Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-325/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məlumat vərəqəsinin verilməsi, penitensiar müəssisələrdə mülki işçi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi” tələbinə dair iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1322/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletə əsasən o, 06 aprel 1982-ci ildən 20 iyun 1984-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus PV 013920 nömrəli diploma əsasən o, 1981-1989-cu illərdə Azərbaycan Politexnik İnstitutunda “avtomobil nəqliyyatının istismarı” ixtisası üzrə tam kursu bitirmişdir.
3. İddiaçıya məxsus PT-İ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1984cü ildən xx.xx.1994-cü ilədək İslah İşləri İdarəsinin X3 müxtəlif mülki işlərdə işləmiş, xx.xx.1994-cü il tarixdən Azərbaycan Respubli kası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qulluğa qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə əsasən (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
4. İddiaçı 2012-ci ildə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xidmət illərinə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2inz(81)-3478/2012 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 may 2013-cü il tarixli, 2-1inz(103)-635/2013 nömrə li qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2inz(81)-3478/2012 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
6. İddiaçının deməsinə görə, o, apellyasiya məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti versə də, daha sonra yeni hüquq təsdiq edici sənədlər əldə etmək məqsədi ilə şikayəti geri götürmüşdür.
7. Daha sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarına əsaslanaraq ümumilikdə 28 il 1 gün qulluq illəri ilə əlaqədar xx.xx.2005-ci il tarixdən ona pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 28 il 1 gün qulluq illəri nəzərə alınmaqla iyul 2017-ci il tarixdən qulluq illərinə görə pensiya təyini üçün məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1982-1984-cü illərdə 2 il 2 ay 14 gün həqiqi hərbi xidmətdə olmuş, 1989-cu ildə Azərbaycan Poli texnik İnstitutunu bitirmişdir. Daxili İşlər Nazirliyi İslah İşləri İdarəsinin X3 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək 9 il 3 ay 7 gün mülki vəzifədə işləmiş, ədliyyə orqanlarında xüsusi rütbəli orta rəis heyəti qismində 1 saylı Cəzaçəkmə Müəssisəsində 4 mart 1994-cü il tarixdən 26 mart 1997-ci il tarixədək 3 il 22 gün qulluq etmişdir. Penitensiar Xidmətin Təchizat Bazasına 26 mart 1997-ci il tarixdən rəis təyin olunmuş, 7 il 10 ay 13 gün qulluqda olmuş, yəni 9 fevral 2005-ci il tarixdə onun xidmətinə xitam verilmişdir. Penitensiar xidmətə pensiya təyinatı ilə bağlı “məlumat vərəqəsi”nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə müraciət etmiş, Penitensiar xidmət isə 4 iyun 2021-ci il tarixli, 17/7-9936(-44)2 n ömrəli məktubla məsələnin həllindən qulluq illərinin 20 ildən az olduğuna əsaslanaraq imtina etmişdir. Cavabdeh qulluq illərinin hesablanmasında yanlışlığa yol vermişdir. Belə ki, qulluq illəri aşağıdakı kimi hesablanmalıdır: 1) həqiqi hərbi xidmət – 2 il 2 ay 14 gün; 2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsasən təhsilin beş il müddətinin 2 il 6 ayının qulluq illərinə hesablanmasına əsasən – 2 il 6 ay; 3) «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunun 39.2-ci maddəsinə əsasən mülki iş stajı – 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək 9 il 3 ay 7 gün; 4) Ədliyyə orqanlarında xüsusi rütbəli əməkdaş qismində qulluq illəri – 11 mart 1994-cü il tarixdən 9 fevral 2005-ci il tarixədək 10 il 10 ay 28 gün; 5) Fövqəladə vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 1992-ci il tarixli 631 nömrəli qərarına əsasən ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşlarının xidmət müddətinin bir ayının iki ay hesablanması – 11 mart 1994-cü il tarixdən 1 may 1997-ci il tarixədək 3 il 1 ay 20 gün, ümumi qulluq illəri – 28 il 1 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarına əsasən pensiyanın təyin edilməsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətində olduğundan, cavabdehin hər hansı bir qanun pozuntusu anlamını vermir, əksinə vətəndaşın öz hüququnu sona çatdırmaqla yardımçılığını təcəssüm edir.
10. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı 1982 -1984-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək İslah işləri idarəsinin X3 müxtəlif mülki vəzifələrdə işləmiş, 11 mart 1994-cü il tarixdə ədliyyə orqanlarında orta rəis heyəti qismində qulluğa qəbul edilmiş və 9 fevral 2005-ci il tarixdə İntendant təchizat və ticarət bazasının rəisi vəzifəsində işləyərkən xidməti vəzifələrini icrası zamanı qanun pozuntularına və ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilmişdir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi r ütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular yaşa görə əmək pensiyası hüququ vardır. Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının müvafiq bəndlərinə əsasən iddiaçının qulluq müddəti aşağıdakı qaydada hesablanmışdır: 9 fevral 2005-ci il tarixə qulluq müddəti təqvimi hesablama ilə 15 il 7 ay 12 gün – 02 il 06 ay təhsil müddəti, 19821984-cü illərdə müddətli həqiqi hərbi xidmət 2 il 2 ay 14 gün, 11 mart 1994-cü il tarixdən 9 fevral 2005-ci il tarixədək olan dövr orta rəis heyəti qismində qulluq müddəti 10 il 10 ay 28 gün. Güzəştli hesablama ilə qulluq müddəti 18 il 9 ay 2 gün təşkil edir: 2 il 6 ay təhsil müddəti, 1982-1984-cü illərdə müddətli həqiqi hərbi xidmət 2 il 2 ay 14 gün, 11 mart 1994cü il tarixdən 9 fevral 2005-ci il tarixədək olan dövr orta rəis heyəti qismində qulluq müddəti 10 il 10 ay 28 gün, 11 mart 1994-cü il tarixdən 1 may 1997-ci illərdə xidmət 3 il 1 ay 20 gün (fövqəladə vəziyyət). İddiaçı iddia ərizəsində qulluq illərini hesablayarkən 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək olan dövr də əhatə olunur. 4 dekabr 1984-cü il tarixdə 11 mart 1994-cü il tarixədək iddiaçı İslah işləri idarəsinin X3 müxtəlif mülki vəzifələrdə işləmişdir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Qanunun 39.2-ci maddəsinə əsasən penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə yalnız Penitensiar müəssisələrdə mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır. Həmçinin, Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinə əsasən bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edil ərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi hesablanır. Təchizat bazası penitensiar müəssisə olmadığından, qeyd olunan dövr pensiya təyin edilib verilməsi üçün iddiaçının qulluq müddətinə hesablana bilməz. Əlavə olaraq, iddiaçı 2012-ci ildə məhkəməyə müraciət edərək xidmət illərinə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-635/2013 saylı iş üzrə 8 may 2013-cü il tarixli qərarında iddiaçının qulluq illərinə daxil olunan müddətlərə hüquqi qiymət verilmiş və iddia tələbi rədd edilmişdir. Qeyd olunmuş məhkəmə qərarı qanuni qüvvəyə minmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-8303/2021 nömrəl i qərarı (hakim R.L.Kərimli) ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, penitensiar xidmətdə qulluq keçmiş əməkdaş kimi hazırkı iddiaçının 1984-1994-cü illərdə işlədiyi İslah işləri idarəsinin Mərkəzi təchizat bazası penitensiar müəssisə (cəzaçəkmə müəssisəsi, istintaq təcridxanası), eləcə də azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisəsi sayılmadığından, onun həmin qurumda xidmət dövrü «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Qanunun 39.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin təsir dairəsinə aid edilmir. Belə olan halda, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlid ir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1322/2022 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Yusifov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-8303/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı qeyd edir ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək İslah İşləri İdarəsinin X3 müxtəlif mülki vəzifələrdə çalışmış, yəni 9 il 3 ay 7 gün əmək stajı əldə etmişdir. Məhkəmə kollegiyası isə işdə olan Ədliyyə Nazirliyinin 187-ŞH saylı, xx.xx.1994cü il tarixli əmrin və «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Qanunun 39.2-ci maddəsində əksini tapmış, «Penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır» hissəsini nəzərə almamışdır. Bundan başqa, məhkəmə kollegiyasının «Daxili İşlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə onu n xidmətinə xitam veriləndən sonra edilmiş dəyişikliyə istinad edilməsi də qanuna ziddir. Belə ki, qeyd olunan Əsasnamənin (28 oktyabr 1999-cu il) 144-cü maddəsində nəzərdə tutulmuşdur ki, «Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdir (imtiyazlı hesablama ilə)».
18. Onun xidmət illərinin aşağıdakı qaydada hesablanması göstərir ki, o, qulluq illərinə görə pensiya hüququnu qazanmışdır: 1) «Ədliyyə orqanlarında xidmət keçmə haqqında» Qanunun 39.2-ci maddəsinə əsasən xx.xx.1984-cü ildən xx.xx.1994-cü ilə qədər - 9 il 3 ay 7 gün; 2) xüsusi rütbəli əməkdaş qismində xidmət etdiyi müddət xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilə qədər - 10 il 10 ay 28 gün; 3) həqiqi hərbi xidmət dövrü xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə q ədər - 2 il 2 ay 14 gün; 4) Xidmətə qəbul olunanadək ali təhsil dövrü 2 il 6 ay; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı qərarına əsasən 3 iş günün 4 iş günü hesabı ilə xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə kimi 1 saylı cəza çəkmə müəssisəsində güzəştli xidmət dövrü - 1 il 6 ay 22 gün; 6) Azərbaycan Respublikası Prezidentinin 633 saylı xx.xx.1992-ci il tarixli Fərmanına əsasən xidmətin bir ilinin iki il hesabı ilə xx.xx.1994xx.xx.1997-ci il xüsusi rütbəli vəzifədə 3 il 1 ay 20 gün. O, «Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq 20 ildən yuxarı xidmət etdiyindən pensiya hüququnu əldə etmişdir. Qeyd olunanlardan göründüyü kimi məhkəmə kollegiyası tərəfindən «Ədliyyə orqanlarında qulluq ke çmə haqqında» Qanunun 39.2-ci maddəsinə, «Daxili orqanlarda xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə, Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 633 saylı Fərmanına uyğun olmayan Qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olundu qdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) a ylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;... Maddə
3. Əmək pensiyası təminatı hüququ... 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir.... Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ va rdır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;... 21. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Maddə
1. Ədliyyə orqanlarında qulluq keçmə 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.... Maddə
20. Xüsusi rütbələr... 20.3. Ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Maddə
39. Penitensiar xidmətin işçilərinin pensiya təminatı 39.1. Penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin, habelə penitensiar müəssisələrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləyən mülki işç ilərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Penitensiar xidmətin əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 39.2. Penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır....
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü m addəsində nəzərdə tutulmuş hərbi qulluqçular – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 A gentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması q aydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.... 23. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarı:
1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir:... daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən;... Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırı lması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir....
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyət inə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin:... bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyə olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) isə əməkdaşlara 2 iş günü 3 iş günü kimi hesablanır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkliflər i ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkə məsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunil iyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərə fli araşdırılması təmin edilmişdir.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiya təyini üçün məlumat vərəqəsinin göndərilməsi məqsədi ilə nəzərə alınmalı olan qulluq illəri ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Ona görə də, i şin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.
31. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 9 fevral 2005-ci il tarixə qulluq müddəti təqvimi hesablama ilə 15 il 7 ay 12 gündür – 02 il 06 ay təhsil müddəti, 1982-1984-cü illərdə müddətli həqiqi hərbi xidmət 2 il 2 ay 14 gün, 11 mart 1994-cü il tarixdən 9 fevral 2005-ci il tarixədək olan dövr orta rəis heyəti qismində qulluq müddəti 10 il 10 gün 28 gün. Güzəştli hesablama ilə qulluq müddəti 18 il 9 ay 2 gün təşkil edir: 2 il 6 ay təhsil müddəti, 19821984-cü illərdə müddətli həqiqi hərbi xidmət 2 il 2 ay 14 gün, 11 mart 1994-cü il tarixdən 9 fevral 2005-ci il tarixədək olan dövr orta rəis heyəti qismində qulluq müddəti 10 il 10 gün 28 gün, 11 mart 1994-cü il tarixdən 1 may 1997-ci illərdə xidmət 3 il 1 ay 20 gün (fövqəladə vəziyyət).
32. Qeyd edilən hallar işin mübahisəsiz halları olmaqla cavabdeh tərəfindən də qəbul edilmişdir.
33. İşin mübahisəli halı və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək İslah İşləri İdarəsinin X3 müxtəlif mülki vəzifələrdə çalışaraq əldə etdiyi 9 il 3 ay 7 gün əmək stajı onun qulluq illərinə hesablanmamışdır. İddiaçı qeyd edilən dəlilini «Ədliyyə orqanlarında xidmət keçmə haqqında» Qanunun 39.2-ci maddəsi ilə əsaslandırmışdır.
34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «Ədliyyə orqanlarında xidmət keçmə haqqında» Qanunun 39.2-ci maddəsində penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə mülki işçi qismində işlədikləri müddətin qulluq illərinə hesablanması göstərilmişdir. Yəni şəxsin məhz penitensiar müəssisələrdə mülki işçi kimi işlədiyi müddətin qulluq illərinə hesablanmalı olması qeyd edilmişdir.
35. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı penitensiar müəssisədə 11 mart 1994cü il tarixdən etibarən işləməyə başlamışdır. Həmin dövr də işin mübahisələndirilməyən dövrünə təsadüf edir. İddiaçının mübahisələndirdiyi 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək olan dövrdə o, Daxili İşlər Nazirliyi İslah İşləri İdarəsinin X3 mülki işlərdə işləmişdir.
36. Qeyd edilən hal «Ədliyyə orqanlarında xidmət keçmə haqqında» Qanunun 39.2-ci maddəsinin tələblərinə uyğun olmad ığından iddiaçının həmin dəlili əsassızdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1322/2022 nömrəli qərarı nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.