Məhkəmə qərarları › İş №2-1(102)-3254/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3254/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3254/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: DİO-dan xaric etmə barədə əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Məmmədov Mübariz Hümbət oğlunun, Cavabdehin vəkili (nümayəndəsi) Həbilov Əlirza Qəməndər oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” tələblə rinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 avqust tarixli 2-1(107)-362/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehin 2018-ci il 25 oktyabr tarixli, Ə121-158-18 nömrəli əmri ilə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 2, 12, 14, 17, 19-cu maddələrinin və İntizam Nizamnaməsinin 3.2, 3.7, 3.9-cu maddələrinin tələblərini pozduğuna görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı 2018-ci il 6 dekabr tarixdə Şəki İnzibati-İq tisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2018-ci il 25 oktyabr tarixli, Ə121-158-18 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci il 13 noyabr tarixdə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarına xidmətə qəbul olunmuş, həmin tarixdən Mingəçevir şəhər Polis Şöbəsində polis nəfəri vəzifəsində işləmişdir. Sonuncu vəzifəsi növbətçi hissədə sürücü polis nəfəri olmuşdur. O, daxili işlər orqanlarında işlədiyi müddətdə həmişə qüsursuz xidmət etmişdir. İşlədiyi müddətdə Azərbaycan Respublikasının Konstitusiyasının, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutmuş, insan və vətəndaş hüquq və azadlıqlarını qorumaqla üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirmişdir. Eyni zamanda, xidmət etdiyi 17 il 05 ay 26 gün ərzində həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyinin əmr və göstərişlərini, işlədiyi Mingəçevir şəhər Polis Şöbəsinin rəhbərliyinin və özündən yuxarı rəis heyətinin əmr, göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Vətəndaşların hüquqlarını qorumaqla, onları cinayətkar qəsdlərdən qorumuşdur. İctimai qaydanı və ictimai asayişi qorumaqla bir polis əməkdaşı kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, xidmətdə fərqlənmiş və dəfələrlə Mingəçevir Şəhər Polis Şöbəsinin rəhbərliyinin mükafatlarını almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2016-cı il 9 dekabr tarixli, ə-3573 ş\h nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü d ərəcəli medalı ilə təltif edilmişdir. Qüsursuz xidmətlərinə baxmayaraq, cavabdeh orqanın 2018-ci il 25 oktyabr tarixli Ə121-158-18 nömrəli ilə xidmətdən xaric edilmişdir. Əslində isə heç vaxt polis adına ləkə gətirən hərəkətlər etməmiş, polis andına sadiq olmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2018-ci il 25 oktyabr tarixli, Ə121-158-18 nömrəli əmrinin mübahisələndirilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 aprel tarixli 2-1(84)-263/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçıya münasibətdə buraxılmış prosessual müddət bərpa edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 aprel tarixli 2-1(84)-263/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş 2018-ci il 25 oktyabr tarixli, Ə121-158-18 nömrəli əmrin ləğv edilməsi, iddiaçının işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Mingəçevir Şəhər Polis Şöbəsinin növbətçi hissəsinin sürücü polis nəfəri vəzifəsində işləyən zaman Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin, İntizam Nizamnaməsinin tələblərini pozması iş materialları, tərəflərin izahatları və apellyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rəd d olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 avqust tarixli 2-1(107)-362/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 30 avqust tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 28 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə,iddiaçı işlədiyi müddət ərzində hüquq mühafizə fəaliyyətini məqsədyönlü həyata keçirməmiş, hüquq mühafizə əməkda şına xas şəxsi və işgüzar keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini səmərəli, ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, peşəkarlığının və intellektual səviyyəsinin artırılması üçün öz üzərində çalışmamış, xidmətin əsas meyarı kimi çalışqanlıq, intizamlılıq və təşəbbüskarlıq göstərməmiş, iş qrafikinə və xidmət rejiminə riayət etməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuşdur. Sabiq polis nəfəri x1 yol verdiyi intizam pozuntusu faktları aparılan xidməti təhqiqat və araşdırmalar za manı təsdiq olunmuşdur. Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinin TBin təhqiqatçısı, polis kapitanı x2 polis şöbəsinin rəisinə yazdığı raportda qeyd edilir: “...2018-ci il 24 oktyabr tarixdə ünvan 1-də yaşayan x3 Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək 2003-cü il xx.xx. təvəllüdlü x4 2018-ci il 23 oktyabr tarixdə saat 08 radələrində oxuduğu məktəbə getmək adı ilə evdən çıxdığını, bir daha evə qayıtmadığını bildirərək qızının tapılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı keçirilmiş axtarış tədbirləri nəticəsində x4 2018-ci il 24 oktyabr tarixdə şəhər polis şöbəsinin əməkdaşları tərəfindən şəhərin H.Əliyev prospektində saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Onun izahatı alınarkən, yaşadığı evdən çıxıb getməsinə səbəb anası x3 yüngül həyat tə rzi keçirməsini, qeyrilərinin və polis əməkdaşı x1 uzun müddətdir ki, onların yaşadığı ünvana gəlməsini və qeyri-rəsmi görüşmələrini göstərmişdir. Odur ki, azyaşlı x4 evdən qaçmasına səbəb göstərdiyi polis əməkdaşı x1 barəsində qanuni tədbir görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm.” 24 və 25 oktyabr tarixlərində Mingəçevir şəhər Polis Şöbəsinin rəisinin tapşırığı ilə ətraflı araşdırmalar aparılmış və ayrıayrı şəxslərin, o cümlədən x1, azyaşlı x4 (Mingəçevir şəhər 7 saylı orta məktəbin müəllimi x5 iştirakı ilə) və x3nın izahatları alınmışdır. Bundan sonra, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi tərəfindən, rəisin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı x6 raportda qeyd olunanları təcili araşdırıb məruzə etmək barədə göstəriş verilir. Polis polkovnik-leyte nantı x6 tərəfindən yuxarıda qeyd olunan raport əsasında xidməti yoxlama aparılmış və raportda yazılanların öz təsdiqini tapdığı sübut olunmaqla, əlavə olaraq müəyyən edilmişdir ki, x1 mütəmadi olaraq polis geyim formasında azyaşlı qızın yaşadığı ünvanda olması, idarə etdiyi xidməti avtomobillə x4nı şahmat məktəbinə və oxuduğu orta məktəbə aparması, yaşadıqları mənzildə olarkən x3 ilə onun azyaşlı övladının gözü qarşısında etik qaydalara zidd hərəkətlər etməsi, baş verənlərə etiraz etdiyi üçün x4nın özünə xəsarət yetirməsi barədə məlumatlı olduğu halda aidiyyəti üzrə xidmət etdiyi polis şöbəsinə məlumat verməməsi, həmçinin x3 azyaşlı qızının itkin düşməsi ilə əlaqədar polis şöbəsinə gələrək müraciət etməsinə müdaxilə edərək ərizə yazmasına mane olması müəyyən olunmuşdur. Bu əsasla da, poli s baş serjantı x1 barəsində intizam məsuliyyətinə cəlb edilməsinə dair Rəy verilmişdir. 2018-ci il 25 oktyabr tarixdə iddiaçının daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə əmr verilmişdir. Mingəçevir şəhər Prokurorluğunun 2019-cu il 23 yanvar tarixli qərarında qeyd olunub ki, istintaq zamanı şahid qismində ifadəsi alınmış x4 anasının Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşı x1 adlı polis əməkdaşı ilə münasibət qurduğunu və onun vaxtaşırı onların evinə gedib-gəldiyini təsdiq etmişdir. Həmçinin istintaqla sübut olunur ki, 2018-ci il 1 aprel tarixdən 2018-ci il 25 oktyabr tarixədək iddiaçı ilə mərhum x3 arasında 25 dəfə telefon danışığı olmuşdur. Bu danışıqlardan 6-sı 2018-ci il 23 oktyabr tarixdə, digər 6-sı isə 2018-ci il 24 oktyabr tarixdə olmuşdur. Məhkəmə yanlış olaraq gə ldiyi nəticəni “..cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər zəng və sms mətni və başqa halın aşkar edilməməsi” ilə əsaslandırmışdır. Belə ki, mübahisələndirilən əmrdən görünür ki, iddiaçı cinayət əməlini törətməkdə ittiham olunmayıb. Lakin iddiaçının barəsində DİN-nin Daxili Təhqiqatlar İdarəsinin, Mingəçevir şəhər Polis Şöbəsinin apardığı araşdırmalar və Mingəçevir şəhər Prokurorluğunun apardığı istintaq təsdiq edir ki, x1 hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məq sədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuşdur. Bunun nəticəsində Azərbaycan Respublikası “Daxili İşlər Orqanlarında Xidmət Keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndini rəhbər tutmaqla daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı prosessual hüquq normaları ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsindən və yükündən azad edilərək işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən öz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə etmişdir. Məhkəmə mübahisəyə baxarkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 14.1-ci maddəsinin tələblərinə əməl etməm işdir. Mübahisənin predmetini iddiaçının daxili işlər orqanlarında xidmətdən xaric edilməsinə yönələn cavabdeh inzibati orqan tərəfindən 2018-ci il 25 oktyabr tarixdə qəbul olunmuş Ə 121-158-18 nömrəli əmr təşkil edir. Sözügedən əmri verən inzibati orqan polis şöbəsi olmaq etibarı ilə iddiaçı “İntizam Nizamnaməsinin” və daxili işlər orqanlarında əməkdaşlarının etik davranış kodeksinin tələblərini kobud şəkildə pozmasına görə, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsaslanaraq xidmətdən xaric edilmişdir. Məhkəmə ilk növbədə yuxarıda adı çəkilən Nizamnamə və eləcə də Əsasnamənin xidmətdən xaric etmə ilə bağlı normalarının tətbiq olunma əsaslarının baş veribverməməsini yoxlayıb qiymət verməli olduğu halda, öz qəra rında tamamilə təsdiqini tapa bilməyən və sübutlarla əhatələnməyən mücərrəd ifadələr göstərmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, şikayətdə göstərilənlər mülahizə xarakterlidir və hüquqa əsaslanmır. Belə ki, Mingəçevir şəhər Prokurorluğunda aparılmış araşdırma zamanı iddiaçının mərhum S.Musayevanın evinə gedib-gəlməsi, onunla qeyri-rəsmi münasibət qurması, eləcə də Samirənin qızı x4nın özünə xəsarət yetirərkən iddiaçı tərəfindən xəstəxanaya aparılması və orada polis şöbəsinə məlumat verməyə maneçilik törədilməsi barədə məlumatlar yalnız an ası ilə qərəzli münasibət yaşayan azyaşlı x4nın ifadəsindən savayı digər sübutla təsdiq olunmur. Onun da ifadəsi heç də iş materialları ilə bütün hallarda təsdiq olunmur. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi x6 izahatında göstərir ki, x4 polis şöbəsində onun yanında bildirmişdir ki, o, özünə xəsarət yetirəndən sonra onu iddiaçı həkimə aparmış, həkim yaranı tikəndən sonra həkimə tapşırmışdır ki, polisə məlumat verməsin və x4 demişdir ki, uzunqol paltar geyin, özünə xəsarət yetirdiyini görməsinlər. Lakin x4 ilə iddiaçı arasında 2018-ci il 2 dekabr tarixdə keçirilən üzləşdirmə protokolundan görünür ki, x4 cavabdehin qeyd etdiklərini təsdiq etməyib, onu həkimə iddiaçının aparmadığını, onu anası və qohumlarının həkimə apardıqlarını göstərmişdir. Bu hallar onu deməyə əsas v erir ki, x4nın qeyri-səmimi olması, onun bildiklərinin həqiqətə uyğun olmaması reallığı mövcuddur. Ona görə də cavabdeh mübahisə predmeti olan əmri qəbul edərkən ətraflı araşdırma aparmalı, gəldiyi nəticəni əsaslı sübutlarla təsdiq etməli idi. İddiaçının “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinin tələblərini pozması, x3 ilə qeyri-rəsmi münasibətdə olması hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. İddiaçı və vəkili etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddət ində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəll ənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Bundan başqa, İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsaslılığına dair gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının Mingəçe vir Şəhər Polis Şöbəsinin növbətçi hissəsinin sürücü polis nəfəri vəzifəsində işləyən zaman Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin, İntizam Nizamnaməsinin tələblərini pozması iş materialları, tərəflərin izahatları və apellyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapmadı. Kollegiyaya görə, iddiaçı x1 Daxili İşlər Nazirliyi orqanlarında xidmətdən xaric edilməsi barədə Mingəçevir Şəhər Polis Şöbəsinin 2018-ci il 25 oktyabr tarixli, Ə121-158-18 nömrəli əmri qanunauyğun olmadığından qanunsuz inzibati aktdır... İnzibati orqan həmin əmrin qəbul edilməsini zəruri edən şərtlərin mövcudluğunu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun əsaslandıra bilməmişdir... Cavabdeh or qan yalnız x3nın uşağı – 2003-cü il xx.xx. təvəllüdlü x4 verdiyi izahat əsasında iddiaçının 3 il bundan əvvəl əməliyyat-istintaq qrupunda xidmətdə olarkən x3 tərəfindən daxil olmuş müraciəti əsasında onun yaşadığı ünvanda onunla tanış olması, sonuncunun mobil telefon nömrəsini alaraq sonradan onunla əlaqə yaratması, mütəmadi olaraq polis geyim formasında onların yaşadığı ünvana getməsi, idarə etdiyi xidməti avtomobillə x4nı orta məktəbə və şahmat məktəbinə aparması, x3 ilə azyaşlı övladının qarşısında etik qaydalara zidd hərəkətlər etməsi, baş verənlərə etiraz etdiyi üçün x4nın özünə xəsarət yetirməsi barədə məlumatlı olduğu halda aidiyyətı üzrə xidmət etdiyi polis şöbəsinə məlumat verməməsi, həmçinin x3 qızının itkin düşməsi ilə əlaqədar polis şöbəsinə gəlib ərizə yazmasına mane olması nə ticəsinə gəlmişdir... x3nın 2018-ci il 25 oktyabr tarixdə yaşadığı mənzildə özünü asaraq intihar etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanılmış cinayət işinin istintaqı zamanı x4ndan başqa dindirilmiş digər şahidlər, yəni mərhum x3nın qohumları x3 ilə iddiaçı arasında hər hansı qeyri-rəsmi münasibətin olmasından məlumatlı olmadığını bildirməklə, hadisənin istintaqı zamanı iddiaçı ilə sonuncunun qeyri-rəsmi münasibətdə olması ilə bağlı hər hansı mötəbər sübutlar aşkar edilməmişdir... Məhkəmə hesab etmişdir ki, iddiaçının yalnız x4 izahatı əsasında daxili işlər orqanlarından xidmətdən xaric edilməsi qanuni hesab edilə bilməz. Belə ki, istər təhqiqat materiallarından, istərsə də x3nın 2018-ci il 25 oktyabr tarixdə özünü asaraq öldürməsi faktı i lə əlaqədar başlanılmış ********* nömrəli cinayət işində saxlanılan şahidlərin dindirilməsi haqqında protokollar, üzləşdirmə haqqında protokollar və cinayət işi üzrə icraata xitam verilməsi haqqında Mingəçevir Şəhər Prokurorluğunun 2019-cu il 23 yanvar tarixli qərarından göründüyü kimi, x4 fərqli-fərqli izahatlar vermiş, təhqiqat zamanı verdiyi izahatını istintaq vaxtı inkar etmişdir... Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, mübahisələndirilən əmrə görə, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına zidd olaraq ailəli və himayəsində 3 azyaşlı övladının olmasına baxmayaraq vətəndaş x3 ilə tanış olaraq xidmətdə və xidmətdən kənar vaxtlarda qadın-kişi münasibətində riy akarlığa və pozğunluğa yol verdiyinə, öz xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xidməti məsələlərə müdaxilə etdiyinə, xidməti təhqiqat prosesində qeyrı-səmimilik göstərməklə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 2, 12, 14, 17 və 19-cu maddələrinin, İntizam Nizamnaməsinin 3.2, 3.7. 3.9-cu maddələrinin tələblərini pozduğuna görə şəhər polis şöbəsinin növbətçi hissənin sürücü polis nəfəri, polis baş serjantı x1 “AR DİO-da xidmət keçmək haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir (Mingəçevir Şəhər Polis Şöbəsinin 2018-ci il 25 oktyabr tarixli, Ə121-158-18 nömrəli əmri). Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi cinayət işi üzrə dindirilən və iddiaçı ilə üzləşdirilən x4 iddiaçı ilə üzləşmə zamanı yalnız “özünə xəsarət yetirəndən sonra onu x1 həkimə aparmış, həkim yaranı tikəndən sonra həkimə tapşırmışdır ki, polisə məlumat verməsin və ona demişdir ki, uzun qol paltar geyin özünə xəsarət yetirdiyini görməsinlər” söylədiyini inkar etmiş, digər hallar – iddiaçının onun mərhum anası ilə yaxın, qeyri-rəsmi əlaqədə olduğunu, onların mənzilinə gəlib-getdiyini, onu öz maşını ilə və xidməti maşınla məktəbə, habelə stadiona, şahmat məktəbinə aparıb-gətirdiyini təkrar təsdiq etmişdir. O, həmçinin təsdiq etmişdir ki, onun yanında iddiaçı polis şöbəsinin rəisinin suallarına cavab olaraq, əvvəlcə onu (Leylanı) tanımadığını, daha sonra qohumluq münasibətlərində olduqlarını, növbəti sualdan sonra, yalnız tanış olduqlarını, mərhum Samirənin telefon nömrəsinin onda olduğunu əvvəlcə i nkar etdiyini, sonra təsdiq etmək məcburiyyətində qaldığını, beləliklə də, özünü qeyri-səmimi apardığına görə işdən çıxarıldığını bildirmişdir (iş v. 81-84; həmçinin bax: iş v.43, 49/2). İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Normanın tələbi nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi cinayət işi üzrə istintaq orqanının qərarı (hətta şəxsin həmin hadisəyə aidiyyəti müəyyən olunduqda belə) inzibati mübahisəyə baxılarkən məhkəmə üçün məcburi deyil, həmin qərarda istinad edilən və hazırkı inzibati mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara dair (iddianın predmetinə aid olan) sübutlar inzibati məhkəmə icraatı çərçivəsində, həm də digər sübutlarla birgə bilavasitə yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı işdə də, bir halda ki, apellyasiya instansiyası məhkəməsi istintaq zamanı şahid qismində dindirilmiş (üzləşdirilmiş) x4 ifadəsindəki məlumatlara istinad edir (onları qiymətləndirir), iddiaçı barəsində aparılmış xidməti yoxlama materialları, istintaq materiallarında olan və iddiaçının barəsində qəbul edilmiş əmrin qanuniliyinin yoxlanılması üçün əhəmiyyət kəsb edən məlumatlar birlikdə yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mübahisələndirilən əmrin məzmunundan da göründüyü kimi, həmin məzmunda əmrin qəbul edilməsinin səbəbi kimi, təkcə iddiaçının mərhum S.Musayeva ilə qarşılıqlı münasibətləri (və həmin münasibətlə rin xarakteri) deyil, həm də xidməti yoxlama zamanı iddiaçının ona verilən suallara münasibətdə özünü qeyri-səmimi aparması da göstərilmişdir. Bundan başqa, mübahisəli əmrdə qeyd edilən İntizam Nizamnaməsinin 3,2, 3.7, 3.9cu maddələrinin tələblərinin pozulması ilə bağlı işin halları ümumiyyətlə araşdırma predmeti olmayıb. Cavabdehin apellyasiya şikayətində işin bu halı qeyd edilsə də, şikayətin həmin dəlilinə münasibət bildirilməyib. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və i ş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 avqust tarixli 2-1(107)-362/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar