Məhkəmə qərarları › İş №2-1(102)-325/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-325/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-325/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Maraqlı şəxsnə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə rədd) GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 18.02.2020 Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh Maraqlı şəxsnə qarşı (üçüncü şəxs X14 olmaqla) Maraqlı şəxs xx xxxxxx 2005-ci il tarixli 387 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 2-1(105)511/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: «xxxx» ASC (bundan sonra - iddiaçı) Maraqlı şəxsnə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx xxxxxx 2005-ci il tarixli 387 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ayrıca ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti xarakterli müdafiə tədbiri kimi Maraqlı şəxs xx xxxxxx 2005-ci il tarixli 387 saylı sərəncamı ilə X3 icarəsinə verilmiş torpaq sahəsində hər hansı işlərin həyata keçirilməsinin ona qadağa n edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Qaradağ rayon İcra Hakimiyyətinin 03 a saylı xx xxxxxx 2012-ci il tarixli sərəncamı ilə payları iddiaçıya məxsus olan «xxxx» MMC-yə icarəyə verilmişdir. Həmin sahəyə dair müqavilə bağlamaq hüququ «xxxx» ASC-yə məxsusdur. Hazırda mübahisəli torpaq sahəsinə 3-cü şəxs G.xxxxtərəfindən ekskavatorlar yeridilərək, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində qazma işləri həyata keçirilir və torpağın üst yararlı hissəsi dağıdılır. Bundan əlavə, həmin ərazilərə bitişik və iddiaçıya aid olan 110 ha torpaq sahəsinin hasarları dağıdılmışdır. Həmin ərazinin faydalı hissəsinin istifadə edilməsi və yararsız vəziyyətə düşməsi iddiaçıya böyük həcmdə ziyan vuracaqdır və bunu gələcə kdə bərpa etmək mümkün olmayacaqdır. Bununla bağlı müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi zəruridir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim: V.E.Əzizova) xx.xx.2018-ci il, tarixli 2-1 (85)-2551 /2018 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə müraciəti əsaslandıran, o cümlədən torpaq sahəsinin iddiaçıya ayrılması və onun qanuni istifadəsində olmasını, mübahisəli torpaq sahəsində üçüncü şəxs tərəfindən hər hansı işlərin görülməsini təsdiq edən sənədlər nə ərizəyə, nə də ilkin iddia ərizəsinə əlavə edilməmiş, müvafiq müvəqqəti xarakterli müdafiə tədbirinin həyata keçirilməyəcəyi təqdirdə iddiaçının hüququnun qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşə cəyi halları öz təsdiqini tapmamışdır. Qərardaddan narazı qalan ərizəçi apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-16/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 21 (85)-2551 /2018 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, işə yenidən baxılarkən, ilk növbədə iddiaçının belə bir ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olubolmaması aydınlaşdırılmalıdır. Bundan başqa iddiaçı mübahisəli torpaq sahəsinin təsisçisi olduğu “xxxx” MMC-yə icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edir, “xxxx” MMC isə ayrıca hüquqi şəxsdir. İşə yenidən ba xılarkən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019- cu il tarixli MXMT(085)-12/2019 saylı qərardadı ilə (hakim V.Əzizova) ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan ərizəçi apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-511/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: N.M.Nəsibov və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli MXMT(085)-12/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsinin qərardadından ərizəçi kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi hazırki nəticəyə gələrkən prosessual hüquq normalarının tələblərini pozmuş, qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, xxxx (Azərbaycan) ASC “xxxx” MMC-nin paylarının 100 faizinə sahibdir. Həmin payları almaq üçün 3 (üç) milyon manat vəsait ödəmişdir. Həmin payların 3 milyon manata alınmasının səbəbi həmin şirkətin 14.6 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasıdır. Həmin 14.6 ha torpaq sahəsi yerləşən ərazidə başqa şəxsə torpaq sahəsinin verilməsi bilavasitə “xxxx” MMC-nin paylarının dəyərinin azalması deməkdir. Bu isə birbaşa həmin şirkətin paylarının 100%-nə sahib olan “xxxx” (Azərbaycan) ASC-nin maraqlarına toxunur. Abşeron rayon İH-nin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı ilə “xxxx” MMC-yə məxsus ərazidən X9 adlı şəxsə 7 ha torpaq sahəsinin ayrılması birbaşa “xxxx” MMC-nin təsisçisi xxxx (Azərbaycan) ASC-nin hüquqlarını məhdudlaşdırır. Bu isə xxxx (Azərbaycan) ASC-nin maraqlarına birbaşa toxunur. Daha sonra qeyd edilir ki, apelyasiya instansiya məhkəməsi qərardadında əsassız olaraq qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi arasında bağlanan x xxxxxxxx 1999-cu il tarixli investisiya müqaviləsinə əsasən, xxxx (Azərbaycan) ASC-nin satın almaq və ya istifadə etmək hüququ verilmiş torpaq sahəsinə aid olub-olmadığı ilkin məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Lakin apellyasiya in stansiya məhkəməsi bu mövqeyi də əsassızdır. Belə ki, Azərbaycan Respiblikası İnzibati Prosessual Məcəlləsinin 12.1- ci maddəsinə əsasən, məhkəmə proses iştirkaçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə q ərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdeh və üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şi kayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslı sayıla və apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qanuni qərardad ləğv edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. - 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarak terli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. - 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, göstə rilən normaların tələblərinə əsasən ərizəçi ilkin təcili tənzimlənmənin zəruri olması və maddi tələbinin mövcud olması ehtimalını məhkəməyə aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Bu o deməkdir ki, ərizəçi hüquqi müdafiə üçün iddia icraatının nəyə görə yetərli olmadığını, yəni “faktlar yaradılmamışdan” əvvəl nə üçün müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməli olmasını təsvir etməlidir. Sözügedən hallarda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdır. Hazırkı işin hallarından isə görünür ki, xxxx (Azərbaycan) ASC tərəfindən verilmiş ərizə bu qaydada əsaslandırılmamışdır. İşdən görünür ki, ərizəçi müvəqqəti xarakterli müdafiənin tədbirinin tətbiqi üçün 2 əsas irəli sürmüşdür: 1) xxxx." Məhdud Məsuliyyətli şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi arasında bağlanan x xxxxxxxx 1999-cu il tarixli investisiya Müqaviləsinə əsasən xxxx (Azərbaycan) ASC-yə məxsusdur. 2) Mübahisəli torpaq sahəsi Qaradağ rayon İH-nin 03a saylı, xx xxxxxx 2012-ci il tarixli sərəncamı ilə payları xxxx (Azərbaycan) ASC-yə məxsus olan “xxxx” MMC-yə icarəyə icarəyə verilmişdir. Ərizəçinin birinci dəlili ilə bağlı apelyasiya instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, " xxxx." Məhdud Məsuliyyətli şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi arasında bağlanan x xxxxxxxx 1999-cu il tarixli investisiya Müqaviləsinin 3.1-ci maddəsinin "c" bəndində qeyd olunur ki, X4 istehsalat obyektlərinin yerləşdiyi torpaq sahələrindən o cümlədən, dövlət m üəssisəsi olmuş X23 tərəfindən istifadə edilmiş istehsalat obyektlərinə bitişik bütün torpaq sahələrindən, istifadə yaxud icarə, dövlət müəssisəsi olmuş X23 tərəfindən istifadə edilmiş mədənlərin yerləşdiyi torpaq sahəsindən, Səhmdar Cəmiyyətinin istehsalat obyektləri və mədənlər arasında olan bütün çıxışlardan va bütün lazımi nəqliyyat və daşıma yollarına çıxışlardan istifadə hüququ vardır. Torpağın icarəsi məqbul şərtlərlə həmişəlik va ya ən azı 99 il mümkün olacaqdır. Həmin Müqavilənin 5.1-ci maddəsinə əsasən Satıcı bildirir ki, bu Müqavilənin imzalanması tarixinə və investisiya Proqramının gerçəkləşdirilməsi müddətinə bəyannamələr düzgün və əsldir. Həmin maddənin “i” bəndində isə deyilir ki, Səhmdar Cəmiyyəti, onun balans, texniki pasportu və bu Müqaviləyə Əlavə A kimi qoşulmuş xəritəd ə göstərildiyi kimi hal-hazırda Səhmdar Cəmiyyəti tərəfindən sement istehsalı üçün istifadə olunan torpaq sahələrindən istifadə hüququna malikdir və belə torpaq sahələri mövcud qanunvericiliyə müvafiq olaraq bu Müqavilənin qüvvədə olduğu müddət ərzində yalnız xxxx (Azərbaycan) ASC-nin mülkiyyətinə köçürülə və yaxud onun tərəfindən icarəyə götürülə bilər. Ərizəçi də məhz bu əsasdan çıxış edərək hesab edir ki, onun məlum müqavilə üzrə torpaq sahəsindən istifadə hüququ mövcuddur və X7 7.0 ha torpaq sahəsinin icarəyə verilməsi ərizəçinin mülkiyyət, daha dəqiq desək torpaq sahəsi üzərində istifadə hüququnu pozur. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 41.2-ci maddəsində qeyd olunub ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qə naətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından irəli gələn digər mühüm bir tələb isə ondan ibarətdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardad ərizəçinin iddia tələbinin (iddia icraatı qaydasında qaldırdığı və ya qaldıracağı) ilkin uğurluluq ehtimalının qiymətləndirilməsi nəticəsində çıxarılmalıdır. Bu zaman məhkəmə ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbi nin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq normalarına istinadla həyata keçirilməlidir. Hazırkı işin hallarından isə müəyyən olunur ki, ərizə verilərkən iddianın uğurluluq ehtimalına dəlalət edən faktiki hallara və maddi hüquqi əsaslara istinad edilməmiş, eləcə də İPM-in 43.2-ci maddəsinin tələblərinə uyğun zəruri əsaslandırma təqdim olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati-iqtisadi məhkəmələrə ünvanlanmış 2-268/2017 saylı, xx xxx 2017-ci il tarixli icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iddianın uğurluluq ehtimalının qiymətləndirilməsi baxımından müvəqqəti xarak terli müdafiə tədbiri barədə verilmiş ərizəyə baxılarkən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması zəruridir. Çünki məhkəmənin müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməsi onun işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsindən asılıdır. Bununla bağlı məhkəmələrə tövsiyə edilmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə aparılan icraat üzrə iş materiallarına iddia ərizəsinin və iddiaçının tələbinin əsası kimi göstərdiyi dəlilləri təsdiq edən sənədlərin əlavə edilməsini təmin etsinlər. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən Respublikanın apelyasiya məhkəmələrinə və inzibati-iqtisadi məhkəmələrə ünvanlanmış 2-609/18 saylı, xx xxxxxx 2018-ci il tarixli icmal məktubda isə göst ərilmişdir ki, bir sıra hallarda məhkəmələr İnzibati Prosessual Məcəllənin 41-42-ci maddələrinin tələblərinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılmasını həyata keçirməyərək iddianın böyük ehtimalla uğurlu olacağına münasibət bildirmir, müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan konkret əsaslarla bağlı araşdırma aparmırlar. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməli olduğundan, iddia icraatının uğurluluq şansları müvəqqəti xarakterli müdafiə icraatının hər iki tərəfin maraqları baxımından dəyərləndirilməli, bunun üçün tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. Qeyd oluna nlardan belə nəticə hasil olur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş iddiaçı iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən, müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. İşə baxan məhkəmə də ilkin araşdırma zamanı iddiaçı ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Hazırki halda isə ərizəçi, X5 icarəsinə verilmiş 7.0 ha torpaq sahəsi nin, "xxxx" Məhdud Məsuliyyətli şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi arasında bağlanan x xxxxxxxx 1999-cu il tarixli investisiya Müqaviləsinə əsasən, xxxx (Azərbaycan) ASC-yə satın almaq və ya istifadə etmək hüququ verilmiş torpaq sahəsinə daxil olub-olmadığına heç özü də əmin deyil. Ərizəçi şikayətinə əlavədə qeyd etmişdir ki, torpaq sahəsinin ərazisi böyük olduğu üçün iddiaçı həmin əraziyə hər gün və davamlı olaraq nəzarət edə bilmir. Bir neçə dəfə həmin torpaq sahəsində bir qrup şəxs tərəfindən ekskovatorlarla işlərin görüldüyü, qazma işlərinin aparıldığı aşkar edilmişdir. Bu isə o deməkdir ki, bir qrup şəxs tərəfindən ekskovatorlarla işlərin görülməsi, qazma işlərinin aparılmasının hansı torpaq sahəsində, yəni iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindəmi, ya üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsində aparılması ərizəçi tərəfindən hələ müəyyən edilməmişdir. Apelyasiya instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, ərizəçi istəyir ki, bu vəziyyət aydınlaşdırılanadək mübahisəli torpaq sahəsi üzərində hər hansı işlərin həyata keçirilməsi X8 və 3-cü şəxslərə qadağan edilsin. Bu isə o deməkdir ki, X7 7.0 ha torpaq sahəsinin icarəyə verilməsi ilkin araşdırma mərhələsində hələ ərizəçinin hüquqlarını pozduğunu təsdiq etmir. Hazırki ərizə təmin olunub, lakin iddia təmin olunmazsa, bu hal sonuncunun əsassız olaraq torpaq sahəsi üzərində qanunla qorunan icarə hüququnun pozulması ilə nəticələnəcək. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində qeyd olunub ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qan unla qorunur. Belə olan halda məhkəmə kollegiyası hazırkı iş üzrə iddianın uğurluluq ehtimalının tam olaraq qiymətləndirilməsinin mümkün olmadığı və iddiaçının hüquqi marağı ilə üçüncü şəxsin torpaq sahəsi üzərində icarə hüququ arasında olan ziddiyyətli maraqların mövcudluğu şəraitində bu qənaətə gəlir ki, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin təmin edilməsi üçüncü şəxs X3 torpaq sahəsi üzərində qanunla qorunan icarə hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər. Lakin bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 44-cü maddəsinin 1-ci və 2- ci bəndlərinə əsasən, iddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya l əğv edə bilər. Məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, göründüyü kimi, işə mahiyyəti üzrə baxan məhkəmə müvəqqəti xarakterli müdafiə haqqında qərardadını şəraitin dəyişməsi ilə əlaqədar kifayət qədər əsaslar olduğu halda dəyişdirməyə haqlıdır.(..) Eyni zamanda, məhkəmə şəraitin dəyişməsinin baş verməsini işin faktiki hallarının araşdırılması və qiymətləndirilməsi nəticəsində müəyyən edə bilər. Müvəqqəti xarakterli müdafiə ba rədə qərardaddan şəraitin dəyişməsi ilə əlaqədar inzibati icraat iştirakçılarının vəsatətinə baxarkən məhkəmə, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsi üçün əsas olan halların dəyişməsinə, aradan qalxmasına səbəb olmuş halları və sübutları dəqiq qiymətləndirməlidir. Hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsi üçün əsas olan halların dəyişməsi, aradan qalxması və ya həmin hallara əlavə sənədlər və ya ekspertin rəyi əsasında yenidən qiymət verilməsi və s. başa düşülür. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına və orada əks olunmuş hüquqi mövqeyə görə kollegiya hesab edir ki, hazırkı, yəni ilkin məhkəmə araşdırma mərhələsində iddianın uğurluluq ehtimalı aydın olmadığı üçün apelyasiya instansiyası məhkəməsi ziddiyətli maraq ları hərtərəfli qiymətləndirərək hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas olmadığı, lakin işə baxılarkən bunun üçün müvafiq əsaslar olduğu təqdirdə şəraitin dəyişməsi ilə bağlı sübutlara yenidən qiymət verilməsinin mümkünlüyünü qeyd etməkdə haqlı olmuşdur. Ərizəçi bildirir ki, o, “xxxx” MMC-nin paylarının 100 faizinin sahibdir. Abşeron rayon İH-nin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı ilə “xxxx” MMC-yə məxsus ərazidən X10 adlı şəxsə 7.0 ha torpaq sahəsinin ayrılması birbaşa “xxxx” MMC-nin təsisçisi xxxx (Azərbaycan) ASC-nin hüquqlarını məhdudlaşdırır. Bu isə xxxx (Azərbaycan) ASC-nin maraqlarına birbaşa toxunur. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, xxxx (Azərbaycan) ASC xx.xx.2000ci il tarixdə qeydiyyata alımışdır. “xxxx” ASC-nin nizamnaməsinə xx.xx.2012-ci il tarixdə edilmiş dəyişiklikdən görünür ki, “xxxx” ASC-nin adı xxxx (Azərbaycan) ASC kimi oxunması barədə dəyişiklik edilmişdir. İşə əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, həmin qərarla iddiaçı X3 cavabdeh Qaradağ rayon İcra Hakimiyyətinə qarşı iddiası qismən təmin olunmuş, 03a saylı xx.xx.2012-ci il tarixli sərəncam Qaradağ rayonunun inzibati ərazisinə yerləşən “Şahqaya” əhəng daşı yatağında tam istismar olunmamış ərazidə yerin təkindən səmərəli istifadə olunması məqsədi ilə “X11 və X1xxxx” Tam Ortaqlı müəssisəsinin istifadəsində o lan 6.24 ha torpaq sahəsinin istismarının davam etdirilməsinə razılıq verilməsi hissəsində ləğv edilmişdir. Vergilər Nazirliyi Kommerisya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışlardan görünür ki, “X11 və X1xxxx” Tam Ortaqlı müəssisəsi “xxxx” MMC adlandırılmış, təsisçisi xxxx (Azərbaycan) ASC-dir. “xxxx” MMC-nin nizamnaməsindən görünür ki, MMC müstəqil hüquqi şəxsdir, yeganə təmsilçisi və iştirakçısı xxxx (Azərbaycan) ASC-dir. Nizamnamənin 2.4-cü bəndinə görə cəmiyyət... məhkəmələrdə və digər mübahisələr həll edən orqanlarda iddiaçı və cavabdeh qismində çıxış edə bilər... Nizamnamənin 6-cı bəndində iştirakçı(lar)ın hüquq və vəzifələri qeyd edilmişdir. Lakin nizamnamədə təsisçinin və ya iştirakçının məhkəmədə cəmiyyəti təmsil etmək, onun hüquqlarını və mənafelərini qorumaq üçün cəmiy yətin adından iddia qaldırmaq və s.kimi hüquqlar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 52-ci maddəsinə əsasən, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Bu isə o deməkdir ki, ərizəçi iddia edirsə ki, “xxxx” MMC-yə məxsus ərazidən X6 7.0 ha torpaq sahəsinin ayrılması “xxxx” MMC-nin təsisçisi kimi xxxx (Azərbaycan) ASCnin maraqlarına toxunur, belə olan halda apelyasiya instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir kı, “xxxx” MMC müstəqil hüquqi şəxs olduğu üçün və nizamnaməsinə əsasən təsisçisinin onu təmsil etmək kimi səlahiy yəti nəzərdə tutulmadığı üçün, hüququnun müdafiəsi üçün belə bir ərizə xxxx (Azərbaycan) ASC tərəfindən deyil, “xxxx” MMC tərəfindən verilməlidir. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinin məqsədi iddiaçının qanunla qorunan hüququnun və marağının pozulmasına yönələn hər hansı bir qanunsuz hərəkətin qarşısının alınmasıdır. Konkret halda isə hüququ pozulan şəxs xxxx (Azərbaycan) ASC deyil, “xxxx” MMC-dir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşaraq belə nəticəyə gəlir ki, əgər ərizəçi hazırki ərizəni “xxxx” MMC-nin təsisçisi kimi vermişdirsə, yuxarıda qeyd olunanlara əsasən belə bir ərizə xxxx (Azərbaycan) ASC tərəfindən deyil, “xxxx” MMC tərəfindən verilməli idi. Yox əgər ərizəçi haz ırki ərizəni "X2 Ltd." Məhdud Məsuliyyətli şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi arasında bağlanan x xxxxxxxx 1999-cu il tarixli investisiya Müqaviləsinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ olan şəxs kimi vermişdirsə, X5 icarəsinə verilmiş 7.0 ha torpaq sahəsinin xxxx (Azərbaycan) ASC-yə satın almaq və ya istifadə etmək hüququ verilmiş torpaq sahəsinə daxil olub-olmadığı ilkin məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, xxxx (Azərbaycan) ASC, istifadəsinə verilmiş torpaq sahəsi ilə bağlı hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə hazırki mərhələdə müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya in stansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi barədə ərizənin təmin olunmaması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)511/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar