Məhkəmə qərarları › İş №2-1(102)-325/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-325/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-325/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı iştirakı ilə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2305/18 saylı 21 sentyabr 2018-ci il tarixli qərarında n cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-ci il təvəllüdlü iddiаçı Iddiaçı 09.02.1964-cü il tarixdə Bərdə 105 nömrəli TP məktəbində 1 illik Traktorçu maşınçı peşəsinə qəbul edilmiş və 25.01.1965-ci ildə həmin peşəni bitirmiş, 12.11.1966-cı ildən 29.12.1968-ci ilə kimi Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 15.01.1969-cu il tarixli, 26 saylı əmrlə X rayon 50 nömrəli TSMD-də IV dərəcəli bənna təyin edilmiş, 03.06.1972-ci il tarixli, 64 saylı əmrlə iş ustası vəzifəsinə keçirilmiş və 01.06.1993-cü il tarixli, 11 saylı əmrlə işdən azad edilmiş, 01.06.1993-cü il tarixli, 08 saylı əmrlə iş icraçısı vəzifəsinə təyin edilmiş və 02.01.1996- cı il tarixli, 01 saylı əmrlə işdən azad edilmiş, 04.01.1996-cı il tarixli, 2 saylı sərəncamla X RİH başçısının Almalıq kənd üzrə nümayəndəliyinin müavini vəzifəsinə təyin edilmiş və 19.04.2001-ci il tarixli, 45 saylı sərəncamla işdən azad edilmiş, 01.10.2002-ci il tarixli, 07 saylı əmrlə Mingəçevir ət, süd Aqrar sənaye müəssisəsinə gözətçi təyin edilmiş və 02.01.2005-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh 27.10.2017-ci il tarixli **/**-**** saylı məktubla bundan imtina etmişdir. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikas ının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 62 yaşının tamam olduğu tarixdən etibarən həmin illərdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq pensiyaya çıxdığı həmin illərdə aldığı əmək haqqının 85 faizi məbləğində pensiya təyin edilməsini və sözügedən illərdən etibarən yəni 10 iyun 2009-cu ildən yaranmış ona ödənilməli olan pul fərqinin yenidən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra id dia tələbini dəqiqləşdirərək, onun 12.11.1966-cı ildən 29.12.1968-ci ilə kimi Sovet ordu sıralarında hərbi xidmət illərinin, 09.02.1964-cü il tarixdən 25.01.1965- ci ilə kimi təhsil aldığı illərin, əmək kitabçasında qeyd olunan illərin ümumi və güzəştli iş stajına daxil edilməklə 10.06.2002-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, 10.06.2002-ci ildən 01.01.2006-cı ilə kimi olan pensiya məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən hesablanması və 01.01.2006-cı ildən pensiya məbləğini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.2-ci bəndinin və 27-ci maddəsinin 01.01.2006-cu ildə qüvvədə olan tələbləri əsasında hesablanmaqla, bütün dövrlər üzrə yaranmış məbləğ fərqin hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2-1(82)1649/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2-1(82)1649/2018 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2305/18 saylı 21 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2-1(82)1649/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının güzəştli işlərdə əmək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası və arxiv arayışları ilə təsdiq olunduğundan, iddiaçının həmin illərdə işləməsinin araşdırma aparılmadan ona həmin illər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasından cavabdeh tərəfindən imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2305/18 saylı 21 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin, istehsalatların, vəzifələrin və göstəricilərin siyahısında adı göstərilmiş işlərdə tam iş günü işləməsi sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır. Kassator İnzibati Prosessual Məcəlləsinin 90-99-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 416, 417.1.5, 418, 419-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2305/18 saylı 21 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı vəkilsiz təmsil olunduğun dan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2305/18 saylı 21 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin “b” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər— kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılır. Yuxa rıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 1997-ci ilin avqustun 1-dək 25 il ümumi iş stajı, 12 il 06 ay xüsusi iş stajı olmalıdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **.**.****-ci il təvəllüdlü iddiаçı Iddiaçı 09.02.1964-cü il tarixdə Bərdə 105 nömrəli TP məktəbində 1 illik Traktorçu maşınçı peşəsinə qəbul edilmiş və 25.01.1965-ci ildə həmin peşəni bitirmiş, 12.11.1966-cı ildən 29.12.1968-ci ilə kimi Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 15.01.1969-cu il tarixli, 26 saylı əmrlə X rayon 50 nömrəli TSMD-də IV dərəcəli bənna təyin edilmiş, 03.06.1972-ci il tarixli, 64 saylı əmrlə iş ustası vəzifəsinə keçirilmiş və 01.06.1993-cü il tarixli, 11 saylı əmrlə işdən azad edilmiş, 01.06.1993-cü il tarixli, 08 saylı əmrlə iş icraçısı vəzifəsinə təyin edilmiş və 02.01.1996-cı il tarixli, 01 saylı əmrlə işdən azad edilmiş, 04.01.1996-cı il tarixli, 2 saylı sərəncamla X RİH başçısının Almalıq kənd üzrə nümayəndəliyinin müavini vəzifəsinə təyin edilmiş və 19.04.2001-ci il tarixli, 45 saylı sərəncamla işdən azad edilmiş, 01.10.2002-ci il tarixli, 07 saylı əmrlə Mingəçevir ət, süd Aqrar sənaye müəssisəsinə gözətçi təyin edilmiş və 02.01.2005-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin III hissəsinin «g» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 21.23-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil edilir. Qeyd edilən normanın tələbinə əsasən 12.11.1966-cı ildən 29.12.1968-ci ilə kimi Sovet ordu sıralarında hərbi xidmətdə olduğu müddət sosial sığorta stajına daxil edilməlidir. Bundan əlavə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qayd alarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fizik i və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda, inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 15.01.1969-03.06.1972-ci il tarixləri arasında X rayon 50 nömrəli TSMD-də IV dərəcəli bənna, 03.06.1972-01.06.1993-cü il tarixləri arasında iş ustası, 01.06.1993- 02.01.1996-cı il tarixləri arasında iş icraçısı, 04.01.1996-19. 04.2001-ci il tarixləri arasında X RİH başçısının Almalıq kənd üzrə nümayəndəliyinin müavini, 01.10.2002- 02.01.2005-ci il tarixləri arasında Mingəçevir ət, süd Aqrar sənaye müəssisəsinə gözətçi işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Bundan əlavə, iddiaçının 03.06.1972-01.06.1993-cü il tarixləri arasında işlədiyi usta vəzifəsi AR NK-nin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahı”sında 2290000b—23419 kodu ilə göstərilmişdir. Göründüyü kimi, iddiaçının 1997-ci ilin 01 avqustunadək qanunla tələb olunan ümumi (2 5 il) və xüsusi (12 il 06 ay) iş stajı olduğundan cavabdeh inzibati orqan iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən əsassız olaraq imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin hazırkı iş üzrə iddiaçı ona güzəştli şərtlərlə 55 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu nu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2305/18 saylı 21 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar