Məhkəmə qərarları › İş №2-1(102)-3253/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3253/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3253/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: subyektiv hüquq; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin Cavabdehnə qarşı “sərəncamların etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024 -cü il tarixli, 2-1(106)-226/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı İmişli rayon Qaragüvəndikli bələdiyyəsi Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Gilanlar” Fermer Təsərrüfatına 262.0 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2013-cü il tarixli 10 saylı, 10.0 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2019-cu il tarixli 139 saylı, Hüseynova Ofelya Heydər qızına 45.0 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2010-cu il tarixli 191 saylı, Vəliyev Xəqani Vəkil oğluna 30.0 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2004-cü il tarixli 268 saylı sərəncamların ləğv olunması nı xahiş еtmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(120)-22/2022 saylı qərardadı ilə (hakim X7) iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2-1(106)-180/2022 nömrəli qərardadı (hakimlər X3 (məruzəçi), X8 və X9) ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(120)-22/2022 saylı qərardadı ləğv edilmiş, iş yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır.

5. Üçüncü şəxs Hüseynova Ofelya Heydər qızı kassasiya şika yəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023cü il tarixli, 2-1(102)-51/2023 nömrəli qərarı (hakimlər X1 (məruzəçi), X4 və X10) ilə üçüncü şəxs Hüseynova Ofelya Heydər qızının kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2-1(106)180/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Şirvan İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(120)-2786/2023 saylı qərardadı ilə (hakim X11) iddia mümkün sayılmamışdır.

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilm əsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(106)-226/2024 nömrəli qərardadı (hakimlər X2 (məruzəçi), X5 və X13) ilə apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(120)-2786/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məh kəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

13. Hazırkı işdə, şikay ətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)-875/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-906/ 2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-926/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-977/2022 saylı, xx.xx.2022-ci il tarixli nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibat i məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

15. Eyni zamanda məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, formalaşmış vahid məhkəmə təcrübəsi onu göstərir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxund uğunu sübut etməlidir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmaması iş materialları ilə də təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3116 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncam və tərəflər arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 01 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə “Gilanlılar" fermer təsərrüfatı MMC-yə verilmiş 262.0 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin) istehsalı məqsədi ilə icarəyə verilmişdir. Cavabdeh Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı, sərəncamı və tərəflər arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 03 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə "xxxx" fermer təsərrüfatı MMC-yə verilmiş 10 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi) istehsalı məqsədi ilə icarəyə verilmişdir. Cavabdeh başçısının 12 avqust 2010cu il tarixli, 191 saylı sərəncamı və tərəflər arasında bağlanmış 12 avqust 2010-cu il tarixli, 02 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Hüseynova Ofelya Heydər qızına verilmiş 45 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülk iyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin) istehsalı məqsədi ilə icarəyə verilmişdir. Cavabdeh Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamı və tərəflər arasında bağlanmış 08 dekabr 2004-cü il tarixli, 74 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Vəliyev Xəqani Vəkil oğluna verilmiş 30 ha torpaq sahəsi qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə icarəyə verilmişdir. Göründüyü kimi mübahisələndirilən sərəncamlarla ayrılmış torpaq sahələri torpağın ayrılması ilə bağlı sərəncamların verildiyi tarixdə dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri olm uşdur. İddiaçı həmin sərəncamlarla ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə verilməli olan torpaq sahəsi olduğunu iddia edir və hesab edir ki, mübahisələndirilən sərəncamların verildiyi vaxt həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilən torpaq sahəsi olduğundan cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahələri hər hansı inzibati aktla üçüncü şəxslərə verilə bilməzdi.

17. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçının mübahisələndirdiyi torpaq sahələrinin hər hansı hüquqi əsasla iddiaçıya məxsus olmasıdır. İşə əlavə edilmiş sənədlərdən (ekspert rəyindən) müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən sərəncamlarla üçüncü şəxslərə ayrılmış torpaq sahəsinin iddiaçı ilə heç bir bağlılığı yoxdur. Yəni üçüncü şəxslərə ayrılmış torpaq sahələri dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Odur ki, iddiaçının hazırkı iş üzrə subyektiv hüququ mövcud deyildir.

18. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(106)-226/2024 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar