Məhkəmə qərarları › İş №2-1(102)-325/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-325/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-325/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı xxx Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.01.2024 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı xxx Cavabdehnə qarşı (üçüncü şəxslər X13 və X21) “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2-1(104)-435/2023 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı i craat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gəncə şəhər Kəpəz rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderi ilə Yeni Gəncə massivi, ev 39, mənzil 9, X16 da daxil olmaqla 6 nəfərə sözügedən yaşayış sahəsi istifadəyə verilmişdir.

2. X17 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir.

3. Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2014-cü ildə vəfat etmiş anası X10 vərəsəsidir. 4. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli arayışa əsasən X7 şəhəri, Yeni Gəncə massivi, ev 39, mənzil 9 ünvanında qeydiyyatdadır.

5. AZEMİS vasitəsilə əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatdan gör ünür ki, X3 şəhəri, Yeni Gəncə massivi, ev 39, mənzil 9 ünvanında qeydiyyatdadır.

6. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 4 saylı Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, iddiaçı ünvan 4 ünvanında yaşayır, lakin üçüncü şəxslər X21 və X13 həmin ünvanda yaşamırlar.

7. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)619/2022 nömrəli qətnaməsinin məzmunundan görünür ki, üçüncü şəxslərin ünvan 2-dan istifadə hüquqlarının olmaması müəyyən edilmişdir.

8. İddiaçı cavabdehə müraciət edərək üçüncü şəxsləri ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh iddiaçıya 8 iyun 2021-ci il tarixli, 120-17460Q-3222 nömrəli imtina məktubu ilə, X13 və X15 ünvan 2 ünvanından qeydiyyatdan “Y aşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslərin ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsasladırmışdır ki, o, ünvan 2 ünvanda yerləşən mənzil Gəncə şəhər Kəpəz rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderlə 6 nəfər ailə üzvü ilə birlikdə anası X14 verilmişdir. Həmin vaxtdan mənzildə o, anası X16, X2 və qardaşı X4 birlikdə yaşamışdı r. X2 xx.xx.2006-ci il tarixdə, anası X16 isə xx.xx.2014-cü il tarixdə vəlat etmişdir. Hazırda həmin evdə o və qardaşı X4 ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər bacısı X1 uşaqları X13 və X21 formal olaraq həmin ünvanda olan mənzildə qeydiyyatdadırlar, lakin onlar heç vaxt həmin ünvanda yaşamamışlar. Belə ki, bacısı X5 da mübahisəli mənzildə heç bir vaxt yaşamamışdır. Sonuncu ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, hazırda üçüncü şəxslər də Bakı şəhərində yaşayırlar. Üçüncü şəxslər doğulan gündən hal-hazıra kimi bir gündə olsun həmin ünvanda yaşamamışlar, onlar formal olaraq həmin ünvanda qeydiyyatdadılar. Onların mübahisəli mənzildə yaşamadıqlarını qonşuları da təsdiq edirlər. Bu barədə akt tərtib edilmişdir. Məhkəməyə müraciət edərək X6 və X15 ünvan 8 ünvandakı yaşayış sahəsinə isti fadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi (hakim Gündüz Şirinov) xx.xx.2022-ci il tarixli e-2(044)-619/2022 saylı qətnaməsində cavabdehlərin mübahisə predmeti olan evdə istifadə hüquqlarının olması ümumiyyətlə öz təsdiqini tapmadığı qeyd edilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(114)-2191/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, X13 və X15 ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Be lə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

14. Üçüncü şəxslər apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2-1(104)-435/2023 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi A.Bayramov, hakimlərA.İsgəndərova və Ə.Abdullayev) üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı d əyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Gəncə şəhər Kəpəz rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderii lə Yeni Gəncə massivi, ev 39, mənzil 9 X16 da daxil olmaqla 6 nəfərə sözügedən yaşayış sahəsi istifadəyə verilmişdir. Orderdə göstərilmiş ailə üzvlərindən biri də Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızıdır. Bu hal isə onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmasına dəlalət edir. Digər tərəfdən iş materiallarında olan məhkəmə qətnamələri ilə də iddiaçının bu tələblə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olması müəyyən edilir.

17. İddiaçı ünvan 4 ünvanında yaşayır, lakin X21 və X13 həmin ünvanda yaşamırlar və onların mübahisəli mənzillə bağlı hər hansı istifadə hüquqlarının olması müəyyən edilməmişdir.

18. Apellyasiya məhkəməsi mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5 və 9-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına istinad etmişdir.

19. Üçüncü şəxslər həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və işi yenidən araşdırılması üçün Gəncə Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdehin iştirakını məhkəmədə təmin etməmiş və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin arayışlarına istinad etmişlər. Halbuki, hər iki məhkəmə instansiyası bu günə kimi dəqiq kimlərin mübahisə mənzildə pasport qeydiyyatında olduqlarını müəyyən etməmişlər. Cavabdeh məhkəmədə iştirak etmiş olsaydı, üçüncü şəxslərin neçənci ildə və kim tərəfindən pasport qeydiyyatına alındığını müəyyən etmiş olardı. Məhkəmə hal-hazırda mübahisəli mənzildə kimin yaşamasını müəyyən etməmişdir.

21. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 30-cu maddəsinə, Mülki Məcəllənin 152,157.8-ci maddələrinə və eləcə də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat h aqqında” Qanunun 5, 9-cu maddələrinin tələblərinə zidd qərar qəbul edilmişdir. Belə ki, maddələr mülkiyyətçi hüququna aiddir və hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur.

22. Kassator həmçinin hesab edir ki, apellyasiya məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan RespublikasıQanunun 5-ci və 9-cü maddələrinə əsassız olaraq istinad edərək qanunsuz qətnamə qəbul etmiş və bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsinə dair” 12 mart 1999-cü il tarixli Qərarının və Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair” 30 noyabr 2018-ci il tarixli Qərarlarının tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2-1(104)-435/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. (-). Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (-). Maddə

5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiy yəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsas ən; (-). 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-).

25. İnzibati Prosessual Məcəllə: a. Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). b. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi KA SSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılm ası təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab etmək olar. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxslərin ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına yönəlmişdir.

34. Mübahisə ilə bağlı işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, ünvan 2 Gəncə şəhər Kəpəz rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderlə Yeni Gəncə massivi, ev 39, mənzil 9 X16 və onun ailə üzvlərinə (həmçinin hazırkı iddiaçı) istifadəyə verilmişdir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı həmin ünvanda yaşayır

35. Üçüncü şəxslərin isə mübahisələndirilən mənzilə dair istifadə hü quqlarının olması öz təsdiqini tapmır.

36. Hazırkı qərarın 24-cü bəndində qeyd olunan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

37. Belə olan halda, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığı müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur və şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir.

38. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı qərarın 26-cı bəndində qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarın da qeyd edilmişdir ki, “... mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıx arılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.”

39. Göründüyü kimi, istər üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımın dan, istərsə də onların həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 24-25a və 26-cı bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur.

41. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 21(104)-435/2023 nömrəli qərarı dəyişd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar