Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-326/2019 09.01.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-326/2019 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsi və vəkili Vəkilkassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etm işdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, iddia tələbini dəqiqləşdirərək, onun xxxx 1975-ci ildən xxxx 1983-cü ilə qədər X3 X1 İnstitutunda Yanğın partlayış və sənaye tullantılarının atmosferə atılmasına qarşı mübarizə laboratoriyasında laborant, xxxx 1983-cü ildən xxxx 1985-ci ilədək həmin laboratoriyada baş laborant, xxxx 1985-ci ildən xxxx 1986-cı ilədək Fiziki-kimyəvi tədqiqatlar laboratoriyasında baş laborant, xxxx 1986cı ilən xxxx 1988-ci ilədək mühəndis və xxxx 1989-cu ildən xxxx 1990-cı ilədək mühəndis vəzifəsində işlədiyi dövrlərin güzəştli iş stajına daxil edilməklə 52 yaşının tamam olduğu xxxx 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa i görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respubl ikasının Əmək ra Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1550/2018 saylı iş üzrə xxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xxxx 1975-ci ildən xxxx 1983-cü ilə qədər X3 X1 İnstitutunda Yanğın partlayış və sənaye tullantılarının atmosferə atımasına qarşı mübarizə laboratoriyasında laborant, xxxx 1983-cü ildən xxxx 1985-ci ilədək həmin laboratoriyada baş laborant, xxxx 1985-ci ildən xxxx 1986-cı ilədək Fiziki-kimyəvi tədqiqatlar laboratoriyasında baş laborant, xxxx 1986cı ilən xxxx 1988-ci ilədək mühəndis və xxxx 1989-cu ildən xxxx 1990-cı ilədək mühəndis vəzifəsində işlədiyi dövrlərin gü zəştli iş stajına daxil edilməklə 52 yaşının tamam olduğu xxxx 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulmuşdur (hakim Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2097/2018 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınakassas iya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyi üçün mümkün hesab edilməməli, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə xxxx 2018-ci il tarixdə sifarişli poçt vasitəsilə təqdim edilmiş, xxxx 2018-ci il tarixdə həmin qərardan kassasiya şikayəti vermə müddəti b itsə də, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti xxxx 2018-ci il tarixdə poçta təhvil verilmiş, ötürülmüş müddətin bərpası barədə isə sonuncu tərəfindən ərizə verilməmiş, bununla da qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir aylıq prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hal larda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2 və 96.3-cı maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayəti mümkün hesab edilməsin. Kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-326/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-326/2019
09.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver