Məhkəmə qərarları › İş №2-1(102)-3255/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3255/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3255/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: şəhid ailəsi statusunun bərpa olunması 17.12.2019 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin nümayəndəsi X3, vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə (bundan sonra cavabdeh) qarşı “şəhidlik statusu və həmin statusla bağlı halların bərpa edilməsi”tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1808/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə Nizami rayon Hərbi komissarına ünvanlanmış 28 sentyabr N-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi təsdiq edir ki, X8 6 sentyabr N-ci ildə Kürdəmir rayonunda hərbi vəzifəsini yerinə yetir ərkən həlak olmuşdur. Sonda Azərbaycan Respublikası Prezidentinin 8 fevral N-ci il tarixli, 563 nömrəli Fərmanına əsasən mərhumun ailəsinə sığorta verilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş 09.04.2018-ci il tarixli və 02.05.2018-ci il tarixli arayışlara əsasən iddiaçının əri, 1965-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən X5 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir. Cavabdeh tərəfindən verilmiş 28.06.2018-ci il tarixli arayışa əsasən iddiaçının əri, 1965-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N-ci ildə Kürdəmir ra yon bölgəsində həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən X8 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 05.12.2018-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı Rayon Hərbi Komissarlığı tərəfindən 18.05.N-ci il tarixdə hərbi xidmətə çağırılmış, 1965-ci il təvəllüdlü əsgər X8 N nömrəli hərbi hissə komandirinin 28.05.N-ci il tarixli 57 nömrəli əmri ilə kəşfiyyat bölüyünün şəxsi heyətinin sıralarına daxil edilmişdir. Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsi tərəfindən aparılan “Şəxsi heyətin qayıtmaz itkilərinin adlı siyahısında “həlak olub və yaxud itkin düşüb” qrafasında A.P.Həsənovun adı qar şısında 06.09.N-ci il tarixi yazılmış, lakin həlak olması və ya itkin düşməsi konkret olaraq göstərilməmişdir. Bundan əlavə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.09.N-ci il tarixli 484 nömrəli ölüm haqqında aktda da mərhum A.P.Həsənovun 06.09.N-ci il tarixdə onurğa beyninin əzilməsi nəticəsində vəfat etməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndinə görə şəhid- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Sonda həmin qaydaların 4.1-ci bəndinə əsasən mərhum A.P.Həsənova “şəhid” statusunun verilməsi, ləğv olunması və yenidən bərpa olunması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri daxilində olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin və cavabdehin iddiaçıya ünvanladığı 06.08.2018-ci il tarixli məktublardan aydın olur ki, toplanmış sənədlərə əsasən 1965-ci il təvəllüdlü X8 07.09.N-ci il tarixdə onurğa beyinin əzilməsi nəticəsində həlak olmuş (ölüm haqqında şəhadətnaməyə görə), Müdafiə Nazirliyinin 28.09.N-ci il tarixli məktubunda isə 06.09.N-ci ildə Kürdəmir rayonunda hərbi vəzifəsini yerinə yetirərkən həlak olması bildirilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.5-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Bu səbəblərdən X8 mövcud qanunvericiliyin tələblərinə əsasən “şəhid” hesab edilmədiyi ü çün Xətai rayon Dövlət Sosial Müdafiə Fonduna arayışın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya verilmiş 28 avqust 1996-cı il tarixli vəsiqəyə əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilmişdir. 484 nömrəli ölüm haqqında akt qeydinə əsasən 12 mart 1965-ci ildə Bakı şəhərində doğulmuş X8 “onurğa beyinin əzilməsi” səbəbindən ölmüşdür. 381141 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X8 6 sentyabr N-ci ildə “onurğa beyinin əzilməsi” səbəbi ilə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 7 sentyabr N-ci il tarixdə 484 nömrə ilə qeyd aparıl mışdır. İddiaçı 5 mart 2019-cu il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, onun mərhum əri X8 barəsində “Şəhid” statusunun və onunla bağlı halların bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının əri, 1965-ci il təvəllüdlü X8 N-ci ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. X1 rayon Hərbi komissarlığı tərəfindən 13 may N-ci il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə hərbi xidmət keçmiş, habelə hərbi hissə komandirinin N may N-ci il tarixli 57 saylı əmri ilə kəşfiyyat bölüyünün şəxsi heyətinin sıralarına daxil edilmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən idd iaçıya ünvanlanmış arayışda onun mərhum əri A.P.Həsənovun 7 sentyabr N-ci il tarixli 484 saylı ölüm haqqında akt qeydində 6 sentyabr N-ci il tarixində onurğa beyninin əzilməsi nəticəsində vəfat etməsi göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş 9 aprel 2018-ci il tarixli və 28 iyun 2018-ci il tarixli arayışlarda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən X8 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilmişdir. İddiaçı qeyd edir ki, cavabdehin 6 avqust 2018-ci il tarixli məktubunun 3-cü abzasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il 10 saylı Qərarının 1.2.5 yarımbəndinə əsaslanmış olsa da, Azərbaycan Res publikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş” hərbi qulluqçularin “Şəhid” hesab edildiyi qeyd edilmişdir. Həmçinin, həmin Qərarın 1.2.6-cı bəndinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. İddiaçı qeyd edir ki, əri A.P.Həsənov kəşfiyyat bölüyünün şəxsi heyətində xidmət etmişdir və onun ölümünə səbəb olan “onurğa beyinin əzilməsi” sə bəbi məhz hərbi vəzifəsi yerinə yetirilərkən baş vermişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(82)-1487/2019 saylı iş) 20 may 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki vəziyyətdə, hərbi qulluqçu X2 ölüm səbəbini və şəraitini dəqiqləşdirmək üçün onun xidmət etdiyi “N” hərbi hissənin kəşfiyyat bölüyünün komandanlığına, müvafiq araşdırmanın aparılması mümkün olmadığı təqdirdə, faktın müəyyən edilməsi üçün xüsusi iddia icraatı qaydasında ümumi məhkəməyə müraciət edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 4.1-ci bəndinə görə Şəhid və şəhi d ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X11məruzəçi, X6 və X7, 2-1(103)-1808/2019 saylı iş) 12 sentyabr 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təm in etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 24 sentyabr 2019-cu il tarixdə qərarın surətini almış, 26 sentyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaya apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxarkən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, real faktlar araşdırılmamış və əsassız sübutlara üstünlük verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara hüquqi qiymət verilməmiş və nəticədə maddi hüquq normalarının pozulması ilə nəticələnən qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsində qeyd olu nmuş əsaslı və mötəbər hallara düzgün hüquqi qiymət verilməməsi, sübutların hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyəti olan halların qətnamə çıxararkən nəzərə alınmaması, onlara hüquqi qiymət verilməməsi maddi hüquq pozuntusu kimi qəbul edilib qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşdə olan sənədlərə əsasən, iddiaçının əri A.P.Həsənov Bakı şəhəri Nizami rayon Hərbi Komissarlığı tərəfindən 13 may N-ci il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə hərbi xidmət keçmiş, habelə həmin hərbi hissə komandirinin N may N-ci il tarixli 57 saylı əmri ilə kəşfiyyat bölüyünün şəxsi heyəti nin sıralarına daxil edilmiş, 6 sentyabr Nci ildə Kürdəmir rayonunda hərbi vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Bundan sonra, Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 28 avqust 1996-cı il tarixdə iddiaçıya şəhid ailəsi kimi vəsiqə verilmiş, cavabdeh tərəfindən isə 9 aprel və 28 iyun 2018-ci il tarixlərdə iddiaçının şəhid ailəsi olmasına dair iki dəfə məktub verilmişdir. Lakin cavabdeh iddiaçıya ünvanladığı 6 avqust 2018-ci il tarixli məktubunda A.P.Həsənovun şəhid hesab edilmədiyi qeyd edilmişdir. Müdafiə Nazirliyinin Nizami rayon Hərbi Komissarlığa göndərdiyi 28 sentyabr N-ci il tarixli məktubu, 7 sentyabr N-ci il tarixli ölüm haqqında akt qeydində və həmin tarixdə tərtib edilmiş ölüm haqqında şəhadətnamədə A.P.Həsənovun 6 sentyabr N-ci ildə Kürdəmir rayonunda h ərbi vəzifəsini yerinə yetirərkən həlak olması, ölümün səbəbinin onurğa beyninin əzilməsi, ölümün yerinin Kürdəmir şəhəri olması qeyd edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən, şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən, şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar it kin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 1.2-ci bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Şəhid və şəhid ailəsi statusunun verilməsi Qaydaların 4-cü bəndində əksini tapmışdır. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən aray ışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Apellyasiya instansiyası məhkəməsinin araşdırması, həmçinin işdə olan sübutlarla iddiaçının mərhum ərinə münasibətdə Qaydaların 1.2-ci bəndində olan halların hər hansı biri, o cümlədən Qaydaların 1.2.6-cı bəndində nəzərdə tutulan şərtlərin (Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə; atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində; atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olması) mövcudluğu təsdiq edilmir. İddiaçının mərhum ərinin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında da sübuta yetməmişdir. Bəhs edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibat i-İqtisadi kollegiyasının 2-1(103)-1808/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar