Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3256/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: şəhid ailəsinin üzvünün vəfati ilə bağlı imtiyazlı mənzil növbəsinin saxlanılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X9, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı “mənzil növbəsinin adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1729/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə Nikahın bağlanması haqqında şəhadətnaməyə görə X4 (iddiaçının anası) X7 (iddiaçının atası) ilə 28.03.1989-cu il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qax rayon bölməsinin iddiaçıya verdiyi 07.09.2017-ci il tarixli arayışına və ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının atası X7 17.04.1994-cü il tarixdə Qarab ağ müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə güllə yarasından həlak olmuşdur. 14.08.1995-ci il tarixdə verilmiş vəsiqəyə əsasən N.Davudovanın “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ olmuşdur. Ölüm haqqında şəhadətnaməyə əsasən N.Davudova 15.06.2017-ci il tarixdə vəfat etmişdir. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 497 nömrəli 12.04.2018-ci il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri S.Bəhlulzadə küçəsində yerləşən yataqxanada qeydiyyatdadır və yaşayır. Cavabdehin 24.08.2009-cu il tarixli 214 nömrəli “vətəndaş X2 şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə rayon icra hakimiyyətində mənzil növbəsi barədə” sərəncamından çıxarışa görə, d aimi pasport qeydiyyatı 7 ildən yuxarı olduğu və mənzildə hər ailə üzvünə düşən yaşayış sahəsi 6 kv.m-dən az olduğu üçün, vətəndaş N.Davudova 3 nəfər ailə tərkibi ilə (özü, qızı və oğlu) yaşayış yeri üzrə İcra Hakimiyyətində şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüş, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. İddiaçının qardaşı A.O.Məmmədovun cavabdehə ünvanlanmış ərizəsinə əsasən onun güzəştli ev növbəsinin bacısı olan iddiaçının adına keçirilməsinə etirazı yoxdur. Bakı şəhəri 44 saylı notariat ofisinin verdiyi 19.03.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X2 vərəsəsi - qızı İddiaçı (iddiaçı) Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi a/yat, ev 39 mənzil 110 olan - miras əmlakdan 1 /1 hissədə pay almalıdır. Cavabdehin iddiaçıya ünvanlanmış 27.08.2018-ci il tarixli məktubuna əsasən, “Şəhid adının əbədiləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, iddiaçının mərhum anası N.Davudova şəhid ailəsi kimi Binəqədi RİH-də mənzil növbəsində olmuşdur, lakin onun vəfatından sonra mənzil növbəsinin iddiaçının adına keçirilməsi qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə əsasən mümkün deyil. İddiaçı 12 noyabr 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 24.08.2009-cu il tarixdə verilmiş 214 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi, iddiaçı da daxil olmaqla, 3 nəfər ailə üzvü ilə güzəştli şərtlər əsasında mənzil növbəsində dayanmış X4 15.07.2017 -ci il tarixində vəfat etdiyi üçün, həmin mənzil növbəsini onunla birlikdə mənzil növbəsində dayanan iddiaçının adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının atası X7 17.04.1994-cü il tarixdə Qarabağ müharibəsi zamanı Ağdam rayon istiqamətində gedən döyüşdə şəhid olmuşdur. 18.02.1999-cu il tarixdə iddiaçının anası X3 şəhid ailəsi statusu haqqında vəsiqə verilmişdir. 2007-ci il tarixdə şəhid ailəsi olduğu üçün ona və qardaşı Anara dövlət tərəfindən təqaüd verilmişdir. Bundan başqa ev şəraitinin yaxşılaşdırılması üçün iddiaçının anası ailə üzvləri olan iddiaçı və qardaşı Anar Məmmədov göstərilməklə 24.08.2009-cu il tarixdə şəhid ailəsi kimi cavabdehin 214 nömrəli sərəncamı ilə mənzil növbəsinə götü rülmüşdür. İddiaçının anası N.Davudova 15.06.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı hesab edir ki, bu günə qədər mənzillə təmin olunmadığı üçün anası ilə birlikdə dayandığı mənzil növbəsi vəfat etmiş anasının adından qızının adına keçirilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(81)-455/2019 saylı iş) 19 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin 24 avqust 2009-cu il tarixdə verilmiş 214 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi iddiaçı da daxil olmaqla 3 ailə üzvü ilə güzəştli şərtlər əsasında mənzil növbəsində dayanmış X4 15.07.2017-ci il tarixində vəfat etdiyi üçün, həmin mənzil növbəsinin onunla birlikdə mənzil növbəsində dayanan qızı iddiaçının adına keçirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçı 18 yaşına çatana qədər şəhid ailəsi kimi mənzillə təmin edilməli olduğu halda ondan asılı olmayan səbəbdən mənzillə təmin edilmədiyi üçün onun şəhid ailəsi kimi mənzillə təmin edilməsi hüququ hal-hazırda da qalmaqda davam edir və məhz bu səbəbdən də o iddia tələbində haqlıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5məruzəçi, X6 və X10, 2-1(103)-1729/2019 saylı iş) 15 avqust 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 6 sentyabr 2019-cu il tarixdə qərarın surətini almış, 15 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın l əğv olunması, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qərar qəbul edərkən Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətləri sadalamış, lakin belə bir nəticəyə gəlmişdir ki, iddiaçı mərhum anası X4 ilə birlikdə 24 avqust 2009-cu il tarixdə cavabdehin 214 saylı sərəncamına əsasən şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüşdür. İddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur və 24.08.2009-cu ildə mənzil növbəsində ailə üzvü kimi götürüləndə onun 20 yaşı olmuşdur (2009-1989=20). İddiaçı artıq şəhid ailəsi statusunu itirmişdir. Qanunvericiliyin tələbinə əsasən şəhid ailəsi statusu 18 yaşına çatmamış uşaqlara şamil edilir. İddiaçı həddibuluğa çatması ilə əlaqədar bu statusdan yararlana bilmir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçının mərhum anası X2 24 avqust 2009-cu il tarixdə cavabdehin 214 saylı sərəncamına əsasən şəhid ailəsi kimi mənzil növbəsinə götürüldüyünü, N.Davudovanın 2017-ci ildə vəfat etməsi ilə əlaqədar mənzil növbəsinə xitam verildiyi, qüvvədə olan Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması nəzərdə tutulması, güzəştli mənzil uçotu onun ailə üzvlərinin adına keçirilməsi yalnız Mənzil Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulduğu halda 55.3-cü maddəsinin tələbinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində u çota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılması və qanunvericilikdə digər kateqoriyadan olan şəxslərin mənzil növbələrinin addan-ada keçməsinin nəzərdə tutulmadığı bildirilmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə göndərərək məhkəmə iclasında çıxış etmək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. İddiaçı öz hesabına vəkil tutmaq üçün kifayət qədər vəsaiti olmaması barədə sübut təqdim etmədiyindən ərizəsi təmin olunmamışdır. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştir ak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümk ünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin halları ondan ibarətdir ki, iddiaçı xx xxxxxxxx 1989-cu ildə anadan olmuşdur, atası O.Məmmədov 17 aprel 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyüQarabağ döyüşlərində şəhid olmuşdur, bu zaman iddiaçının 5 yaşı olmuşdur. Cavabdehin 24.08.2009-cu il tarixli 214 saylı sərəncamına əsasən iddiaçının anası Nərminə Davudova şəhid ailəsi kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş, anası ilə bərabər iddiaçı və qardaşı da mənzil növbəsində ailə üzvləri kimi göstərilmişdir. Nərminə Davudova 15 iyun 2017-ci il tarixdə vəfat etmiş, iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alm ış, qardaşı mənzil növbəsinin iddiaçının adına keçirilməsinə etiraz etməməsinə dair notarial qaydada ərizə vermiş, lakin N.Davudovanın vəfatından sonra iddiaçı və qardaşı 18 yaşdan yuxarı olması əsası ilə cavabdeh tərəfindən şəhid ailələri üçün nəzərdə tutulan mənzil növbəsinə xitam vermişdir. Cavabdeh iddiaçının anasının güzəştli mənzil növbəsinə xitam verilməsini iddiaçı və qardaşının şəhid ailəsi statusuna malik olmamaları və N.Davudovanın vəfatı ilə əlaqədar Mənzil Məcəlləsinin 55.1.7 və 55.3-cü maddələri ilə əsaslandırmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericilikl ə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar (4-cü maddə). Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ail ələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər (5-ci maddə). İddiaçının atası 1994-cü ildə şəhid olan vaxt iddiaçı 18 yaşına çatmadığından, o, şəhid ailəsi statusuna malik olmuşdur. İddiaçının anası şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə durarkən iddiaçı və qardaşı da ailə üzvü kimi siyahıya daxil edilmişdir. İddiaçının anası güzəştli mənzil növbəsində olsa da, sağlığında bu hüquqdan istifadə edə bilməmişdir. İddiaçının anası vəfat edən zaman iddiaçının yaşı 18-dən yuxarı olduğundan o, qanunda nəzərdə tutulan şəhid ailəsi statusunda olmamışdır. Lakin iddiaçı şəhid ailəsi sayılan N. Davudovanın ailə üzvüdür və atasının şəhid olması mübahisə doğurmur. Beləliklə, iddiaçının atasının Vətən uğrunda şəhid olması, onun anası ilə birlikdə güzəştli şərtlərlə mənzil növbəsində olması cavabdehin dəlillərinin əsaslı olmadığını təsdiq edir. İddiaçının anası güzəştli əsaslarla mənzil növbəsinə cavabdehin 24 avqust 2009-cu il tarixli sərəncamı ilə götürülmüşdür. Həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 34-cü maddəsinin ikinci bəndində qeyd edilmişdir ki, uçotda olan vətəndaş öldükdə...mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür... Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsində qeyd edilir ki, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaş vəfat etdikdə vətəndaşlar yaşa yış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Qanunverici birmənalı olaraq hər bir halda vətəndaşın vəfat etməsi ilə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmasını nəzərdə tutmamışdır. Məsələn Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Göründüyü kimi, qanunverici mənzil növbəsində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, mənzil uçotunun onun ailə üzvləri üçün saxlanılmasını nəzərdə tutmuşdur. Hazırkı işdə iddiaçı da şəhid ailəsinin üzvüdür, müharibə əlillərinə münasibətdə, qanunvericilik şəhid ailələrinə nisbətən üstü n güzəştlər nəzərdə tutmuşdur. Bu səbəbdən iddiaçının anasının vəfatı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması üçün əsas ola bilməz. Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyini dəstəkləyərək təkrarlayır ki, Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşlarımız mərdlik göstərərək canlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışlar. Onların əziz xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilmişdir, edilir və ediləcəkdir. Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarını ödəmək, şəhid olanları n ailə üzvlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin ərazi bütövlüyünün müdafiəsinə qalxan şəxs Vətən uğrunda həlak olacağı halda, Dövlətin və müvafiq qurumlarının onun ailəsinin yaşayış yeri və sair minimum ehtiyaclarını ödəyəcəyinə əmin olduğu üçün bu zirvəyə yüksəlir. Bəhs edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İşə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1729/2018 saylı, 15 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3256/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3256/2019
17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver