Məhkəmə qərarları › İş №2-1(102)-3259/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3259/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3259/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz:ailə başçısını itirməyə görə əmək pensiyasının təyini Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Zaur Abasov iştirakı ilə, İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 10 mart 2017-ci il ta rixdə qəbul edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklər edilməsi barədə Qanunun ona tətbiq edilməsi, ailə başçısını itirməyə görə ona verilən əmək pensiyasının 01.07.2017-ci il tarixindən yenidən hesablanması və bu günə qədər ödənilməmiş fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1952/2019 saylı iş üzrə 05.09.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 06 noyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 xx.xx.1954-cü il tarixdə Abşeron rayonunun Baxşılı kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fo ndu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı 10 mart 2017-ci il tarixdə qəbul edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklər edilməsi barədə Qanunun ona tətbiq edilməsi, ailə başçısını itirməyə görə ona verilən əmək pensiyasının 01.07.2017-ci il tarixindən yenidən hesablanması və bu günə qədər ödənilməmiş fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum yoldaşı X3 uzun illər Azərbaycan Respublikası DİN-nin müxtəlif idarələrində müxtəlif vəzifələrdə işləmişdir. Eyni zamanda, mərhum əri Qarabağda aparılan döyüşlərdə iştirak etmiş və o, müharibə iştirakçısı olmuşdur. Pensiyaya çıxmayaşı çatdıqda o, pensiyaya çıxmış və uzun illər pensiya almışdır. 04.09.2006-cı il tarixdə həyat yoldaşı X3 baş vermiş avtonəqliyyat qəzasında aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Ona 01.12.2012-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həmin vaxt qüvvədə olan 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin 35 faizi miqdarındaailə başçısınıitirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxtdan ailə başçısını itirdiyinə görə ona 213 manat məbləğində pensiya verilməyə başlanmışdır. Bu yaxınlarda ona mə lum olmuşdur ki, 10 mart 2017-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə dəyişiklər edilməsi barədə Qanun qəbul edilmiş və həmin Qanunun 1.76-cı maddəsinə əsasən, 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilməsi qərara alınmışdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun 2017-ci il iyulun 1-dən qüvvəyə minməsi qeyd olunmuşdur. 10 mart 2017ci il “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə dəyişiklər edilməsi barədə Qanunun qəbul edilməsinə və bu Qanunun 01 iyuldan qanuni qüvvəsini almasının göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu Qanunun müddəaları ona tətbiq edilməmişdir. Qanunun müddəalarının ona tətbiq edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən bu Qanuna edilmiş dəyişiklərin ona tətbiq edilməsindən imtina edilmişdir. Belə ki, DSMF-nin XŞTİ tərəfindən ona 26.02.2019-cu il tarixli **********6 saylı məktub verilmiş və həmin məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş 10 mart. 2017ci il tarixli dəyişikliyə uyğun olaraq, hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. Onun pensiya hüququnun qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 01 iyul 2017-ci il tarixdən əvvəl yarandığından sözügedən dəyişi kliyin ona münasibətdə tətbiq edilməsi mümkün hesab edilmir. Cavabdeh 10 mart 2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə dəyişiklər edilməsi barədə Qanunun 1.76-cı maddəsini ona tətbiq etməməklə, onun Konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Bunun nəticəsində isə 01 iyul 2017-ci ildən ona ödənilməsi nəzərdə tutulan vəsait ödənilməmişdir. Məhz bu səbəbdən də adıçəkilən Qanunun müddəaları ona şamil edilməklə bu günə qədər ödənilməmiş məbləğlər də ödənilməlidir. Birinci instansiya məhkəməsinin 23 aprel 2019-cu il tarixli qərardadına əsasən ilk cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsiilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin 29.05.2019-cu il tarixli iş № 2-1(81)-1872/2019, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29.05.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 05.09.2019-cu il tarixli iş № 2-1(103)-1952/2019 (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Valeh Ağayev) qərarı ilə birinci instansiya məhkəməsinin 29.05.2019-cu il tarixli qərarının dəyişdirilmədən sa xlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 01.12.2012-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Məlum olduğu kimi, ƏPQ-yə 10 mart 2017-ci il tarixli dəyişikliyə əsasən ailə başçısını itirməyə görə Qanunun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ Qanunun adı çəkilən maddəsinin qüvvəyə mindiyi tarixdən əvvəl yarandığından, iddiaçıya həmin dövrdə qüvvədə olmuş Qanunun 20.17.2-ci maddəsi ilə ailə başçısını itirməyə görə düzgün olaraq əmək pensiyası təyin edilmişdi. Məhz, adı çəkilən dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvəyə mindiyindən iddiaçıya tətbiq edilə bilməz. Bildirilir ki, hərbi qulluqçuların ailə başçısını itirməyə görə pensiya təminatı həmin Qanunun 20.17.1 və 20.17.2-ci maddələri ilə tənzimlənir, hesablanır və ödənilir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli, 21(103)-1952/2019 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Z.Abasov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 05.09.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiy ası məhkəməsinin 05.09.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılm Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiya məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya 01.12.2012-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Məlum olduğu kimi, ƏPQ-yə 10 mart 2017-ci il tarixli dəyişikliyə əsasən ailə başçısını itirməyə görə Qanunun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ Qanunun adı çəkilən maddəsinin qüvvəyə mindiyi tarixdən əvvəl yarandığından, iddiaçıya həmin dövrdə qüvvədə olmuş Qanunun 20.17.2-ci maddəsi ilə ailə başçısını itirməyə görə düzgün olaraq əmək pensiyası təyin edilmişdi. Məhz, adı çəkilən dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvəyə mindiyindən iddiaçıya tətbiq edilə bilməz. Bildirilir ki, hərbi qulluqçuların ailə başçısını itirməyə görə pensiya təminatı həmin Qanunun 20.17.1 və 20.17.2-ci maddələri ilə tənzimlənir, hesablanır və ödənilir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, 01.07.2017-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində iddiaçının pensiyası ərinin təminat xərcliyinin 80 faizinə çatdırılmış, bununla da hüquqi vəziyyəti yaxşılaşdırılmışdır. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Qanunda dəyişikliklər edilməsi barədə 10.03.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla 20.17.2-ci maddəsinə «miqdarı ilə» sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözlər i əlavə edilmişdir 76-cı bənd) və göstərilən dəyişikliyə əsasən, vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirliən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. Göründüyü kimi, hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə təyin ediləcək ailə başçısını itirməyə görə pensiya məbləğinin təminat xərcliyinin 80 faizindən az olmamaqla təyin edilməli olmasına dair qanunvericiliyin tələbini ifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun hazırda qüvvədə olan 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən ed ilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasıhesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisə ilə əlaqədar haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya 01.07.2017-ci il tarixdən ailə başçısını itirməyə görə ərinin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin (35 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 05.09.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.09.2019-cu il tarixli 2-1(10 3)1952/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar