Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3260/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X12 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər:18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə pensiya hüququ giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X9, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçının İddiaçı vəkili X6 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X12 rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi”tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)1932/2019 saylı, 8 avqust 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə İddiaçı xx.xx.1992-ci il ildə doğulmuşdur. Doğulduğu gündən ona orta dərəcəli kəmağıllıq diaqnozu qoyulmuş və mütəmadi dərmanlar qəbul etməklə bu günə qədər həmin diaqnoz ilə müalicə olunur. Həkim Məsləhət Komissiyasının (HMK) 24.10.2005-ci il tarixli arayışı və sonradan təkrar olaraq Bakı Baş Səhi yyə İdarəsi X2 01.03.2010-cu il tarixli 560/0 saylı rəyi əsasında orta dərəcəli kəmağıllılıq diaqnozu qoyulmuşdur. Bakı Baş Səhiyyə İdarəsi X2 22.03.2010-cu il tarixli arayışı ilə ona ensefalopatiya (orqanik-reidual fonda) əqli inkişaf geriliyi ilə orta dərəcəli kəmağıllılıq diaqnozu qoyulmuş və buna müvafiq ona dərmanlar yazılmışdır. X2 4030 saylı xəstəlik tarixçəsində 31.03.2010-cu il tarixdən 08.04.2010-cu il tarixə kimi Azərbaycan Respublikası Uşaq Nevroloji xəstəxanasında müayinə və müalicə olunmuş, evə buraxılarkən mütəmadi qəbul etməsi üçün dərman preparatları yazılmışdır. 1 saylı Zona TSEK (117344 saylı arayış) tərəfindən 03.12.2010-cu il tarixli müayinə aktı əsasında ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə də iddiaçı faktiki olaraq doğulduğu vaxtdan kəmağıl lıq diaqnozu ilə xəstəliyi olmuş, mütəmadi müalicə olunmuş, yəni, sağlamlıq imkanları məhdud olmuşdur. İddiaçının atası 30.05.2018-ci il tarixdə vəfat etdikdən (Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.08.2018-ci il tarixli ölüm haqqında şəhadətnamə) sonra ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh 28.08.2018-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinad edərək bildirmişdir ki, onun əlilliyi 11.11.2010-cu il tarixdə, yəni 18 yaşından sonra müəyyən edildiyi üçün pensiya hüququ yoxdur. İddiaçı 10 sentyabr 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 30.05.2018-ci ild ən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(81)-1487/2019 saylı iş) 12 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 30.05.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu, 18 yaşından yuxarı olduğu dövrdə isə əlil olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hak imlər X4məruzəçi, X10 və X5, 2-1(103)-22/2019 saylı iş) 22 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik 18 yaşından sonra təyin olunmuş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinin tələbi qaydasında tibbi-sosial ekspert komissiyaları tərəfindən onun sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən olunmamış, halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsi bu halın 18 yaşınadək müəyyən edilməsini tələb edir. Az ərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Dadaşov İlqar Ağababaş oğlu-məruzəçi, X1 və Hüseynov Azər Soltanhəmid oğlu, 21(102)-1485/2019 saylı iş) 29 may 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən, iddiaçıya 18 yaşı tamam olduqdan sonra təyin edilmiş əlillik dərəcəsi sonradan yaranmış xəstəlik nəticəsində təyin olunmamış, uşaqlıqdan müəyyən edilmiş orta dərəcəli kəmağıllıq diaqnozu əsasında təyin edilmiş, işə əlavə edilmiş çoxsaylı tibbi sənədlərdən, xəstəli k tarixindən çıxarışlardan iddiaçının məhz 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduğuna görə onun vəfat etmiş ailə başçısını itirməyə görə əmək pensiyası hüququ müəyyən edilsə də, apellyasiya məhkəməsi işin qeyd edilən faktiki hallarını və mövcud sübutları düzgün qiymətləndirməmiş, işin yalnız formal tərəflərinə əsaslanmaqla iddia tələbini təmin etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8məruzəçi, X13 və X11, 2-1(103)-1932/2019 saylı iş) 8 avqust 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. Cavabdeh 30 avqust 2019-cu il tarixdə qərarın surətini almış, 26 se ntyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərarın qəbul etməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının sağlamlıq imkanlarının məhdudluğu 18 yaşı tamam olduqdan sonra müəyyən edilmişdir və “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yoxdur. O, 2-ci qrup əlil kimi sosial müavinət alır. Qanuna əsasən əmək pensiyası yalnız əlillik faktının müəyyən edilməsinə əsaslanır. Həkim müayinəsindən keçmə və diaqnoz qoyulma tarixləri əmək pensiyası hüququnun müəyyən edilməsi üçün əsas ola bilməz. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olu nması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarla hesab etmişdir ki, iddiaçıya 18 yaşı tamam olduqdan sonra təyin edilmiş əlillik dərəcəsi sonradan yaranmış xəstəlik nəticəsində təyin olunmamış, uşaqlıqdan müəyyən edilmiş orta dərəcəli kəmağıllıq diaqnozu əsasında təyin edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxıl masını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati ak tın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri vardır. İddiaçı ailə başçısını itirməyə görə ona 20 may 2018-ci il tarixdən əmək pensiyası təyin edilməsini xahiş edir. “Əmək pensiyaları h aqqında” Qanunun 17-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddiaçı uşaqlıqdan sağlamlığı məhdud olan şəxs olduğunu bildirib ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 2-ci qrup uşaqlıqdan əlilliyə görə tibbi arayışı 18 yaşı tamam olduqdan sonra verildiyindən, o, ailə başçısını itirməyə görə pensiya alan şəxslərin sırasına daxil deyildir. Əvvəllər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində qeyd edilirdi ki, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Həmin Qanunun 2-ci maddəsinə görə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq-orqanizminin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bunda sonra sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iş tirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həm əvvəllər qüvvədə olmuş, həm də hazırda qüvvədə olan normalara görə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. İddiaçıya aid 18 yaşınadək olan sənədlərdə “əlil” sözünün yazılması vacib deyil və bu qanunvericilikdə də nəzərdə tutulmamışdır. İddiaçıya aid sənədlərdə onun sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq yazılması, onun uşaqlıqdan əlil olması üçün kifayət edir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdak ı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. Qanunverici vəfat etmiş şəxslərin o övladlarının ailə başçısını itirməyə görə pensiya almaq hüququnu müəyyən etmişdir ki, onlar ya 18 yaşına çatmamış olmalıdırlar, ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olmalıdırlar, yaxud da təhsil müəssisələrinin əyani şöbəsində təhsil almaqla, 23 yaşına çatmamalıdırlar. Hazırkı, işdə iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanları nın məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olmasına (Qanunun 14.1.1.2-ci maddəsi) istinad edərək ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş edir. Cavabdeh iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmamasına dair məhkəmələrə mötəbər sübut təqdim etməmişdir. İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olduğundan, anası vəfat edərkən əmək pensiyaçısı olduğundan onun vəfat etmiş ailə başçısının öhdəsində olan şəxs kimi pensiya almaq hüququ olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçı xx.xx.1992-ci ildə doğulduğu andan 28.06.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkmiş, tibb müəssisələrində müayinədə n keçmiş, müalicə olunmuş, xəstəliyi xronoloji xarakter daşımış, mütəmadi sağlamlıq imkanları məhdud olmuş, lakin həmin dövrdə ona əlillik dərəcəsi verilməmiş, 18 yaş həddinə çatdıqdan az sonra ona (1 saylı Zona TSEK tərəfindən) 11.11.2010-cu il tarixdən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Hər bir halda, iddiaçının doğulduğu vaxtdan 18 yaşınadək olan yaş dövrü üzrə xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim edilən sənədlərdə açıq-aşkar onun sağlamlıq imkanlarının məhdudluğunun öz təsdiqini tapması, bununla yanaşı Qanunun qeyd olunan 14.1.1.2-ci maddəsində də məhz sağlamlıq imkanları məhdud olan şəxsin 18 yaşadək əlillik dərəcəsinin alınmalı olduğunun imperativliyinin də müəyyən edilmədiyini və ona 1 saylı Zona TSEK tərəfindən 18 yaşı bitdiyində dərhal sonra, 11.11.2010-cu il tarixdə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin verildiyi - bütün bunlar “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsində qeyd olunan hər iki şərtin mövcudluğunu sübuta yetirir. İddiaçının atası 30.05.2018-ci il tarixdə vəfat etdiyindən və iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olduğundan, onun atasının vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə pensiya hüququ yaranmışdır. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qə rara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1932/19 saylı, 8 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3260/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3260/2019
17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver