Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-326/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ATSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi; kameral vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 yanvar 2024-cü il tarix li **********539100 saylı qərarının ləğv edilməsi və 1790,77 manat məbləğində əlavə vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 21(105)-656/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi ödəyicisi 2021-ci ildə kassa metodundan istifadə etmiş, 2022-ci ildə isə uçot metodunu dəyişərək hesablama metodundan istifadə etmişdir. 2. 11 yanvar 2024-cü il tarixli **********539100 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə iddiaçıya 2022-ci ilin mənfəət vergisi üzrə 1790,77 manat vergi borcu hes ablanmışdır. Əsas: vergi ödəyicisi tərəfindən uçot metodu dəyişmiş, (2021-ci ildə kassa metodu və 2022-ci ildə hesablama metodu) 2021-ci ilin hesabat dövrünün sonuna sair debitor borcları (vergilər üzrə) 1.4.2- ci sətirdə 57841,06 manat və sair kreditor borcları 2.2.1.5-ci sətirdə 2408,27 manat əks etdirilmiş və fərq kimi 55432,79 manat olmasına baxmayaraq, vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri üzrə 216cı sətrində gəlir məbləği göstərilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 11 yanvar 2024-cü il tarixli ******** **539100 saylı qərarının ləğv edilməsi və 1790,77 manat məbləğində əlavə vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ATSC 21 sentyabr 1998-ci ildə Sumqayıt Santexniki hissələr zavodunun bazasında yaradılmışdır. 14 oktyabr 1998-ci ildə X1 adı keçən səhmdar cəmiyyətinə sədr təyin olunmuş, elə həmin vaxtdan keçmiş zavodun debitor və kreditor məbləğlərin araşdırılmasına başlamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ”Əcəmi” və “İğlim” kiçik müəssisələri tərəfindən veriləcək 57841,06 AZN debitor borc məbləğləri saxtadır. Bu müəssisələr zavoda verilən kreditin yuyulması üçün yaradılmışdır və tezliklə də ləğv olunmuşdur. Ləğv olunmasına baxmayaraq bu məbləğ müə ssisənin debitor borcundan silinməmişdir. Borcu olan müəssisələrin VÖEN-i bağlanmamalı olmasına baxmayaraq, o vaxt həmin müəssisələrin VÖEN-ləri bağlanmışdır. Ümidsiz borc olan 57841,06 AZN məbləğin silinməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2023 il tarixli məktubla imtina etmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarədə vergi ödeyicisi kimi qeydiyyatda olan "xxxx" Açıq tipli Səhmdar Cəmiyyətinə (VÖEN: **********) 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 1790,77 manat vergi məbləği hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən uçot metodu dəyişmiş, (2021-ci ildə kassa metodu və 2022-ci ildə hesablama metodu) 2021-ci ilin hesabat dövrünün sonuna sair debitor borcları (vergilər üzrə) 1.4.2- ci sətirdə 57841,06 manat və sair kreditor borcları 2.2.1.5-ci sətirdə 2408,27 manat əks etdirilmiş və fərq kimi 55432,79 manat olmasına baxmayaraq, vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri üzrə 216-cı sətrində gəlir məbləği göstərilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kənarlaşma üzrə mikrosahibkarlıq meyarıda nəzərə alınmaqla 55432,79*20%/4=2771,64 manat vergidən yayınma riski yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********801200 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə əlavə 2698,76 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********729100 nömrəli AVİS-dən kənar kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Vergi ödəyicisinə debitor borclar üzrə qarşı tərəflərlə tərtib edilmiş debitor-kreditorlar üzrə üzləşmə aktları, bağlanılmış müqavilələr, təhviltəslim aktları və zəruri hesab edilən digər təsdiqedici sənədlərin təqdim edilməsi üçün xx.xx.2023-cü il tarixli **********010100 nömrəli və xx.xx.2023-cü il tarixli **********278100 nömrəli məktublar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən hər hansı təsdiqedici sənədlərin təqdim edilməməsi səbəbindən vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********075200 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən yenidən xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Yenidən araşdırılma zamanı uçot metodunun dəyişildiyi müəyyən edilmiş, (2021-ci ildə kassa metodu və 2022-ci ildə hesablama metodu) 2021 -ci ilin hesabat dövrünün sonuna sair debitor borcları (vergilər üzrə) 1.4.2-ci sətirdə 57841,06 manat və Sair kreditor borcları 2.2.1.5-ci sətirdə 2408,27 manat əks etdi rilmiş və fərq kimi 55432,79 manat olmasına baxmayaraq, vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri üzrə 216-cı sətrində gəlir məbləği göstərilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kənarlaşma üzrə mikrosahibkarlıq meyarıda nəzərə alınmaqla 55432,79*5%=2771,64 manat vergidən yayınma riski yaranmışdır. 18159,86 manat debitor borc nəzərə alınmış və 907,99 manat vergi məbləği azaldılmışdır. Nəticədə vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********539100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tar ixli, 2-1(118)-1394/2024 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, iddiaçı "xxxx" ATSC barəsində cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 11 yanvar 2024-cü il tarixli **********539100 saylı qərar ləğv edilmiş və 1790,77 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hazırki mübahisə üzrə vergi orqanı Vergi Məcəlləsinin 130.4-cü maddəsini (Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər) belə şərh etmişdir ki, iddiaçı il ərzində vergi uçot metodunu dəyişdirə bilməz. Halbuki, həmin maddədə iddiaçının vergi uçot meto dunun dəyişdirilə bilməməsi deyil, il ərzində fərqli metodlardan istifadə imkanı istisna edilmişdir. İddiaçı müəssisə 2021-ci ildə kassa metodunu tətbiq etmişdir. 2022-ci ildə isə hesablama metodunu tətbiq etmiş lakin dərhal dəqiqləşdirilmi bəyannamə təqdim etdikdə cavabdeh bu dəyişikliyi qəbul etməkdən imtina etmiş və nəticədə iddiaçıya əlavə vergi borcun hesablamışdır. Vergi orqanı həmin bəyannaməni kameral qaydada yoxlayarkən, artıq 2022-ci il üzrə iddiaçının bank hesabına mədaxil və bank hesabından məxaric olunan vəsaitləri görmək imkanına malik idi. Buna baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan məsələlər araşdırılmadan, mübahisələndirilən qərarla iddiaçıya mənfəət vergisi hesablanmış, bununla da“İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbləri pozulmaqla qərar qəbul edilmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(105)-656/2024 nömrəli qərarı ilə (hakimlər G.Cabbarova - sədrlik edən və məruzəçi, H.Babayeva və İ.Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən həmin məlumatları inzibati icraat çərçivəsində yoxlam aq imkanı olduğu halda, bu istiqamətdə yoxlama aparmamış, həmin məlumatları heç bir əsas olmadan qəbul etməkdən imtina etmişdir. Nəticə etibarilə iddiaçı barəsində gəlirin olmasını təsdiq edən heç bir sənəd (məlumat) mövcud olmadan, habelə metod dəyişikliyi baş vermədiyi halda bu hala istinad etməklə əlavə vergi məbləği hesablamışdır ki, bu hal qanunvericiliyin tələbinə uyğun olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının debitor borcu kimi qeyd edilmiş məbləği onun gəliri kimi nəzərə almaqla, ona əlavə vergi məbləğini hesablamışdır. Halbuki, qeyd edilən hal müvafiq sənədlərlər (elektron qaimə faktura və digər sənədlər) əsasında müəyyən edilə bilərdi. İndiki halda isə həmin hallar mövcud olmamışdır. Nəticə etibarilə cavabdeh inzibati orqan iddiaçıya münasibətdə əlavə mənfəət vergisi məbləğ inin hesablanmasının heç bir qanuni əsası olmamış, həmin hesablama ilə bağlı hərəkətləri və qəbul etdiyi inzibati akt vergi haqqında qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan debitor borc kimi qeyd edilmiş məbləğlərdən bir qismini-18159,86 manat məbləği nəzərə almış və hesablanmış vergi məbləğini 907,99 manat hissədə azaltmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən 2022-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş debitor borcunun bir hissədə qəbul edildiyi halda, bir hissədə qəbul edilməməsi əsaslarına dair heç bir dəlil təqdim edilməmiş, həmin hal əsaslandırılmamışdır. Bu hal da özlüyündə cavabdeh inzibati orqanın hərəkətlərinin qanunauyğun olmamasını deməyə əsas verir.
11. Apellyasiya məhkəməsi hüquqi möv qeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 3.8, 3.11, 23.1.1, 24.0.1, 24.0.2, 37.1, 37.2, 37.3, 37.4, 130.1, 130.4, 130.5, 131, 133.1, 133.2-ci maddələrinə istinad etmişdir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassator şikayətində qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən uçot metodu dəyişmiş, (2021-ci ildə kassa metodu və 2022-ci ildə hesablama metodu) 2021-ci ilin hesabat dövrünün sonuna sair debitor borcları (vergilər üzrə) 1.4.2-ci sətirdə 57841,06 manat və sair kreditor borcları 2.2.1.5-ci sətirdə 2408,27 manat əks etdirilmiş və fərq kimi 55432,79 manat olmasına b axmayaraq, vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri üzrə 216-cı sətrində gəlir məbləği göstərilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir.
14. Kassator Vergi Məcəlləsinin 16.1.3, 16.1.7, 16.1.12, 37.1, 37.3, 37.4- 67.1, 130,131,132- ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 avqust 2024-cü il tarixli, 2-1(105)-77/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Vergi Məcəlləsi: Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə i lə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilm əsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim ed ilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götür ülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır
17. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü v ə 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məh kəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ri ayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarl amaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının apellyasiya şikayətindən irəli gələn tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi əlavə vergi məbləğinin hesablanması barədə qərarın ləğv edilmə əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı 2021-ci il üzrə əldə etdiyi gəlirə münasibətdə kassa metodunu tətbiq etmişdir. Daha sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, uçot metodunun dəyişdirilməməsi, texniki yanlışlıq olması və 2022-ci il üzrə debitor borclar üzrə ödəniş olmaması barədə məlumat verərək, dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Lakin cavabdeh tərəfindən həmin məlumatları qəbul etməkdən imtina etmiş və nəticədə iddiaçıya kameral qaydada 1790,77 manat məbləğində əlavə vergi borcu hesablamışdır. Başqa sözlə, cavabdeh inzibati orqan iddiaçının debitor borcu kimi qeyd edilmiş məbləği onun gəliri kimi nəzərə almaqla, ona əlavə vergi məbləğini hesablamışdır.
26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə əlavə mənfəət vergisi məbləğinin hesablanmasının heç bir qanuni əsası olmamış, həmin hesablama ilə bağlı hərəkətləri və qəbul etdiyi inzibati akt vergi haqqında qanunvericiliyin tələbinə uyğun olmamışdır.
27. Belə ki, iddiaçı barəsində gəlirin olmasını təsdiq edən heç bir sənəd (məlumat) mövcud olmadan, habelə metod dəyişikliyi baş vermədiyi halda bu hala istinad etməklə əlavə vergi məbləği hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.
28. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan debitor borc kimi qeyd edilmiş məbləğlərdən bir qismini-18159,86 manat məbləği nəzərə almış və hesablanmış vergi məbləğini 907,99 manat hissədə azaltmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən 2022-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş debitor borcunun bir hissədə qəbul edildiyi halda, bir hissədə qəbul edilməməsi əsaslarına dair heç bir dəlil təqdim edilməmiş, həmin hal əsaslandırılmamışdır.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməs inin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(105)-656/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.