Məhkəmə qərarları › İş №2-1(102)-3255/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3255/2025

04.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3255/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inşa edilmiş qeyri-yaşayış sahəsinin istismarına icazə sənədinin verilməsi və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı “Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyri-yaşayış sahəsinin istismarına icazə sə nədinin verilməsi və inşa edilmiş qeyri-yaşayış binasının mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 09 iyul tarixli, 21(105)-334/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağa mülkiyyət hüququna dair” JN-340, KOD 30307018 Dövlət Aktından görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə 1,15 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün X9 və onun ailə üzvləri X1, X7, X8, X10 verilmişdir. 2. 09 sentyabr 2006-cı il tarixli, AN seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğısatqı müqaviləsi”ndən görünür ki, satıcılar X1, Şəlalə, Xədicə, X18 rayonu, Amsar kəndində yerləşən 9200,36 kv.m torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdirlər.

3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 23 sentyabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid, əkin məqsədli istifadə növünə aid olan 0,920036 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

4. Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Az ərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının (bundan sonra – Fərman) 1.1.2-ci yarımbəndinin icrası məqsədilə tərtib edilmiş qeyri-yaşayış binasının dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlara dair yerquruluşu planından görünür ki, qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,0040 ha-dır, həmin torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir və torpaq sahəsi ümumi istifadədə yerləşmir. Həmçinin qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətə alınmasına və ya icarəyə götürülməsi zəruriyyəti yoxdur, həmin tikilinin təyin olunmuş ünvanı Quba rayonu Amsar kəndidir.

5. Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinin 07 iyun 2024-cü il tarixli, 5-61/2-V-36-131/2024 nömrəli məktubunda bild irilir ki, sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və gələcəkdə həmin ərazidə bu kimi obyektlərin inşası və infrastrukturun qurulması nəzərdə tutulmamışdır. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023cü il tarixli, 2181 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpa q sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir. Qeyd olunanlara əsasən Quba rayonu, Amsar kəndində yerləşən tikiliyə istismara icazə sənədinin verilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin və inşa edilmiş qeyri-yaşayış binasının mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollaması öhdəliyinin cavabdehin üzərinə qoyulması ba rədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonun Amsar kəndində yerləşən 0,920036 ha kənd təssərüfat təyinatlı torpaq sahəsi üzərində onun tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmişdir. Həmin torpaq sahəsi tam mülkiyyət hüquqi ilə ona məxsusdur, yəni onun xüsusi mülkiyyətindədir. Bildirilir ki, Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaratmışdır. Quba rayonun Amsar kəndində inşa etdiyi qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismarına icazə verilməsi üçün mövcud qaydalara əsasən tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında 14 iyun 2023-cü il tarixli Fərmanından və qanunvericilikdən irəli gələn tələblərə uyğun olaraq müvafiq qurumlar tərəfindən yoxlamalar aparıldıqdan sonra tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin istismarına icazə verilmiş və həmin qeyri-yaşayış sahəsi istismara qəbul edilməsi üçün müvafiq sənədlərlə birlikdə aidiyyəti üzrə Quba Rayon İcra Hakimiyyətinə göndəri lmişdir. Lakin Quba Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli, 5-61Q-V-36-131/2024 nömrəli məktubda Quba rayonu, Amsar kəndində inşa edildiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin mümkün olmadığı bildirilmişdir və mümkünsüzlüyün səbəbi qeyri-yaşayış binasının kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilməsi bildirilmişdir. Lakin qeyd edilir ki, bütün aidiyyəti qurumların müsbət rəy verməsinə baxmayaraq, Quba Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməməsi qanunsuz və əsassızdır. Quba Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməməsi iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qe yri-yaşayış binalarının inşasına əlverişli şəraitin yaradılmasının qarşısının alınmasıdır. Quba Rayon İcra Hakimiyyəti tərəfindən istismara icazə sənədinin verilməməsi onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Mülkiyyətində olan Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin Quba Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə müraciət edir.

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və gələcəkdə həmin ərazidə bu kimi obyektlərin inşası və infrastrukturun qurulması nəzərdə tutulmamışdır. Belə ki, kənd təsərrüfatı tə yinatlı torpaqlarda tikilmiş bu kimi tikililərə o halda icazə sənədi verilə bilər ki, gələcəkdə həmin ərazilərdə yaşayış məntəqələrinin salınması və buna uyğun infrastrukturun qurulması nəzərdə tutulmuş olsun. Lakin iddiaçının tikinti işi apardığı sahə ilə əlaqədar hər-hansı dəyişiklik nəzərdə tutulmamış və həmin ərazinin mövcud təyinatına uyğun formada istifadə edilməsi məqsədəmüvafıq hesab edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim K.Ə.Həbibova) 2024-cü il 13 dekabr tarixli, 2-1(118)-5018/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında mövcud olan iddiaçının adına verilmiş torpaq sahəsinə dair çıxarışdan və torpaq sahəsinin əvvəlki sahiblərinə verilmiş Dövlət Aktından müəyyən edilir ki, həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmışdır. Cavabdeh orqan diskresion səlahiyyətlərindən düzgün istifadə etmiş, iddiaçının müraciətinin icrasından imtina etmişdir. Hazırda torpaq sahəsinin ərazi aidiyyət üzrə aid olan yerli icra hakimiyyəti Quba Rayon İcra Hakimiyyəti olduğundan, digər müvafiq orqanlar tərəfindən tikintinin istismarına icazə verilsə də, cavabdeh orqanın, torpaq sahəsinin təyinatını, qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişiklikləri nəzərə alaraq, icazə verilməsi də mütləqdir.

11. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir.. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçının apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Bundan başqa iddiaçı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin rəyi və yerquruluşu planı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-X2 Hüquqi Şəxs ilə bağlanmış müqavilə və rəyi, Fövqəladə Hallar Nazirliyi X3 Görülməsi və X5 Agentliyinin rəyi, Fövqəladə Hallar Nazirliyi X12 Xidmətinin rəyi, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəyi, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə bağlanmış Müqavilə və Akt, "Azərsu” X6 rəyi, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti nin Rəyi, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış Müqavilə ve Texniki Şərti, "Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinin rəyi, Qeyri-yaşayış sahəsinin Memarlıq Layihəsini əlavə etmişdir (iş vərəqi 101-129).

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (Z.İ.Məmmədov /məruzəçi və sədrlik edən/, V.M.Hacıyev və T.B.Axundov) 2025-ci il 09 iyul tarixli, 2-1(105)334/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2024-cü il 13 dekabr tarixli, e-2-1(118)-5018/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli məktubdan görünür ki, torpaq sahəsi inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilmişdir, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Torpaq sahəsinin daxilində tikili mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirirlər ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.8409 ha təşkil edir. Sözügedən torpaq sahəsi (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı kateqoriyalı olub uqodiyası çoxillik əkmə kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. İddiaçı Vəkilo v Müşviq İsa oğluna məxsus **********47 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi çıxarışda 0,920036 ha göstərilsə də baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasya sistemində (TEKUİS) 0.77 ha olaraq öz əksini tapmışdır. Qeyd edirlər ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin 0.07 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-807 nömrəli Dövlət Aktına əsasən X4 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən qonşu torpaq sahələri baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı kateqoriya olub uqodiyası çoxillik əkmə kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdır. Torpaq sah əsinin qonşuluğunda yerləşən JN-17A və JN-807 nömrəli Dövlət Aktlarına əsasən torpaq sahələrinə dair xəritə materialları üzərində çıxarış mövcud deyildir.

15. Buna görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində mübahisəli 0,920036 ha torpaq sahəsinin həqiqətən də cavabdehin bildirdiyi kimi kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Torpaq Məcəlləsinin normalarının tələblərindən göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla, yalnız xüsusi məqsədlər üçün istifadə edilən torpaq sahələridir. Həmçinin, qanunvericilikdə bu məqsədlər üçün əsaslı tikililərin in şasına icazə verilsə də, bu tikililərin inşa edilə biləcəyi torpaqların ümumi sahəsinin aşağı həddi dəqiq təsbit edilmişdir. Belə ki, bu tikililər sahəsi ən az 5 hektar olan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Hazırkı işin hallarından isə göründüyü kimi iddiaçının iddia etdiyi qeyri-yaşayış obyekti cəmi 0,920036 ha hektar torpaq sahəsində yerləşməklə, qanunvericiliklə tikililərin inşasına icazə verilən 5 hektardan əhəmiyyətli dərəcədə azdır. Bununla da müəyyən edilir ki, hazırkı iş üzrə 0,920036 ha hektar torpaq sahəsində qeyri-yaşayış obyektinin inşası qanunvericiliklə qadağan edilmişdir.

16. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmana əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyriyaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir. Bu baxımdan, cavabdehin imtinasının bu dəlili qanuni və əsaslı olmuşdur.

17. Eyni zamanda kollegiya onu qeyd edir ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri də baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı kateqoriya olub uqodiyasının çoxillik əkmə kimi qeyd edilib, hər hansı t ikilinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Həmçinin, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin 0.07 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-807 nömrəli Dövlət Aktına əsasən X4 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edilən hal da özlüyündə iddia tələbinin əsaslılığını müəyyən etməyə imkan vermir.

18. Göründüyü kimi, qeyd edilən torpaq sahəsində qeyri-yaşayış sahəsinin (sahibkarlıq məqsədilə) tikilməsi qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı qeyri-yaşayış sahəsinin istismarına icazənin verilməsi və dövlət reyestrindən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollanmasını tələb etmişdir.

19. İddiaçı qərar dan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını mahiyyətcə onun apellyasiya şikayətində irəli sürdüyü dəlillər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanı.

1. Müəyyən edilsin ki: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəal iyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyriyaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı m əsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı: 1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olar aq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının (infrastruktur obyektinin) istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;[7] 2.5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edə n sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür; 3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;

4. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aşağıdakıları təmin etsinlər: 4.1. istismara icazə ve rildiyi gündən 3 (üç) iş günü müddətində həmin icazənin və qeyri-yaşayış binasının (infrastruktur obyektinin) layihəsinin elektron nüsxəsinin Xidmətə və bu Fərmanın 6-cı hissəsinin birinci abzasında nəzərdə tutulan qurumlara göndərilməsini;[11] 4.2. istismarına icazə verilmiş qeyri-yaşayış binalarının (infrastruktur obyektlərinin) siyahısının rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 (üç) iş günü müddətində bu barədə məlumatı həmin siyahıya daxil edərək onun mütəmadi yenilənməsini;[12] 4.3. Nazirliyin və Xidmətin sorğusu əsasında qeyri-yaşayış binalarının (infrastruktur obyektlərinin) müayinəsi və yerləşdiyi torpaq sahəsinin müəyyən olunması ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 (üç) iş günü müddətində elektr on formada təqdim olunmasını.

23. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gö stərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçlərinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. Hazırkı iş üzrə iddia tələbi qeyri-yaşayış sahəsinin istismarına icazənin verilməsi və dövlət reyestrindən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqa nına yollanması öhdəliyinin qoyulmasından ibarət olmuşdur.

28. İşin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,920036 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alğı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış, həmin torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, iddiaçı özünə məxsus həmin torpaq sahəsində qeyri-yaşayış sahəsi tikmişdir.

29. Aşağı instansiya məhkəmələri iddianı rədd edərkən cavabdehin imtinasını qanuni hesab etmişlər. Həmin imtina isə “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının 1.8-ci bəndinə istinad edilərək onunla əsaslandırmışdır ki, Fərmanın 1.8-ci bəndində q eyd edilir ki, şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir.

30. Lakin Kollegiya bildirir ki, iş materiallarında olan, Fərmanın 1.1.2-ci yarımbəndinin icrası məqsədilə tərtib edilmiş qeyri-yaşayış binasının dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlara da ir yerquruluşu planından təsbit edildiyi kimi, qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,0040 ha-dır, həmin torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir və torpaq sahəsi ümumi istifadədə yerləşmir. Həmçinin qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətə alınmasına və ya icarəyə götürülməsi zəruriyyəti yoxdur, həmin tikilinin təyin olunmuş ünvanı Quba rayonu Amsar kəndidir.

31. Göründüyü kimi, istismarına icazə tələb olunan tikinti obyektinin yerləşdiyi, onun tikinti sahəsini təşkil edən torpaq sahəsi Fərmanın 1.8-ci bəndində nəzərdə tutulan rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşmir və həmin bənddə müəyyənləşdiri lmiş qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilməsi tələblərinin məhz mübahisəli tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı tətbiq edilməsi əsassız və qanunsuzdur.

32. Apellyasiya instansiya məhkəməsinin “...bu tikililər sahəsi ən az 5 hektar olan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər” mövqeyi ilə razılaşmayan Kollegiya vurğulayır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101ci, 102-ci və 103-cü maddələrində, habe lə həmin Məcəllənin icrasından irəli gələrək qəbul edilmiş digər normativ hüquqi aktlarla tikinti işləri başa çatdıqdan sonra tikinti obyektinin istismarına icazənin verilməsi üçün tələblər və belə icazənin verilməsi qaydası müəyyən olunmuşdur. Bu qayda və tələblər tikinti obyektinin yaradılmasının, yenidən qurulmasının bilavasitə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun həyata keçirildiyi hallarda, yəni tikinti niyətinin həyata keçirilməsi üçün tikintiyə icazə icraatı, yaxud məlumatlandırma icraatı, tikinti işləri zamanı tikintiyə nəzarət kimi ardıcıllıqlara riayət olunmaqla həyata keçirildiyi hallarda tikinti obyektinin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü t əsdiq edilməsinə yönəlmişdir.

33. Lakin bununla belə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun 10-1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) – müvafiq Fərmana əsasən Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi hallarda və qaydada tikintisi Məcəllənin tələblərinə uyğun aparılmamış, 2023-cü il iyunun 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə verilməsi də nəzərdə tutulmuşdur və göründüyü kimi fərqli yaradılması halları olan tikinti obyektlərinin istismarına icazə veril məsinə yönəlmişdir.

34. Kollegiya xüsusi olaraq qeyd edir ki, Fərmanla mübahisəli tikinti obyektinin istismara icazə verilməsi üçün riayət edilməli tələblər dairəsi dəqiq müəyyən olunmuşdur və onların sırasında apellyasiya instansiya məhkəməsinin istinad etdiyi tələblər nəzərdə tutulmadığından həmin tələblərin hazırkı iş üzrə tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı tətbiqi əsassızdır.

35. Beləliklə, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman Kollegiyanın hazırkı mövqeyi nəzərə alınmaqla yenidən ətraflı araşdırma aparılmalıdır.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

37. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olduğundan iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 09 iyul tarixli, 2-1(105)-334/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar