Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-326/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; operativ vergi nəzarəti; nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh xxxnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 06 sentyabr 2023-cü il tarixli, 2-1(104)-584/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli, **********5842 nömrəli qərarı ilə iddiaçı cəmiyyətə məxsus obyektdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələlər üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi q ərara alınmışdır. Operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixli, KY221815203 nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmışdır.
2. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, DVX 013019 seriya və nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akta əsasən vergi ödəyicisinə məxsus obyektə xx.xx.2022-ci tarixdə saat 15:48də müştəri tərəfindən alınmış 1 ədəd “maus” üçün ödənilmiş 13 manat nağd pul vəsaitinin müqabilində müştəriyə nəzarət-kassa aparatının çekinin təqdim olunmadığı aşkar edilmişdir.
3. Cavabdehin tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında xx.xx.2022-ci il tarixli, **********7273 nömrəli qərara əsa sən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmaların aparılması qaydalarını pozmasına görə 1.000 (bir min) manat məbləğində cərimə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 30 noyabr 2022-ci il tarixli, **********7273 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mağazada müştəri olmamasına baxmayaraq vergi idarəsinin əməkdaşları akt tərtib etmişlər və onun əsasında onun barəsində vergi məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilmişdir.İddia ərizəsində həmçinin qeyd edilmişdir ki, vergi orqanının əməkdaşları yoxlama aparan zaman onun əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasını, yəni pul vəsaitlərinin kassaya vurulmaması heç bir sübutla sübuta yetirilməmiş, yalnız özləri tərəfindən tərtib edilmiş akta istinad edərək qərar qəbul etmişlər.
6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus obyektdə xx.xx.2022-ci il tarixdə saat 15:48-də müştəri tərəfindən alınmış 1 ədəd “maus” üçün ödənilmiş 13 manat nağd pul vəsaitinin müqabilində müştəriyə nəzarət-kassa aparatının çekinin təqdim olunmadığı aşkar edilmişdir. Uçotdan yayındırılmış 13 manat ödəniş məbləği nəzarət-kassa aparatında bərpa edilmiş və nəzarət-kassa aparatı çeki operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib olunmuş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı 013019 nömrəli xx.xx.2022-ci il tarixli Akta əlavə edilmişdir. Həmçinin nəzarət tədbiri həyata keçirilərkən cəmiyyətin rəhbəri Nümayəndə1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq cəmiyyətə məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi və nəticədə aşkar olunmuş pozuntular barədə məlumat verilmiş, yoxlama tədbirində iştirak etməyinin vacibliyi onun nəzərinə çatdırılmışdır. Lakin Cəmiyyətin rəhbəri nəzarət tədbirində iştirak etməyəcəyini və tərtib olunmuş aktları imzalamayacağını bildirmişdir. Bununla bağlı xx.xx.20 22-ci il tarixdə vergi ödəyicisinin əmək müqaviləsi əsasında işçisi olan X1 iştirakı ilə akt tərtib edilmiş, lakin sonuncu aktı imzalamaq səlahiyyəti olmadığından V.Abbaszadə tərəfindən imzalanması təmin edilməmişdir. İddiaçı ərizəsində inzibati orqana şikayət ərizəsi ilə müraciət etdiyini, lakin inzibati orqanın onun müraciətinə baxılması barədə cavabında sadəcə Vergi Məcəlləsinin maddələrinin açıqlanmasının qeyd olunduğu, hansı araşdırılmanın aparılması, qaydası və nəticələri barədə məlumatın verilmədiyini, vergi orqanı əməkdaşlarının obyektə daxil olaraq “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarını təqdim etmədən qanunsuz yoxlama apardığını, yoxlayıcıların özlərinin mağazada müştəri olmamasına baxmayaraq kassa aparatını qanunsuz əldə edərək kassa aparatına müdaxilə etdiklərini, yoxlama zamanı 2 aktın tərtib olunduğunu, lakin ancaq Seriya DVX 013019 nömrəli akta əsaslanaraq cəmiyyətin Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı 1000 manat cərimə edildiyini, digər akt üzrə, yəni seriya DVX 007962 nömrəli aktla bağlı hər hansı bir məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmədiyini, onun inzibati orqana şikayətindən sonra həmin halın araşdırıldığını və ona vergi orqanı işçilərinin səhvə yol verərək qanundan gələn tələbləri pozduğunun bildirildiyini, mübahisələndirdiyi qərar qəbul edilərkən həmin məsələyə toxunulmadığını, cəmiyyətin qanun çərçivəsində fəaliyyət göstərdiyini, vergi işçilərinin qanunsuz hərəkətləri ilə bağlı mağazanın video görüntülərinin mövcud olunduğunu və təqdim olunacağını qeyd edir. İş materiallarında olan və iddiaçı tərəfindən mübahisələndirilən qərar 30 noyabr tarixində qəbul olunmuşdur. İddiaçının qeyd etdiyi müraciəti isə qərar qəbul olunmadığı tarixdə, yəni xx.xx.2022-ci il tarixdə mübahisələndirilən inzibati akt mövcud olmamışdır. İddiaçının vergi orqanı əməkdaşlarının obyektə daxil olaraq “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarını təqdim etmədən qanunsuz yoxlama aparması, yoxlayıcıların özlərinin mağazada müştəri olmamasına baxmayaraq kassa aparatını qanunsuz əldə edərək kassa aparatına müdaxilə etmələri barədə dəlilinə münasibətdə bildirilərkən qeyd edilir ki, işin faktiki halları ilə bağlı yuxarıda qeyd olunanlardan da göründüyü kimi operativ vergi nəzarəti zamanı cəmiyyətin rəhbəri obyektdə olmamışdır. Buna görə də qeyd olunan məsələyə onun şahidlik etm əsi mümkün olmamaqla yanaşı, işin faktiki hallarına da uyğun gəlmir. Vergi nəzarəti mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə həyata keçirilmiş, nəzarət tədbirində cəmiyyətin iştirakının təmin edilməsi məqsədi ilə onunla əlaqə saxlanılmış, lakin o iştirak etməkdən imtina etmişdir. İddiaçının yoxlama zamanı 2 aktın tərtib olunması, lakin ancaq Seriya DVX 013019 nömrəli akta əsaslanaraq cəmiyyətin Vergi Məcəlləsinin 58.7.1ci maddəsinin tələblərinin pozulması ilə bağlı 1000 manat cərimə edilməsi, digər akt üzrə, yəni seriya DVX 007962 nömrəli aktla bağlı hər hansı bir məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilməməsi, onun inzibati orqana şikayətindən sonra həmin halın araşdırılması və ona vergi orqanı işçilərinin səhvə yol verərək qanundan gələn tələbləri pozduğunun bildirilməsi, mübahisələndirdiyi qərar qəbul edilərkən həmin məsələyə toxunulmaması barədə dəlilinə münasibətdə bildirilərkən qeyd edilir ki, yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üzrə keçirilmiş operativ vergi nəzarəti zamanı bir istiqamət üzrə hər hansı nöqsan aşkar olunmamış, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçi olmamış və bu barədə də xx.xx.2022-ci il tarixli DVX seriyalı 007962 nömrəli aktda qeydlər aparılmışdır. Bu səbəbdən də qeyd olunan aktla bağlı hər hansı qərar qəbul olunma mışdır. Həmçinin, vergi orqanı tərəfindən iddiaçıya onun ərizəsində qeyd etdiyi məzmunda hər hansı cavab göndərilməmiş, iddiaçı guya vergi orqanı tərəfindən işçilərin səhvə yol verərək qanundan irəli gələn tələbləri pozması məzmununda cavab verdiyini qeyd etməklə məhkəmədə yanlış fikir yaratmağa cəhd etmişdir. İddiaçı video görüntülərin olduğunu bildirsə də, həmin video görüntülərin məzmunu barədə hər hansı qeyd aparmamış və məhkəməyə təqdim etməmişdir. İddiaçı 31,03.2022-ci il və xx.xx.2022-ci il tarixlərində 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsini dövriyyə göstəriciləri olmadan vergi orqanına təqdim etmişdir. İddiaçının iddiasının böyük ehtimalla uğurlu hesab olunması üçün əsaslar işin faktiki və hüquqi hallarında mövcud deyildir. İddia tələbinin maliyyə sanksiyası ilə bağlı verg i orqanının iddiaçının hesabına sərəncam qoyulması ilə bağlı hesabından tutulmuş pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının hesabına geri qaytarılması hissəsi mümkünlük şərtlərinə cavab vermir. İnzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu baxımdan iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
7. Gəncə İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(114)-1230/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilərək cavabdehin xx.xx.2022-ci il tarixli, **********7273 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə mə suliyyətə cəlb edilməsi” haqqında qərarı ləğv olunmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********7273 nömrəli qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə iddiaçıya əsassız maliyyə sanksiyaları tətbiq edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 sentyabr 2023-cü il tarixli, 2-1(104)-584/2023 nömrəli qərarı ilə (hakimlər A.İsgəndərova - sədrlik edən və məruzəçi, R.Mamedov və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd edilmişdir ki, operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, DVX 013019 seriya və nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktda kassa əməliyyat çekinin təqdim olunmadığı güman edilən müştərinin məlumatları əks olunmamış, konkret hansı müştəriyə hansı məbləğdə xidmət göstərildiyi qeyd edilməmişdir. Həmçinin xidmət göstərilən şəxsdən izahat alınması və akta onun imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, beləliklə vergi orqanının gəldiyi nəticə aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş video görüntülərə baxış zama nı da müəyyən olunur ki, akt tərtib olunan tarixdə saat 15:52-də inzibati orqanın işçisi mağazaya daxil olan zaman orada hər hansı bir alıcı olmamış, kassa aparatına müstəqil baxış keçirmiş və məlumatları daxil etmişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisələndirilən inzibati aktın-qərarın cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmamışdır. Qüvvədə olan vergi qanunvericiliyi birmənalı şəkildə qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
12. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün, “İnzibati icraat haqqında” Qanunun 11.1, 24.1, 24.2, 67.1, 67.2, 67.3-cü maddələrinə, Vergi Məcəlləsinin 3.11, 11, 15.1.3, 24.0.2, 41.1, 53.3-cü maddələrinə istinad etmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi işin hallarını hərtərəfli araşdırmayaraq yalnız işin formal tərəfi olan hansı müştəriyə xidmət göstərilməsinin qeyd olunmama sını əsas gətirmişdir. Lakin vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş aktda göstərilmiş hallara istinad etməmişdir. Vergi hüquq pozuntusunun baş vermiş olduğu halda bu cür formalizmə məhkəmələrin əsaslanması inzibati orqan olan vergi orqanlarının vergi hüquq pozuntuları ilə mübarizəsini də qeyrieffektiv olması ilə nəticələnir. Gəncə Apellyasiya Məhkəməsi birinci instansiyası məhkəməsinin qərarında göstərdiyi formal halları təkrarlamaqla inkvizisiya prinsipini pozmuşdur. Kassator apellyasiya məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 58.7, 70.3, 94.0.2-ci, İnzibati Prosessual Məcəlləsinin 12.1, 58.7-ci maddələrinin tələblərinin pozulmasını qeyd edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.
17. Vergi Məcəlləsi Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi … 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-materia l ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldır ılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəl cədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.... 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı;... Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydaların ın pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminal ların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində...
18. İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işd ə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3 -cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “Azərbaycan Respublikası Vergi Məcəlləsini n 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassa siya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vac ib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam v ə hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7273 nömrəli qərarın ləğvinə yönəlmişdir.
29. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər sırasına kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın həyata keçirilməsi şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.
30. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərarın qəbulu üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları müəyyən etməyə borcludur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsa sən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktının, eləcə də vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
31. İşin faktiki hallarına əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli, **********5842 nömrəli qərarına əsasən iddiaçı cəmiyyətdə nağd pul hesablaşmalarının aparılması qaydalarına ri ayət olunması məsələsi üzrə tarixdə operativ vergi nəzarəti keçirilmiş və operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, DVX 013019 seriya və nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktda vergi ödəyicisinə məxsus obyektə xx.xx.2022-ci tarixdə saat 15:48-də müştəri tərəfindən alınmış 1 ədəd “maus” üçün ödənilmiş 13 manat nağd pul vəsaitinin müqabilində müştəriyə nəzarət-kassa aparatının çekinin təqdim olunmadığı qeyd edilmişdir.
32. Lakin iş materiallarında olan video görüntülərə baxış zamanı apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, akt tərtib olunan tarixdə saat 15:52-də inzibati orqanın işçisi mağazaya daxil olan zaman orada hər hanı bir alıcı olmamış, kassa aparatına müstəqil baxış ke çirmiş və məlumatları daxil etmişdir.
33. Bununla bağlı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi orqanının əməkdaşları vergi ödəyicisinə münasibətdə Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə davranmamışdır. Belə ki, vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş aktda kassa əməliyyat çekinin təqdim olunmadığı güman edilən müştərinin məlumatları əks olunmamış, konkret hansı müştəriyə hansı məbləğdə xidmət göstərildiyi qeyd edilməmişdir. Həmçinin xidmət göstərilən şəxsdən izahat alınması və akta onun imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, beləliklə vergi orqanının gəldiyi nəticə aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir.
34. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunan s übutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, vergi orqanının aktında qeyd olunan halların sübuta yetirilməməsi aktın mötəbərliliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 16-19-cu bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələb lərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 sentyabr 2023-cü il tarixli, 2-1(104)-584/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.