Məhkəmə qərarları › İş №2-1(102)-3248/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3248/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3248/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: yaşa görə pensiya təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli 2-1(106)-193/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Cavabdeh inzibati orqanın imtina dəlili ondan ibarət olmuşdur ki, iddiaç ının Kürdəmir rayonu Xırdapay Bələdiyyəsində olan iş fəaliyyəti xx.xx.2016-cı tarixli Kürdəmir rayon Dövlət Arxiv arayışına əsasən 2000-2003-cü illəri əhatə etsə də, əmək haqqı aldığı dövrlər 2 il 6 ay təşkil edir. İddiaçının əmək kitabçasında qeyd edilmiş Kürdəmir rayonu keçmiş "Kirov" adına kolxozda xx.xx.1976-xx.xx.1998-ci illərdəki iş dövrü bu şəkildə nəzərə alınmalıdır ki, "Əmək pensiyaları haqqında" qanunun 22.2-ci maddəsində sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən birinin hesablanması təsbit edilmişdir. Belə ki, iddiaçının təhsil illəri 19771978-ci illər olduğundan kolxoz dövrlərində həmin illər iş stajı kimi istisna olunur, 1983-cü il üzrə əmək kitabçasında yerinə yetirilmiş günlə (286 gün), Kürdəmir rayonu Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışında həmin il üzrə qazanılmış gün (75 gün) arasında ziddiyyət olduğundan həmin müddət sosial sığorta stajına daxil edilmir. 1993-cü il üzrə əmək kitabçasında minimum adam günü norması qeyd olunmadığından, eyni zamanda Kürdəmir rayonu Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışında həmin il ümumiyyətlə öz əksini tapmadığından iş stajı kimi qəbul edilmir. 1993-cü il üzrə əmək kitabçasında qeyd olmasına baxmayaraq, Kürdəmir rayonu Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışında həmin il öz əksini tapmadığından iş stajı kimi qəbul edilmir. Əlavə olaraq, iddiaçının xx.xx.2006 xx.xx.2010-cu illərdə işlədiyini iddia etdiyi "xxxx" MMC-yə münasibətdə isə DSMF-nin xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubuna əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək onun xeyrinə hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin edilməsi aşkar olunmamışdır. Göstərilənlərə əsasən, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı olmadığından, yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığından əmək pensiyası hüququ yaranmır.

3. Şirvan İnzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) 31 oktyabr 2023-cü il tarixli, 21(120)-174/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ikinci dərəcə əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

4. Cavabdeh həmin qərarda n apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və C.F.İmanov) 07 avqust 2024-cü il tarixli, 21(106)-193/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnz ibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun ola raq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da möv cud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 0.01.2023-cü il tarixli 2-1 (102)88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)-139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-162/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1019/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2532/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 2-1(102)2283/2023 nömrəli qərarlarda) və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad edilməklə qəbul edilmiş qərardadda (xx.xx.2024-cü il tarixli 2-1(102)-2136/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduqda və əmək k itabçasının mötəbərliyini şübhə altına almağa əsas verən hallar müəyyən edilmədikdə iş stajının digər sənədlərlə yenidən sübut edilməsinə zəruriyyət qalmır.

12. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Həmçinin, müəssisədə əmək fəaliyyəti ilə bağlı işə qəbul və işdən azad olunma əmrlərinin aşkar olunmaması, həmçinin əməkhaqqı cədvəllərində şəxsin adının aşkar edilməməsi onun məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhd udlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz.

13. Hazırki iş üzrə iddiaçının əmək kitabçasında xx.xx.1976-xx.xx.1998-ci illərdə Kirov adına kolxozda (22 il 1 ay 28 gün), xx.xx.2000-xx.xx.2004-cü illərdə Kürdəmir rayon Xırdapay bələdiyyəsində (4 il 10 ay 16 gün) xx.xx.2005-ci il tarixədək 27 il 14 gün ümumi iş stajına dair qeydlər mövcuddur.

14. Bundan əlavə, birinci instansiya məhkəməsində dindirilmiş Kürdəmir rayon Dövlət Arxivinin müdiri X2 iş üzrə arxiv sənədlərində qeyd olunanlara əsasən heç bir pozuntunun olmadığını bildirərək əlavə olaraq göstərmişdir ki, 1976-cı ildə 154 adam günü normasında qaralama yoxdur və iddiaçı həmin il 478 rubl əmək haqqı almışdır. 1977-ci ildə 178 adam günü normasında qaralama olsa da, aldığı pul məbləği 473 rubl göstərilmiş və bu digər şəxs lərin adam günü norması ilə eynilik təşkil etmişdir. 1989-cu ildə 257 adam günü normasında qaralama yoxdur, iddiaçının aldığı əmək haqqı 935 rubl təşkil etmişdir və bu da digər şəxslərlə eynilik təşkil edir. 1995-1996-cı illərdə iddiaçının ata adı qeyd edilməyib, digər şəxslərin də ata adı qeyd edilməyib, eyni zamanda kolxozda X1 adlı başqa işçi aşkar olunmamışdır.

15. Aşağı instansiya məhkəmələrində icraat zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, sənədlərdə kolxozda işləyən ümumi işçilərin ata adlarının qeyd edilmədiyi, İddiaçı adında yalnız bir şəxsin olduğu, ümumi işçilərin əmək haqqı cədvəllərində düzəlişlər edilmədən eyni qələmlə qaralamalar olduğu müəyyən edilsə də, qeyd edilən hallar iddiaçının təqsiri səbəbilə olmamış, eyni zamanda adam günü norması ilə bağlı qara lama olsa da, aldığı əmək haqqının miqdarı adam gününün tələb olunan həcmdə olması qənaətinə gəlməyə əsas verir.

16. Məhkəmə kollegiyası cavabdeh kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müd dət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə h üququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

19. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli, 2-1(106)-193/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar