Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3259/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,13 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və fərdi yaşayış evinə dair onun adına çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. MH seriyalı, ******* saylı, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 1608004369 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.13 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Çıxarışda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, məqsədli istifadə növü əkin kimi qeyd edilmişdir.
2. İddiaçı tərəfindən memarlıq planlaşdırma bölməsi, 0.13 ha torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evinin tikintisi barədə Abşeron rayon İcra hakimiyyətinə məlumatlandırma ərizəsi və poçt qəbzinin surəti məhkəməyə təqdim edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və fərdi yaşayış evinə dair onun adına çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
4. Cavabdeh ##.##.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq olduğu, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,13 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və fərdi yaşayış evinə dair onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2008-ci il tarixli, Seriya MH N ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,13 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mülkiyyətində olan həmin torpaq sahəsində öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evi tikdirmiş və uzun müddətdir ki, həmin evdə fasiləsiz, etirazsız mülkiyyətçi hüququ ilə yaşayır. Həmin fərdi yaşayış evinə dair torpaq vergisini, əmlak vergisini, eləcə də sərf edilən kommunal xidmətlərə görə - işıq, qaz, su, zibil daşınması üçün və internet xidmətinə görə xidmət haqlarını aidiyyəti dövlət orqanlarına və digər qurumlara vaxtlıvaxtında ödəyir. ## #### 2024-cü il tarixdə cavabdehə müraciət edərək, torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, cavabdehin ## ###### 2024-cü il tarixli, *- **-*-**/*-K-****/** saylı imtina məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı (örüş) təyinatlı torpaqlara aid olması aşkar edilmişdir, bundan başqa sənəd üzrə torpaq sahəsi ilə faktiki arasında fərq olduğu müəyyən edilmişdir. Cavabdeh orqanın imtinası əsassız hesab edilməli və hüququnun həyata keçirilməsində olan maneələr məhkəmə qaydasında aradan qaldırılmalıdır.
7. Cavabdehin iddiaya dair yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
8. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin ##.##.2025-ci il tarixli *-**- *-**/*-***/**** saylı məktubu ilə torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. - Təqdim edilmiş sənədlərdən X5 adına ##.##.2012-ci ildə, X3 adına ##.##.2016cı ildə aparılmış qeydiyyatlarda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı göstərilmişdir. - X2 adına aparılmış ##.##.2017-ci il tarixli qeydiyyatda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı göstərilsə də, ##.##.2023 və ##.##.2023-cü illərdə aparılmış qeydiyyatda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları qeyd edilmişdir.
9. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin ##.##.2025-ci il tarixli *-**-*- **/*-****/**** saylı məktubunda qeyd edilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırılmışdır. Dürüstləşmə işlərindən sonra (Necas elektron məlumat bazasına əsasən) vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsi ilə ************ reyestr nömrəli sənədin dürüstləşmə işlərindən sonrakı vəziyyəti ilə uyğunluq təşkil edir. Mülkiyyətçi tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədinə düzəliş olunmamışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim A.Axundova) ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,13 ha torpaq sahəsində (daşınmaz əmlakın dövlət reyestr nömrəsi ************) inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və fərdi yaşayış evinə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsinə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər T.Axundov – məruzəçi, H.Babayeva və V.Hacıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki: - Cavabdehin apelyasiya şikayətinin dəlilləri 3 hissədən ibarətdir: sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq vardır; torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğunun müəyyən edilir; daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************ nömrəli çıxarışa əsasən, 0.13 ha torpaq sahəsi iddiaçı İddiaçı mülkiyyətinə ##.##.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında keçmişdir, müvafiq torpaq sahəsi əvvəlki mülkiyyətçi X7 Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş Dövlət Aktına əsasən məxsus olmuşdur. Cavabdehin iddiasına görə, sözügedən fərdi yaşayış evi yaşayış təyinatlı tikinti üçün nəzərdə tutulmamış torpaq sahəsində və müvafiq tikinti icazəsi olmadan inşa edilmişdir. - Cavabdehin apellyasiya şikayətinin birinci əsasına münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Dürüstləşmə işlərindən sonra (Necas elektron məlumat bazasına əsasən) vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsi ilə ************ reyestr nömrəli sənədin dürüstləşmə işlərindən sonrakı vəziyyəti ilə uyğunluq təşkil edir. Göründüyü kimi qeyd edilən əsas cavabdeh inzibati orqan tərəfindən aradan qaldırımışdır. Ona görə də apellyasiya şikayətinin birinci dəlili əsassızdır. - Apellyasiya instansiyası məhkəməsi ikinci dəlilə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin ##.##.2025-ci il tarixli *-**-*-**/****/**** saylı məktubu ilə torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsinə bitişik olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair cavabdeh tərəfindən 308013110333 və 308013110333-***** reyestr nömrəli çıxarışlar verilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin ətrafında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin təyinatı “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən qonşu torpaq və həmin torpaq sahələri üzərində olan fərdi yaşayış evlərinin sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur (torpaq sahəsinə çıxarış verildiyi halda). - Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin üçüncü dəlilinə münasibətdə qeyd etmişdir ki, yuxarıda sadalanan hallar əslində sonuncu dəlilin də əsassız olduğunu göstərir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı İddiaçı mülkiyyətində olan 0.13 ha torpaq sahəsi üzrə hüquqlar qanunvericiliyə uyğun şəkildə hüquqmüəyyənedici sənəd olan dövlət aktına əsaslanaraq rəsmiləşdirilmiş və həmin torpaq sahəsinə dair çıxarış birbaşa cavabdeh orqan tərəfindən verildiyi halda, eyni orqanın sonradan həmin torpaq sahəsinin hansı qaydada özgəninkiləşdirilməsi, satılan zaman təyinatının nə olması və s. sual altına alınması (üçüncü dəlildə göstərilən bütün hallar) hüquqi baxımdan həm məntiqsiz və əsassız, həm də öz qəbul etdiyi qərarını inkar etməklə “etimadın qorunması” və “hüquqi müəyyənlik” prinsiplərinə zidd bir davranış kimi qiymətləndirilməlidir. Belə ki, əgər həmin torpaq sahəsinə müvafiq çıxarış verilən zaman qeyd edilən hallar inzibati orqan tərəfindən mübahisələndirilməmişdirsə, indi yenidən mübahisələndirilməsi cavabdehin dəlillərinin əsassız olmaqla formal olduğunu göstərir. O da nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər qüvvədədir və preyudisial əhəmiyyətə malikdir. Həmin sənədlərin mötəbərliyi işin araşdırılan hallarına uyğun olaraq məhkəmə üçün şübhə doğurmur.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri cavabdehin imtina məktubunun və iddia tələbinə dair yazılı etirazının dəlilləri ilə eynilik təşkil edir.
17. Kassator əlavə olaraq göstərmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0.13 ha torpaq sahəsi ##.##.2008-ci il tarixli, 4Ə/03-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 adından özgəninkiləşdirilmişdir. X7 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-**** nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən mülkiyyətində olmuş 0.26 ha torpaq sahəsinin 0.13 ha hissəsini iddiaçının adına özgəninkiləşdirilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-**** nömrəli Dövlət Aktının verilməsinə əsas olmuş X1 İslahat Komissiyası tərəfindən ayrılmış kənd təsərrüfatı təyinatlı pay torpaqlarına dair verilmişdir. Beləliklə, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin və qeyd olunan tikilinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin fərdi yaşayış evi üzərində hüququn qeydiyyatı aparıla bilməz.
18. Kassasiya şikayətində Torpaq Məcəlləsinin 13-cü maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 9.1-ci maddələrinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 1, 6 və 7-ci maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat;[38] ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.[14]
4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 13-1. Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər
1. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur. ...
3. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün inşa edilmiş tikililər, işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililər, tikintisinə icazə tələb olunan suvarma infrastrukturu və istixanalar üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. ...
9. Bu maddənin 1-ci hissəsinə uyğun olaraq inşasına yol verilən tikinti obyektlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilmir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, kassasiya şikayəti təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.
26. İşin hallarından göründüyü kimi iddiaçı iddia ərizəsində MH seriyalı, ******* saylı, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 1608004369 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.13 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir.
27. Hazırda əsas mübahisə predmeti torpaq sahəsinin kateqoriyası ilə bağlıdır. Belə ki, istər cavabdehin imtina məktubunda, istər iddiaya dair etirazında, istər apellyasiya şikayətində, istərsə də, kassasiya şikayətində əsas dəlil kimi iddiaçıya məxsus torpaq sahəsinin kənd təsərrüfatı kateqoriyasına aid olması göstərilmişdir.
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından göründüyü kimi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-**** nömrəli Dövlət Aktına əsasən X7 xüsusi mülkiyyətində olmuş 0.26 ha torpaq sahəsinin 0.13 ha hissəsi ##.##.2008-ci il tarixli, 4Ə/03-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına özgəninkiləşdirilmişdir. Hazırkı iş üzrə mübahisələndirilən fərdi yaşayış evi qeyd edilən 0.13 ha torpaq sahəsinin üzərində yerləşir. İstər X7 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-**** nömrəli Dövlət Aktında, istərsə də, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ##.##.2008-ci il tarixli qeydiyyatda həmin torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində olan, üzərində hazırkı iş üzrə mübahisələndirilən fərdi yaşayış evinin inşa edildiyi Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.13 ha torpaq sahəsinin kateqoriyası ilkin torpaqayırma sənədlərindən halhazıradək
29. kənd təsərrüfatı təyinatlıdır.
30. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
31. Həmin Məcəllənin 13-1-ci maddəsinin 1-ci hissəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda olan tikililərlə bağlı ilkin şərtlər göstərilmişdir (kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər).
32. Həmin Məcəllənin 13-1-ci maddəsinin 9-cu hissəsinə əsasən bu maddənin 1ci hissəsinə uyğun olaraq inşasına yol verilən tikinti obyektlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilmir.
33. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyasının qanunvericiliyin tələblərinə uyğun şəkildə dəyişdirildiyi müəyyən edilmir. Belə olan təqdirdə, Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri baxımından iddiaçının kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməsi torpaq qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.
34. Belə olan halda, iddiaçı iddia tələbinin əsası kimi təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Buna görə də, cavabdehin imtinası həmin Qanunun 15-ci maddəsinin tələbləri baxımından əsaslı olmuşdur.
35. Bundan başqa, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə həmin ərazidə yerləşən qonşu torpaq və həmin torpaq sahələri üzərində olan fərdi yaşayış evlərinin sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur (torpaq sahəsinə çıxarış verildiyi halda).
36. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sorğu edilmiş, cavabdehin ##.##.2025-ci il tarixli *-**-*-**/*-***/**** saylı məktubu ilə iddiaçının torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən X5 adına ##.##.2012-ci ildə, X3 adına ##.##.2016cı ildə aparılmış qeydiyyatlarda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı göstərilmişdir. X2 adına aparılmış ##.##.2017-ci il tarixli qeydiyyatda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı göstərilsə də, ##.##.2023 və ##.##.2023-cü illərdə aparılmış qeydiyyatda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları qeyd edilmişdir.
37. Göründüyü kimi iddiaçının qonşuluğunda yerləşən üç şəxsin mülkiyyətində olan torpaq sahələrinə dair sənədlər təqdim edilmiş, onlardan ikisi eynilə iddiaçıda olduğu kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Sadəcə X2 adına olan torpaq sahəsinə dair 2023-cü ildə aparılmış qeydiyyatlarda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir. Lakin həmin torpaq sahəsinə dair həmin şəxsin adına ##.##.2017-ci il tarixdə aparılmış qeydiyyatda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı kimi göstərilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi inzibati orqanın praktikasına və bərabərlik hüququna istinad etsə də, iddiaçının torpaq sahəsinin qonşuluğunda yerləşən bir neçə torpaq sahəsinin deyil, sadəcə bir torpaq sahəsinin kateqoriyasının “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilməsini nəzərə almamış, bununla belə həmin torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı” kateqoriyasından “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsinin qanuni olub-olmamasını yoxlamamışdır.
39. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli *** qərarında qeyd edilir ki, “İnzibati icraat haqqında” qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
40. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bərabərlik və etimadın qorunması prinsiplərinə istinad edilməsi düzgün olmamışdır. Belə ki, iddiaçının digər vətəndaşlardan fərqli rəftara məruz qalması, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi, habelə iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinin yaşayış məntəqələri kateqoriyasına aid edilməsi ilə bağlı cavabdehin ardıcıl və qanuni davranışa etimadın olması, bu etimadla bağlı inzibati orqanın davranışının proqnozlaşdırılmasının mümkün olması hazırkı işin materialları ilə öz təsdiqini tapmamışdır.
41. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,13 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və fərdi yaşayış evinə dair onun adına çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,13 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və fərdi yaşayış evinə dair onun adına çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.