Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-325/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi ödəyicisi tərəfindən malların təqdim edilməsinin və bununla bağlı xidmət (iş) görməsinin sübuta yetirilməməsi, kameral vergi yoxlamasının bəyannamə təqdim edildikdən sonra 30 iş günü müddətində aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1507/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınmış, əsas fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olmuşdur.
2. Aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (LƏĞV bəyannaməsi) göstərilmiş 0,0 manat məbləğində ümumi hasilat həcmi, hesabat dövrünün aid olduğu il ərzində idxal edilmə barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 269.226,47 manat az göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
3. İddiaçıya (vergi ödəyicisinə) göndərilmiş müvafiq uyğunsuzluq məktubu cavablandırılmadığından, 2017-ci ilin 4-cü rübünə 10.769,06 manat olmaqla əlavə vergi məbləği hesablanmışdır. Vergi orqanı tərəfindən əldə edilmiş məlumata görə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Almaniya Federativ Respublikasından 2 ədəd “X4” və 6 ədəd “Mercedes Benz” markalı nəq liyyat vasitəsi olmaqla, ümumilikdə 269.226,47 manat dəyərində 8 ədəd minik avtomobili idxal edilmişdir. Müvafiq dəyərdə 8 avtomobilin idxalı aşağıdakı tarixlərə təsadüf etmişdir: xx xxxxxxxx 2017-ci il tarixdə “Mercedes Benz 300” markalı 32.313,3 manat dəyərində, xx xxxxx 2017-ci il tarixdə “X4” markalı 51.075 manat dəyərində, xx xxx 2017-ci il tarixdə “Mercedes Benz E250” markalı 31.492,55 manat dəyərində, xx xxxxxxxx 2017-ci il tarixdə “Mercedes Benz E220” markalı 32.313,3 manat dəyərində, xx xxxxxxx 2017-ci il tarixdə “X4” markalı 48.458,55 manat dəyərində, xx xxxxxxxx 2017-ci il tarixdə “Mercedes Benz E220” markalı 29.762,25 manat dəyərində, xx xxxxxx 2017-ci il tarixdə “Mercedes Benz E250” markalı 31.464,8 manat dəyərində, xx xxxxxx 2017-ci il tarixdə “X4” markalı 34.002 manat dəyəri ndə.
4. Qeyd olunanlarla əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2017-ci il tarixli məktub göndərilərək, ondan müvafiq təsdiqedici sənədlər və müvafiq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.
5. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37ci, 67-ci, 83-cü maddələrinə əsasən analoji qaydada Sadələşdirilmiş vergi üzrə 2017-ci ilin 4-cü rübü üçün 10.769,06 (269.226,47 x 4%) manat həcmində sadələşdirilmiş vergi məbləği hesablanmış və bu barədə, xx xxxxxxx 2017-ci il tarixdə “Vergilərin hesablanması barədə” qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL ED İLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlavə hesablanmış vergi borcunun silinməsini xahiş etmişdir.
7. İddiaçı ərizəsində bildirmişdir ki, onun şəxsi hesab vərəqəsində cavabdeh tərəfindən əsassız olaraq borc hesablanmış, lakin bu barədə ona məlumat verilməmişdir. Bu hal araşdırılaraq qiymət verilməli və həmin borc onun şəxsi hesab vərəqəsindən silinməlidir.
8. Cavabdeh iddiaya dair yazılı etiraz edərək bildirmişdir ki, kameral vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx 2012-ci il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınmış, onun əsas fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olmuşdur. Aparılan araş dırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş x xxxxxxx 2017-ci il tarixli 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (ləğv bəyannaməsi) göstərilmiş 0 (sıfır) manat məbləğində cəmi hasilat həcminin, hesabat dövrünün aid olduğu il ərzində idxal edilmiş mallar barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 269.226,47 manat az göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” x xxxxxxx 2017-ci il məktub göndərilmiş, vergi ödəyicisindən müvafiq təsdiqedici sənədlər və müvafiq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaş ma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən analoji qaydada sadələşdirilmiş vergi üzrə 2017-ci ilin 4-cü rübü üçün 10.769,06 manat (269.226,47 manat x 4%) olmaqla əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx xxxxxxx 2017-ci il tarixli **********758000 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Əldə edilmiş məlumata görə, iddiaçı tərəfindən Almaniya Federativ Respublikasından 8 nəqliyyat vasitəsi (2 nəqliyyat vasitəsi “X4” markalı və 6 nəqliyyat vasitəsi “Mercedes Benz” markalı) idxal olunmuşdur. Həmin nəqliyyat vasitələrinin şəxsi istehlak və ya təqdim edilməsi barədə müvafiq məlumat verilmədiyindən, bu, vergi ödəyicisinin gəliri kimi qiymətləndirilərək 10.769,06 manat əlavə vergi məbləği hesablanmışdır. Beləliklə, ətraflı aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 269.226,47 manat dəyərində idxal edilmiş nəqliyyat vasitələrinin hamısının onun şəxsi istifadəsində olması müəyyən edilməmiş və sonuncu bununla bağlı heç bir sübut təqdim etməmişdir.
9. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-1478/2019 nömrəli qərarı ilə (hakim:R.L.Kərimli) iddia təmin edilmiş, cavabdehin “Vergilərin hesablanması barədə” xx xxxxxxx 2017-ci il tarixli, **********75800 nömrəli qərarı ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən 6 avtomobil 2017-ci ilin 4-cü rübündə deyil, əvvəlki rüblərində, yəni 2 avtomobil 2-ci rübdə, 4 avtomobil 3-cü rübdə idxal olunduğundan, kameral qaydada vergi məbləğləri müvafiq olaraq həmin rüblər üzrə, özü də müvafiq bəyannamələrin verilməsinin son tarixindən 30 iş günü müddətində hesablana bilərdi. Həmin idxal əməliyyatlarına münasibətdə 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi məbləğlərinin hesablanması “İnzibati icraat haqqında” Qanunun 48.1-ci maddəsinin və Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, iddiaçı 2017-ci ilin 5 oktyabr tarixində “ləğv bəyannaməsi” təqdim etdiyindən (bu halı iddiaçı təkzib etmir), 2017-ci ilin 4-cü rüb üzrə hesabat dövrü də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.3-cü maddəsinə görə həmin tarixdə başa çatmış olur. Lakin bu hal, 2017-ci ilin 3-cü rübü üzrə kameral vergi yoxlamasının keçi rilməsinə və bu yoxlama çərçivəsində həmin rüb üzrə sadələşdirilmiş vergi məbləğinin hesablanmasına mane ola bilməzdi. Halbuki, cavabdeh 4 avtomobilin 3-cü rübdə idxalına müvafiq vergi məbləği hesablasa da, onu 2017-ci ilin 4-cü rübünə aid etmişdir. Digər 2 avtomobilin idxalına görə isə, ümumiyyətlə kameral vergi yoxlamasının keçirilməsi müddəti ötürülmüşdür. Eləcə də, inzibati orqanın xx xxxxxxx 2017-ci il tarixli həmin qərarı - əlverişsiz inzibati aktı yazılı şəkildə tam əsaslandırmamışdır.
11. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-2045/2019 saylı qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-1478/2019 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
13. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, idxal edilmiş nəqliyyat vasitələrinin şəxsi istehlak və ya təqdim edilməsi barədə müvafiq məlumatı verilmədiyindən aparılmış ətraflı araşdırma zamanı, vergi ödəyicisi tərəfindən 269.226,47 manat dəyərində idxal edilmiş nəqliyyat vasitələrinin hamısının onun şəxsi istifadəsində olması müəyyən edilə bilməmiş və sonuncu bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı 2017-ci ilin heç bir rübünə dair vergi orqanına cari bəyannamə təqdim etməmişdir. Lakin 2017-ci ilin 5 oktyabr tarixində vergi orqanına yalnız ləğv bəyannaməsi təqdim etmiş və beləliklə, həmin ilin 4-cü rübündə idxal etdiyi avtomobillərə dair vergi ödəyicisi müvafiq bəyannamə təqdim etməmişdir.
14. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020ci il tarixli, 2-1(102)-303/2020 saylı qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) iddiaçının kassasiya şikayəti qismən təmin e dilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 21(103)-2045/2019 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya məhkəməsi cavabdehin vergi qanunvericiliyinin tələblərinə uyğun kameral yoxlama aparmasını, hansı rübün bəyannaməsinin hansı rübdə təqdim edilib-edilməməsini, malların təqdim edilmədiyi halda bəyannamənin verilməsinin mümkünlüyünü, bu barədə bəyannamədə məlumatların qeyd edilməli olmasını, bəyannamə təqdim edildikdən sonra 30 iş günü müddətində kameral yoxlamanın aparılmasını, 2017-ci ilin 4-cü rübünün ləğv bəyannaməsinin həmin rübdə verilməsinin əsaslarını araşdırıb nəticəsindən asılı olaraq hüquqi qiymət v erməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1507/2020 saylı qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-1478/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
18. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLA Rİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini nəzərə almamışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında iddiaçının idxal etdiyi avtomaşınların təqdim edilməsi ilə bağlı araşdırma aparılmalı olduğu bildirilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi qeyd edilən istiqamət üzrə hər hansı araşdırma aparmamış, iddiaçının idxal etdiyi avtomaşınların təqdim edilib-edilməməsi barədə müvafiq qurumlara sorğu edərək məlumatın alınmasını təmin etməmişdir. Həmçinin, avtomobillər təqdim edilməmişdirsə, onların hazırda iddiaçının mülkiyyətində və ya istifadəsində olduğunu sübut etmək iddiaçının vəzifəsi olduğu halda, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinda işə baxılarkən bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Əvəzində vergi orqanı iddiaçının hal-hazırda sahibliyində olan avtomaşınların siyahısını təqdim etməklə, idxal edilmiş avtomobillərin həmin siyahıda və bununla da iddiaçının mülkiyyətində olmadığını sübut etmişdir. Bundan başqa, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrdə həmin avtomobillərin özgəninkiləşdirilməməsi bəyannamələrin müvafiq sətrində onların mal qalığı olaraq göstərilməsi şəklində öz əksini tapmalı idi. Lakin iddiaçı nəinki bəyannamələrdə həmin qeydi etmiş, əksinə apellyasiya baxışında avtomobillərin hazırda müxtəlif şəxslərin istifadəsində olduğunu etiraf etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
22. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfi ndən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnı z icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, mall arın satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cə rimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Maddə 16.1 Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;... Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyət i haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddı 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddı 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 62.1 Hər bir vergi ödəyicisinin və ya b aşqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 62.2 Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Maddə 67.1 Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və h esabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Maddə 72.1 Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.
1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiy ası məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən məsələlər ətraflı araşdırılmamışdır.
31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edərək bildirir ki, orada qeyd edilən məsələlərin hüquqi əsası yoxdur. Belə ki,cavabdeh inzibati orqan vergi yoxlaması nəticəsində xx xxxxxxx 2017-ci il tarixli **********758000 nömrəli “Vergilərin hesablanması barədə” qərar qəbul edərkən iddiaçı - vergi ödəyicisi tərəfindən malların satılmasına dair heç bir sübuta əsaslanmamışdır. Malların vergi ödəyicisi tərəfindən satıldığı ehtimal edilsə belə, onun hansı məbləğdə gəlir əldə etməsinə dair inzibati aktda hər hansı məlumat yoxdur.
32. Qeyd edilən bu hallar inzibati mübahisəyə birinci və apelyasiya instansiyası məhkəməsində baxılarkən də cavabdeh tərəfi ndən əsaslandırılmamış, bununla da inzibati orqan tərəfindən Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinin tələbləri pozulmuşdur.
33. Kassasiya şikayətində cavabdeh orqan iddiaçının hal-hazırda sahibliyində olan avtomaşınların siyahısını təqdim etməklə, idxal edilmiş avtomobillərin həmin siyahıda və bununla da iddiaçının mülkiyyətində olmadığını sübut etməyə çalışmışdır.
34. Bununla əlaqədar olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, iddiaçı tərəfindən 6 avtomobil 2017-ci ilin 4-cü rübündə deyil, əvvəlki rüblərində, yəni 2 avtomobil 2-ci rübdə, 4 avtomobil 3-cü rübdə idxal olunduğundan, kameral qaydada vergi məbləğləri müvafiq olaraq həmin rüblər üzrə, özü də müvafiq bəyannamələrin verilməsinin son tarixindən 30 iş günü müddətində hesablana bilərdi. Həmin idxal əməliyyatların a münasibətdə 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi məbləğlərinin hesablanması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
35. Eyni zamanda, iddiaçı 2017-ci ilin 5 oktyabr tarixində “ləğv bəyannaməsi” təqdim etdiyindən (bu halı cavabdeh təkzib etmir), 2017-ci ilin 4-cü rüb üzrə hesabat dövrü də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.3-cü maddəsinə görə həmin tarixdə başa çatmış olur. Lakin bu hal, 2017-ci ilin 3-cü rübü üzrə kameral vergi yoxlamasının keçirilməsinə və bu yoxlama çərçivəsində həmin rübə sadələşdirilmiş vergi məbləğinin hesablanmasına mane ola bilməzdi. Halbuki, cavabdeh inzibati orqan 4 avtomobilin 3-cü r übdə idxalına müvafiq vergi məbləği hesablasa da, onu 2017-ci ilin 4-cü rübünə aid etmişdir. Digər 2 avtomobilin idxalına görə isə, ümumiyyətlə kameral vergi yoxlamasının keçirilməsi müddəti ötürülmüşdür. 36.Bundan əlavə, işdə iddiaçının vergi ödəyicisi kimi xaricdən idxal etdiyi avtomaşınları təqdim etməsi, bununla bağlı xidmət (iş) görməsi və nəticədə gəlir əldə etməsi hər hansı sübutla təsdiq edilmir. Bu isə öz növbəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinin pozuntusudur.
37. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun apelyasiya instansiyası i nstansiya məhkəməsində irəli sürdüyü dəlillərlə oxşardır və apelyasiya instansiyası məhkəməsi də öz növbəsində həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
38. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1507/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli q