüratı yaradan əməliyyatları pərakəndə satış kimi rəsmiləşdirilməsinə şərait yaratmamalıdır.
42. Yuxarıda qeyd edildiyi kimi, qanunverici malların dəyərinə və həcminə görə topdansatış və pərakəndə satışı fərqləndirmədiyindən, bu zaman, əməliyyatların hansına aid olmasının müəyyən edilməsi zamanı bu sahədəki vergi hüquq münasibətlərinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla bu halda sübutetmə baxımından “obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq olunmalıdır. Belə qəbildən olan işlərin xüsusiyyəti ondan ibarətdir ki, operativ yoxlama zamanı həm də əvvəlki dövrdəki əməliyyatlar qiymətləndirildiyindən geriyə dönük vergi orqanından vergi ödəyicisinin satdığı malın alıcısının hansı məqsədlə malın almasını sübut etməyi gözləmək, vergi orqanının mümkünsüz və həddən artıq ağır sübutetmə yükü altında qoymuş olar. Belə ki, malların satışına dair sənədlərdən malın alıcısını identifikasiya etmək və malı alma məqsədini müəyyən etmək təxminən qeyri-mümkün olur.
43. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə vergi məsuliyyətinə cəlb etmə barədə qərar çıxarıldıqda, sübutetmə yükü qərarı qəbul etmiş vergi orqanının üzərinə düşür. Bu zaman əsas prinsip qüvvədə olur - sübutetmə yükü daşıyan vergi orqanı dəqiq, aydın, bəlli və mübahisəsiz dəlillərlə iddia olunan məsuliyyət yaradan halın mövcud olduğunu sübut etməlidir. “Obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq edildikdə isə bu qaydada sübutetmə tələb olunmur. Birmənalı və mübahisəsiz sübutetmə halı mövcud olmasa belə, əsaslı şübhə standartına cavab verən sübutetmə varsa, hal sübut olunmuş qəbul oluna bilər. Əsaslı şübhə üçün isə ciddi, konkret və yetərli sübutlar mövcud olmalıdır. İstinadı bəlli olmayan, ehtimallara və ya adi risk qiymətləndirilməsinə görə qərar qəbul edildikdə, eləcə də konkret dəlil olmadan, yaxud ziddiyyətli dəlillərə əsaslanıldığı hallarda əsaslı şübhə yaranmaz. Beləliklə, “obyektiv hallardan yaranan əsaslı şübhə” iddia olunan qanunsuz hərəkətə (topdansatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsi) dair mübahisə üzrə mövcud olan obyektiv halların məcmusundan yaranan əsaslı şübhəyə əsaslanmalı, sırf inzibati rahatlıq məqsədilə və ehtimallarla həyata keçirilməməlidir. Bu baxımdan, “ağlabatanlıq meyarları” şübhənin sadəcə inzibati ehtimaldan hüquqi əsaslı şübhəyə keçidini təmin edən əsaslar kimi çıxış edir. Məhz “ağlabatanlıq meyarları”nın tətbiqi vergi orqanları tərəfindən irəli sürülən əməliyyatın düzgün şəkildə rəsmiləşdirilmədiyinə dair ehtimalların obyektiv və yoxlana bilən faktlara söykənən, bir- 44. birini tamamlayan göstəricilərlə dəstəklənən, iqtisadi məntiqə uyğun gələn, alternativ izahla zəiflədilməyən, proporsional və hüquqi prosedurlarla qorunan hallarda hüquqi əsaslı şübhəyə çevirilməsinə imkan verir.
45. Ağlabatanlıq meyarları tətbiq edilərək ehtimallardan aşağıdakı hallarda “əsaslı şübhə” formalaşa bilər: - Malların xüsusiyyəti və istifadə təyinatı – şəxsi istehlak üçün qeyri-mümkün görünən malın təqdim edilməsi. Formalaşmış bazar münasibətləri və işgüzar adətlər nəzərə alındıqda neytral kənar şəxsin və ya obyektiv müşahidəçinin nəzərindən baxıldıqda inandırıcılıq. Burada sadəcə malın sayı deyil, malların istehlak məntiqi nəzərə alınmalıdır. - Əməliyyatların təkrarlılığı və qısa fasilələrlə aparılması – az müddət ərzində dəfələrlə böyük həcmdə alış. - Alıcının kimliyi – mümkün olduqda alıcının vergi ödəyicisi olub-olmamasının və aldığı malın onun sahibkarlıq fəaliyyəti ilə əlaqəsinin müəyyənləşdirilməsi. - Satıcının təsərrüfat subyektinin xüsusiyyəti və yerləşməsi – vergi ödəyicisinin malın satışını həyata keçirdiyi təsərrüfat subyektinin xüsusiyyəti, yerləşmə yeri və təyinatının pərakəndə satışa uyğunluq baxımından qiymətləndirilməsi. - Satıcının tətbiq etdiyi ticarət əlavəsi (marja) – topdan və pərakəndə qiymətlər arasındakı fərqin araşdırılması. - Əməliyyatın həcmi – həyatın adi axarında formalaşmış vərdişlər baxımından pərakəndə satışın həcminə uyğun gəlməyən, şəxsi istehlak üçün qeyri-mümkün görünən sayda mal alınması. - Prosessual təminatlar – tədbir qanunvericiliyin tələblərinə uyğun keçirilibmi? İnzibati icraat gedişində vergi ödəyicisinə izah imkanı verilibmi? Onun tərəfindən verilmiş izahlara münasibətdə: izahedici səbəbin olmaması və ya qeyri-ağlabatan izahların təqdim edilməsi. - İqtisadi və kontekstual ağlabatanlıq – İqtisadi məntiq: Pərakəndə bazar bu qədər topdansatışı istehlak edə bilərmi? Sektor müqayisəsi: Mənfəət marjaları bazar ortalaması ilə müqayisədə qeyri-normal dərəcədə fərqlidirsə, şübhə güclənir.
46. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, ilk növbədə vergi orqanları sözügedən ağlabatanlıq meyarlarına əsaslanan araşdırma aparmaqla hər bir konkret hala münasibətdə obyektiv hallardan yaranan əsaslı şübhənin mövcud olub-olmadığına qiymət verməlidirlər. Bu məsələ üzrə lazımi araşdırma və qiymətləndirmə məhz inzibati icraat mərhələsində təmin olunmalıdır. Başqa sözlə, vergi orqanının qərarından gəlinən nəticənin qeyd olunan meyarlar üzrə aparılmış araşdırmanın nəticəsi olduğunu müəyyən etmək mümkün olmalıdır.
47. Digər tərəfdən, hüquqi müəyyənlik prinsipinin tələbləri həmçinin tələb edir ki, vergi ödəyiciləri potensial təhlükə ilə üzləşə biləcəkləri vəziyyətlərə münasibətdə öz fəaliyyətlərini öncədən proqnozlaşdırmaq haqqına sahib olmalıdırlar. Bunun üçün isə ən azından sözügedən məsələyə münasibətdə inzibati idarəçiliyin hansı qaydada aparılacağına dair onların ümumi qaydada məlumatlandırılması təmin olunmalıdır. Vergi orqanları belə məlumatlandırmanı təmin etmək üçün müvafiq daxili inzibatçılıq qaydaları qəbul etməklə araşdırma və qiymətləndirməni hansı qaydada aparacaqlarını müəyyən edə və həmin qaydaları bütün vergi ödəyicilərinə anlaşılan şəkildə əvvəlcədən təqdim edə bilərlər.
48. Vacib məqamlardan biri də mübahisə yarandıqda bu qəbildə olan işlərə baxarkən məhkəmələrin hansı qaydada davranacaqları, xüsusən də sübutetmə məsələsində göstərilməli olan yanaşma ilə bağlıdır. Məhkəmə kollegiyası bununla bağlı kassasiya məhkəməsinin formalaşmış təcrübəsini xatırlatmaqla bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma İPMin 12 və 58.6-cı maddələrinə uyğun olaraq yalnız inzibati orqanda aparılmış araşdırmanı təzələyən və ya tamamlayan xarakterdə ola bilər.
49. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan məsuliyyət qərarı qəbul etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu təzələyəcək və ya tamamlayacaq qaydada həyata keçirilə bilər.
50. Qeyd olunanları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, apellyasiya məhkəməsinin iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyinin sübuta yetirilmədiyinə dair mövqeyi yuxarıda göstərilən qaydada aparılmış qiymətləndirmənin nəticəsi olmamışdır.
51. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.