Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3252/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: cəza çəkməkdən azad edilmiş şəxs kimi birdəfəlik müavinətin verilməsi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli, 2-1(106)356/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Quba Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 29 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin 30 no yabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, ona CM-in 179.2.4-cü maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəza təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 1 gün və 16 mart 2021-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 4 ay, ümumilikdə 1 il 4 ay 1 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla 2 il 8 ay 2 gün təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 3 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Qərarla İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən həbsdən azad ed ilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 08 fevral 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək cəza çəkməkdən azad edilmiş şəxs kimi birdəfəlik müavinətin verilməsini xahiş etmişdir.
4. Cavabdeh 18 avqust 2022-ci il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, o “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 1.0.2-ci maddəsinin müəyyən etdiyi şəxslər kateqoriyasına aid deyildir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)-3/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 02 il azadlıqdan məhrumetmə cəzasının 1 il 11 ay 29 gün müddətini Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyi səbəbindən ona birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Q uba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)-3/2021 saylı hökmü ilə CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 1 il 11 ay 29 gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiyar Xidmətinin 16 saylı (Sabunçu rayonu, Ramana qəsəbəsi) ümumi rejimli cəzaçəkmə müəssiəsində cəza çəkmişdir. Məhkəmə hökmündən tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin hökmü dəyişdirilmiş və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bütün bunlara baxmayaraq o, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1 ( 027)-3/2021 saylı hökmünə əsasən (Apellyasiya məhkəməsinin qərarına kimi) 1 il 11 ay 29 gün 16 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkum edilmiş şəxs kimi cəza çəkmiş və xx.xx.2022-ci il tarixdə məhkəmə qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Cəza çəkməkdən azad edilmiş şəxs kimi birdəfəlik müavinətin verilməsinə dair cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı verilmişdir.
7. Cavabdeh məhkəməyə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubu ilə eyniyyət təşkil edir.
8. Şirvan İnzibati Məhkəməsinin (hakim X2) 2-1(120)-598/5024 saylı, 04 mart 2024cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həbs qətimkan tədbirini qanunvericiliklə müəyyən edilən həbs yerlərində deyil, xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək 16 saylı Cəzaçəkmə müəssisəsində çəkmişdir. 16 saylı Cəzaçəkmə müəssisəsi adından məlum olduğu kimi “cəzaçəkmə” müəssisəsidir. Həmçinin müəssisənin anlayışı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanununun 1.0.1-ci maddəsində müəyyən edilir ki, penitensiar müəssisə -Azərbaycan Respublikasın ın qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. İddiaçı 16 saylı Cəzaçəkmə müəssisəsinə qətimkan tədbirinin icrası üçün göndərilmişdir və təqdim edilən sənədlərdə şəxsin müvafiq tarixlərdə həmin cəzaçəkmə müəssisəsində cəza çəkdiyi və apelyasiya məhkəməsinin qərarı ilə cəzasından azad olduğu qeyd edilmişdir. Şəxsin onun iradəsindən asılı olmadan qətimkan tədbirinin cəzaçəkmə müəssisəsində cəza kimi və eyni şərtlər altında icrası onun günahı deyil və cəzaçəkmə müəssisəsindən azad olunmuş digər şəxslər kimi onun bərabərlik və həssas qrup kimi cəmiyyətə sosial adaptasiya olunma hüququ əsassız yerə məhdudlaşdırılmadan təmin olunmalıdır.
10. Cavabdeh həmin q ərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-356/2024 nömrəli, 07 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X4 və X3) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)598/5024 saylı, 04 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul ed ilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 1.0.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanuni deyildir.
15. Belə ki, İddiaçı Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 1.0.1-ci maddəsində anlayışı verilmiş hər hansı pensitensiar müəssisədə-cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən, Qanunun 1.0.1 və 1.0.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən sözügedən müavinətin təyin edilməsi nəzərdə tutulan şəxslərin kateqoriyasına aid deyildir. Tətbiq edilən hüquq 16. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsi; 1.0.2. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərqanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər;
17. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə
407. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarının surətinin verilməsi və onun qanuni qüvvəyə minməsi... 407.2. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqəda r olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə m əlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
19. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələb i göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
22. İşin halları ilə müəyyən edilir ki, İddiaçı Quba Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 29 gün müddətində azadlıqd an məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarının məzmunu ilə müəyyən edilir ki, həmin qərarla Quba rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, ona CM-in 179.2.4-cü maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəza təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 1 gün və 16 mart 2021-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 4 ay, ümumilikdə 1 il 4 ay 1 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla 2 il 8 ay 2 gün təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 3 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qərarın icra sı Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Qərarla İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən həbsdən azad edilmişdir.
23. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə çatmaq istədiyi hüquqi nəticə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyi səbəbindən birdəfəlik müavinətin verilməsinə nail olmaqdan ibarətdir.
24. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının mövqeyini qanuni hesab edərək iddia tələbini təmin etsələr də, cavabdeh məhkəmələrin gəlmiş olduğu nəticəni qanuna zidd hesab edir.
25. Məhkəmə kollegiyası işin hallarını qanunvericiliyin müvafiq norma və müddəalarını il ə birlikdə təhlil edərək bu qənaətə gəlir ki, iddiaçının hazırkı iddia tələbi əsaslı deyildir.
26. Gəlinmiş nəticəni məhkəmə kollegiyası aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
27. Yuxarıda da qeyd edildiyi kimi iddiaçıya azadlıqdan məhrumetmə cəzası Quba Rayon Məhkəməsinin hökmü ilə təyin edilmişdir. Lakin hökmdən apellyasiya şikayəti verildiyindən hökm (təyin edilmiş cəza) qanuni qüvvəsini almamış, nəticə etibarı ilə iddiaçıya birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəza dəyişdirilərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyin tələbinə əsasən hər hansı cinayət işi ilə bağlı cəza, cinayət hüquqi xarakterli tədbirlər yalnız hökm və ya birinci instansiya məhkəməsinin qəbul etdiyi hə r hansı akt qanuni qüvvəsini aldıqdan sonra hüquqi qüvvəyə malik olur.
29. Hökmün və ya birinci instansiya məhkəməsinin qəbul etdiyi hər hansı aktın qanuni qüvvəsi iki halda yaranır:
1. Apellyasiya şikayəti verilmədikdə bu müddət keçdikdən sonra;
2. İşə apellyasiya instansiya məhkəməsi tərəfindən baxıldıqdan sonra.
30. Cəzaların İcrası Məcəlləsinin 6-cı maddəsində cəzaların icrasının əsasları ilə bağlı müddəalar əks edilmişdir. Həmin maddədə qeyd edilir ki, cəzaların icrasının və məhkumlara cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud məhkəmənin bu hökmü dəyişən qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir.
31. İşə apellyasiya instansiya məhkəməsi tərəfindən baxıldıqdan və yekun qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə mindiyindən həmin məhkəmə aktı ilə gəlinmiş nəticə hüquqi cəhətdən əhəmiyyətli hesab edilir.
32. Hazırkı iş üzrə iddiaçıya birinci instansiya məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, bu qanuni qüvvəsini almayan məhkəmə aktı olmuşdur.
33. İddiaçı barəsində tam hüquqi nəticə apellyasiya instansiya məhkəməsinin qərarından sonra yaranmışdır ki, həmin məhkəmə aktı ilə iddiaçıya azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 34. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanuna əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər-qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdə n azad edilmiş şəxslər hesab edilir.
35. İddiaçıya münasibətdə qəti cəza apelyasiya məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası təyin olduğundan, apelyasiya məhkəməsinin qərarında iddiaçının azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edilməsi qeyd edilmədiyindən, birinci instansiya məhkəməsinin hökmündən sonra iddiaçının faktiki olaraq cəzaçəkmə müəssisəsində yerləşdirilməsi və apelyasiya instansiyası məhkəməsinin qərarına qədər cəzaçəkmə müəssisəsində saxlanılması “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun anlamında o, qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər kateqoriyasından hesab edilmir.
36. Məhkəmə kollegiyası onu da vu rğulayır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür) 2.17.1-ci bəndində qeyd edilmişdir ki, aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər və məlumatlar da (bu Qaydaların 4.9cu bəndinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir:...2.17. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün: 2.17.1. cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın 4-cü bəndinə görə... aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur:... 4.1.18. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün:...4.1.18.2. şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssis əsinin arayışı; 4.1.18.3. məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti.
37. Hər iki halda iddiaçının cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı mövcud olmamışdır. Bu ondan irəli gəlir ki, iddiaçı hər hansı məhkəmə aktı və səlahiyyətli dövlət orqanının qərarı ilə cəzadan azad edilməmişdir.
38. Beləliklə, sadalanan bütün normativ aktların təhlili bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya münasibətdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğundan və azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməsi barədə akt olmadığından “Penitensiar müəssis ələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunla təsbit edilmiş imtiyazlar, müavinətlər ona tətbiq edilə bilməz.
39. Bəhs olunanlara əsasən cavabdehin kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.
40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli, 2-1(106)-356/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.